Cümə günü, 14 mart 2025
     

ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

Image

Nikol Paşinyanın 1994-cü ildən bəri Bakı ilə danışıqların yalnız Qarabağın Azərbaycana qaytarılması məsələsi üzərində aparıldığı barədə bəyanatı ATƏT-in Minsk qrupunun buraxılması üçün zəmin hazırlayır. Bunu erməni politoloq Qriqor Balasanyan deyib.

"95% əminəm ki, bu bəyanatlarla Paşinyan Minsk qrupunun buraxılması üçün hazırlıqlara başlayır. Bu, həm də prezident İlham Əliyevə Ermənistanın onun növbəti tələbini təmin etməyə hazır olduğuna işarədir".

Balasanyanın fikrincə, Qarabağ münaqişəsinin əslində aşkar həlli yox idi: "Ermənistan və Qarabağdakı rejim Azərbaycanın ərazi bütövlüyünü əsas götürməkdən imtina edirdi, Azərbaycan isə Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu tanımağa razı olmurdu. ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi isə münaqişənin uzunmüddətli dondurulması idi". Qeyd edək ki, Paşinyan sosial şəbəkə səhifəsində 1994-cü ildən atəşkəs sazişi bağlanandan sonra danışıqlar prosesinin yalnız Qarabağın Azərbaycana geri qaytarılması ətrafında getdiyini yazıb. Ermənistan baş nazirinin sözlərinə görə, danışıqların başqa məzmunu olmayıb və bütün digər proseslər yalnız daxili siyasi məqsədlər üçün istifadə edilib. Onu da xatırladaq ki, bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında iştirakı zamanı prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun görüşü olub. Azərbaycan prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. Bununla yanaşı, prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bir daha bu mövzuya toxunub: "Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir".

Qeyd edək ki, ki, Minsk qrupu işğalçı Ermənistana təzyiqlər göstərmək əvəzinə təcavüzkarla təcavüzə məruz qalan ölkəyə bərabər münasibət sərgiləyirdi: "Həmsədrlər problemin həlli üçün heç bir addım atmır, əksinə, status-kvonu qoruyub saxlamağa çalışırdılar. Bu da Ermənistanın maraqlarına uyğun idi.Azərbaycanın Vətən müharibəsində qələbəsi ATƏT-in Minsk qrupunu tarixin arxivinə yolladı: "44 günlük müharibədən sonra bu təsisata heç bir ehtiyac yoxdur. Lakin hələ də ATƏT-in Minsk qrupu rəsmi olaraq ləğv edilməyib. Bu təsisatın hələ də saxlanması üçün heç bir səbəb və buna lüzum yoxdur. İndilikdə İrəvan sülh müqaviləsi imzalanana qədər Minsk qrupunun buraxılmasını təxirə salmaq niyyətindədir. Bu mövqe, aydın məsələdir ki, sülh danışıqları prosesinin gedişatını ləngidir. İlk baxışda bu təsisatın ləğvi ilə Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması prosesi arasında birbaşa əlaqə yoxdur. Amma Ermənistanın bu məsələdə gözləmə mövqeyinə keçməsi, Azərbaycanın təklifinə müsbət yanaşmaması onun başqa niyyətdə olmasından xəbər verir. Hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Armen Xaçatryan bildirib ki, Minsk qrupu yalnız sülh müqaviləsi imzalandıqdan sonra buraxılmalıdır: "Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh yarananda, bütün məsələlər həllini tapanda və sülh sazişi imzalananda ATƏT-in Minsk qrupu buraxıla bilər. Yalnız bunlar baş verəndən sonra biz bu məsələni müzakirə edə bilərik. Amma indiki vəziyyətdə  onun müzakirəsi qətiyyən yolverilməzdir". Halbuki, Minsk qrupunun saxlanılması özü sülh prosesinə zərbədir. Bunu İrəvanda da yaxşı bilirlər.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Küçə və səkilərə qanunsuz qırmızı lent çəkən mağaza sahibləri cəzalanacaq... - VİDEO

Trampın 44 günlük müharibəsinin nəticələri... - VİDEO

Azərbaycanda siyasi partiyalar niyə bu günə qaldı... - VİDEO

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Azərbaycan qlobal problemlərin həllinə yeni töhfələr verir...

Anarın məhkəməyə verdiyi yazıçı “sonadək mübarizə” deyir...

SON XƏBƏRLƏR

14.03.2025 / 18:19
Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

14.03.2025 / 18:18
"Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq" - Prezident

14.03.2025 / 18:15
Prezident İlham Əliyev: "Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq"

14.03.2025 / 18:14
"Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var" - Prezident

14.03.2025 / 18:05
Avroparlament yol pulu və bilet pulu rüşvətindən batır...

