Cümə axşamı günü, 1 may 2025
     

Bakıda beynəlxalq konfrans keçirildi - Sen Martin adasının müstəqillik mübarizəsinə dəstək...

Image

Dekabrın 6-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altındakı Sen Martin adasına həsr edilmiş beynəlxalq konfrans keçirilib.

"Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale" adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azad olmağa çalışan Sen Martin xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, parlamentin üzvləri, hüquq müdafiəçiləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər.

Konfransın açılışında çıxış edən Sen Martin parlamentinin üzvü Franklin Meyers bildirib ki, istər Fransanın, istərsə də Niderlandın müstəmləkəçiliyindən qurtularaq müstəqil olmaq xalqlarımızın ən müstəsna hüququdur. O, məhz bu hüququn dünya miqyasında tanınması üçün Bakıda olduqlarını qeyd edib. "Hesab edirik ki, analoji konfransların təşkili əsas ideyamız olan müstəqilliyə doğru irəliləmək yolunda son dərəcə mühüm addımdır", - deyən Sen Martin parlamentinin üzvü bu istiqamətdə göstərdiyi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edib.

Çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib ki, Sen Martin adasının xalqı Fransa və Niderland arasında bağlanmış müqavilənin nəticələrindən hələ də əziyyət çəkir. Bu insanlar qeyri-insani ədalətsizliyə məruz qalıblar ki, bu da insanlıq adına bir utancdır. "Sen Martinin xalqı birdir, baxmayaraq ki, müstəmləkəçilik onları iki yerə bölüb. Amma onlar oxşar talelərlə üzləşirlər. Hər iki hissədəki yerli xalqın ortaq problemlərin öhdəsindən gəlmək qabiliyyəti qəsdən zəiflədilib. Kolonial hakimiyyətlər Sen Martinin resurslarını guya adanın inkişafına kömək məqsədilə öz xeyirlərinə istifadə edirlər. Lakin aydın görünür ki, dərin iqtisadi monopolizm və tənəzzül Sen Martin xalqına zərər verməyə davam edir", - deyə deputat vurğulayıb.

Sonra "One Saint Martin" Assosiasiyasının prezidenti xanım Rhoda Arrindell "Sen Martində ikili müstəmləkəçilik irsi" mövzusunda təqdimatla çıxış edib. O, irsin sosial, mədəni və iqtisadi təsirlərinə toxunub. Həmçinin müstəmləkəçiliyin nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayaraq, Sen Martin xalqının birliyinə və müstəqilliyinə çağırış edib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov təşkilatın fəaliyyəti ilə bağlı geniş təqdimat edib. O, Qrupun əsas missiyası və məqsədləri barədə danışaraq, həyata keçirilmiş layihələri və əldə edilən uğurları konfrans iştirakçılarının diqqətinə çatdırıb: "İndiyədək Bakı Təşəbbüs Qrupu kolonializmə aid 22 tədbir keçirib, 3 memorandum imzalanıb. Həmçinin müxtəlif beynəlxalq platformalarda çıxış edib".

Abbas Abbasov, həmçinin Bakı Təşəbbüs Qrupunun beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini genişləndirmək istiqamətində gördüyü işləri də diqqətə çatdırıb.

Sonra Sen Martinə həsr olunmuş "Bir adanın səsi" adlı debat təşkil edilib. Sen Martinin təhsil nazirinin keçmiş müşaviri Fabian Badejonun moderatorluğu ilə keçən debatda Sen Martinin təhsil, səhiyyə və sosial inkişaf sahələrindəki vəziyyətə toxunulub, həmçinin iqtisadi müstəqilliyin və vahid bir cəmiyyətin qurulmasının önəmi vurğulanıb.

