Cümə günü, 14 mart 2025
     

Müəmmalı şəkildə vurulmuş təyyarə ilə bağlı yeni şübhələr yaradılır... Dəhşət...

Image

Rusiya Xarici İşlər Nazirliyi Aktaudakı təyyarə qəzası versiyaları ilə bağlı Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri ilə heç bir danışıq aparmayıb. Belə bir açıqlama ilə Rusiyanın Xarici İşlər Nazirliyi çıxış edib. Qurum onu da bildirir ki, bu xüsusda yayılan məlumatlar məqsədyönlüdür və müəyyən qüvvələr tərəfindən həyata keçirilir: 

"NATO ölkələrində olan xarici agentlərin təşəbbüsü ilə sosial şəbəkələrdə Rusiya XİN-in Mərkəzi Aparatının yüksək vəzifəli əməkdaşlarının guya Azərbaycan və Qazaxıstan XİN nümayəndələri ilə 2024-cü il dekabrın 25-də Aktau şəhərində baş vermiş təyyarə qəzasının versiyaları ilə bağlı danışıqlar aparması barədə feyk məlumat yayılır. Adıçəkilən ölkələrin XİN rəhbərləri ilə bu barədə heç bir danışıq aparılmayıb. Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş dayanır. İnsanların faciəsi üzərində piar etmək cəhdlərini ləyaqətsiz və qəbuledilməz hesab edirik".

Rusiyanın belə yanaşması əslində olduqca təəccüblüdür, axı, Kreml hər iki tərəf, xüsusən də Azərbaycanla baş verən insident səbəbindən davamlı əlaqə saxlamalı idi ki, əsl həqiqətlərin üzə çıxmasına nail olsun. Əvəzində tamam fərqli münasibət sərgilənir. Halbuki, cavab verilməli olan xeyli sayda suallar var. Əsas müəmmalı məqamlardan biri Ukraynanın PUA hücumlarına baxmayaraq, Çeçenistanın niyə hava sahəsini bağlamaması ilə bağlıdır. İkinci tərəfdən, Çeçenistan bu ay ərzində bir neçə dəfə Ukraynanın dron hücumuna məruz qalıb. Hər dəfə hücumlarla bağlı rəsmi açıqlama verilib. Bu dəfə isə məsələyə sanki heç nə olmamış kimi yanaşıldı. Həmçinin nə Çeçenistan, nə də Rusiya təyyarənin Rusiya ərazisindəki aeroportlara enməsinə icazə verib. Bu fonda ekspertlər o qənatə gəlirlər ki, müəyyən qüvvələr nəqliyyat vasitəsinin Xəzər dənizinə düşməsinə zəmin hazırlayıb. Təyyarənin GPS sisteminin sıradan çıxarılması müəmmalı və şübhəli məqamdır. Qeyd edək ki, hadisədən sonra prezident Ilham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumət komissiyası və Baş Prokurorluğa digər səlahiyyətli orqanlarla birlikdə Aktau yaxınlığında baş verən təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılmasını təmin etməyi tapşırıb. Bunlar fonunda Rusiyanın əməkdaşlıq əvəzinə qəzəbli bəyanatlarla çıxış etməsi anlaşılan deyil. Əslində, belə yanaşmanın yanlış olduğunu Rusiyada da etiraf edənlərin sayı az deyil. Məsələn, rusiyalı politoloq Sergey Markov bildirir ki, Kremlin indiki yanaşmasından istifadə edən güclü siyasi qüvvələr indi təyyarə qəzasından sui-istifadə edərək Rusiya ilə Azərbaycan arasında münasibətləri kəskin şəkildə pisləşdirməyə çalışır.

