Cümə günü, 14 mart 2025
     

Fransada eyni vaxtda daxili sosial etirazlar və müstəmləkə üsyanları başladı...

Image

Məhərrəm Zülfüqarlı: "Baş verən bu proseslərin, etirazların, tətillərin, Yeni Kaledoniyada yaşanan dəhşətlərin əsas səbəbi Makron hakimiyyətinin yarıtmaz siyasətidir"

Bu gün Fransanın daxilində bir sıra ciddi proseslər baş verir. Emmanuel Makron hakimiyyətinin yürütdüyü siyasət bu ölkəni əməlli-başlı qarışdırıb. 

Bir tərəfdə Yeni Kaledoniyada müstəqillik uğrunda hərəkat başlayıb, başqa fransız müstəmləkələrində də yavaş-yavaş etirazlar üzə çıxır, Yeni Kaledoniya blokadaya alınıb, hava limanı bağlanıb, 3 minə yaxın polis qüvvələri ora yeridilib, bunlarla paralel olaraq Fransanın özünün daxilində də böyük sosial gərginliklər var. Ayrı-ayrılıqda mühafizə işçiləri, nəqliyyatçılar, səhiyyə işçiləri, bank işçiləri, sosial sahədə çalışanlar, pilotlar tətil edir, pensiyaçılar, fermerlər etiraz aksiyaları keçirirlər. 

Hətta bir müddət əvvəl  Fransada xəstəxana, ictimai nəqliyyat və muzeylərin işçiləri Paris-2024 Yay Olimpiya Oyunları zamanı tətil etmək planlarını açıqlayıblar. 

İyulun 26-dan avqustun 11-dək keçiriləcək olimpiada zamanı Fransa paytaxtına 16 minə  yaxın insanın gələcəyi gözlənilir. Bu vaxt müddəti təşkilatçılar tərəfindən xüsusi olaraq seçilib. Çünki iyulun sonu və avqustun əvvəlində bir çox parislilər yay tətilinə çıxırlar. İctimai nəqliyyatın və infrastrukturun yükü xeyli azalmış olur. "Financial Times"da qeyd olunur ki, olimpiada zamanı bir çox dövlət sektorunda işçilər yay tətilindən məhrum olacaq, işləmək məcburiyyətində qalcaqlar. Həmin işçilər artıq indidən narazılıq bildirməyə başlayıblar. Bunun müqabilində işçilər bonuslar, əlavə iş haqqı və uşaq baxımı üçün müavinət istəyirlər.

Fransanın Ümumi Əmək Konfederasiyasının rəhbəri Sofi Binetin sözlərinə görə, hökumət olimpiadanın problemsiz keçməsini istəyirsə, bu tələbləri şərtsiz qəbul etməlidir. Güman edilir ki, oyunlara ev sahibliyi etməklə Fransanın nüfuzu yaxşılaşacaq, ölkə büdcəsinə əlavə pullar gələcək. Bunun üçün dövlət sektorunun işçiləri mütləq təzminat almalıdırlar.

Həmkarlar ittifaqları tibb bacılarının, polis məmurlarının və maşinistlərin iş şəraitinin dəyişməsinin, maaşları inflyasiya ilə ayaqlaşa bilmədiyi üçün yaşayış səviyyəsinin aşağı düşməsindən qəzəbləndiklərini bildirirlər.

Məsələn, Paris bölgəsinin ictimai nəqliyyat qrupu olan RATP həmkarlar ittifaqının lideri Fransua-Havier Haroul bildirib ki, dəmiryol işçiləri artıq hökumətin şirin vədlərinə tox olduqların bildiriblər. Bundan başqa, bu ilin yanvar ayında Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin polis əməkdaşlarına 1900 avroya qədər bonuslar veriləcəyini açıqlamışdı. Lakin polis işiçləri qeyd edirlər ki, bu baradə hələ heç bir rəsmi açıqlama yoxdur.

Bunlardan başqa, olimpiyaya hazırlıq çərçivəsində miqrantlar üçün olduqca çətin şərait yaradılıb, onların və kasıb əhalinin şəhərin mərkəzindən ucqarlara köçürülməsi ilə bağlı plan işə salınıb. Kasıbları və kasıb miqrantları paytaxtın mərkəzindən yığışdırırlar, onları aparıb şəhərin kənarında şəhərciklərdə, çadırlarda yerləşdirirlər. Əhalinin sosial vəziyyətinə görə açıq-aşkar ayrıseçkilik siyasəti aparılır.   

