Cümə günü, 2 may 2025
     

Bayden Əliyevə və Paşinyana "yüzdə-yüz" eyni məzmunda məktub yazdı...

Image

Zərdüşt Əlizadə: "Deməli, cəmiyyət hələ də xəstədir və bu xəstəlikdən müalicə edilə bilmir"

Bu günlər ABŞ prezidenti Co Bayden həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan baş naziri Nikol Paşinyana sülh sazişini ilin sonuna qədər imzalamağı tövsiyə edən məktub ünvanlayıb. Hər iki dövlət başçısına ünvanlanan məktub eyni məzmuna malikdir. 

Azərbaycan liderinə göndərilən məktub artıq cəmiyyətə bəllidir. Co Baydenin Nikol Paşinyana ünvanladıği məktubun əsas nüanslarını təqdim edirik.

ABŞ prezidenti Co Baydenin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana məktubunda deyilir: "Mən sizin ölkəniz ilə Azərbaycan arasında münasibətləri normallaşdıracaq sülh sazişinin yekunlaşdırılması istiqamətində davamlı irəliləyiş əldə edildiyini görməkdən şadam.

Mən sizi əmin etmək istəyirəm ki, Birləşmiş Ştatlar nəhayət, əsrlər boyu davam edən münaqişələrə son qoyacaq davamlı və şərəfli sülh sazişini dəstəkləməyə sadiqdir. Ermənistanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə təminat verən sülh sazişi təkcə erməni xalqının təhlükəsizliyini və sabitliyini təmin etməyəcək, bu, bütün Cənubi Qafqaz regionunu dəyişdirəcək. 

Bildiyiniz kimi, sülh müqaviləsinin qalan maddələrinin yekunlaşdırılması əzmkarlıq, yaradıcılıq və kompromis tələb edəcək. Bununla belə, siz vətənpərvərliyi siyasətdən üstün tutmaqla, cəsarətlə və ardıcıl olaraq sülh yolunu seçmisiniz - və mən sizi bu il müqaviləni yekunlaşdırmağa çağırıram.

Sizin kimi mənim administrasiyam da sülhə yol açmağa kömək edəcək cəsarətli təşəbbüslər göstərməyə hazırdır. Mən Avropa Məsələləri üzrə baş direktorum Maykl Karpenterdən sizə atmağa hazır olduğumuz bəzi addımlar barədə məlumat verməsini xahiş etdim və Azərbaycanla müzakirələrə münasibətinizi bildirmək istərdim.

Ötən ay Nyu-Yorkda BMT Baş Assambleyasında qeyd edildiyi kimi, indi BMT Nizamnaməsinə və onun əsas sülh prinsiplərinə yenidən əməl etməyin vaxtıdır. Daha parlaq gələcək əlçatandır və onu əldən verməmək üçün sizinlə işləməyi səbrsizliklə gözləyirəm".

Göründüyü kimi, Bayden hər iki tərəfə eyni məzmunlu məktub göndərib. Bu nə deməkdir?

Sualımıza cavabında politoloq Zərdüşt Əlizadə bildirdi ki, bu, ABŞ prezidenti Baydenin xoş arzularıdır: "Əvvəllər nə baş verməsindən asılı olmayaraq, bu gün Amerika ədalətli sülhün tərəfdarı olduğunu dilə gətirir".

Zərdüşt bəy Ermənistan Konstitutsiyasındakı Azərbaycana qarşı ərazi iddiasından danışarkən vurğuladı ki, bu, erməni cəmiyyətinin xəstəliyidir: "Ermənistan cəmiyyəti bu dəyişikliyə razı deyil. Bu yaxınlarda bununla bağlı sorğu keçirildi. Cəmiyyətin əksəriyyəti bu dəyişikliyə qarşı çıxdı. Deməli, cəmiyyət hələ də xəstədir və bu xəstəlikdən müalicə edilə bilmir. Paşinyan da buna görə konstitusiyanın preambulasındakı istinadı dəyişməyə qorxur. Belə addımlar hakimiyyətin mövqeini cəmiyyətdə zəiflədə bilər.

Bununla yanaşı, mən hesab edirəm ki, ermənilərin konstitusiyasındakı o istinad hec nəyi dəyişmir. Bu gün o istinad aradan qaldırılsa və sabah Ermənistanı bu 30 ildə Rusiya kimi dəstəkləyən bir hami ortaya çıxsa, Ermənistan yenə torpaq iddiaları ilə bizimlə vuruşacaq. Ona görə ki, bu xalq cahildi, xəstədi, onu oyuncaq kimi istifadə etmək çox asandır. Ona görə də hesab edirəm ki, konstitusiyasını dəyişmədən də sülh sazişini bağlamaq olar".

