Şənbə günü, 15 mart 2025
     

"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

Image

Məhərrəm Zülfüqarlı: "Rayonlarımızın işğalından sonra BMT TŞ-nin qəbul etdiyi məşhur dörd qətnamədə də Ermənistan işğalçı dövlət kimi göstərilməyib"

Ermənistanın baş naziri Nikol Paşinyan zaman-zaman özünə, komandasına və cəmiyyətə təskinlik vermək üçün deyir ki, guya Ermənistanın Qarabağı Azərbaycana qaytarmaq fikri əvvəllər də olub, sadəcə, əvvəlki rəhbərlərin buna cəsarəti çatmayıb, amma baş nazir bunu edib. 

İqtidar bəlkə də buna erməni cəmiyyətinin 44 günlük müharibədə sındırılmış ruhunu bərpa etməyin bir yolu kimi baxır. Ona görə də bu ideya müxtəlif formada təkrarlanır, artıq bunun təbliğatçıları da peyda olub. Bu günlərdə baş nazir yenə həmin mövzuya qayıdib.

1994-cü ildən, yəni atəşkəsdən sonra Dağlıq Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi aparılıb. Danışıqlar prosesinin başqa məzmunu yox idi. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.

Doğrudanmı indiki vəziyyətin yaranmaında əsas rolu Ermənistan hakimiyyətinin iradəsi oynayib? Elə isə 44 günlük müharibəyə nə ehtiyac var idi?

Baki-xeber.com saytına məsələni şərh edən professor Məhərrəm Zülfüqarlı bildirdi ki, Paşinyanın bu açıqlaması məğlub dövlətin rəhbərinin mövqeyidir, əslində isə həqiqət bir qədər fərqlidir: "1994-cü ilin may ayında imzalanan Bişkek protokoluna Rusiyanın bilavasitə təzyiqi ilə Azərbaycan, Rusiya və "Dağlıq Qarabağ Respublikası" imza atmalı idi. Amma Bişkekdə Afiyəddin Cəlilov buna etiraz etdi ki, biz bu qondarma qurumu tərəf kimi tanıya bilmərik. Biz daim deyirdik ki, ərazilərimizi Ermənistan işğal edib, ona gorə də biz onunla danışıqlar aparmalıyıq. Ermənistan və Rusiya isə bizi daima "DQR" ilə danışıqlar aparmağa sürükləyirdi.

Bir məsələni də qeyd edim ki, rayonlarımızın işğalından sonra BMT TŞ-nin qəbul etdiyi məşhur dörd qətnamədə də Ermənistan işğalçı dövlət kimi göstərilməyib. Qətnamələrdə göstərilirdi ki, guya ərazilərimizi qondarma Dağlıq Qarabağ Respublikası işğal edib, biz onlarla danışıq aparmalıyıq. Ermənistana da tövsiyə edilirdi ki, bu istiqamətdə "DQR"-ya təsir eləsin. Bu sənədlə BMT TŞ-nin üzvləri Azərbaycana qarşı riakarlıq etmişdilər. Yəni onlar da bizi bu seperatçı və qondarma qurumu tərəf kimi tanımağa sürükləyirdi. 1993-94-cu illərdə bu proses gedirdi.

Azərbaycana isə "Əsrin Müqaviləsini" bağlamaq üçün atəşkəs rejimi vacib idi. Çünki müharibə aparan ölkə ilə heç kim bu cür böyük müqaviləni imzalamazdı. Ona görə də Bişkek protokolundan sonra Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ qondarma qurumun müdafiə nazirlərinin imza atdıği sənədlə 12 may 1994-cü il tarixdə atəşkəsə nail olundu. Sentiyabr ayında isə "Əsrin Müqaviləsi" imzalandı.

Rusiya bu müqavilənin bağlanmasının əleyhinə idi. Ona görə də həmin ilin oktyabr ayında Surət Hüseynovun ikinci qiyamı baş verdi. Daha sonra - dekabr ayında Rusiya Çeçenistan müharibəsini bəhanə edərək Azərbaycanla quru sərhədlərini bağladı. Bu da bizə milyardkarla ziyan vurdu.

Yəni bu proseslər onu göstərir ki, bəhs edilən dövrdə əsəs məsələ Dağlıq Qarabağ qondarma qurumunun Azərbaycan tərəfindən bir dövlətçilik subyekti kimi tanıtdırılması idi. Azərbaycan bu səhvi etsəydi bundan sonra Rusiya və Ermənistan, o cümlədən də onlara yaxın ölkələr bu qondarma qurumu tanıyacaqdılar. Lakin bütün mərhələlərdə Azərbaycan bu tələyə düşmədi.

