Cümə günü, 2 may 2025
     

Türkiyəyə qarşı bolşevik təxribatı: “Ərzincan Sovet Respublikası” (1916-1921)

Image

Ön söz

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və ayaqda qalmasında qardaş Türkiyənin mühüm rolu danılmazdır. Lakin hələ də əksəriyyət bilmir ki, 1918-ci ilin iyununda  Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gələn Osmanlı Türkiyəsinin digər problemləri ilə yanaşı, qoynunda qara yara olan, "Ərzincan Şurası" və ya "Ərzincan Sovet Respublikası" kimi saxta, qondarma erməni-bolşevik qurumu olmuşdur. 

Azərbaycan tarixşünaslığında diqqətdən kənarda qalmış mövzulardan biri də məhz "Ərzincan Sovet Respublikası (1916-1921)" mövzusudur. Fikrimizcə müasir dövrdə Osmanlı Türkiyəsində və Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci ildə baş vermiş hadisələrə münasibət bilirərkən mütləq o dövrün reallılarını nəzərə almaq lazımdır. Yalnız Osmanlı Türkiyəsinin yardımı ilə öz varlığını qoruyub saxlamağa ümid edən Cümhuriyyətimizin qurucu babaları, qardaş ölkənin də çətin durumunu nəzərə almağa borclu, hətta buna məhkum idilər. Qardaş ölkəni parçalıb, dağıtmaq və Türkiyə dövlətçiliyinin varlığına son qoymaq istəyən dünyaynın o zamanki aparıcı dövlətləri, bu gün olduğu kimi 1914 – 1923-cü illərdə  də ermən kartından məharətlə istifadə edirdilər. "Ərzincan Sovet Respublikası" da ermənilərin  uzun illər çörəyini yeyib, suyunu işdiyi öz vətənləri olan Türkiyəyə arxadan xain zərbəsindən başqa bir şey deyildi.

1918-ci ildə qardaş Türkiyədə, cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən hadisələrə obyektif münasibət bildirmək üçün fikrimizcə dərin araşdırmaların aparılmasına ehtiyac var. Bunun üçün ən azı  I dünya müharibəsi dövründə Qafqazda və ona yaxın ərazilərdə baş vermiş hadisələrin  dərin təhlili aparılmalıdır.  Fikrimizcə bu   hadisələrin obyektiv təhlili aparılmadan onlara hər hansı münasibət bildirmək qeyri-ciddi yanaşmadan başqa bir şey deyildir.

Bəşəriyyətə faciələr yaşatmış bolşevizm və onun ideoloqları 1917-ci ilin oktyabr çevrilişindən sonra digər ölkələrə qarşı "sosialist inqilabı", "proletar beynəlmiləlçiliyi" pərdəsi altında işğallar, təcavüzkar siyasət həyata keçirmiş və öz oyuncaq rejimlərini yaratmışlar. Bunlara misal olaraq, 1919-cu ilin fevral-may aylarında mövcud olmuş Bavariya Sovet Respublikasını, Azərbaycan Xalq Cümhuriyyətinə arxadan zərbə vurmaq üçün yaradılmış, qondarma Muğan sovet Respublikası (15may-23 iyun 1919), Gilan Sovet Sosialist Respublikası və ya İran Sovet Sosialist Respublikası (iyun1920- sentyabr 1921), XI ordunun işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətini devirməsində sonra yaradılan Azərbaycan Sovet Sosialist Respublikası (27 may 1920- 18 oktyabr 1991) və s. göstərmək olar. Buraya keçmiş SSRİ-nin tərkibinə qatılmış respublikaları,Varşava müqaviləsinə daxil edilmiş ölkələri, 1979-cu ildə işğala məruz qalmış Əfqanıstanı və bu siyasətin qurbanına çevrilmiş   digər ölkələr də daxil etmək olar. 