Bütövlükdə, ABŞ prezidentinin göndərdiyi məktubda anlaşılmaz məqamlar da mövcuddur. Əvvəla, ABŞ özü yaxşı bilməlidir ki, Azərbaycan ilə Ermənistanın problemlərinin kökündə ermənilərin torpaqlarımızı 30 ilə yaxın bir dövrdə işğal altında saxlaması dayanır. Məhz Ermənistan Azərbaycan torpaqlarının işğal etdiyinə görə Cənubi Qafqazda sülh və sabitlik pozulub. Bunu bilərəkdən ABŞ-ın işğalçı ilə işğala məruz qalanı eyniləşdirməsi, əlbəttə ki, ədalətsiz yanaşmadır. Digər tərəfdən, ABŞ sülh sazişi danışıqlarını həm Bürüssel, həm də Vaşinqton formatının pozulmasında Fransanın provaksiyalı mövqeyinə də fikir vermir. Yəni Azərbaycanla Ermənistan arasında çox uğurlu danışıqlar getdiyi bir vaxtda prosesi Fransa sabotaj etmişdi. O baxımdan bu bizim nə xeyirimizədir, nə də zərərimizədir. Sadəcə bu, Amerikanın dünyada baş verən hadisələrə qeyri-obyektiv yanaşmasının sıradan bir nümunəsidir.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

02.05.2025 / 12:37
Sosial şəbəkələr neqativ informasiya bazarına çevrilib...

02.05.2025 / 12:35
Salyanda "avtoşluq" edən sürücü həbs edildi - FOTO

02.05.2025 / 12:17
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda forumun açılış mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

02.05.2025 / 12:08
İsrailli köçkünlər yerli fələstinlilərə hücum etdi

02.05.2025 / 12:05
Dikiy:-“ Ukrayna təbii sərvətlərlə bağlı razılaşmaya görə böyük riskə getdi”

02.05.2025 / 12:00
Kreml 9 mayı bomba sığınacağında qeyd etməli olacaq

02.05.2025 / 12:00
Paşinyan bu iki şəxsdən birini ABŞ-a səfir göndərəcək

02.05.2025 / 11:59
“Ukrayna Rusiyanı 2014-cü il sərhədlərinə qaytara bilməyəcək”

02.05.2025 / 11:53
“Əkinçi” qəzeti milli hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib" - Əhməd İsmayılov

02.05.2025 / 11:42
Ali Məhkəmə televiziyalarda ailə həyatına müdaxilə halları ilə bağlı qərar qəbul edəcək

02.05.2025 / 11:32
Türkiyədə qeyri-leqal miqrasiya ilə məşğul olan 21 nəfər saxlanılıb

02.05.2025 / 11:22
2030-cu ildə suya tələbat 16 faiz artacaq - Hökümətdən AÇIQLAMA

02.05.2025 / 11:15
"Neqativ xəbər axınına qarşı informasiya immuniteti gücləndirilir"- Əhməd İsmayılov

02.05.2025 / 11:07
Tramp 8 Mayı Qələbə Günü elan etdi

02.05.2025 / 11:05
Hindistan- Pakistan müharibəsi Azərbaycana toxunarmı? - CANLI

02.05.2025 / 11:00
Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili layihəsinə start verildi

02.05.2025 / 10:43
"Forumun məqsədi media subyektləri ilə dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaqdır" - Əhməd İsmayılov

02.05.2025 / 10:25
Bir gecədə 121 Ukrayna PUA-sı məhv edilib - Moskvadan açıqlama

02.05.2025 / 10:20
Baş nazirlikdən istefa verib prezident olmaq istəyir...

02.05.2025 / 10:12
"Zirə" bu gün "Turan Tovuz"la qarşılaşacaq

02.05.2025 / 10:07
Yasamalda qadın sürücünün vurduğu kişi xəstəxanada ölüb

02.05.2025 / 10:01
Bu gün Bakının iki rayonu qazsız qalacaq - XƏBƏRDARLIQ

02.05.2025 / 09:35
"Dünya siyasətinə etibarsızlıq qayıdır" - Donald Tuskdan AÇIQLAMA

02.05.2025 / 09:27
Azərbaycanda həkimlərin say yox, paylaşma problemi var - təyinat sistemi bərpa edilir?...

