Bazar ertəsi günü, 7 aprel 2025
     

İrəvanın Təpəbaşı məhəlləsinin satılması Azərbaycan mədəni irsinə qarşı cinayətdir...

Image

Ermənistan hökuməti İrəvanın tarixi Azərbaycan məhəlləsi olan Təpəbaşını tamamilə məhv etmək yolunu tutduğunu gizlətmir. 

Erməni mediası yazır ki, İrəvan şəhərinin meriyası fevralın 26-da Təpəbaşı məhəlləsini satışa çıxardığını elan edib. Təpəbaşında 1 kv metrin qiymətinin 500-600 ABŞ dolları olduğu bildirilir. İrəvan meri Tiqran Avinyan artıq "Kond" (ermənilər Təpəbaşı məhəlləsini Kond adlandırır) rayonunun realizəsinə başlandığını elan edib. Beləliklə, XVII əsr müsəlman türk yadigarı İrəvan şəhərinin nüvəsi və şəhərin sonuncu müsəlman obrazı məhv edilir.

"Hraparak" yazır ki, İrəvan meri Tiqran Avinyanın fevralın 26-da elan etdiyi İrəvanın "Kond" məhəlləsinin yenidən qurulmasının həyata keçirilməsi baş nazir Nikol Paşinyanın hakimiyyətinin "qara səhifələrindən" birinə çevriləcək. Nəşr "Konda layihəsi"ni 2001-ci ildə Şimal prospektinin tikintisi məqsədilə İrəvanın mərkəzi sakinlərinin təxliyəsi ilə əlaqələndirib. "Bu təxliyələr o vaxtkı prezident Robert Köçəryanın ən qaranlıq səhifələrindən birinə çevrildi", – qəzet qeyd edir. "Hraparak" əlavə edib ki, Avinyanın bəyanatından sonra "Kond" sakinləri redaksiyaya zəng ediblər. "Bizə absurd miqdarda pul təklif edirlər! 210 min dramla mərkəzdən hara gedək... Kondda 100 ildi yaşayırıq, indi bizi qəpik-quruşla "evimizdən" çıxarmaq istəyirlər! Bizə pul lazım deyil. Biz ancaq bizim üçün evlərin tikilməsini istəyirik – iki və ya üç ev" – deyə nəşr qeyd edib.  Yazıldığı kimi, fevralın 26-da keçirilən bələdiyyə iclasında İrəvan meriyası tərəfindən Azərbaycan məhəlləsi Təpəbaşının satışa çıxarılacağı bəyan edilib.  

Aydın Quliyev: "İrəvan meri qədim şəhərimizin mərkəzi sayılan "Təpəbaşı" məhəlləsinin adını "Kond" kimi dəyişərək hər kvadratmetrini 600 dollara satışa çıxardıb...

"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev də öz Facebook səhifəsində bu mövzu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: "İrəvan meri qədim şəhərimizin mərkəzi sayılan "Təpəbaşı" məhəlləsinin adını "Kond" kimi dəyişərək hər kvadratmetrini 600 dollara satışa çıxardıb... " Kultursid", yəni mədəniyyətə qarşı genosid budur..."

Səbuhi Hüseynov: "Artıq nüfuzlu beynəlxalq təşkilatların iclasının müzakirə obyekti olan Təpəbaşı məhəlləsinin məhv edilməsi, satışa çıxarılması  beynəlxalq cinayətdir" 

Tarixçi, tədqiqatçı, İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi, Ermənistanda Azərbaycan irsinin dağıdılması və tarixi izlərin silinməsi üzrə araşdırmanın müəllifi Səbuhi Hüseynov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ermənistan hökumətinin Təpəbaşının satılması ilə bağlı qəbul etdiyi qərar  yolverilməzdir və bu böyük tarixi cinayətdir. "Başqasına məxsus mədəni irs abidələrinin məhv edilməsini avropalı tədqiqatçı Noa Krikler aşağıdakı hallarla əlaqələndirir:

Yəni müəllif sual verir ki, nə məqsədlə ərazisində digər xalqlara məxsus mədəni irs nümunələri dağıdılır? 

1) Milli saflıq irsinin gücləndirilməsi: Bunu etməklə Ermənistan siyasi dairələri və onların elitası ərazinin yeganə və tarixən qədim əhalisi olmaları barəsində mifi, yəni özünün ideoloji əsaslarını möhkəmləndirir. 

2) "Bizim" olanı geri almaq: Bunu etməklə digər xalqa məxsus bir çox mədəni irs nümunələrini özününküləşdirmək və digər xalqın varlığını inkar etmək məqsədi daşıyır. 