Digər çıxış edənlər - "One Saint Martin" Assosiasiyasının prezidenti xanım Rhoda Arrindell, Sen Martin parlamentinin üzvü Franklin Meyers, "Nation Opportunity Wealth" (NOW) siyasi partiyasının lideri Kristofer Emanuel, Sen Martinin keçmiş səhiyyə, sosial inkişaf və əmək naziri xanım Pamela Carty, Sen Martinin müstəqilliyi uğrunda mübarizə aparan fəal xanım Cülyen Denis müstəmləkə şəraitində yaşamağın çətinliklərindən danışıblar. İştirakçılar adanın inkişafı üçün həm siyasi, həm də sosial dəstəyin artırılmasının vacibliyini qeyd ediblər.

Müzakirələrdə çətinliklərlə yanaşı, Sen Martinin müstəqil bir gələcəyə doğru irəliləməsi üçün güclü bir birlik və davamlı mübarizənin vacibliyi vurğulanıb, bu istiqamətdə yeni strateji yanaşmaların hazırlanmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Çıxışçılar Bakı Təşəbbüs Qrupuna müstəmləkəçiliyə qarşı mübarizədə göstərdikləri dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Konfransda, həmçinin "One Saint Martin" Assosiasiyasının gənc üzvü xanım Yadiska Van Putten, Sen Martinin təhsil nazirinin keçmiş müşaviri Fabian Badejo, Qoşulmama Hərəkatının Gənclər Təşkilatının sədri Leyla Həsənova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov təqdimatla, Barbados adasının Karib Ölkələri Birliyindəki səfiri David Komissionq isə videomüraciətlə çıxış ediblər. Çıxışlarda Fransanın və Niderlandın əsarəti altında olan və iki hakimiyyətin mövcud olduğu Sen Martin xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi mexanizmlər müzakirə olunub.

Daha sonra beynəlxalq konfrans çərçivəsində "Sen Martində - Dünya standartlarına uyğun təhsili necə əldə etmək olar?" adlı kitabın təqdimatı keçirilib. Tədbirdə "One Saint Martin" Assosiasiyasının prezidenti xanım Rhoda Arrindell müəllifi olduğu nəşr haqqında geniş məlumat verib. Bildirib ki, kitab Sen Martində təhsilin mövcud vəziyyəti və inkişaf strategiyalarını əhatə edir. Nəşrdə dünya standartlarına uyğun təhsil sisteminin yaradılması üçün vacib addımlar qeyd olunub.

Rhoda Arrindell çıxışı zamanı həm Niderland, həm də ABŞ təhsil sistemində mövcud olan ciddi problemlərə də toxunub. Bu problemlər fonunda müəllif diqqəti bir sual üzərində cəmləşdirib: "Gələcəyin təhsili necə olmalıdır?" Müəllifin fikrincə, gələcək təhsil yalnız yaxşı qiymətlər almaq, məzun olmaq və iş tapmaq məqsədi daşımamalıdır. Təhsil sisteminin əsas məqsədi cəmiyyətin ümumi inkişafına töhfə vermək, hər bir fərdə potensialını reallaşdırmağa imkan yaratmaq və daha yaxşı gələcək naminə hər kəs üçün bərabər şərait qurmaq olmalıdır. Təhsil yalnız fərdi uğurlar üçün deyil, bütövlükdə cəmiyyətin inkişafı üçün təkmilləşdirilməlidir.

Çıxışlardan sonra Bakı Təşəbbüs Qrupu ilə Vahid Sen Martin Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və "One Saint Martin" Assosiasiyasının prezidenti Rhoda Arrindell imzalayıblar.

Sonda konfransın yekunlarına dair mətbuat konfransı keçirilib.

Konfransda Sen Martindəki "Pro Soualiga" Fondunun katibi Renate Brayson, Sen Martindən olan hüquqşünas xanım Averdin Antuanet Stefan, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, "One Saint Martin" Assosiasiyasının prezidenti xanım Rhoda Arrindell, Sen Martinin keçmiş səhiyyə, sosial inkişaf və əmək naziri xanım Pamela Carty, "Nation Opportunity Wealth" (NOW) partiyasının lideri, Sen Martinin keçmiş parlament üzvü Kristofer Teodor Emmanuel media nümayəndələrinin suallarını cavablayıblar.