Sonrakı dövürlərdə, məsələn, 1999-cu il İstanbul sammiti ərəfəsində Amerikanın vasitəçiliyi ilə ərazi mübadiləsi ideyasi var idi. Yəni Laçin dəhlizi ilə Qarabağ Ermənistana birləşdirilirdi, Zəngəzur dəhlizi ilə isə Naxçıvanın ölkənin qərb bölgəsi ilə quru sərhəddi yaranırdı. Həmin vaxt tərəflər razılaşmaya yaxın idi. Amna Rusiyayönümlü qüvvələr Ermənistan parlamentinə hücum etdi, ölkənin rəhbərlərini öldürdü və bununla da danışıqlar prosesi pozuldu. Bununla Rusiya Amerikaya bildirdi ki, regionun söz sahibi mənəm və prosesləri də mən tənzimləməliyəm. Bundan sonrakı mərhələdə Ermənistan çalışırdı ki, "Dağlıq Qarabağa" Rusiyanın köməyi ilə status verilsin. Lakin Azərbaycan məsələni belə qoyurdu ki, ermənilər Dağlıq Qarabağa iddia edirlərsə, birinci mərhələdə ətraf rayonlari tərk etməlidirlər. Növbəti mərhələdə isə Dağlıq Qarabağın statusu məsələsi həll edilməlidir. Bunu biz qəbul edirdik, amma ermənilər razı olmadı. Onlar deyirdi ki, ətraf rayonlar azad edilsə status-kvo dəyişə, buna uyğun Azərbaycanın tələbləri də dəyişə bilər. Bu səbəbdən də ermənilər məsələnin paket həllini təklif edirdilər. Bunun mahiyyəti isə ondan ibarət idi ki, eyni zamanda işğal edilmiş ərazilər azad edilir və DQ qondarma qurumuna status verilir.  Buna da biz razı olmurduq. Proseslər beləcə uzanırdı.

Ermənilər o qədər azğınlaşdı ki, yeni ərazilərə iddia etməyə başladılar. Bu isə Azərbaycanın torpaqlarını müharibə yolu ilə azad etməyə qərar verməsinə səbəb oldu. 44 günlük müharibə zamanı məlum oldu ki, ermənilər hec ətraf rayonları da qaytarmaq fikrində deyilmiş. Onlar ətraf rayonları bufer zona kimi minalayıblar.

İndi Azərbaycan öz ordusunun gücu ilə torpaqları azad etdikdən sonra baş nazir Paşinyan belə nağıllar danışır ki, guya 1994-cü ildən bəri Dağlıq Qarabağın Azərbaycana qaytarılması müzakirə edilirmiş. Ermənistan tərəfi heç vaxt bu mövzunu müzakirə etməyib və onların əsas məqsədi 'DQ"-ya status almaq olub. Prezident isə 44 günlük müharibədən sonra dedi ki, "status məsələsi gorbagor oldu".

İndi isə Paşinyan yalan deyir ki, onlar danışıqlarda Azərbaycan tərəfinin haqqını tanıyıblar. Paşınyan unudur ki, Şuşada yalli gedib demişdi ki, "Qarabag Ermənistandır, nöqtə". Azərbaycan Prezidenti də buna cavab olaraq dedi: "Qarabag Azərbaycandır, nida!"

Bütün bunlar onu göstərir ki, ermənilər 44 günlük müharibəyə qədər Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etməyiblər.

Digər tərəfdən, Ermənistan Dağlıq Qarabağın ona məxsus olmasını konstitusiyasına da salıbsa, deməli, bu dövlət təcavüzkardır.

İndi ermənilərin özlərini demokrat, sülhpərvər və s. kimi göstərməsinin səbəbi Azərbaycanın 44 günlük müharibədə və bir günlük antiterror əməliyyatında qazandığı qələbənin təsiridir. Hər bir dövlət öz problemini özü həll etməli, sonra isə şərtlərini diqtə etməlidir. Azərbaycan əsas problemlərini öz gücünə həll edib, indi isə məğlub tərəf onun diqtəsini qəbul etmək məcburiyyətindədir".

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

15.03.2025 / 01:27
Putin Trampın Kurskda mühasirədəki ukraynalı əsgərlərin bağışlanması xahişinə cavab verdi – silahı yerə qoyub təslim olsunlar...

14.03.2025 / 23:18
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində... - FOTO

14.03.2025 / 22:18
Tramp bunu da etdi – Putinlə birləşib dezinformasiya yayırlar...

14.03.2025 / 22:13
Paşinyan 2 mübahisəli sülh maddəsini niyə təsdiqlədi və niyə mövqeyindən çəkildi?...