3) "Başqasının bütün görünən sübutları"nın məhv edilməsi: Bunu etməklə isə öz ərazisində olan bütün erməni olmayan abidələri məhv edir. 

Bütün soyqırım törədən xalqlar və onların siyasi elitaları bu üç alqoritmdən istifadə ediblər. Müasir Ermənistan dövlətinin tarixinə nəzər salsaq, onun siyasi elitalarının da eyni hərəkətləri etdikləri aydın olur.

Təpabaşı məhəlləsinin Azərbaycan tərəfindən araşdırılması və bu tədqiqata əsaslanaraq məhəllənin öz mədəni irsi olmasını dünyaya təqdim etməsindən artıq iki ilə yaxın zaman keçir. Bu mübarizə yolunda, artıq Azərbaycan tərəfi istər UNESCO, istərsə də digər nüfuzlu beynəlxalq təşkilatlarda bu məsələni az bir müddətdə qaldıra bilib və öz narahatlığını hər dəfə bildirib.

Bu hadisələrin fonunda, artıq Ermənistanda və xüsusilə İrəvan şəhərində yaşayan ermənilərin öz siyasi elitasına hiddətli sualları meydana gəlib. Əgər İrəvan ermənilərin qədim şəhəridirsə, bəs onda niyə onun mərkəzində olan maddi mədəni irs nümunələri azərbaycanlılara aiddir? Əgər İrəvan qədim erməni yurdudursa, bəs onda nə üçün İrəvanın ən mötəbər və ən hündür ərazisi azərbaycanlılara məxsus tarixi özündə əks etdirir?

Bu suallar erməni siyasi elitasını narahat edir. Bu sualları verən erməni ictimaiyyəti isə artıq Təpəbaşı məhəlləsini, Noya Kriklerin də göstərdiyi kimi, "Başqasının bütün görünən sübutları"nın məhv edilməsi məqsədi ilə yox etmək yolunu tutaraq buna start verir. 

Mən artıq iki ildir bunu hər dəfə qeyd edirəm. Təpəbaşı məhəlləsi Ermənistanın bu gün dövlət səviyyəsində apardığı ideoloji işi sarsıdır, bu ideologiyanın mötəbərliyini məhv edir, istər dünya ictimaiyyəti və istərsə də erməni ictimaiyyəti arasında çoxsaylı suallar yaradır. Bu suallardan yaxa qurtarmaq istəyən siyasi elita isə guya ölkənin iqtisadi məqsədləri üçün, amma əslində öz ideologiyasının əsaslarını qorumaq üçün Azərbaycan mədəni irsini İrəvandan təmizləmək istəyir" - deyə S.Hüseynov qeyd etdi. 

S.Hüseynovun bildirdiyinə görə, artıq bir neçə gündür ki, istər erməni mətbuatında və istərsə də erməni dilli sosial şəbəkə istifadəçilər iki hissəyə bölünüb. "Onların bir hissəsi nəhayət ki, İrəvanın mərkəzində sonuncu Azərbaycan irsinin məhv olunmasına dövlərin diqqət yetirdiyinə görə bu addımı alqışlayır. Digər hissə isə Təpəbaşı məhəlləsində yaşayan erməni əhalisi və bir neçə erməni elm xadimlərinin hiddəti və narahatlığı ilə müşahidə olunur. 

Artıq nüfuzlu beynəlxalq təşkilatların iclasının müzakirə obyekti olan Təpəbaşı məhəlləsinin məhv edilməsi, satışa çıxarılması beynəlxalq cinayətdir" - deyə qeyd edən S.Hüseynovun sözlərinə görə, Qərbi Azərbaycan İcması artıq bir sıra beynəlxalq platdormalarda icmaya məxsus bu mədəni irs nümunəsinin Ermənistan tərəfindən məhv ediləcəyi ilə bağlı məsələ qaldırıb, bu barədə bəyanat verib. Müxtəlif beynəlxalq platformalarda  bü bəyanatların, müraciətlərin müzakirəsi getdiyini deyən S.Hüseynovun sözlərinə görə, hətta UNESCO ona ünvanlanan müraciəti nəzərə alıb və bu beynəlxalq təşkilat bu məsələ ilə məşğul olacağını da bildirib. "Belə halda, Təpəbaşı məhəlləsinin satışa çıxarılması, onun özgəninkiləşdirilməsi və nəhayət irsin məhv edilməsi istər insan hüququları, istər mülkiyyət hüquqları və istərsə də dini azadlıqlar baxımından hüquq pozuntusudur. Həmin ərazidə mövcud irsin sahiblərinin varisləri indiki Qərbi Azərbaycan İcmasıdır. Bu məsələlərdə onların iştirakı olmadan hər hansı bir hərəkət beynəlxalq cinayət sayılır. Bu cür hadisəni pisləyən onlarla konvensiya və beynəlxalq hüquq sənədləri mövcuddur. Hazırda o mexanizmlərin işə salınması vacibdir" - deyə S.Hüseynov əlavə etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