Bakı Təşəbbüs Qrupu ilə Vahid Sen Martin ("One Saint Martin") Assosiasiyası arasında imzalanan Anlaşma Memorandumu barədə məlumat verən çıxışçılar diqqətə çatdırıblar ki, bu, gələcəkdə əməkdaşlıq görüşlərinin davam etdirilməsi, Bakı nümayəndələrinin Sen Martini ziyarət edərək vəziyyəti öz gözləri ilə görmələri, rəsmi şəxslərlə və Assosiasiya üzvləri ilə təmasları üçün vacibdir. Qeyd edilib ki, bu Memorandum gələcəkdə faydalı təsirləri olacaq ikitərəfli sazişlər üçün bir başlanğıcdır.

Çıxış edənlər Bakı Təşəbbüs Qrupu kimi müttəfiqlərin dəstəyi sayəsində lazım olan auditoriya, xüsusilə BMT və onun müxtəlif qrup və təşkilatları ilə görüşlər keçirmək imkanı əldə edəcəklərinə ümidvarlıqlarını bildiriblər. Vurğulanıb ki, bu konfrans Sen Martin adasının qeyri-özünüidarəetmə ərazisi kimi yenidən siyahıya alınmaq və tanınmaq istiqamətində fəaliyyəti daha irəli aparacaq, sonra isə müstəqilliyə doğru irəliləməyə şərait yaradacaq.

Qeyd edək ki, Sen Martin adası müstəmləkəçilik dövründə və ondan sonrakı müddətdə özünəməxsus xüsusiyyətləri ilə digər müstəmləkələrdən fərqlənir. Sen Martin adası həm Fransa, həm də Niderland tərəfindən müstəmləkə edilib və 1648-ci ildən bəri bu iki dövlət arasında bölünüb. Adanın Fransız hissəsi "Saint-Martin", Niderland hissəsi isə "Sint Maarten" adlanır. Bu iki imperiya adanın idarəçilik, mədəniyyət və hüquq sistemlərini özlərindən asılı vəziyyətə salıb.

Adada müstəmləkəçilik irsi iqtisadi və siyasi sahələrdə davamlı olaraq təsirini göstərir. Fransa və Niderlandın güclü təsiri Sen Martin xalqının öz müqəddəratını təyin etmək cəhdlərinə maneə yaradır.

Onu da qeyd edək ki, bu tədbir Sen Martin xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırış platforması rolunu oynayacaq.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

01.05.2025 / 23:12
Bakının bu ərazilərində ev və obyektlər söküləcək - sakinlərə müraciət edildi...

01.05.2025 / 22:46
Ermənistan SQ-nin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

01.05.2025 / 22:21
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar - FOTO

01.05.2025 / 21:37
Bəzi İran dairələrinin Azərbaycana qarşı "mədəniyyət iddialarına" son qoyula bilər...

01.05.2025 / 21:22
Bank kartlarındakı pulun sığortalanması mümkündür?...

01.05.2025 / 21:08
Putinin partiyasının konfransında ermənilərin Azərbaycana qarşı təxribatı baş tutmadı...

01.05.2025 / 20:55
Ermənistan həsrətində olduğu Şimal-Cənub dəhlizi xatirinə borca girdi...

01.05.2025 / 20:41
Putin "Stalinin irsinə" dönüş edir - ilk addım atıldı...

01.05.2025 / 20:27
Azərbaycanın Çinlə birgə avtomobil istehsalının uğursuzluğu Naxçıvandan başladı...

01.05.2025 / 20:14
Qərbin Qarabağ erməniləri ilə bağlı illər əvvəlki planı açılır - 2023-cü ilin iyulunda...

