Cümə günü, 14 mart 2025
     

Türkiyənin Ermənistanla görüşdən imtinasının səbəbi Azərbaycanla bağlıdır...

Image

Sahil İsgəndərov: "Bu görüşün baş tutmaması, yaxud təxirə salınması son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ətrafında gedən proseslərlə bağlı ola bilər və daha çox bağlıdır"

Rəsmi Ankara Türkiyə  və Ermənistan nümayəndələri arasında görüşdən imtina edib. News.am-a məlumatlı diplomatik mənbədən bildirilib ki, Ankara fikrini dəyişərək Türkiyə və Ermənistan nümayəndələri arasında iyulun 2-nə planlaşdırılan görüşdən imtina edib. 

Erməni mediasının yazdığına görə, bundan əvvəl xəbər verilmişdi ki, iyulun 2-də Ermənistan-Türkiyə sərhədində iki ölkə nümayəndələrinin görüşü planlaşdırılır. "Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri açıqlanmayıb".

Yazılanlara görə, iclasın ləğv edilib-edilmədiyi hələlik məlum deyil.

Erməni mediasına görə,  iyunun 11-də Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib ki, "uzun müddətdir rəsmi görüş olmayıb, amma bizim aramızda razılıq var. Ermənistan və Türkiyə nümayəndələri arasında görüş yeni tarixdə baş tutacaq və yerlə bağlı hələlik razılaşmamız yoxdur". Rubinyan bildirib ki, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və hazırdır. Türkiyənin xüsusi elçisi 7 il ABŞ səfiri və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışmış Serdar Kılıçdır.

Türkiyənin bu görüşdən imtinası Ermənistanın Azərbaycanla sülh sazişini  imzalama prosesini gecikdirməsi ilə bağlı ola bilərmi?

Bəzi ekspertlərə görə, Ermənistan prosesi ləngitdiyi üçün Türkiyə də bu görüşü lazım bilməyib.

"Bütün dövrlərdə rəsmi Ankara birmənalı şəkildə bəyan edib ki,  Türkiyə-Ermənisan münasibətlərinin normallaşması yolu ilk növbədə Ermənistanın Azərbaycanla münasibətlərini tənzimlənməsindən keçir" 

Politoloq Sahil İsgəndərov "Bakı-Xəbər"ə şərhində "Əlbəttə ki, bu görüşün baş tutmaması, yaxud təxirə salınması son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ətrafında gedən proseslərlə bağlı ola bilər və daha çox bağlıdır. Bilirik ki, Azərbaycan tərəfi artıq Ermənistanla münasibətlərin normallaşması və sülh sazişinin imzalanması ilə bağlı öz tələbini konkret şəkildə ortaya qoyub"-deyə bildirdi.