14.03.2025 / 18:04
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

14.03.2025 / 17:52
Ermənistan sülh sazişi mətninə nə qədər sadiq qalacaq...

14.03.2025 / 17:40
Hikmət Hacıyevin bu təklifi elə Paşinyanın özünə də sərfəlidir...

14.03.2025 / 17:27
Azərbaycanın enerji sərvətlərinə məsuliyyətli münasibətin böyük nəticəsi...

14.03.2025 / 17:14
Ərazilərimiz işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb

14.03.2025 / 17:10
NATO da Trampı dəstəklədi - dünyanın gözü qarşısında Qrenlandiyanı ilhaq edəcəklər...

14.03.2025 / 16:57
Sabunçuda əməliyyat - Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir yaxalandı - FOTO/VİDEO

14.03.2025 / 16:50
"Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır" - Volkan Bozkır

14.03.2025 / 16:44
“Yeni dünya düzənində orta güclər” Bakı Forumunda müzakirə edildi

14.03.2025 / 16:31
Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul etdi

14.03.2025 / 16:26
Məhkəmə işdən azad edilən məktəb direktorunun Dövlət Agentliyinə qarşı iddiasını rədd etdi...

14.03.2025 / 16:15
Sahakyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb"

14.03.2025 / 16:10
Qəzzalıların başı dərddə - Tramp və Nitanyahu onları Afrika ölkələrinə köçürür

14.03.2025 / 16:07
Bakıda “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

14.03.2025 / 15:56
Korrupsiya... İdarəsi Endokrinoloji Mərkəzdə yoxlamalara başladı... Şok faktlar ortaya çıxdı...

14.03.2025 / 15:50
"Avropa Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tam dəstək verir" - Baş katib

14.03.2025 / 15:41
Bako Sahakyan: "Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsi idi"

14.03.2025 / 15:33
Qlobal Bakı Forumunda sülhə gedən yol mövzusu müzakirə olundu

14.03.2025 / 15:17
"Qarabağa silah-sursat Ermənistandan gətirilirdi" - Bako Sahakyan

14.03.2025 / 15:09
Stiven Vitkoff Moskvadan sonra Bakıya gəlib

14.03.2025 / 15:02
Polis Binəqədidə əməliyyatlar keçirdi - 22 kq narkotik, silah, sursat...

14.03.2025 / 14:56
"Ermənistanda revanşist qüvvələrin mövcudluğunu sülh üçün ciddi risk hesab edirik" - Nazir müavini

14.03.2025 / 14:46
Həqiqi hərbi xidmətin müddətinin azaldılması qəbul edilmədi - Səbəbi də açıqlandı

14.03.2025 / 14:43
"Ermənistanın sürətlə silahlanma siyasətini aparması bölgə üçün ciddi risk təşkil edir" - XİN rəsmisi

14.03.2025 / 14:35
Ukraynanın keçmiş birinci xanımı Nizami Gəncəvi Beynəxalq Mərkəzinə təşəkkür etdi

14.03.2025 / 14:18
Mladen İvaniç: "Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər"

14.03.2025 / 13:58
Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin maddələri üzrə danışıqların başa çatmasını alqışlayır

14.03.2025 / 13:51
"Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir" - Nazir müavini

14.03.2025 / 13:44
Ağdama ilin sonunadək 10 minə yaxın əhali köçürüləcək...

14.03.2025 / 13:34
Berbok: "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir"

14.03.2025 / 13:21
"Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir" - Bülənt Arınç

14.03.2025 / 12:57
"Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır" - Miroslav Layçak

14.03.2025 / 12:34
Ermənsitan və Azərbaycana əlavə dəstək göstərməyə hazırıq - Aİ bəyanat yaydı...

14.03.2025 / 12:23
"Avropa İttifaqı öz müdafiə imkanlarına kifayət qədər investisiya yatırmayıb" - Xorvatiyanın sabiq prezidenti

14.03.2025 / 12:10
Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib

14.03.2025 / 12:06
Daha 24 ailə Ballıca kəndinə köçürüldü

14.03.2025 / 12:00
"Ötən il əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb" - Baş nazirdən açıqlama

14.03.2025 / 11:54
BMT-nin İnsan Hüquqları Ali Komissarlığının yekun rəyi açıqlandı - Vardanyanın iddialarının heç biri öz təsdiqini tapmadı...

