Cümə günü, 14 mart 2025
     

Ermənistanla sülh şansı daha da böyüdü - ABŞ Azərbaycanı dəstəklədi...

Image

"BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü münaqişənin həllinə nail ola bilmədi, daha doğrusu, olmaq istəmədi. Onların hamısı Ermənistanın həyata keçirdiyi işğalın müxtəlif səbəblər üzündən həmişəlik olmasını istəyirdi". Bunu  prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən bildirib. 

Dövlət başçısı bu qənaətə prezidentlik fəaliyyətində öz şəxsi təcrübəsi əsasında gəldiyini deyib.

Bununla yanaşı, prezident İlham Əliyev 2003-cü ilin sonundan başlayaraq keçmiş Minsk qrupu üçlüyü və Ermənistan tərəfi ilə dəfələrlə görüşdüyünü xatırlayıb və bütün bunların heç bir nəticə vermədiyini bildirib. Bundan başqa, dövlət başçısı bildirib ki, hazırda Azərbaycan və Ermənistan ikitərəfli səviyyədə daha yaxşı nəticələr görür: "Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub". Dövlət başçısının sözlərinə görə, bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir: "Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara, demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə "Dağlıq Qarabağ" məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Çünki bu bizim daxili məsələmizdir. Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir". Azərbaycan prezidenti qeyd edib ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik: "Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin". Amma prezident İlham Əliyev qeyd edib ki, bu, onlar konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq. 

Sülh  üçün əlverişli zamanın olduğunu təkcə Azərbaycan bəyan etmir. ABŞ dövlət katibi Entoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq üçün müstəsna imkan var: "Ölkələr arasında sülh sazişi üçün müstəsna imkan var ki, bu da onilliklərlə davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, regionda iqtisadi əlaqələr, iqtisadi artım, şimal və cənub, qərb və şərq ölkələri arasında əlaqələrin qurulması baxımından böyük imkanlar yaradacaq". Blinken ölkəsinin diplomatiya vasitəsilə Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdığını vurğulayıb: "Hesab edirəm ki, bu, Azərbaycan və Ermənistan xalqlarının maraqlarına tam cavab verir".

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn da Azərbaycan və Ermənistan arasında etimadın möhkəmlənməsinin sülhə imkan verdiyini bildirir. O, etimada misal olaraq Ermənistanın Azərbaycanın COP konfransı keçirməsinə dəstəyini, Azərbaycanın əsirləri azad etməsini, sərhədin demarkasiyasına başlanmasını, dörd kəndin Azərbaycana qaytarılmasını göstərib: "İstənilən sülh müqaviləsinin əldə edilməsi son dərəcə çətindir, çünki burada müharibənin buraxdığı iz var". Onun sözlərinə görə, bu mənada iki tərəf arasındakı hazırkı dialoq əhəmiyyətlidir, çünki burada söhbət təkcə bugünkü siyasətdən getmir, tərəflər əmin olmaq istəyirlər ki, əldə olunan razılaşma gələcək münaqişələrin qarşısını ala biləcək: "Düşünürəm ki, bu istiqamətdə bu yaxınlarda sərhədin demarkasiyasına başlanması son dərəcə əhəmiyyətli addımdır. Bu onu göstərir ki, tərəflər, hətta ölkə daxilindəki siyasi məqamlara baxmayaraq, bu prosesi davam etdirmək istəyirlər. Tərəflər arasında etimad hər iki ölkənin vətəndaş cəmiyyətlərinin yetkinliyini nümayiş etdirəcək. Hazırda Rusiya bu prosesdən kənardadır, lakin proses uzun çəkərsə, Rusiya qayıdaraq əngəl törətməyə çalışa bilər. Belə bir şəraitdə irəliləyişə nail olmaq mühümdür". Azərbaycan və Ermənistan arasında danışıqlarda ABŞ-ın birbaşa vasitəçiliyi məsələsinə gəlincə, O'Brayn deyib: "Biz bir ildən də artıq müddətdir bəyan edirik ki, tərəflərin produktiv hesab etdiyi bütün formatlarda danışıqlar prosesinə ev sahibliyi etməkdən məmnunuq. Biz "Vaşqinton adına Azərbaycan-Ermənistan sülh müqaviləsi" əldə olunmasına təmənnalı deyilik. Amma bu istiqamətdə tərəflərə dəstək verməyə hazırıq. Mən ümid edirəm ki, xarici işlər nazirləri tezliklə görüşmək imkanına malik olacaqlar. Vaşinqton yenə də bu danışıqlara ev sahibliyi etməyə hazırdır. İki tərəf hazırda birbaşa dialoqdadır. Onlar bunu öz xalqları üçün edirlər və biz bu prosesin dostu olmağa həmişə hazırıq". ABŞ rəsmilərinin dediklərindən belə nəticəyə gəlmək olur ki, artıq Vaşinqton da Bakı və İrəvan arasında birbaşa təmasları qəbul edir. Beləliklə, ABŞ sülh müqaviləsinin imzalanması ilə bağlı ortaya konkret mövqe qoyub. Bu fonda ABŞ Ermənistanın sərhədlərindən, hava məkanından Rusiyanı çıxarmaq istəyir. Buraya Gümrüdəki hərbi baza da daxildir. Ermənistanla Azərbaycan arasında sülh Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına şərait yaradacaq. Bu da imkan verəcək ki, Azərbaycan və Ermənistan üzərindən Türkiyəni Mərkəzi Asiya ilə bağlayan infrastruktur inşa edilsin. Mərkəzi Asiya ölkələrinin Çin və Rusiyanın iqtisadi asıllığından qurtulmasının yeganə yolu Azərbaycandır. Bunlar ABŞ-da da nəzərə alınır. 