Makron hökumətinin yarıtmaz siyasəti bu iki məsələnin üst-üstə düşməsində nə qədər rol oynayır? Başqa nə kimi səbəblər var ki, eyni vaxtda həm daxildə, həm də müstəmləkələrdə belə gərginlik yaranmağa başlayıb? Fransada eyni vaxtda  baş verən daxili sosial etirazlar və müstəmləkələrdə qarşıdurmalar təsadüfdürmü? Bunları təsadüf saymaq olar, yoxsa rəsmi Parisin yarıtmaz siyasəti bu halları yaradıb?

"Nə daxildəki sosial problemləri həll edir, etirazçıları, tətilçiləri razı salmaq istəyir, nə də müstəmləkələrdən əl çəkir, bütün bu amillər isə hazırkı vəziyyətin yaranmasına səbəb olur" 

AVCİYA-nın vitse-prezidenti, siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu hadisələrin paralel baş verməsi qətiyyən təsadüfi deyil və bu, Makron hökumətinin ölkənin daxili ilə maraqlanmaması, yeni müstəmləkəçilik havasında olması ilə bağlıdır. O vurğuladı ki, Makron ölkənin daxilindəki vəziyyəti düzəltmək əvəzinə başqa ölkələrin işinə qarışmaqla məşğul olur, müstəmləkəçilik həvəsini təmin etməyi daha üstün bilir. "Müasir dövrdə Fransa Avropa İttifaqının aparıcı dövləti olsa da, problemlər içindədir. Eyni zamanda baş verən bu proseslərin, etirazların, tətillərin, Yeni Kaledoniyada yaşanan dəhşətlərin əsas səbəbi Makron hakimiyyətinin yarıtmaz siyasətidir. Çünki onun daxili siyasəti iflic vəziyyətdədir, daxillə maraqlanmır, fikri-zikri müstəmləkələrində öz hakimiyyətini möhkəmləndirmək, yeni müstəmləkələrə sahib olmaqdır. O, normal daxili siyasət aparsaydı eyni zamanda bu qədər problem baş verməzdi, Yeni Kaledonioya da, başqa müstəmləkələr də azadlığa çıxardılar. Amma o bunları nəzərə almadı, öz istədiyini edir. Fransız xalqının problemlərini həll etmək əvəzinə öz yarıtmaz siyasəti ilə onlara daha çox problem yaradır. Bütün baş verənlərin məsuliyyətini Fransa hökuməti daşıyır. Nə daxildəki sosial problemləri həll edir, etirazçıları, tətilçiləri razı salmaq istəyir, nə də müstəmləkələrdən əl çəkir, bütün bu amillər isə hazırkı vəziyyətin yaranmasına səbəb olur"-deyə M.Zülfüqarlı qeyd etdi.    

M.Zülfüqarlının sözlərinə görə, Fransa təkcə daxili problemlə qarışılaşmayıb, həmçinin öz müttəfiqləri ilə münasibətlərdə də problemlər içindədir. "Məsələn, Makronun irəli sürdüyü "Avropa ordusu" yaratmaq fikri Amerika siyasətinə uyğun olmadığı üçün bu ölkələrin münaisbətlərinə sərinlik gətirir. Bundan başqa, İngiltərə və Amerikanın təsirilə Avstraliya Fransadan təyyarə almaq üçün böyük məbləğli müavilələr imzalasa da, amma sonra Makronun yarıtmaz siyasəti nəticəsində bu müavilədən imtina etdi, təyyarə almağı dayandırdı. Bununla da Fransa böyük maddi ziyan çəkdi. Fransanın Cənubi Qafqazda yeritdiyi siyasət də, ermənipərəstliyi də Azərbaycan xalqını hiddətləndirir".

Bizim mətbuatda Fransanın müstəmləkələrində gedən proseslərin daha çox izləndiyini deyən M.Zülfüqarlı bildirdi ki, bütün bunlar Fransa xalqının növbəti seçkilərdə Makron kimi yarıtmaz siyasət aparan bir şəxsə səs verməyəcəyini deməyə əsas verir. O hesab edir ki, Makron hakimiyyətdən getdikdən və orada normal hakimiyyət qurulduqdan sonra Fransanın həm daxilindəki problemlər həll oluna, həm də Fransa qanlı əllərini müstəmləkələrinin üzərindən çəkə, o xalqlar azadlığa çıxa bilər, bu da həm daxili, həm də xarici böhrandan Fransanı xilas edəcək. "Hələlik isə böhran günü-gündən daha da dərinləşir, bu saysız istiqamətləri əhatə edir. Bütün baş verənlərə görə məsuliyyət Makron hakimiyyətinin üzərinə düşür"-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA      




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

14.03.2025 / 10:24
"Ermənistan Türkiyə və Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir" - Mustafa Destici