Tarixi faktlar sübut edir ki, Rusiya XX əsrin əvvələrindəki ictimai-siyasi vəziyyətdən sui-istifadə edərək qardaş Türkiyəyə qarşı daim təxribatlar törətmişlər. "Ərzincan Sovet Respublikası"nın bu təxribatın demək olar ki, başlanğıcı olmuşdur. Sonradan Türkiyə və Sovet Rusiyasının eyni düşmənə, Antantaya qarşı mübarizə aparması onların yaxınlaşmasına səbəb olmuşdur. Bundan sui-istifadə edərək Bolşeviklər Türkiyə milli-azadlıq hərəkatının yönün dəyişmək, Türkiyəni sovetləşdirməklə öz təsiri altına salmağa çalışırdı. Bakıda 1920-ci ilin sentyabrında keşirilmiş Şərq xalqlarının qurultayında Türkiyənin nüfuzlu nümayəndə heyətinin iştirakına şəraitin yaradılması da bu məqsədə xidmət edirdi. Aprel işğalından az sonra Bakıda I Şərq xalqları qurultayının keçirilməsində də əsas məqsəd şərq xalqlarını bolşeviklərin vədlərinə olan inamını artırmaq və inqilabı şərq ölkələrinə ixrac etmək  üçün  sovet Azərbaycanından dayaq nöqtəsi kimi istifadə etmək idi. 

1920-ci il sentyabrın 1-7-də keçirilmiş qurultaya 1891 nümayəndə - Qafqaz, Orta Asiya, Əfqanıstan, Misir, Hindistan, Çin, Koreya, Suriya, Türkiyə, Yaponiya və digər ölkələrdən 37 millətin nümayəndəsi gəlmişdi. Nümayəndələrin 55 nəfəri qadın idi. Şərq xalqlarının birinci qurultayı aşağıdakı məsələləri müzakirə etdi: beynəlxalq vəziyyət və şərqin zəhmətkeş kütlələrinin vəzifələri, milli məsələ, müstəmləkə məsələsi, aqrar məsələ, şərq ölkələrində sovet quruculuğu haqqında və s.

Bolşeviklər Türkiyənin sovetləşməsinə razı olmayacağı təqdirdə Mustafa Kamal Paşanın digər rəhbərlə, Şərq Xalqları qurultayında iştirak etmiş Ənvər paşa ilə əvəz etməyi də planlaşdırmışdılar. Lakin Mustafa Kamal Paşanın uzaqgörən siyasəti nəticəsində Sover Rusiyasının bu məkirli niyyəyi baş tutmadı.

Bəşəriyyətə faciələr yaşatmış sovet sisetimim XX əsrin 90-cı illərində dağılması bu sitemin yararsız olduğunu və böyük Atatürkün uzaq görən siyasətçi olduğunu bir daha sübut etdi.

Rus işğalı nəticəsində Ərzincan Sovet Respublikasının yaranması 

Ərzincanda sonradan baş verən hadisələrin əsası demək olar ki, San-Stefano (1878 ) və Berlində (1878) müqavilələri ilə qoyulub. Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanl dövləti ilə 24 aprel 1877-ci ildə növbəti müharibəyə başladı və müharibə Osmanlının məğlubiyyəti ilə nəticələndi. San-Stefano sülh müqaviləsinə (1878) əsasən, Rusiya Türkiyənin ermənilərin də yaşadığı Qars, Ərdəhan və s. bölgələrini ələ keçirdi. 

Lakin Qərbi Avropa ölkələrinin bu müqavilənin şərtlərindən narazı qalması nəticəsində bu müqavilə öz qüvvəsini itirmiş və Osmanlı, Rusiya, Böyük Britaniya, Alman, Avstriya-Macarıstan, İtaliya krallığı və Fransa arasında 13 iyul 1878-ci ildı Berlində yeni müqavilə imzalandı. Müqaviləyə görə Qars, Batum, Artvin və Ərdahan sancaqlıqları Rusiyaya verildi. Bundan başqa Osmalı dövləti Balkanlarda, şərqi Avropada, Yunanıstana yaxın ərazilərdə böyük torpaq itkisinə məruz qaldı. Kipir isə İngiltərəyə icarəyə verildi.