02.05.2025 / 09:22
Novxanı bağlar massivində silah-sursat tapılıb

02.05.2025 / 09:18
“Skype” gələn həftə bağlanır

02.05.2025 / 09:12
Yunanıstanı tətillər bürüyüb- qiymət artımına qarşı...

02.05.2025 / 09:07
Tramp keçmiş müşavirini BMT-yə səfir göndərir

02.05.2025 / 09:00
Avropa Liqası: "Mançester Yunayted" və "Tottenhem"dən qələbə

02.05.2025 / 08:36
"Elmlər doktoru" adı ləğv olunur - ciddi arqumentlər var...

01.05.2025 / 23:12
Bakının bu ərazilərində ev və obyektlər söküləcək - sakinlərə müraciət edildi...

01.05.2025 / 22:46
Ermənistan SQ-nin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

01.05.2025 / 22:21
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar - FOTO

01.05.2025 / 21:37
Bəzi İran dairələrinin Azərbaycana qarşı "mədəniyyət iddialarına" son qoyula bilər...

01.05.2025 / 21:22
Bank kartlarındakı pulun sığortalanması mümkündür?...

01.05.2025 / 21:08
Putinin partiyasının konfransında ermənilərin Azərbaycana qarşı təxribatı baş tutmadı...

01.05.2025 / 20:55
Ermənistan həsrətində olduğu Şimal-Cənub dəhlizi xatirinə borca girdi...

01.05.2025 / 20:41
Putin "Stalinin irsinə" dönüş edir - ilk addım atıldı...

01.05.2025 / 20:27
Azərbaycanın Çinlə birgə avtomobil istehsalının uğursuzluğu Naxçıvandan başladı...

01.05.2025 / 20:14
Qərbin Qarabağ erməniləri ilə bağlı illər əvvəlki planı açılır - 2023-cü ilin iyulunda...

01.05.2025 / 19:57
Hindistan Pakistanın parlament qərarına da baxmadı - İslamabad zorla müharibəyə təhrik edilir...

01.05.2025 / 19:44
Azərbaycanın dövlət büdcəsi niyə hər il kəsirlə tərtib olunur? - Peşəkarların təhlili...

01.05.2025 / 19:30
Netanyahu və Ərdoğanın Bakıda görüş ehtimalına ziddiyyətli reaksiyalar var...

01.05.2025 / 19:26
Reuters-in sensasiyalı tapıntısı: “İranın gizli imperiya planı” üzə çıxdı

01.05.2025 / 19:17
Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

01.05.2025 / 19:03
Rəsmi Bakı Hindistan və Pakistanı gərginliyi aradan qaldırmaq üçün dialoqa çağırdı...

01.05.2025 / 18:47
Avropa Xalq Partiyası Azərbaycana qarşı ermənipərəst qərar qəbul etdi...

01.05.2025 / 18:32
Trampın 100 gündə ən böyük "qazancı" - vədlərinin heç biri...

01.05.2025 / 18:23
İsrail səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi"də diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib - FOTO/VİDEO

01.05.2025 / 18:18
ABŞ nümayəndəsi BMT TŞ-də Rusiyanı kəskin ittiham etdi...

01.05.2025 / 18:10
DİN Qaradağda məktəb ətrafında naməlum şəxslə bağlı yayılan görüntüləri araşdırdı…

01.05.2025 / 18:05
Türkiyə İsrailin Dəməşqə hərbi zərbələrinə susur... Niyə? - İlginc məqamlar var...

01.05.2025 / 17:59
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

01.05.2025 / 17:56
Leyla Əliyeva və Arzu Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak ediblər - FOTO

01.05.2025 / 17:56
"Təyyarədaşıyan manevr etdi - Amerikanın F/A-18E qırıcısı Qırmızı dənizə qərq oldu

01.05.2025 / 17:51
Bölgələrimizdə tarixi abidələrin mühafizəsində ciddi nöqsanlar hələ mövcuddur...

01.05.2025 / 17:38
Trampın komandası Azərbaycana “hücuma” hazırlaşır? - “Azərbaycanda demokratiya aktı”?...

01.05.2025 / 17:33
Bakıda avtomobillərin qarşısına çıxaraq təhlükə yaradan şəxs saxlandı

01.05.2025 / 17:26
Bakıda “Porsche” ilə “avtoşluq” edən sərxoş sürücü həbs edildi...

01.05.2025 / 17:24
Beynəlxalq ekspert Azərbaycanda ingilis dili metodikasına irad bildirdi...

Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678