Bununla yanaşı, rus tərəfinin günahını açıq şəkildə bəyan edənlər Rusiyanın cəsarət göstərib Azərbaycandan üzr istəməsinin vacibliyini də xüsusi qabardırlar. Rusiyalı politoloq isə baş verənlərə görə konkret suallara cavab verilməsini tələb edir: "Azərbaycana məxsus təyyarə qəzası ilə bağlı bir neçə sual açıq qalır. Uçuş Dağıstan ərazisi üzərindən, Xəzər dənizi boyunca keçir, sonra Kizlyar yaxınlığında təyyarə Qroznıya, şimala dönür. Təyyarə Dağıstanın böyük və kifayət qədər komfortlu Kaspiysk (Mahaçqala) hava limanı üzərində uçur. Bundan əlavə, Terek və Sunji boyunca təyyarə Qroznıya enməyə gedir. Qroznı hava limanı tez-tez baş verən və qəfil yaranan dumanları ilə tanınır. Dronlar səhər saat 5 radələrində Qroznıya hücum edir. Burada bir neçə sual yaranır: Mahaçqaladakı dispetçerlər niyə təyyarənin döyüş bölgəsinə daxil olmasına icazə veriblər? Niyə təyyarə nəinki yaxınlıqda, praktiki olaraq Qroznının eniş zonasında olan Mahaçqalaya enməyib? Qroznı səmasında hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə hava döyüşü getdiyi halda niyə hamı yalnız Çeçenistanı günahlandırır? Yoxsa döyüş getmirdi?". Keçmiş rusiyalı deputat, politoloq Dmitri Çernışevski  məsələni bir qədər də konkretləşdirir: "Təyyarənin niyə Aktauya uçmasında heç bir sirr yoxdur. Təyyarənin Rusiya HHM qüvvələri tərəfindən vurulduğunu fərz etsək, o zaman məntiqli sual yaranır: o niyə Aktauya uçdu, ruslar onu niyə yaxın yerə endirmədilər? Məhz buna görə enişə imkan yaratmayıblar: təyyarənin dənizdə batacağını, pilotların bu işin öhdəsindən gələ bilməyəcəyini güman edərək, onu Xəzərə yönləndirdilər. Təyyarə olmadıqda istənilən versiyadan yapışmaq olar: balon partlayışı, quş dəstəsi… Və sonra gəl bunun əksini sübut et! Daha sonra batmış təyyarənin qalıqlarını tamamilə partladacaq və bütün izləri aradan qaldıracaq bir növ sualtı ekspedisiya təşkil edilə bilərdi. Buna "suda itmə" deyilir. Təyyarənin niyə Aktauya uçması heç də sirr deyil. Bu sirr deyil. Cavab çox sadədir: onlar mülki təyyarəni quruda vurduqlarını bilirdi və izləri suda boğmaq istəyirdilər". digər ekspert Arkadi Dubnov da qeyd edir ki, təyyarənin Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərinin müdaxiləsi nəticəsində qəzaya uğramasına heç bir şübhə qalmır. O bildirib ki, bu səbəbdən Bakı Moskvanın hadisəyə görə məsuliyyəti öz üzərinə götürəcəyini və kompensasiya ödəyəcəyini gözləyir: "Dəhşətli qəzanın başvermə səbəbinin Rusiyanın HHM sistemlərinin işi olduğuna heç bir şübhə yoxdur. Hədəfləmə zamanı identifikasiya səhvinin olub-olmadığı və "Pantsir-S1" raketinin təyyarəni Ukrayna PUA-sı hesab edərək vurması, yaxud PUA-nı məhv edən raketin qəlpələrinin təyyarəyə dəydiyi aydın deyil. Rusiyanın aviasiya hakimiyyəti və Çeçenistandakı regional hakimiyyət bundan xəbərdar idimi? Bunu yalnız artıq tapılmış "qara qutular"ın məlumatlarının hərtərəfli öyrənilməsindən sonra demək olar".

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Küçə və səkilərə qanunsuz qırmızı lent çəkən mağaza sahibləri cəzalanacaq... - VİDEO

Trampın 44 günlük müharibəsinin nəticələri... - VİDEO

Azərbaycanda siyasi partiyalar niyə bu günə qaldı... - VİDEO

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Azərbaycan qlobal problemlərin həllinə yeni töhfələr verir...

Anarın məhkəməyə verdiyi yazıçı “sonadək mübarizə” deyir...

SON XƏBƏRLƏR

14.03.2025 / 18:19
Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

14.03.2025 / 18:05
Avroparlament yol pulu və bilet pulu rüşvətindən batır...

14.03.2025 / 18:04
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

14.03.2025 / 17:52
Ermənistan sülh sazişi mətninə nə qədər sadiq qalacaq...

14.03.2025 / 17:40
Hikmət Hacıyevin bu təklifi elə Paşinyanın özünə də sərfəlidir...

14.03.2025 / 17:27
Azərbaycanın enerji sərvətlərinə məsuliyyətli münasibətin böyük nəticəsi...