14.03.2025 / 22:07
Estoniya kəşfiyyatı Trampı təkzib etdi, - Ukrayna ordusu Kurskda mühasirəyə düşməyib...

14.03.2025 / 21:40
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər - FOTO

14.03.2025 / 21:37
Konqresin ermənilərə satılmış üzvləri Trampın dövründə bir-bir vurulur...

14.03.2025 / 21:23
Ermənistan tezliklə konstitusiyanı da dəyişməli olacaq...

14.03.2025 / 21:21
C.Vensdən əl çəkmirlər bu dəfə də vitse prezidenti konsertdə fitə basdılar

14.03.2025 / 21:14
Harutyunyan məhkəmədə Vardanyanla bağlı danışdı

14.03.2025 / 21:09
Türkiyə jurnalistindən ziyanlı fikir - Azərbaycan-Türkiyə münasibətləri ABŞ-İsrail münasibətləri kimidir?...

14.03.2025 / 20:56
Yeni dünya düzənində Rusiya Azərbaycanla daha fərqli işləməli olacaq...

14.03.2025 / 20:55
Harutyunyan: "Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu" - MƏHKƏMƏ + FOTO

14.03.2025 / 20:42
Ermənistanla saziş Xocalı genosidi barədə beynəlxalq iddialara kölgə salmayacaq...

14.03.2025 / 20:28
Azərbaycan kəşfiyyatı Ermənistanda AB-nin sərhəd missiyasını tam deşifrə etdi...

14.03.2025 / 20:20
Tramp Putinlə Kursk vilayətində mühasirədə olan Ukrayna qoşunlarını müzakirə edib

14.03.2025 / 20:15
Ermənistanın üzdə sülh ritorikası - altda müharibə hazırlığı... Təlimatçıların yeni oyunu...

14.03.2025 / 20:01
Avropa Birliyinin Qafqaz siyasəti böhrana dirəndi - çıxış yolu var...

14.03.2025 / 19:47
BMT Avropa Parlamentinin anti-Azərbaycan mövqeyini kəskin vurdu...

14.03.2025 / 19:34
Blinken Azərbaycan-ABŞ münasibətlərini necə pozdu...

14.03.2025 / 19:20
Ermənistan sərhəd boyunca öz ərazisində demilitarizasiya zonası yaratmalıdır...

14.03.2025 / 19:11
“Hər dəfə yuxuma girəndə mənə deyir ki, bibi, ağlama, mən ölməmişəm”

14.03.2025 / 19:02
BMT-nin islah olunmasında Bakı Forumu təsirli rol oynayacaq...

14.03.2025 / 18:48
Ermənistan bu 2 şərti icra etməsə, saziş imzalanmayacaq...

14.03.2025 / 18:41
Tramp Kruskda mühasirəyə düşən minlərlə Ukrayna əsgəri ilə bağlı Putindən xahiş etdi - Bu, ən dəhşətli qırğın ola bilər...

14.03.2025 / 18:37
Bakıda saxta dollar əməliyyatı - 3 nəfər saxlandı, polis digər dəstə üzvlərinin də izinə düşdü + FOTO

14.03.2025 / 18:33
Avroparlament Azərbaycana daha bir düşmənçilik etdi - Vardanyan və digərləri hərbi əsir ola bilməz...

14.03.2025 / 18:22
"Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq" - Prezident

14.03.2025 / 18:19
Prezident İlham Əliyev: "Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"

14.03.2025 / 18:19
Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

14.03.2025 / 18:18
"Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq" - Prezident

14.03.2025 / 18:15
Prezident İlham Əliyev: "Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq"

14.03.2025 / 18:14
"Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var" - Prezident

14.03.2025 / 18:11
Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistanın baş qərargah rəisindən aldığını bildirdi

14.03.2025 / 18:05
Avroparlament yol pulu və bilet pulu rüşvətindən batır...

14.03.2025 / 18:04
İlham Əliyev - "Sovet dövründə olduğu kimi... yaşamağa çalışmalıyıq" - FOTO

14.03.2025 / 17:52
Ermənistan sülh sazişi mətninə nə qədər sadiq qalacaq...

14.03.2025 / 17:40
Hikmət Hacıyevin bu təklifi elə Paşinyanın özünə də sərfəlidir...

14.03.2025 / 17:27
Azərbaycanın enerji sərvətlərinə məsuliyyətli münasibətin böyük nəticəsi...

14.03.2025 / 17:20
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!

14.03.2025 / 17:14
Ərazilərimiz işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb

14.03.2025 / 17:10
NATO da Trampı dəstəklədi - dünyanın gözü qarşısında Qrenlandiyanı ilhaq edəcəklər...