Müqaviləyə görə Osmanlı dövləti Vilayət-i Sittə adlanan Şərqi Anadoludakı bölgələrdə və Manastr əyalətində ermənilər lehinə islahatlar aparmalı idi. Ancaq qanunlara görə ermənilərin sayları bəs etmədiyi üçün ayrıca bəylik qura bilmədilər. Bu iki maddə həyata keçirilmədi. 

Ərzicanın rus qoşunlarının əlinə keçməsinin əsası Sarıqamış   faciəsi ilə qoyulmuşdur. I Dünya müharibəsinin gedişində 1914-cü il dekabrın 21-də Şərq cəbhəsində, yənu Rus-Türk cəbhəsində əməliyyatlara  başlanıldı. 125 minə yaxın əsgər və zabitdən ibarət isti paltarsız, təminatsız, zəif silahlanmış Osmanlı ordusu dekabrın 22-də şaxtalı dağlara doğru hərəkətə başlayır. Düzgün hesablanmamaış bu səhv planına görə, 9-cu ordu Sarıqamış dağlarını, 10-cu ordu isə Allahuəkbər dağlarını aşaraq rusları Sarıqamışda mühasirəyə almalı idi. Lakin ordu rəhbərliyinin səhvi üzündə  18 yanvar 1915-ci il tarixdə Sarıqamışa doğru hərəkət edən 90 mindən çox əsgər soyuqdan donaraq həlak oldu. Bundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə rus və ermənilərin kütləvi qırğınına məruz qaldı. 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Mus rus ordusu və erməni terrorçu dəstələri tərəfindən işğal edildi. Sarıqamış məğlubiyyətindən sonra Anadolunun şərqində Ermənistanın və Kürdüstanın qurulması planlaşdırıldı. 

Ərzincanda sovet hakimiyyətinin başlanğıcının 1916-cı il göstərilməsinə bir qədər aydınlıq gətirilməsinə ehtiyac var. Bildiyimiz kimi proletariat diktaturasının bir forması olan sovetlər 1905-ci ildə I Rus inqilabı zamanı formalaşmışdır. 25 iyul 1916-cı ildə çar Rusiyası qoşunlarının Ərzincanı işğal etməsi ilə buradakı erməni və rusların arasında bolşevik təbliğatı ilə Ərzincan Şurasının əsası qoyulmuşdur. Lakin bu qurum  Peterburqda bolşeviklərin çevrilişdən (7 noyabr (25 oktyabr) 1917-ci il) və Ərzincan müqaviləsindən ( 5 (18) dekabr 1917-ci il) sonra formalaşmışdır.

Birinci Dünya müharibəsinin gedişində Osmanlı dövlətinin səfərbərlik elan etməsi ilə Ərzincan və ətrafında yaşayan ermənilərin dördə üçün rusların tərəfinə keçməsi vəziyyəti daha da ağırlaşdırmışdı. Ərzincan 25 iyul 1916-cı ildə işğal olunan kimi rus əsgərləri erməniləri komitəsinin üzvləri ilə birlikdə yerli əhaliyə qarşı dəhşətli soyqırım və kütləvi soyğunçuluq həyata keçirmişlər. 

Polkovnik Tverdohlebov rus ordu komandanlığından və zabitlərindən aldığı məlumata görə işğalın ilk günləri 800-ə yaxın türk qətlə yetirilmiş, qarşıdurmada yalnız bir ermənin ölmüşdü. 

Rusiyanın paytaxtı Peterburqda bolşeviklərin çevriliş (25 oktyabr (7 noyabr) 1917) nəticəsində müvəqqəti höküməti devirib, hakimiyyəti ələ aldıqdan sonra elan etdikləri "Sülh haqqında" dekretlə (26 oktyabr (8 noyabr)1917)  müharibədən çıxmaq üçün "Üçlər ittifaqına" daxil olan ölkələrlə danışıqlara başladılar. Rusiya  ilə Türkiyə arasında danışıqlarda Rusiya tərəfdən bolşeviklərin deyil, hakimiyyətdən devrilmiş müvəqqəti hökümətin səlahiyyətli qurumu olan "Cənubi Qafqaz komissarlığı"nın nümayəndələrinin iştirak etməsi qarşı tərəfdə bəzi məsələləri aydınlaşdırmaq zərurəti yaradırdı. Hərbi nazir Ənvər paşa Vehib paşaya  Zaqafqaziya komissarlığı ilə müqavilə bağlamağın mümkünlüyünü öyrənməyi tapşırıb. Peterbueq cavabında bildirmişdi ki, biz Rusiyanın mövcud qurumlarına sülüh danışıqlarına qatılmağı təklif edirik. Bu vaxt bolşeviklər Brestdə Almaniya, Osmanlı və digər ölkələrlə danışıq apardığından və müharibədən çıxmaq istədiyindən bu danışıqlara mane olmadı.