14.03.2025 / 10:15
Zakir Həsənov Haluk Bayraktarı bu medal ilə təltif edib

14.03.2025 / 10:13
Putinin nala- mıxa vurması Trampı da çətin duruma saldı

14.03.2025 / 10:08
Bakıda "Boranı" restoranında yanğın başlayıb - TƏCİLİ

14.03.2025 / 10:07
Bu gün İmişli iki kəndi qazsız qalacaq

14.03.2025 / 10:02
Makron Azərbaycan-Ermənistan sülh sazişi barədə bəyanat verdi

14.03.2025 / 09:47
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə kampaniyası keçirəcək

14.03.2025 / 09:30
Nikahdankənar doğuşlar kütləviləşir - kimin günahı, kimin səhvi...

14.03.2025 / 09:22
"Barselona" bu futbolçu ilə müqaviləni yenilədi

14.03.2025 / 09:18
"BMT-nin Vardanyan işi ilə bağlı rəyini alqışlayırıq" - XİN bəyanat yaydı

14.03.2025 / 09:07
Ərəb dövlətləri Qızzanın bərpa planı ilə bağlı ABŞ-a meydan oxudular..

14.03.2025 / 08:38
“Ailələri dağıdan qadınlardır" - Komitəyə ekspertlərdən reaksiyalar...

14.03.2025 / 01:15
Avropa Parlamentində yeni korrupsiyaya qalmaqalı - axtarışlar aparıldı, saxlananlar var...

13.03.2025 / 22:38
Prezident İlham Əliyevin “Instagram” səhifəsində XII Qlobal Bakı Forumunun açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

13.03.2025 / 22:31
Tramp Putinin bəyanatını natamam adlandırdı və təhdid etdi

13.03.2025 / 22:31
“Qərbi Azərbaycan” ifadəsi ermənilərin qorxulu yuxusuna çevrilib

13.03.2025 / 22:10
Ağstafada dönərdən kütləvi zəhərlənmə - 9 nəfər xəstəxanalıq oldu

13.03.2025 / 21:54
Təqsirləndirilən şəxs: "Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı"

13.03.2025 / 21:41
"Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi" - Qukasyandan qondarma rejimlə bağlı etiraf

13.03.2025 / 21:35
Madat Babayan: "Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi"

13.03.2025 / 21:30
Qondarma rejimdə yüksək rütbələri Ermənistanın hərbi-siyasi rəhbərliyi verirmiş – məhkəmədə yeni faktlar açıqlandı

13.03.2025 / 21:22
İsrail ordusu Dəməşqə hücum edib

13.03.2025 / 21:20
“Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” Bakı Forumunda müzakirə edildi

13.03.2025 / 21:18
Putin yenə nala-mıxa vurdu

13.03.2025 / 21:17
Azərbaycan qlobal problemlərin həllinə yeni töhfələr verir...

13.03.2025 / 21:14
Rusiya “atəşkəs” sazişini pozmaqda qərarlıdır

13.03.2025 / 21:11
Bu dəfə İran prezidenti Trampı yıxıb sürüdü: - “Tehran Kiyev deyil”

13.03.2025 / 21:05
İrəvan Bakının sülh şərtlərini tam qəbul etdi – sazişin harada imzalanacağı müzakirə olunur...

13.03.2025 / 20:50
Avropa Parlamenti Eçmiədzinlə birlikdə Bakıya qarşı gediş edir...

13.03.2025 / 20:43
Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olundu

13.03.2025 / 20:35
Ermənistan Azərbaycanla həm sülh deyir, həm də silahlanır...

13.03.2025 / 20:05
Ukrayna döyüşlərində "Rusiya imperiyasının" bayrağı qaldırıldı - mesajlar...

13.03.2025 / 20:01
SOCAR dünya enerji nəhəngləri ilə birgə İsrailin “Tamar” yatağında...

13.03.2025 / 19:51
Avropa İttifaqı Azərbaycanın 20 il əvvəlki siyasətinin düzgünlüyünü qəbul edir...

13.03.2025 / 19:37
"Turan" agentliyinin kreditorları nə tələb edir?

13.03.2025 / 19:24
Ermənistana getmiş türkiyəli jurnalist erməni təsirinə düşdü - ciddi xətalara yol verdi

13.03.2025 / 19:11
Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

13.03.2025 / 18:57
"Dermovate" məlhəminin qiyməti bəzi apteklərdə birdən-birə 16 manata qaldırılıb...

13.03.2025 / 18:42
Baş nazirin uşaqlarla bağlı qərarında yeni hansı tələblər var?..