07.04.2025 / 22:21
Avropa İttifaqı ABŞ-a qarşı cavab rüsumları tətbiq edəcək

07.04.2025 / 22:18
Ermənistanda doğum səviyyəsinin azalması fevral ayında da davam etdi

07.04.2025 / 21:30
İpə-sapa yatmayan Kreml yenə şərt irəli sürdü

07.04.2025 / 21:21
Tramp Çini 50% -lik əlavə rüsumla hədələdi

07.04.2025 / 21:21
Fidan nə demək istədi - Türkiyə Avropanı ABŞ-dan ayrılmağa təşviq edir?..

07.04.2025 / 21:19
Çin ABŞ-dan qaz idxalını dayandırdı

07.04.2025 / 21:14
David Babayandan etiraf: "Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi" - MƏHKƏMƏ + FOTO

07.04.2025 / 21:07
ABŞ-Rusiya barışığı Ermənistan iqtisadiyyatını çökdürür...

07.04.2025 / 20:49
Qazaxıstan və Türkmənistan Türk Kiprinə qarşı təhlükəli addım atdı...

07.04.2025 / 20:34
Ermənistan hakimiyyətinin bu qərarı da Rusiyaya təsir etmədi...

07.04.2025 / 20:19
İlham Əliyevin Pakistan səfərinə qarşı Ermənistanda hazırlıqlar başladı...

07.04.2025 / 20:04
Qaçaq Süleymanın Səttarxan hərəkatında böyük yeri var...

07.04.2025 / 19:51
ABŞ və İsrail İranda bu yerləri vuracaq - Tehran qonşu ölkələrdən başladı...

07.04.2025 / 19:43
David Babayan: "İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı"

07.04.2025 / 19:36
Müxtəlif növ istehlak kreditləri tam fərqli faizlərlə verilir - Mərkəzi Bank bunu normal sayır?...

07.04.2025 / 19:30
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırıldı

07.04.2025 / 19:25
İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişləndirildi

07.04.2025 / 19:23
Türk Dövlətləri Təşkilatında dağıdıcı təzahürlər başlayıb - Qazaxıstan, Türkmənistan və Macarıstanın jestləri...

07.04.2025 / 19:09
Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

07.04.2025 / 18:55
“Kollektiv öz səhvini düzəldərək filmdən Buzovna adını sildi” - Mirzə Ağabəyli

07.04.2025 / 18:46
Müttəhim general Ermənistanın Qarabağda basdırdığı minanı markasına kimi etiraf etdi…

07.04.2025 / 18:44
Palandöken İqtisadi Forumu Türkiyənin Erzurum şəhərində baş tutacaq

07.04.2025 / 18:44
Respublikaçılar Ukraynaya yardımın kəsilməsini istəyir

07.04.2025 / 18:32
Nazirliyin elmi institutlarının birləşdirilməsi nəyi dəyişə bilər...

07.04.2025 / 18:20
Qardaş xalqlar ədəbiyyatı - özbək ədəbiyyatı...

07.04.2025 / 18:18
Ermənistan XİN-in "900 xəritə yalanı" onu hərbi cinayət məsuliyyətindən qurtara bilməz...

07.04.2025 / 18:06
Avroittifaqın Gürcüstanda çevriliş planı ifşa edildi - QHT-lərə bunun üçün pullar verilir...

07.04.2025 / 17:57
BOKT-larda "qızıl ehtiyatları" hansı yollarla əldə edilir?..

07.04.2025 / 17:50
Müraciətlərin çox olduğu məktəblərə qəbul zamanı kimlərə üstünlük tanınacağı açıqlandı

07.04.2025 / 17:44
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olundu

07.04.2025 / 17:37
Neftimizi 70 dollardan aşağı düşürə biləcək 2 ciddi təhlükə var...

07.04.2025 / 17:34
Qarabağ mövzusu sülh sazişindən bu yolla çıxarıldı - erməni XİN-in yanlışı...

07.04.2025 / 17:23
“Şərurlu İsfəndiyar” təhqir etdiyi alimlərdən üzr istəməyə necə məcbur edilə bilər? - Rəylər...

07.04.2025 / 17:10
Almanlar rusları "antifaşizm - 80" tədbirlərindən qovdular - kim haqlıdır?..