26 noyabr 1917-ci ildə rus nümayəndələri cəbhəni keçərək, Alman Ali  Baş Komandanlığına müraciət etdilər. Rusların sülh tələbləri alman Şərq  cəbhəsi komandanlığı tərəfindən qəbul olundu. Bu məqsədlə "Üçlər ittifaqı" nümayəndələri ilə rus nümayəndələri Brest-Litovsk şəhərində qarşılıqlı razılığa gələrək 2 (15) dekabrda atəşkəs haqqında ümumi bir müqavilə imzaladılar və sülh danışıqlarına başlamağı qərara aldılar.

"Cənubi Qafqaz komissarlığı"nın qərarı ilə Rus ordusunun baş komandanı general Perjivalski III Ordu komandiri Vehib paşa danışıqlara hazır olduqlarını və müzakirə aparmaq üçün hər iki tərəfin iştirakı ilə komissiya təşkil etməyi irəli sürdü. Müxtəlif yazışmalardan sonra tərkibi müəyyənləşən Osmanlı və rus nümayəndələri rusların işğalı altında olan Ərzincan şəhərinə gəldilər. 5(18) dekabr 1917-ci il tarixdə 14 maddəlik bir atəşkəs müqaviləsi imzalandı.

Müqavilənin şərtlərinə uyğun olaraq rus qoşunları 3 ay müddətinə işğal etdiyi ərazilərdən çıxarılması nəzərdə tutulurdu. Müqaviləyə əsasən  ruslar işğal olunmuş əraziləri tərk etdikdən sonra Osmanlı ordusu da bu əraziyə müdaxilə etməyəcəkdi. Rusiya və Osmanlı dövlətlərinin qarantiyası ilə Ərzincan əhalisi seçki yolu ilə öz müqəddaratını təyin edəcəkdi. Fikrimizcə Ərzincan Sovet Respublikasının yaranması tarixi 1916-cı ildən göstərlsə də, burada sovet reyimi  məhz Ərzincan müqaviləsindən sonra formalaşmışdır. 

Bu dövürdə Balkanda və İraqda müharibəni davam etdirən Osmanlı dövləti  bu şərtləri qəbul etməyə məcbur oldu. Lakin Ənvər paşanın əmisi Xəlil paşa bunun kağız üzərində qalacağını və bu ərazilərin Türkiyəyə qayıdacağını bəyan etmişdi.

Rus qoşunları Ərzincan və ətraf ərazilərindən çıxarkən 200 min tüfəngi və sürsatı Ərzincan Sovet Respublikasına təhvil verdilər. Bunun nəticəsi olaraq tezliklə 3000 nəfərlik ordu, 500 nəfərlik milis təşkil edildi.Rus qoşunlarının bölgəni tərk etdikdən sonra Sovetlərə nəzarətin erməni Muradov paşa keçməsindən türk əhali narazı idi.  

Osmanlı dövləti rusların bu hərəkətindən narazı qalsa da müdaxilə edə bilmirdi. Türkiyə ehtiyat edirdi ki, erməninin rəhbərlik etdiyi  Ərzincan Sovet Respublikası sonradan cənubi Qafqazda olan ermənilərlə birləşərək  Türkiyə torpaqları işğal edər.