14.03.2025 / 17:14
Ərazilərimiz işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb

14.03.2025 / 17:10
NATO da Trampı dəstəklədi - dünyanın gözü qarşısında Qrenlandiyanı ilhaq edəcəklər...

14.03.2025 / 16:57
Sabunçuda əməliyyat - Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir yaxalandı - FOTO/VİDEO

14.03.2025 / 16:50
"Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır" - Volkan Bozkır

14.03.2025 / 16:44
“Yeni dünya düzənində orta güclər” Bakı Forumunda müzakirə edildi

14.03.2025 / 16:31
Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul etdi

14.03.2025 / 16:26
Məhkəmə işdən azad edilən məktəb direktorunun Dövlət Agentliyinə qarşı iddiasını rədd etdi...

14.03.2025 / 16:15
Sahakyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb"

14.03.2025 / 16:10
Qəzzalıların başı dərddə - Tramp və Nitanyahu onları Afrika ölkələrinə köçürür

14.03.2025 / 16:07
Bakıda “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

14.03.2025 / 15:56
Korrupsiya... İdarəsi Endokrinoloji Mərkəzdə yoxlamalara başladı... Şok faktlar ortaya çıxdı...

14.03.2025 / 15:50
"Avropa Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tam dəstək verir" - Baş katib

14.03.2025 / 15:41
Bako Sahakyan: "Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsi idi"

14.03.2025 / 15:33
Qlobal Bakı Forumunda sülhə gedən yol mövzusu müzakirə olundu

14.03.2025 / 15:17
"Qarabağa silah-sursat Ermənistandan gətirilirdi" - Bako Sahakyan

14.03.2025 / 15:09
Stiven Vitkoff Moskvadan sonra Bakıya gəlib

14.03.2025 / 15:02
Polis Binəqədidə əməliyyatlar keçirdi - 22 kq narkotik, silah, sursat...

14.03.2025 / 14:56
"Ermənistanda revanşist qüvvələrin mövcudluğunu sülh üçün ciddi risk hesab edirik" - Nazir müavini

14.03.2025 / 14:46
Həqiqi hərbi xidmətin müddətinin azaldılması qəbul edilmədi - Səbəbi də açıqlandı

14.03.2025 / 14:43
"Ermənistanın sürətlə silahlanma siyasətini aparması bölgə üçün ciddi risk təşkil edir" - XİN rəsmisi

14.03.2025 / 14:35
Ukraynanın keçmiş birinci xanımı Nizami Gəncəvi Beynəxalq Mərkəzinə təşəkkür etdi

14.03.2025 / 14:18
Mladen İvaniç: "Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər"

14.03.2025 / 13:58
Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin maddələri üzrə danışıqların başa çatmasını alqışlayır

14.03.2025 / 13:51
"Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir" - Nazir müavini

14.03.2025 / 13:44
Ağdama ilin sonunadək 10 minə yaxın əhali köçürüləcək...

14.03.2025 / 13:34
Berbok: "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir"

14.03.2025 / 13:21
"Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir" - Bülənt Arınç

14.03.2025 / 12:57
"Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır" - Miroslav Layçak

14.03.2025 / 12:34
Ermənsitan və Azərbaycana əlavə dəstək göstərməyə hazırıq - Aİ bəyanat yaydı...

14.03.2025 / 12:23
"Avropa İttifaqı öz müdafiə imkanlarına kifayət qədər investisiya yatırmayıb" - Xorvatiyanın sabiq prezidenti

14.03.2025 / 12:10
Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib

14.03.2025 / 12:06
Daha 24 ailə Ballıca kəndinə köçürüldü

14.03.2025 / 12:00
"Ötən il əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb" - Baş nazirdən açıqlama

14.03.2025 / 11:54
BMT-nin İnsan Hüquqları Ali Komissarlığının yekun rəyi açıqlandı - Vardanyanın iddialarının heç biri öz təsdiqini tapmadı...

14.03.2025 / 11:29
Revanşistlər Ermənistan-Azərbaycan sülh sazişi razılaşmasını həzm edə bilmədilər

14.03.2025 / 11:25
Azərbaycan Ermənistanla birgə bəyanatdan imtina etdi

14.03.2025 / 11:19
Paşinyan sərhədlərdə üçüncü qüvvə barədə fikrini niyə dəyişdi?