14.03.2025 / 11:29
Revanşistlər Ermənistan-Azərbaycan sülh sazişi razılaşmasını həzm edə bilmədilər

14.03.2025 / 11:25
Azərbaycan Ermənistanla birgə bəyanatdan imtina etdi

14.03.2025 / 11:19
Paşinyan sərhədlərdə üçüncü qüvvə barədə fikrini niyə dəyişdi?

14.03.2025 / 11:12
Aprelin 1-dən Səmərqəndə uçuşlar bərpa edilir - AZAL

14.03.2025 / 11:05
"Bu, zəruri və mühüm addımdır” -rəsmi Tehrandan AÇIQLAMA

14.03.2025 / 11:02
DİN və Penitensiar xidmət Bakıda əməliyyat keçirib

14.03.2025 / 10:24
"Ermənistan Türkiyə və Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir" - Mustafa Destici

14.03.2025 / 10:15
Zakir Həsənov Haluk Bayraktarı bu medal ilə təltif edib

14.03.2025 / 10:13
Putinin nala- mıxa vurması Trampı da çətin duruma saldı

14.03.2025 / 10:08
Bakıda "Boranı" restoranında yanğın başlayıb - TƏCİLİ

14.03.2025 / 10:07
Bu gün İmişli iki kəndi qazsız qalacaq

14.03.2025 / 10:02
Makron Azərbaycan-Ermənistan sülh sazişi barədə bəyanat verdi

14.03.2025 / 09:47
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə kampaniyası keçirəcək

14.03.2025 / 09:30
Nikahdankənar doğuşlar kütləviləşir - kimin günahı, kimin səhvi...

14.03.2025 / 09:22
"Barselona" bu futbolçu ilə müqaviləni yenilədi

14.03.2025 / 09:18
"BMT-nin Vardanyan işi ilə bağlı rəyini alqışlayırıq" - XİN bəyanat yaydı

14.03.2025 / 09:07
Ərəb dövlətləri Qızzanın bərpa planı ilə bağlı ABŞ-a meydan oxudular..

14.03.2025 / 08:38
“Ailələri dağıdan qadınlardır" - Komitəyə ekspertlərdən reaksiyalar...

14.03.2025 / 01:15
Avropa Parlamentində yeni korrupsiyaya qalmaqalı - axtarışlar aparıldı, saxlananlar var...

13.03.2025 / 22:38
Prezident İlham Əliyevin “Instagram” səhifəsində XII Qlobal Bakı Forumunun açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

13.03.2025 / 22:31
Tramp Putinin bəyanatını natamam adlandırdı və təhdid etdi

13.03.2025 / 22:31
“Qərbi Azərbaycan” ifadəsi ermənilərin qorxulu yuxusuna çevrilib

13.03.2025 / 22:10
Ağstafada dönərdən kütləvi zəhərlənmə - 9 nəfər xəstəxanalıq oldu

13.03.2025 / 21:54
Təqsirləndirilən şəxs: "Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı"

13.03.2025 / 21:41
"Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi" - Qukasyandan qondarma rejimlə bağlı etiraf

13.03.2025 / 21:35
Madat Babayan: "Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi"

13.03.2025 / 21:30
Qondarma rejimdə yüksək rütbələri Ermənistanın hərbi-siyasi rəhbərliyi verirmiş – məhkəmədə yeni faktlar açıqlandı

13.03.2025 / 21:22
İsrail ordusu Dəməşqə hücum edib

13.03.2025 / 21:20
“Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” Bakı Forumunda müzakirə edildi

13.03.2025 / 21:18
Putin yenə nala-mıxa vurdu

13.03.2025 / 21:17
Azərbaycan qlobal problemlərin həllinə yeni töhfələr verir...

13.03.2025 / 21:14
Rusiya “atəşkəs” sazişini pozmaqda qərarlıdır

13.03.2025 / 21:11
Bu dəfə İran prezidenti Trampı yıxıb sürüdü: - “Tehran Kiyev deyil”

13.03.2025 / 21:05
İrəvan Bakının sülh şərtlərini tam qəbul etdi – sazişin harada imzalanacağı müzakirə olunur...

13.03.2025 / 20:50
Avropa Parlamenti Eçmiədzinlə birlikdə Bakıya qarşı gediş edir...

13.03.2025 / 20:43
Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olundu

13.03.2025 / 20:35
Ermənistan Azərbaycanla həm sülh deyir, həm də silahlanır...

13.03.2025 / 20:05
Ukrayna döyüşlərində "Rusiya imperiyasının" bayrağı qaldırıldı - mesajlar...

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456