14.03.2025 / 16:57
Sabunçuda əməliyyat - Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir yaxalandı - FOTO/VİDEO

14.03.2025 / 16:50
"Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır" - Volkan Bozkır

14.03.2025 / 16:44
“Yeni dünya düzənində orta güclər” Bakı Forumunda müzakirə edildi

14.03.2025 / 16:31
Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul etdi

14.03.2025 / 16:26
Məhkəmə işdən azad edilən məktəb direktorunun Dövlət Agentliyinə qarşı iddiasını rədd etdi...

14.03.2025 / 16:15
Sahakyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb"

14.03.2025 / 16:10
Qəzzalıların başı dərddə - Tramp və Nitanyahu onları Afrika ölkələrinə köçürür

14.03.2025 / 16:07
Bakıda “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

14.03.2025 / 15:56
Korrupsiya... İdarəsi Endokrinoloji Mərkəzdə yoxlamalara başladı... Şok faktlar ortaya çıxdı...

14.03.2025 / 15:50
"Avropa Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tam dəstək verir" - Baş katib

14.03.2025 / 15:41
Bako Sahakyan: "Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsi idi"

14.03.2025 / 15:33
Qlobal Bakı Forumunda sülhə gedən yol mövzusu müzakirə olundu

14.03.2025 / 15:17
"Qarabağa silah-sursat Ermənistandan gətirilirdi" - Bako Sahakyan

14.03.2025 / 15:09
Stiven Vitkoff Moskvadan sonra Bakıya gəlib

14.03.2025 / 15:03
Əhliman Əmiraslanov Qırğızıstan Joqorku Keneşinin komitə sədri ilə görüşdü - FOTO

14.03.2025 / 15:02
Polis Binəqədidə əməliyyatlar keçirdi - 22 kq narkotik, silah, sursat...

14.03.2025 / 14:56
"Ermənistanda revanşist qüvvələrin mövcudluğunu sülh üçün ciddi risk hesab edirik" - Nazir müavini

14.03.2025 / 14:46
Həqiqi hərbi xidmətin müddətinin azaldılması qəbul edilmədi - Səbəbi də açıqlandı

14.03.2025 / 14:43
"Ermənistanın sürətlə silahlanma siyasətini aparması bölgə üçün ciddi risk təşkil edir" - XİN rəsmisi

14.03.2025 / 14:35
Ukraynanın keçmiş birinci xanımı Nizami Gəncəvi Beynəxalq Mərkəzinə təşəkkür etdi

14.03.2025 / 14:18
Mladen İvaniç: "Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər"

14.03.2025 / 13:58
Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin maddələri üzrə danışıqların başa çatmasını alqışlayır

14.03.2025 / 13:51
"Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir" - Nazir müavini

14.03.2025 / 13:44
Ağdama ilin sonunadək 10 minə yaxın əhali köçürüləcək...

14.03.2025 / 13:34
Berbok: "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir"

14.03.2025 / 13:21
"Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir" - Bülənt Arınç

14.03.2025 / 12:57
"Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır" - Miroslav Layçak

14.03.2025 / 12:34
Ermənsitan və Azərbaycana əlavə dəstək göstərməyə hazırıq - Aİ bəyanat yaydı...

14.03.2025 / 12:23
"Avropa İttifaqı öz müdafiə imkanlarına kifayət qədər investisiya yatırmayıb" - Xorvatiyanın sabiq prezidenti

14.03.2025 / 12:10
Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib

14.03.2025 / 12:06
Daha 24 ailə Ballıca kəndinə köçürüldü

14.03.2025 / 12:00
"Ötən il əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb" - Baş nazirdən açıqlama

14.03.2025 / 11:54
BMT-nin İnsan Hüquqları Ali Komissarlığının yekun rəyi açıqlandı - Vardanyanın iddialarının heç biri öz təsdiqini tapmadı...

14.03.2025 / 11:29
Revanşistlər Ermənistan-Azərbaycan sülh sazişi razılaşmasını həzm edə bilmədilər

14.03.2025 / 11:25
Azərbaycan Ermənistanla birgə bəyanatdan imtina etdi

14.03.2025 / 11:19
Paşinyan sərhədlərdə üçüncü qüvvə barədə fikrini niyə dəyişdi?

14.03.2025 / 11:12
Aprelin 1-dən Səmərqəndə uçuşlar bərpa edilir - AZAL

14.03.2025 / 11:05
"Bu, zəruri və mühüm addımdır” -rəsmi Tehrandan AÇIQLAMA

14.03.2025 / 11:02
DİN və Penitensiar xidmət Bakıda əməliyyat keçirib

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456