14.03.2025 / 11:12
Aprelin 1-dən Səmərqəndə uçuşlar bərpa edilir - AZAL

14.03.2025 / 11:05
"Bu, zəruri və mühüm addımdır” -rəsmi Tehrandan AÇIQLAMA

14.03.2025 / 11:02
DİN və Penitensiar xidmət Bakıda əməliyyat keçirib

14.03.2025 / 10:24
"Ermənistan Türkiyə və Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir" - Mustafa Destici

14.03.2025 / 10:15
Zakir Həsənov Haluk Bayraktarı bu medal ilə təltif edib

14.03.2025 / 10:13
Putinin nala- mıxa vurması Trampı da çətin duruma saldı

14.03.2025 / 10:08
Bakıda "Boranı" restoranında yanğın başlayıb - TƏCİLİ

14.03.2025 / 10:07
Bu gün İmişli iki kəndi qazsız qalacaq

14.03.2025 / 10:02
Makron Azərbaycan-Ermənistan sülh sazişi barədə bəyanat verdi

14.03.2025 / 09:47
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə kampaniyası keçirəcək

14.03.2025 / 09:30
Nikahdankənar doğuşlar kütləviləşir - kimin günahı, kimin səhvi...

14.03.2025 / 09:22
"Barselona" bu futbolçu ilə müqaviləni yenilədi

14.03.2025 / 09:18
"BMT-nin Vardanyan işi ilə bağlı rəyini alqışlayırıq" - XİN bəyanat yaydı

14.03.2025 / 09:07
Ərəb dövlətləri Qızzanın bərpa planı ilə bağlı ABŞ-a meydan oxudular..

14.03.2025 / 08:38
“Ailələri dağıdan qadınlardır" - Komitəyə ekspertlərdən reaksiyalar...

14.03.2025 / 01:15
Avropa Parlamentində yeni korrupsiyaya qalmaqalı - axtarışlar aparıldı, saxlananlar var...

13.03.2025 / 22:38
Prezident İlham Əliyevin “Instagram” səhifəsində XII Qlobal Bakı Forumunun açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

13.03.2025 / 22:31
Tramp Putinin bəyanatını natamam adlandırdı və təhdid etdi

13.03.2025 / 22:31
“Qərbi Azərbaycan” ifadəsi ermənilərin qorxulu yuxusuna çevrilib

13.03.2025 / 22:10
Ağstafada dönərdən kütləvi zəhərlənmə - 9 nəfər xəstəxanalıq oldu

13.03.2025 / 21:54
Təqsirləndirilən şəxs: "Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı"

13.03.2025 / 21:41
"Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi" - Qukasyandan qondarma rejimlə bağlı etiraf

13.03.2025 / 21:35
Madat Babayan: "Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi"

13.03.2025 / 21:30
Qondarma rejimdə yüksək rütbələri Ermənistanın hərbi-siyasi rəhbərliyi verirmiş – məhkəmədə yeni faktlar açıqlandı

13.03.2025 / 21:22
İsrail ordusu Dəməşqə hücum edib

13.03.2025 / 21:20
“Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” Bakı Forumunda müzakirə edildi

13.03.2025 / 21:18
Putin yenə nala-mıxa vurdu

13.03.2025 / 21:17
Azərbaycan qlobal problemlərin həllinə yeni töhfələr verir...

13.03.2025 / 21:14
Rusiya “atəşkəs” sazişini pozmaqda qərarlıdır

13.03.2025 / 21:11
Bu dəfə İran prezidenti Trampı yıxıb sürüdü: - “Tehran Kiyev deyil”

13.03.2025 / 21:05
İrəvan Bakının sülh şərtlərini tam qəbul etdi – sazişin harada imzalanacağı müzakirə olunur...

13.03.2025 / 20:50
Avropa Parlamenti Eçmiədzinlə birlikdə Bakıya qarşı gediş edir...

13.03.2025 / 20:43
Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olundu

13.03.2025 / 20:35
Ermənistan Azərbaycanla həm sülh deyir, həm də silahlanır...

13.03.2025 / 20:05
Ukrayna döyüşlərində "Rusiya imperiyasının" bayrağı qaldırıldı - mesajlar...

13.03.2025 / 20:01
SOCAR dünya enerji nəhəngləri ilə birgə İsrailin “Tamar” yatağında...

13.03.2025 / 19:51
Avropa İttifaqı Azərbaycanın 20 il əvvəlki siyasətinin düzgünlüyünü qəbul edir...

13.03.2025 / 19:37
"Turan" agentliyinin kreditorları nə tələb edir?

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456