01.05.2025 / 20:01
Kiprin tanınmış müğənnisi Bahar Gökhan Bakı Beynəlxalq Muğam Mərkəzində təntənəli konsertlə çıxış etdi... - FOTO/VİDEO

01.05.2025 / 19:57
Hindistan Pakistanın parlament qərarına da baxmadı - İslamabad zorla müharibəyə təhrik edilir...

01.05.2025 / 19:44
Azərbaycanın dövlət büdcəsi niyə hər il kəsirlə tərtib olunur? - Peşəkarların təhlili...

01.05.2025 / 19:30
Netanyahu və Ərdoğanın Bakıda görüş ehtimalına ziddiyyətli reaksiyalar var...

01.05.2025 / 19:26
Reuters-in sensasiyalı tapıntısı: “İranın gizli imperiya planı” üzə çıxdı

01.05.2025 / 19:17
Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

01.05.2025 / 19:03
Rəsmi Bakı Hindistan və Pakistanı gərginliyi aradan qaldırmaq üçün dialoqa çağırdı...

01.05.2025 / 18:47
Avropa Xalq Partiyası Azərbaycana qarşı ermənipərəst qərar qəbul etdi...

01.05.2025 / 18:32
Trampın 100 gündə ən böyük "qazancı" - vədlərinin heç biri...

01.05.2025 / 18:23
İsrail səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi"də diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib - FOTO/VİDEO

01.05.2025 / 18:18
ABŞ nümayəndəsi BMT TŞ-də Rusiyanı kəskin ittiham etdi...

01.05.2025 / 18:10
DİN Qaradağda məktəb ətrafında naməlum şəxslə bağlı yayılan görüntüləri araşdırdı…

01.05.2025 / 18:05
Türkiyə İsrailin Dəməşqə hərbi zərbələrinə susur... Niyə? - İlginc məqamlar var...

01.05.2025 / 17:59
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

01.05.2025 / 17:56
Leyla Əliyeva və Arzu Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak ediblər - FOTO

01.05.2025 / 17:56
"Təyyarədaşıyan manevr etdi - Amerikanın F/A-18E qırıcısı Qırmızı dənizə qərq oldu

01.05.2025 / 17:51
Bölgələrimizdə tarixi abidələrin mühafizəsində ciddi nöqsanlar hələ mövcuddur...

01.05.2025 / 17:38
Trampın komandası Azərbaycana “hücuma” hazırlaşır? - “Azərbaycanda demokratiya aktı”?...

01.05.2025 / 17:33
Bakıda avtomobillərin qarşısına çıxaraq təhlükə yaradan şəxs saxlandı

01.05.2025 / 17:26
Bakıda “Porsche” ilə “avtoşluq” edən sərxoş sürücü həbs edildi...

01.05.2025 / 17:24
Beynəlxalq ekspert Azərbaycanda ingilis dili metodikasına irad bildirdi...

01.05.2025 / 17:20
“Bu cür kütləvi məzarlıqlar erməni vandalizminin çoxsaylı əyani sübutlarındandır” - Umud Mirzəyev

01.05.2025 / 17:15
Rusiyada bir mənzildə güclü partlayış 3 ukrayna agentini ələ verdi - bomba əllərində partladı...

01.05.2025 / 17:03
Əlcəzairdən Fransaya sərt cavab - səfirliyin ərazisi 14 hektardan 2-yə endirilir, icarə qiyməti qaldırılır...

01.05.2025 / 16:33
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi

01.05.2025 / 16:28
“Azəristiliktəchizat”a yeni sədr təyin edildi

01.05.2025 / 16:20
Közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edildi

01.05.2025 / 16:17
Bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşları artırıldı - FƏRMAN

01.05.2025 / 15:20
Dağılmaqda olan tarixi hamamlar...

01.05.2025 / 15:19
Naxçıvanda rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsinin müvəqqəti icrası ona həvalə olundu

01.05.2025 / 15:13
“Qan-qan deyən” Hindistanla Pakistan arasındakı müharibə kimə sərf edir?”