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

14.03.2025 / 10:24
"Ermənistan Türkiyə və Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir" - Mustafa Destici

14.03.2025 / 10:15
Zakir Həsənov Haluk Bayraktarı bu medal ilə təltif edib

14.03.2025 / 10:13
Putinin nala- mıxa vurması Trampı da çətin duruma saldı

14.03.2025 / 10:08
Bakıda "Boranı" restoranında yanğın başlayıb - TƏCİLİ

14.03.2025 / 10:07
Bu gün İmişli iki kəndi qazsız qalacaq

14.03.2025 / 10:02
Makron Azərbaycan-Ermənistan sülh sazişi barədə bəyanat verdi

14.03.2025 / 09:47
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə kampaniyası keçirəcək

14.03.2025 / 09:30
Nikahdankənar doğuşlar kütləviləşir - kimin günahı, kimin səhvi...

14.03.2025 / 09:22
"Barselona" bu futbolçu ilə müqaviləni yenilədi

14.03.2025 / 09:18
"BMT-nin Vardanyan işi ilə bağlı rəyini alqışlayırıq" - XİN bəyanat yaydı

14.03.2025 / 09:07
Ərəb dövlətləri Qızzanın bərpa planı ilə bağlı ABŞ-a meydan oxudular..

14.03.2025 / 08:38
“Ailələri dağıdan qadınlardır" - Komitəyə ekspertlərdən reaksiyalar...

14.03.2025 / 01:15
Avropa Parlamentində yeni korrupsiyaya qalmaqalı - axtarışlar aparıldı, saxlananlar var...

13.03.2025 / 22:38
Prezident İlham Əliyevin “Instagram” səhifəsində XII Qlobal Bakı Forumunun açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

13.03.2025 / 22:31
Tramp Putinin bəyanatını natamam adlandırdı və təhdid etdi

13.03.2025 / 22:31
“Qərbi Azərbaycan” ifadəsi ermənilərin qorxulu yuxusuna çevrilib

13.03.2025 / 22:10
Ağstafada dönərdən kütləvi zəhərlənmə - 9 nəfər xəstəxanalıq oldu

13.03.2025 / 21:54
Təqsirləndirilən şəxs: "Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı"

13.03.2025 / 21:41
"Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi" - Qukasyandan qondarma rejimlə bağlı etiraf

13.03.2025 / 21:35
Madat Babayan: "Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi"

13.03.2025 / 21:30
Qondarma rejimdə yüksək rütbələri Ermənistanın hərbi-siyasi rəhbərliyi verirmiş – məhkəmədə yeni faktlar açıqlandı

13.03.2025 / 21:22
İsrail ordusu Dəməşqə hücum edib

13.03.2025 / 21:20
“Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” Bakı Forumunda müzakirə edildi

13.03.2025 / 21:18
Putin yenə nala-mıxa vurdu

13.03.2025 / 21:17
Azərbaycan qlobal problemlərin həllinə yeni töhfələr verir...

13.03.2025 / 21:14
Rusiya “atəşkəs” sazişini pozmaqda qərarlıdır

13.03.2025 / 21:11
Bu dəfə İran prezidenti Trampı yıxıb sürüdü: - “Tehran Kiyev deyil”

13.03.2025 / 21:05
İrəvan Bakının sülh şərtlərini tam qəbul etdi – sazişin harada imzalanacağı müzakirə olunur...

13.03.2025 / 20:50
Avropa Parlamenti Eçmiədzinlə birlikdə Bakıya qarşı gediş edir...

13.03.2025 / 20:43
Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olundu

13.03.2025 / 20:35
Ermənistan Azərbaycanla həm sülh deyir, həm də silahlanır...

13.03.2025 / 20:05
Ukrayna döyüşlərində "Rusiya imperiyasının" bayrağı qaldırıldı - mesajlar...

13.03.2025 / 20:01
SOCAR dünya enerji nəhəngləri ilə birgə İsrailin “Tamar” yatağında...

13.03.2025 / 19:51
Avropa İttifaqı Azərbaycanın 20 il əvvəlki siyasətinin düzgünlüyünü qəbul edir...

13.03.2025 / 19:37
"Turan" agentliyinin kreditorları nə tələb edir?