07.04.2025 / 17:03
“Ozan Dünyası” jurnalının yeni sayı işıq üzü görüb

07.04.2025 / 16:57
Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi - səbəbini də ilk dəfə açıqladı...

07.04.2025 / 16:45
Azərbaycan Prezidentinin Pakistan səfəri ermənilərə od qoydu - VİDEO

07.04.2025 / 16:36
“Düşünсə dəhlizi”

07.04.2025 / 16:22
ABŞ üniversitetlərində repressiya dalğası

07.04.2025 / 15:42
Valideynlərin uşaq sayına görə daha tez pensiyaya çıxması təklif edilir

07.04.2025 / 15:25
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTO

07.04.2025 / 15:21
İsrail jurnalistlərin olduğu çadırı vurdu

07.04.2025 / 15:20
Vətən sevgisinə tapınan ömür...

07.04.2025 / 15:16
Babayan: "Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim"

07.04.2025 / 14:44
"Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik" - David Babayan

07.04.2025 / 14:15
Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs edildi

07.04.2025 / 13:51
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü

07.04.2025 / 13:38
Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən bıçaqlandı...

07.04.2025 / 13:26
Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edildi

07.04.2025 / 13:20
İran Azərbaycana yeni səfir təyin edəcək

07.04.2025 / 13:10
Трамп и Путин совершили грубейшую ошибку - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.04.2025 / 12:51
Həyəcan verici perspektivlər: hökumətimizin bunlardan xəbəri varmı?!

07.04.2025 / 12:47
Qarabağ bölgəsi Bakının sosial yükünü necə azalda bilər?

07.04.2025 / 12:41
Şəmkirdə quldurluqda şübhəli bilinən şəxslər saxlandı - FOTO

07.04.2025 / 12:25
Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

07.04.2025 / 12:06
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır

07.04.2025 / 12:00
"Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında tunel tikiləcək - metropoliten rəsmisi

07.04.2025 / 11:43
DSX hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

07.04.2025 / 11:33
Sahibə Qafarova daha 3 il sədrlik edəcək - Qoşulmama Hərəkatından QƏRAR

07.04.2025 / 11:25
Bakıda 53 evin qaz sayğaclarını oğurlayanlar yaxalanıb

07.04.2025 / 11:15
Dmitriev:- “Amerika şirkətləri Rusiyaya qayıtmaq üçün minnətci düşürlər”

07.04.2025 / 11:08
Gələn aydan Bakıdan Kişinyova hər gün uçuşlar başlayır

07.04.2025 / 11:03
İran Bakıda ravvini öldürmək istədi - CANLI

07.04.2025 / 11:00
Bu gün Binəqədinin əksər yerlərində işıq olmayacaq - XƏBƏRDARLIQ

07.04.2025 / 10:31
"Yalnız bu halda saziş bağlaya bilərik"- Tramp Çinə şərtini açıqladı

07.04.2025 / 10:16
Əhməd əş-Şəraa Ankara yolçusudur

07.04.2025 / 10:07
5 güləşçimiz bu gün Avropa çempionatında mübarizəyə başlayır

07.04.2025 / 10:00
Bu gün Bakının 2 rayonu qazsız qalacaq

07.04.2025 / 09:39
TƏCİLİ - Cəbrayılda minaya düşən hərbçimiz həlak oldu

07.04.2025 / 09:32
Şəmkirdə 3 quldur yaxalanıb

07.04.2025 / 09:29
50-dən çox ölkə Trampa minnətçi düşüb - gömrük rüsumlarına görə...

07.04.2025 / 09:15
"Neftçi" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

07.04.2025 / 09:10
Berliner Zeitung: “Dmitriev Rusiya-ABŞ danışıqlarında əsas fiqur oldu”

07.04.2025 / 09:03
Xaçmazda ər arvadını öldürüb

07.04.2025 / 00:33
ABŞ-da Fələstinlə həmrəylik aksiyası keçirildi

06.04.2025 / 22:31
Trampın niyə Rusiyaya tariflər tətbiq etmədiyi məlum oldu...

06.04.2025 / 22:07
İsrail Türkiyəyə görə, Suriyanın zonalara bölünməsini təklif etdi

06.04.2025 / 21:53
İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

06.04.2025 / 20:26
Mask Trampın tarif qərarına qarşı çıxdı - ləğv edilsin və...

06.04.2025 / 20:12
Trampın müşaviri ilə bağlı növbəti qalmaqal - Uolts bu dəfə cəzalandırıla bilər...

06.04.2025 / 19:57
Konqres Trampa impiçment hazırlayır

Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011