13.03.2025 / 18:28
Anarın məhkəməyə verdiyi yazıçı “sonadək mübarizə” deyir...

13.03.2025 / 18:16
Trampla Xamneyinin arasında məktub məsələsi əsl müəmmaya dönüb...

13.03.2025 / 18:11
Makron Rusiyanın dondurulmuş 230 milyardına göz dikdi – Trampın yanında başqa söz demişdi…

13.03.2025 / 18:08
XİN Ermənistanla saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığına dair bəyanat yaydı

13.03.2025 / 18:03
Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf etdi

13.03.2025 / 17:58
Fransa 113 peykin casusluq imkanlarını Ermənistana açıb - Bakıya qarşı...

13.03.2025 / 17:45
ABŞ-ın “əvvəlki sərhədlər olmayacaq” şərtində ədalətli Moskva-Kiyev sülhü mümkündür?..

13.03.2025 / 17:39
Ermənistan XİN də təsdiqlədi - sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb

13.03.2025 / 17:32
“Azərbaycan qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzinə çevrilib” - Vüqar Rəhimzadə

13.03.2025 / 17:29
Ermənilər Türkiyə jurnalistlərini Marqara keçidinə apardılar - “keçid tam hazırdır” mesajı...

13.03.2025 / 17:16
Xristian "liderlər" Bakıda erməni məhkəməsi ilə bağlı Trampı təxribata çəkirlər...

13.03.2025 / 17:10
Milli Məclis hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı beynəlxalq parlament təşkilatlarına məktub göndərdi

13.03.2025 / 17:05
Ermənistan Azərbaycanın qalan iki təklifini də qəbul etdi - Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşdı...

13.03.2025 / 16:57
Prezident İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim edib

13.03.2025 / 16:55
Prezident İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib

13.03.2025 / 16:41
Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

13.03.2025 / 16:29
"Dünya mövcud münaqişələri dayandırmalı və danışıqlar masası arxasına əyləşməlidir" - ARTOC direktoru

13.03.2025 / 16:25
"Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik" - Ceyhun Bayramov

13.03.2025 / 16:18
Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapıldı

13.03.2025 / 16:17
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

13.03.2025 / 15:48
Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel keçirilib

13.03.2025 / 15:42
“TÜRK” etnonimi və törələri - YUNUS Oğuz yazır

13.03.2025 / 15:35
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib - FOTO

13.03.2025 / 15:25
Trampı fələstinli sözünə görə yıxıb sürüdülər...

13.03.2025 / 15:23
HƏMAS İsrailin işğalına müqavimət göstərəcəyini bəyan edib

13.03.2025 / 15:14
Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib - FOTO

13.03.2025 / 15:12
"Aİ-də bir çox məsələlərdə birlik yoxdur, Avropa ekzistensial böhrandadır" - Sabiq nazir

13.03.2025 / 15:05
Vidadinin ürəyi Vətənlə döyünürdü...

13.03.2025 / 14:57
Masallıda polis əməliyyat keçirdi, 10 kiloqram narkotik aşkarlandı

13.03.2025 / 14:43
“Vaşinqton İsrailin Azərbaycanla əməkdaşlığından dərs almalıdır” - ABŞ beyin mərkəzi

13.03.2025 / 14:37
"Qlobal səviyyədə idarəçilik dəyişməlidir" - Çinin xüsusi nümayəndəsi

13.03.2025 / 14:32
"Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır" - Çavuşoğlu

13.03.2025 / 14:25
Jelka Tsviyanoviç: "Xll Bakı Qlobal Forumundakı çağırışlar fürsətə çevrilə bilər"

13.03.2025 / 14:12
"Onların mühakiməsi davam etdiriləcək" - Prezidentin köməkçisi

13.03.2025 / 14:06
Prezidentin köməkçisi: "Avropa İttifaqının bizim regionla bağlı yeni siyasətini görmək istəyirik"

13.03.2025 / 13:54
"Forum geniş fikir müxtəlifliyini təmsil edən insanları bir araya gətirib" - Latviyanın sabiq Prezidenti

13.03.2025 / 13:40
"Azərbaycana qarşı vuruşan "Daşnak" adlandırılan taborda Ermənistan vətəndaşları da var idi" - Ermənistan ordusunun generalı

13.03.2025 / 13:36
"Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub" - Hikmət Hacıyev

13.03.2025 / 13:32
Prezident İlham Əliyev Albaniya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

13.03.2025 / 13:31
Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam edir"

13.03.2025 / 13:23
"Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz" - Hikmət Hacıyev

13.03.2025 / 13:20
"Biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizi göstərməliyik" - Şarl Mişel

Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456