13.03.2025 / 19:24
Ermənistana getmiş türkiyəli jurnalist erməni təsirinə düşdü - ciddi xətalara yol verdi

13.03.2025 / 19:11
Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

13.03.2025 / 18:57
"Dermovate" məlhəminin qiyməti bəzi apteklərdə birdən-birə 16 manata qaldırılıb...

13.03.2025 / 18:42
Baş nazirin uşaqlarla bağlı qərarında yeni hansı tələblər var?..

13.03.2025 / 18:28
Anarın məhkəməyə verdiyi yazıçı “sonadək mübarizə” deyir...

13.03.2025 / 18:16
Trampla Xamneyinin arasında məktub məsələsi əsl müəmmaya dönüb...

13.03.2025 / 18:11
Makron Rusiyanın dondurulmuş 230 milyardına göz dikdi – Trampın yanında başqa söz demişdi…

13.03.2025 / 18:08
XİN Ermənistanla saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığına dair bəyanat yaydı

13.03.2025 / 18:03
Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf etdi

13.03.2025 / 17:58
Fransa 113 peykin casusluq imkanlarını Ermənistana açıb - Bakıya qarşı...

13.03.2025 / 17:45
ABŞ-ın “əvvəlki sərhədlər olmayacaq” şərtində ədalətli Moskva-Kiyev sülhü mümkündür?..

13.03.2025 / 17:39
Ermənistan XİN də təsdiqlədi - sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb

13.03.2025 / 17:32
“Azərbaycan qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzinə çevrilib” - Vüqar Rəhimzadə

13.03.2025 / 17:29
Ermənilər Türkiyə jurnalistlərini Marqara keçidinə apardılar - “keçid tam hazırdır” mesajı...

13.03.2025 / 17:16
Xristian "liderlər" Bakıda erməni məhkəməsi ilə bağlı Trampı təxribata çəkirlər...

13.03.2025 / 17:10
Milli Məclis hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı beynəlxalq parlament təşkilatlarına məktub göndərdi

13.03.2025 / 17:05
Ermənistan Azərbaycanın qalan iki təklifini də qəbul etdi - Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşdı...

13.03.2025 / 16:57
Prezident İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim edib

13.03.2025 / 16:55
Prezident İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib

13.03.2025 / 16:41
Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

13.03.2025 / 16:29
"Dünya mövcud münaqişələri dayandırmalı və danışıqlar masası arxasına əyləşməlidir" - ARTOC direktoru

13.03.2025 / 16:25
"Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik" - Ceyhun Bayramov

13.03.2025 / 16:18
Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapıldı

13.03.2025 / 16:17
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

13.03.2025 / 15:48
Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel keçirilib

13.03.2025 / 15:42
“TÜRK” etnonimi və törələri - YUNUS Oğuz yazır

13.03.2025 / 15:35
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib - FOTO

13.03.2025 / 15:25
Trampı fələstinli sözünə görə yıxıb sürüdülər...

13.03.2025 / 15:23
HƏMAS İsrailin işğalına müqavimət göstərəcəyini bəyan edib

13.03.2025 / 15:14
Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib - FOTO

13.03.2025 / 15:12
"Aİ-də bir çox məsələlərdə birlik yoxdur, Avropa ekzistensial böhrandadır" - Sabiq nazir

13.03.2025 / 15:05
Vidadinin ürəyi Vətənlə döyünürdü...

13.03.2025 / 14:57
Masallıda polis əməliyyat keçirdi, 10 kiloqram narkotik aşkarlandı

13.03.2025 / 14:43
“Vaşinqton İsrailin Azərbaycanla əməkdaşlığından dərs almalıdır” - ABŞ beyin mərkəzi

13.03.2025 / 14:37
"Qlobal səviyyədə idarəçilik dəyişməlidir" - Çinin xüsusi nümayəndəsi

13.03.2025 / 14:32
"Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır" - Çavuşoğlu

13.03.2025 / 14:25
Jelka Tsviyanoviç: "Xll Bakı Qlobal Forumundakı çağırışlar fürsətə çevrilə bilər"

13.03.2025 / 14:12
"Onların mühakiməsi davam etdiriləcək" - Prezidentin köməkçisi

13.03.2025 / 14:06
Prezidentin köməkçisi: "Avropa İttifaqının bizim regionla bağlı yeni siyasətini görmək istəyirik"

13.03.2025 / 13:54
"Forum geniş fikir müxtəlifliyini təmsil edən insanları bir araya gətirib" - Latviyanın sabiq Prezidenti

13.03.2025 / 13:40
"Azərbaycana qarşı vuruşan "Daşnak" adlandırılan taborda Ermənistan vətəndaşları da var idi" - Ermənistan ordusunun generalı

13.03.2025 / 13:36
"Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub" - Hikmət Hacıyev

13.03.2025 / 13:32
Prezident İlham Əliyev Albaniya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

13.03.2025 / 13:31
Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam edir"

13.03.2025 / 13:23
"Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz" - Hikmət Hacıyev

13.03.2025 / 13:20
"Biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizi göstərməliyik" - Şarl Mişel

Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456