Bundan sonra Əzincanda bütün hökümət binalarına sovet bayraqları taxılaraq Ərzincan Sovet Respublikası qurulduğu rəsmi şəkildə elan olundu. Ərzincan şurasının ərazisi Ərzurum, Otlukbeli, Tercan, Kemah, Refehiye, Kemaliye, Çayırlı, Üzümlü, İliç, Bayburd, Dersin torpaqlarını əhatə edirdi. Paytaxt 1916-1918-ci illərdə Ərzincan, 1918-1921-ci illərdə isə Yeşilyazı şəhəri olub. 

Dersimdə olan Rus ordusu "Qırmızı mühafizlər" dəstəsi olaraq yenidən formalaşdırıldı. "Qırmızı mühafizlər" dəstəsinin əsas təşkilatçsı olan Arşak Calalyan bölgədə olan Türk, Erməni və Kürt xalqlarının "təmsilşiliyi" ilə bir toplantı təşkil etdi. Erməniləri Muradov, Kürtləri Alişer və Alişan bəy, Türkləri isə Ərzincan müftisinin təmsil etdikləri bu toplantıda Ərzincan Soveti yaradıldı.

Ərzincan Sovet Respublikasını  Ərzincan, Erzurum, Bayburt ve Dersi bölgələrindən toplanmış 25 nəfərdən (erməni mənbələri 75 nəfər olduğunu bildirir) ibarət olan Şura idarə edirdi. Şuraya isə ilk vaxtlar erməni Arşak Calalyanın, sonradan isə digər erməni Muradov paşa rəhbərlik etmişdi.  Qurumun rəsmi dili kimi erməni, kürd, türk dilləri elan olunsa da, əsasən erməni dilindən istifadə olunurdu. Əhalini öz tərəflərinə çəkmək üçün ilk vaxtlar Rusiyada olduğu kimi kəndlilərə torpaq verməyə başladılar. Fikrimizcə bu qurum qalsaydı Rusiyada olduğu kimi sonradan torpaqlar kəndlilərdən alınıb kommuna və ya kolxozlar yaradılaaraq kəndliləri torpağa həsrət qoymaqla yanaşı, dolayı yolla istismar edəcəkdilər. Hələlik isə kəndlilərdən toplanan vergilər   Osmanlıya deyil, bolşevik Rusiyasına verilirdi. 

Vehip paşanın əldə etdiyi məlumata görə Ərzincan müqaviləsindən sonra ermənilər düşmənçiliyi davam etdirmək fikrində idilər. Gürcülər Pozof və Adigön, ermənilər isə Ərzincan-Ərzurum-Kars- Ərdahan istiqamətində Osmanlı dövlətinin əleyhinə faəliyyətə başlamışdılar. Qərbi Tuncelidən Alişan bəy iki nümayəndə və 8 min əsgərlə Ərzincana gələrkə sovet ordusu və ermənilər onları hərbi qaydada təntənə ilə qarşıladılar. Bu zaman Türklərin 5 nəfərlik nümayəndələri bu qarşılanma törəninə qatılmadılar. Bu qarşılanma tərənində erməni Muradov paşa Rus kommunistləri kimi populistcəsinə çıxış edərək demişdir: " Türklər,Kürtlər və Ermənilər qardaşdır. Bizim bir-birimizə qırdıran imperialistlər və onları yerli havadarlarıdır...Bizim Sultanlara ehtiyacımız yoxdur. Rus fəhlələri çarı devirib öz hakimiyyətlərini qurublar, biz də birləşərək öz hakimiyyətimizi qurmalıyıq. Lenin və ordusu bizi dəstəkləyir"