S.İsgəndərov vurğuladı ki, bu da məhz Ermənistan konstitutsiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələrin çıxarılması tələbidir. Azərbaycanın birmənalı şəkildə Ermənistan konstitutsiyasında dəyişikliklər gözlədiyini deyən S.İsgəndərov qeyd etdi ki, Azərbaycan bunu dəfələrlə bəyan edib, bu müxtəlif ölkələrin ən yüksək vəzifəli rəsmiləri ilə görüşlərdə   də bildirilib. S.İsgəndərov onu da dedi ki, yəni artıq Azərbaycan dövləti beynəlxalq miqyasda bu tələbi konkret şəkildə ortaya qoyub. Türkiyə ilə Ermənistan arasında təyin olunan görüşün  Azərbaycanın Ermənistana qarşı tələbi ilə bağlı təxirə salındığını istisna etməyən S.İsgəndərov qeyd etdi ki, əvvəlcə Ermənistan Azərbaycanın tələbinə əməl etməlidir. "Bu görüşün təxirə salınması niyə məhz bununla bağlı ola bilər? Çünki bilirik ki, Ermənistan konstitutsiyasındakı ərazi iddiaları yalnız Azərbaycan əraziləri ilə bağlı deyil, orada qardaş Türkiyəyə qarşı da ərazi iddiaları var. Azərbaycan Ermənistan qarşısında konstitutsiyasından ərazi iddiaları ilə bağlı maddələrin çıxarılması tələbini qoyanda təkcə özünü nəzərdə tutmur, həm də qardaş Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasını nəzərdə tutur. Belə ola bilməz ki, Azərbaycana qarşı ərazi iddiaları Ermənistan konstitutsiyasından çıxarılsın, amma Türkiyəyə qarşı ərazi iddiaları qalsın. Bu baxımdan düşünürəm ki, rəsmi Ankaranın bu mövqeyi, yəni Türkiyə və Ermənistan arasında görüşü ləğv etməsi bu məqamla bağlı ola bilər. Amma mən demirəm ki, bu birmənalı şəkildə belədir. Aydındır ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi kontekstində artıq tərəflər müəyyən işlər görüblər, müəyyən qədər irəliləyiş olub. Amma bir məsələni də yaddan çıxarmayaq, son 35 ildə, hətta İkinci Qarabağ savaşına qədər də, ondan sonra da, bütün dövrlərdə rəsmi Ankara birmənalı şəkildə bəyan edib ki,  Türkiyə-Ermənisan münasibətlərinin normallaşması yolu ilk növbədə Ermənistanın Azərbaycanla münasibətlərini tənzimlənməsindən keçir. Bunu Türkiyə dəfələrlə vurğulayıb. Yeri gəlmişkən, "Zəngəzur dəhlizi" də elə bu kontekstə daxildir. Ona görə də düşünürəm ki, bəli, bu məqamlar bir-birini tamamlayır. Görüşlə bağlı Ankaranın fikrindən daşınması, istisna deyil ki, bununla bağlıdır. Burada ikinci bir məqam da ola bilər. Bilirik ki, son zamanlar Ermənistan regiondan kənar oyunçularla, ilk növbədə Amerika Birləşmiş Ştatları (ABŞ), Fransa ilə, yəni kollektiv Qərblə ikibaşlı oyunlar aparır. Yeri gəlmişkən, bu qüvvələrin də Cənubi Qafqazda möhkəmlənməsi çox vaxt heç də Türkiyənin geosiyasi maraqları ilə üst-üstə düşmür. İkinci bir tərəfdən də, bilirik ki, xüsusilə Fransanın Ermənistanı silahlandırması və ABŞ-ın da bu və digər şəkildə dolayısı ilə, yaxud pərdəarxası və ya açıq-aşkar dəstəyi heç də rəsmi Ankaranın ürəyindən deyil. Təbii ki, belə oyunlar regionda da vəziyyəti gərginləşdirir ki, bu da Türkiyənin milli və geosiyasi maraqlarına heç də müsbət xallar gətirmir, əksinə təhdid yaradır.
Yaddan çıxarmayaq ki, Azərbaycan Türkiyə və Rusiyanın yaratdığı 3+3 formatı kontekstində ilk növbədə regionda bütün proseslərin məhz region dövlətlərinin iştirakı ilə, bilavasitə, onlar arasında gedən proseslərin, danşıqların, münasibətlərin tənzimlənməsini nəzərdə tutur. 3+3 formatı, əksinə, regiondan kənar qüvvələrin burada  mövqeyinin möhkəmlənməsinin, bu və digər proseslərə müdaxiləsinin, onların ədavəti qızışdırmaq planlarının qarşısına sədd çəkib. Bu baxımdan düşünürəm ki, Ermənistanın son zamanlar, xüsusilə də ABŞ-la və Fransa ilə belə pərdəarxası, ikibaşlı oyunları heç də Türkiyəni qane etmir. Çünki bildiyimiz kimi, Türkiyə, Azərbaycan və Rusiya ilə bərabər burada yeni bir geosiyasi konfiqurasiya  yaranır. Buna görə də düşünürəm ki, Türkiyənin Ermənistanla görüş fikrindən daşınması bu iki məqamla bağlı ola bilər. Amma bu heç də o demək deyil ki, bu görüş bir də olmayacaq, belə deyək, hər iki tərəf siyasi iradə ortaya qoyub və xeyli irəliləyiş var. Ancaq istənilən halda düşünürəm ki, Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi birbaşa olaraq Ermənistan Azərbaycan münasibətlərinin tənzimlənməsindən və sülh sazişindən keçir. Başqa cür də ola bilməyəcək"-deyə S.İsgəndərov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

14.03.2025 / 10:24
"Ermənistan Türkiyə və Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir" - Mustafa Destici

14.03.2025 / 10:15
Zakir Həsənov Haluk Bayraktarı bu medal ilə təltif edib

14.03.2025 / 10:13
Putinin nala- mıxa vurması Trampı da çətin duruma saldı

14.03.2025 / 10:08
Bakıda "Boranı" restoranında yanğın başlayıb - TƏCİLİ

14.03.2025 / 10:07
Bu gün İmişli iki kəndi qazsız qalacaq

14.03.2025 / 10:02
Makron Azərbaycan-Ermənistan sülh sazişi barədə bəyanat verdi

14.03.2025 / 09:47
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə kampaniyası keçirəcək

14.03.2025 / 09:30
Nikahdankənar doğuşlar kütləviləşir - kimin günahı, kimin səhvi...