01.05.2025 / 15:11
Konqres Trampın Ukraynayla sazişini “qəsbkarlıq” adlandırdı

01.05.2025 / 15:06
Polis Qaradağda əməliyyat keçirdi - saxlanan var...

01.05.2025 / 14:50
Koordinasiya Şurasının növbəti iclası keçirildi

01.05.2025 / 14:35
Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub

01.05.2025 / 14:23
"Meyit qalıqlarının çoxu qadınlara aiddir, üzərində zorakılıq əlamətləri var" - Eldar Səmədov

01.05.2025 / 14:09
Məhkəmədə Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar nümayiş etdirilib

01.05.2025 / 13:52
Xocalıda kütləvi məzarlıq aşkarlandı - FOTO

01.05.2025 / 13:38
Prezident İlham Əliyev Qusarda yolun təmirinə 1,5 milyon manat ayırdı

01.05.2025 / 13:22
Bir gündə vətəndaşların bank kartlarından 30 min manat apardılar - DİN növbəti dəfə xəbərdarlıq etdi

01.05.2025 / 13:10
Что такое родина для армян? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

01.05.2025 / 12:54
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi

01.05.2025 / 12:26
Tramp Ukraynanı yenidən silahlandırmağa başladı

01.05.2025 / 12:07
Şəkidə mal-qara oğruları yaxalanıb

01.05.2025 / 12:00
Yunanıstan yanğınlarla bağlı İsrailə təyyarə göndərməkdən imtina etdi

01.05.2025 / 11:25
Dünyanın ən yaşlı insanı olan 116 yaşlı rahibə vəfat edib

01.05.2025 / 11:22
Politico: - “Nəhayət ki,Trampı Putinin onu axmaq yerinə qoymasına inandırdılar”

01.05.2025 / 11:15
Netanyahu və Ərdoğan Azərbaycana gəlirlər - saatlar Bakı vaxtı ilə qurulur...

01.05.2025 / 11:07
Yasamal sakini dəm qazından zəhərlənərək ölüb

01.05.2025 / 11:05
Putin məhz buna görə sülhdən qorxur - CANLI

01.05.2025 / 11:00
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01.05.2025 / 10:48
17 yaşı var, "Barselona"da rekord qırır...

01.05.2025 / 10:33
ABŞ və Ukrayna arasında “təbii sərvətlər haqqında” saziş imzalandı

01.05.2025 / 10:24
Rusiya “Şahidlər”lə Odessaya hücum etdi: ölənlər və yaralananlar var.

01.05.2025 / 10:20
Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF

01.05.2025 / 10:14
Şahzadə Dianaya görə Silvestr Stallone və Riçard Qir qırğına çıxdılar

01.05.2025 / 10:07
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

01.05.2025 / 10:00
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

01.05.2025 / 09:40
Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

01.05.2025 / 09:38
QHT yeni layihəyə start verir

01.05.2025 / 09:30
Bu gün Sabunçunun bir çox ərazisi qazsız qalacaq

01.05.2025 / 09:25
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

01.05.2025 / 09:23
"Müğənni olmaqdansa şəxsiyyətli kişinin xanımı olardım" - Mətanət Əsədova

01.05.2025 / 09:23
Beş ildən bir həkimlərin imtahan edilməsinə etirazlar çoxalır...

01.05.2025 / 09:16
“Barselona” - “İnter” görüşü: hərəyə 3 qol...

01.05.2025 / 09:12
Şimali Kiprdə XIX Beynəlxalq Simpozium keçilib

01.05.2025 / 09:06
Ərdoğan təyyarədə Ukrayna barədə danışdı - sülhlə bağlı ümidimizi itirməmişik...

01.05.2025 / 09:00
Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

01.05.2025 / 08:44
Mədəniyyət Nazirliyi Qubadakı tarixi abidə ilə bağlı müraciətə cavab verib

01.05.2025 / 08:36
Dərman qıtlaşır, həm də bahalaşır - Bakıda nə düşünürlər...

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678