Belə bir vəziyyətdə Osmanlı dövləti torpaqları geri almaq üçün fürsət gösləyir, Ərzincan bolşevikləri isə ərazisini genişləndirmək istəyilə təbliğatını genişləndirirdi. Osmanlı dövlətinin antikommunist təbliğatı gücləndirməsi  Ərzincan Şura rəhbərlərini narahat etdiyindən kömək üçün Rusiyaya müraciət etdilər. Bu zaman Cənubi Qafqaz Seymindən ayrılaraq yaranmış üç respublikadan bir olan Ermənstan Respublikasının bolşeviklərə düşmən mövqe tutması, Rusiyanın daxilində vətəndaş müharibəsinin getməsi Rusiyanın Ərzincan Sovet Respublikasına kömək etməyə imkan vermirdi. Digər tərəfdən sovet Rusiyası ehtiyat edirdi ki,  müdaxilə edərdisə bu Osmanlı tərəfindən işğal kimi dəyərləndirilər bilərdi. Əsas maliyyə ehtiyatını vətəndaş müharibəsinə sərf edən bolşevik Rusiyasının maliyyə yardımı edə bilməməsi, özünün isə maliyyə imkanı olmadığından  Ərzincan şura höküməti böhran keçirməyə başladı. Vəziyyətin get-gedə ağırlaşması əhali arasında narazılıq gücləndirirdi. Ərzincan şurasının türk əhalisinin yenidən Osmanlıya birləşmək istəməsi daxildən parçalanmaya səbəb oldu.

1919-cu ildə "Qırmızı mühafizlər" Ərzincandan köçdükdən sonra Türk nümayəndə heyəti İstambul hökümətinə bağlı olduqlarını açıqladılar və azlıq təşkil etmələrinə baxmayaraq Şura adından 9 Osmanlı Ordusunu bölgəyə dəvət etdilər. Sovetləri məğlub etmə kampaniyası Tünceli nümayəndələrinin Osmanlı tərəfinə çəkmək işi ilə paralel aparılırdı. Osmanlı höküməti adından danışıqları Azadi dəstəsinin səlahiyyətli nümayəndəsi minbaşı Cıbranlı Halit bəy aparırdı. Lakin danışıqlar heç bir nəticə vermədi. Ərzincan hökümətindəki Tünceli nümayəndələri, bir neçə erməni nümayəndələri və Həsən Vəfa bəy Sovet hökümətinin mərkəzini Ovacıq, Yeşilyazıya köçürməyi qərar aldılar.Yaşılyazıyı dağlıq ərazi olduğundan Osmanlı qoşunu bura girməsi asan olmayacaqdı. Buna görə də Şuranın başında duran erməni Muradov paşa mərkzi Yaşılyazıyı köçürdü. Bu dövrdə yalnız Ovacık ərazisində kommunistlər üstünlüyə malik idilər.

1919-cu ilin martında Sivasda hücuma keçən türk qoşunları Əzincan və ətrafını azad edib, Osmanlı ərazisinə qatdı. Yaşılyazıya hücuma keçən qüvvələr isə kürd əşirət qüvvələrinin düşmənə yardım etdiyindən oranı tuta bilmədi. 

19 may 1919-cu ildə 9-cu ordunun komandanı Müstafa Kamal paşanın  Samsuna göndərilməsinin bir səbəbi də həmin ərazidəki vəziyyəti öyrənib,  Osmanlı rəhbərliyinə məlumat vermək idi.O, mərkəzə məlumat verərək Yaşılyazıyı daha güclü qüvvələrin göndərilməsinin vacib olduğunu bildirdi.

Lakin Mustafa Kamal paşanın Samsunda milli-azadlıq hərəkatına başlaması Yaşılyazının bir müddət kənarda qalmasına səbəb oldu. 1921-ci ilə qədər fəaliyyət gösrərn Yaşılyazı Şura qurumu ölkənin azadlıq mücadiləsinə düşmən olduğundan bu mücadiləyə heç bir yardım etmədi. 1921-ci ilin sonlarında Milli azadlıq mübarizləri Dersin ərazisinə gələrək Yaşılyazıyı hücuma keçdilər. Başda Koşkiyə əşirətləri olmaqla kürd əşirətləri  müqavimət göstərsələr də məqlubiyyətə uğradılar. Bununla da bolşeviklərin təxribatı olan Ərzincan Sovet Respublikası tamamilə məğlub oldu və əhatə etdiyi ərazilər Türkiyəyə qaytarıldı. Qəhrəman türk ordusu öz şücaəti nəticəsində vətənin qoynunda qara yara olan bu qondarma qurumun varlığına son qoymaqla ölkəsini kommunist ideologiyasının yaradacağı faciələrdən xilas etdi.