14.03.2025 / 09:22
"Barselona" bu futbolçu ilə müqaviləni yenilədi

14.03.2025 / 09:18
"BMT-nin Vardanyan işi ilə bağlı rəyini alqışlayırıq" - XİN bəyanat yaydı

14.03.2025 / 09:07
Ərəb dövlətləri Qızzanın bərpa planı ilə bağlı ABŞ-a meydan oxudular..

14.03.2025 / 08:38
“Ailələri dağıdan qadınlardır" - Komitəyə ekspertlərdən reaksiyalar...

14.03.2025 / 01:15
Avropa Parlamentində yeni korrupsiyaya qalmaqalı - axtarışlar aparıldı, saxlananlar var...

13.03.2025 / 22:38
Prezident İlham Əliyevin “Instagram” səhifəsində XII Qlobal Bakı Forumunun açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

13.03.2025 / 22:31
Tramp Putinin bəyanatını natamam adlandırdı və təhdid etdi

13.03.2025 / 22:31
“Qərbi Azərbaycan” ifadəsi ermənilərin qorxulu yuxusuna çevrilib

13.03.2025 / 22:10
Ağstafada dönərdən kütləvi zəhərlənmə - 9 nəfər xəstəxanalıq oldu

13.03.2025 / 21:54
Təqsirləndirilən şəxs: "Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı"

13.03.2025 / 21:41
"Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi" - Qukasyandan qondarma rejimlə bağlı etiraf

13.03.2025 / 21:35
Madat Babayan: "Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi"

13.03.2025 / 21:30
Qondarma rejimdə yüksək rütbələri Ermənistanın hərbi-siyasi rəhbərliyi verirmiş – məhkəmədə yeni faktlar açıqlandı

13.03.2025 / 21:22
İsrail ordusu Dəməşqə hücum edib

13.03.2025 / 21:20
“Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” Bakı Forumunda müzakirə edildi

13.03.2025 / 21:18
Putin yenə nala-mıxa vurdu

13.03.2025 / 21:17
Azərbaycan qlobal problemlərin həllinə yeni töhfələr verir...

13.03.2025 / 21:14
Rusiya “atəşkəs” sazişini pozmaqda qərarlıdır

13.03.2025 / 21:11
Bu dəfə İran prezidenti Trampı yıxıb sürüdü: - “Tehran Kiyev deyil”

13.03.2025 / 21:05
İrəvan Bakının sülh şərtlərini tam qəbul etdi – sazişin harada imzalanacağı müzakirə olunur...

13.03.2025 / 20:50
Avropa Parlamenti Eçmiədzinlə birlikdə Bakıya qarşı gediş edir...

13.03.2025 / 20:43
Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olundu

13.03.2025 / 20:35
Ermənistan Azərbaycanla həm sülh deyir, həm də silahlanır...

13.03.2025 / 20:05
Ukrayna döyüşlərində "Rusiya imperiyasının" bayrağı qaldırıldı - mesajlar...

13.03.2025 / 20:01
SOCAR dünya enerji nəhəngləri ilə birgə İsrailin “Tamar” yatağında...

13.03.2025 / 19:51
Avropa İttifaqı Azərbaycanın 20 il əvvəlki siyasətinin düzgünlüyünü qəbul edir...

13.03.2025 / 19:37
"Turan" agentliyinin kreditorları nə tələb edir?

13.03.2025 / 19:24
Ermənistana getmiş türkiyəli jurnalist erməni təsirinə düşdü - ciddi xətalara yol verdi

13.03.2025 / 19:11
Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

13.03.2025 / 18:57
"Dermovate" məlhəminin qiyməti bəzi apteklərdə birdən-birə 16 manata qaldırılıb...

13.03.2025 / 18:42
Baş nazirin uşaqlarla bağlı qərarında yeni hansı tələblər var?..

13.03.2025 / 18:28
Anarın məhkəməyə verdiyi yazıçı “sonadək mübarizə” deyir...

13.03.2025 / 18:16
Trampla Xamneyinin arasında məktub məsələsi əsl müəmmaya dönüb...

13.03.2025 / 18:11
Makron Rusiyanın dondurulmuş 230 milyardına göz dikdi – Trampın yanında başqa söz demişdi…

13.03.2025 / 18:08
XİN Ermənistanla saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığına dair bəyanat yaydı

13.03.2025 / 18:03
Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf etdi

13.03.2025 / 17:58
Fransa 113 peykin casusluq imkanlarını Ermənistana açıb - Bakıya qarşı...

13.03.2025 / 17:45
ABŞ-ın “əvvəlki sərhədlər olmayacaq” şərtində ədalətli Moskva-Kiyev sülhü mümkündür?..

13.03.2025 / 17:39
Ermənistan XİN də təsdiqlədi - sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb

13.03.2025 / 17:32
“Azərbaycan qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzinə çevrilib” - Vüqar Rəhimzadə

13.03.2025 / 17:29
Ermənilər Türkiyə jurnalistlərini Marqara keçidinə apardılar - “keçid tam hazırdır” mesajı...

13.03.2025 / 17:16
Xristian "liderlər" Bakıda erməni məhkəməsi ilə bağlı Trampı təxribata çəkirlər...

13.03.2025 / 17:10
Milli Məclis hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı beynəlxalq parlament təşkilatlarına məktub göndərdi

13.03.2025 / 17:05
Ermənistan Azərbaycanın qalan iki təklifini də qəbul etdi - Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşdı...

13.03.2025 / 16:57
Prezident İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim edib

13.03.2025 / 16:55
Prezident İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib

13.03.2025 / 16:41
Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

13.03.2025 / 16:29
"Dünya mövcud münaqişələri dayandırmalı və danışıqlar masası arxasına əyləşməlidir" - ARTOC direktoru

13.03.2025 / 16:25
"Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik" - Ceyhun Bayramov

13.03.2025 / 16:18
Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapıldı

13.03.2025 / 16:17
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

13.03.2025 / 15:48
Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel keçirilib

13.03.2025 / 15:42
“TÜRK” etnonimi və törələri - YUNUS Oğuz yazır

13.03.2025 / 15:35
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib - FOTO

13.03.2025 / 15:25
Trampı fələstinli sözünə görə yıxıb sürüdülər...

13.03.2025 / 15:23
HƏMAS İsrailin işğalına müqavimət göstərəcəyini bəyan edib

13.03.2025 / 15:14
Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib - FOTO

13.03.2025 / 15:12
"Aİ-də bir çox məsələlərdə birlik yoxdur, Avropa ekzistensial böhrandadır" - Sabiq nazir

13.03.2025 / 15:05
Vidadinin ürəyi Vətənlə döyünürdü...

13.03.2025 / 14:57
Masallıda polis əməliyyat keçirdi, 10 kiloqram narkotik aşkarlandı

13.03.2025 / 14:43
“Vaşinqton İsrailin Azərbaycanla əməkdaşlığından dərs almalıdır” - ABŞ beyin mərkəzi

13.03.2025 / 14:37
"Qlobal səviyyədə idarəçilik dəyişməlidir" - Çinin xüsusi nümayəndəsi

13.03.2025 / 14:32
"Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır" - Çavuşoğlu

13.03.2025 / 14:25
Jelka Tsviyanoviç: "Xll Bakı Qlobal Forumundakı çağırışlar fürsətə çevrilə bilər"

13.03.2025 / 14:12
"Onların mühakiməsi davam etdiriləcək" - Prezidentin köməkçisi

13.03.2025 / 14:06
Prezidentin köməkçisi: "Avropa İttifaqının bizim regionla bağlı yeni siyasətini görmək istəyirik"

13.03.2025 / 13:54
"Forum geniş fikir müxtəlifliyini təmsil edən insanları bir araya gətirib" - Latviyanın sabiq Prezidenti

13.03.2025 / 13:40
"Azərbaycana qarşı vuruşan "Daşnak" adlandırılan taborda Ermənistan vətəndaşları da var idi" - Ermənistan ordusunun generalı

13.03.2025 / 13:36
"Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub" - Hikmət Hacıyev

13.03.2025 / 13:32
Prezident İlham Əliyev Albaniya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

13.03.2025 / 13:31
Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam edir"

13.03.2025 / 13:23
"Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz" - Hikmət Hacıyev

13.03.2025 / 13:20
"Biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizi göstərməliyik" - Şarl Mişel

Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456