Məhərrəm ZÜLFÜQARLI
t.ü.e.d, professor  
mzulfugarli@gmail.com




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

02.05.2025 / 12:37
Sosial şəbəkələr neqativ informasiya bazarına çevrilib...

02.05.2025 / 12:35
Salyanda "avtoşluq" edən sürücü həbs edildi - FOTO

02.05.2025 / 12:17
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda forumun açılış mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

02.05.2025 / 12:08
İsrailli köçkünlər yerli fələstinlilərə hücum etdi

02.05.2025 / 12:05
Dikiy:-“ Ukrayna təbii sərvətlərlə bağlı razılaşmaya görə böyük riskə getdi”

02.05.2025 / 12:00
Kreml 9 mayı bomba sığınacağında qeyd etməli olacaq

02.05.2025 / 12:00
Paşinyan bu iki şəxsdən birini ABŞ-a səfir göndərəcək

02.05.2025 / 11:59
“Ukrayna Rusiyanı 2014-cü il sərhədlərinə qaytara bilməyəcək”

02.05.2025 / 11:53
“Əkinçi” qəzeti milli hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib" - Əhməd İsmayılov

02.05.2025 / 11:42
Ali Məhkəmə televiziyalarda ailə həyatına müdaxilə halları ilə bağlı qərar qəbul edəcək

02.05.2025 / 11:32
Türkiyədə qeyri-leqal miqrasiya ilə məşğul olan 21 nəfər saxlanılıb

02.05.2025 / 11:22
2030-cu ildə suya tələbat 16 faiz artacaq - Hökümətdən AÇIQLAMA

02.05.2025 / 11:15
"Neqativ xəbər axınına qarşı informasiya immuniteti gücləndirilir"- Əhməd İsmayılov

02.05.2025 / 11:07
Tramp 8 Mayı Qələbə Günü elan etdi

02.05.2025 / 11:05
Hindistan- Pakistan müharibəsi Azərbaycana toxunarmı? - CANLI

02.05.2025 / 11:00
Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili layihəsinə start verildi

02.05.2025 / 10:43
"Forumun məqsədi media subyektləri ilə dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaqdır" - Əhməd İsmayılov

02.05.2025 / 10:25
Bir gecədə 121 Ukrayna PUA-sı məhv edilib - Moskvadan açıqlama

02.05.2025 / 10:20
Baş nazirlikdən istefa verib prezident olmaq istəyir...

02.05.2025 / 10:12
"Zirə" bu gün "Turan Tovuz"la qarşılaşacaq

02.05.2025 / 10:07
Yasamalda qadın sürücünün vurduğu kişi xəstəxanada ölüb

02.05.2025 / 10:01
Bu gün Bakının iki rayonu qazsız qalacaq - XƏBƏRDARLIQ

02.05.2025 / 09:35
"Dünya siyasətinə etibarsızlıq qayıdır" - Donald Tuskdan AÇIQLAMA

02.05.2025 / 09:27
Azərbaycanda həkimlərin say yox, paylaşma problemi var - təyinat sistemi bərpa edilir?...

02.05.2025 / 09:22
Novxanı bağlar massivində silah-sursat tapılıb

02.05.2025 / 09:18
“Skype” gələn həftə bağlanır

02.05.2025 / 09:12
Yunanıstanı tətillər bürüyüb- qiymət artımına qarşı...

02.05.2025 / 09:07
Tramp keçmiş müşavirini BMT-yə səfir göndərir

02.05.2025 / 09:00
Avropa Liqası: "Mançester Yunayted" və "Tottenhem"dən qələbə

02.05.2025 / 08:36
"Elmlər doktoru" adı ləğv olunur - ciddi arqumentlər var...

01.05.2025 / 23:12
Bakının bu ərazilərində ev və obyektlər söküləcək - sakinlərə müraciət edildi...

01.05.2025 / 22:46
Ermənistan SQ-nin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

01.05.2025 / 22:21
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar - FOTO

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678