Bazar ertəsi günü, 14 aprel 2025
     

Rəisi Paşinyanı MDB və AİB zirvəsinə getmək üçün dilə tutdu - diplomatik mənbələrdən sızıntı...

Image

Afsəddin Nəbiyev: "... Fransa kimi dövlətlər Ermənistana daxil olanda, silah-sursat gətirəndə nədən səssiz qalmışdı?"

İran prezidenti İbrahim Rəisi Paşinyanla telefon danışığında bildirib ki, məsələlər region ölkələri tərəfindən həll edilməlidir: 

"İran bütün ölkələrin milli suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşaraq, Qafqaz regionu ilə kommunikasiya kanallarının və infrastrukturlarının açılması üçün istənilən hərəkəti və platformanı dəstəkləyir, bunu sülhün möhkəmləndirilməsi və qonşularının maraqlarının təmin edilməsi istiqamətində atılmış təsirli addım kimi qiymətləndirir. İran İslam Respublikasının Qafqazla bağlı xarici siyasəti müəyyənləşib və qayğı göstərmək lazımdır ki, Qafqaz regionu regiondankənar ölkələr üçün rəqabət meydanına çevrilməsin və məsələlər kənar tərəflərin müdaxiləsi olmadan region ölkələri tərəfindən həll edilsin".

Diplomatik mənbələrə yaxın çevrələrdə belə bir rəy var: həmin telefon danışığında Rəisi Paşinyanı inandırmağa çalışıb ki, o, mütləq MDB dövlət başçıları zirvəsinə, Avrasiya İqtisadi İttifaqının toplantısına getməlidir. Yəni Paşinyanı inandırmağa çalışıb ki, Aİİ ilə İranın arasında Azad İqtisadi Ticarət Zonasının yaradılması haqqında saziş imzalanacaq. O üzdən, Ermənistan bu prosesdə fəal olmalıdır. Paşinyanın bununla bağlı ona konkret bir şey deyib-demədiyi bəlli deyil. Ancaq Rəisi onu buna inandırmağa çalışıb ki, MDB, Aİİ tədbirinə getsin və Rusiya ilə münasibətləri yaxşı saxlasın, bölgəyə kənar dövlətləri gətirməsin.

"İran prezidenti geosiyasi anlamda müəyyən reallıqları qəbul edərək, bölgədə öz varlığını nümayiş etdirməyə çalışır" 

Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, İranın bu istəyi bir sıra məsələlərdən qaynaqlanır: "Görünən odur ki, İran prezidenti geosiyasi anlamda müəyyən reallıqları qəbul edərək, bölgədə öz varlığını nümayiş etdirməyə çalışır. İranın Azərbaycana qarşı sərt ritorikası o zaman dəyişməyə başladı ki, Azərbaycan dövləti sözün həqiqi mənasında Tehrana öz yerini  göstərə bildi. İran həqiqəti dərk etməyə məcbur olaraq başa düşdü ki, Azərbaycanla güc dilində danışmaq mümkün deyil. Yoxsa biz İranın torpaqlarımızın işğal və işğaldan azad olunduqdan sonrakı  dövrlərində qərəzli ermənipərəst mövqeyini unutmamışıq. İbrahim Rəisinin Paşinyana bu tövsiyəsi onu göstərir ki, hələ də bölgədə Ermənistanın düşdüyü bu kollapsdan öz siyasi maraqları naminə yararlanmaq istəyən çoxlu sayda dövlətlər çirkin əməllərindən geri çəkilmək niyyətində deyillər. Ümumiyyətlə, sülh müqaviləsinin imzalanmasında bizim mövqeyimiz ondan ibarətdir ki, bu prosesə üçüncü və digər tərəflər müdaxilə etməsinlər. Ermənistanda qeyd etdiyim tezislər son günlər daha çox səslənir. Erməni siyasətçiləri indi dərk etməyə başlayıblar ki, sülh prosesinə Ermənistana yardım adı ilə yaxınlaşan dövlətlər çoxaldıqca erməni cəmiyyəti daha dərin uçuruma yuvarlanır. Bu baxımdan sülh danışıqlarında indiki mərhələdə üçüncü tərəf olmadan sülhə yaxınlaşmanı müsbət addım kimi dəyərləndirmək olar. Ermənistan siyasətçiləri qısa bir müddət ərzində Azərbaycanla üçüncü tərəf olmadan sülh müqaviləsinə nail olsa, o zaman müəyyən qədər asılı qaldıqları dövlətlərin caynağından xilas ola bilərlər. Buna daha çox onlar tələsməli, doğru qərarlar verməlidir. İran belə bir həlledici mərhələdə sülh prosesinə "tövsiyələr" verməklə özünə hər iki tərəfdə sülhpərvər "imici" yaratmağa çalışır. Elə təqdim etməyə çalışır ki, guya bölgəyə başqa güclər daxil olmasın. Bəs Fransa kimi dövlətlər Ermənistana daxil olanda, silah-sursat gətirəndə nədən səssiz qalmışdı? Bu suallar açıq qalmaqdadır. Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Cənubi Qafqazın açar dövləti Azərbaycandır. Elə sülh müqaviləsi məhz üçüncü tərəf olmadan imzalansa bu prosesdən minimum itkilərlə çıxa bilər. Yetər ki, onlar bunu tez anlayıb sülhə imza atsınlar".

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

15.04.2025 / 00:33
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür

14.04.2025 / 23:42
Məhkəmədə Köçəryanın azərbaycanlılara qarşı milli ədavət və düşmənçilik ideyalarını təbliğ etməsi ifşa edildi – FOTO

14.04.2025 / 21:50
Evlərdə qanunsuz artırmalar əmlak sənədləşməsində ciddi problemlər törədir

14.04.2025 / 21:35
Tramp İranla müharibə iddiasından çəkildi...

14.04.2025 / 21:21
Sülh sazişi ilə eyni vaxtda Minsk Qrupundan imtina? - İrəvanın yeni pozuculuğu...

14.04.2025 / 21:06
“Azərbaycan Konstitusiyasında ərazi iddiaları var” fikri məhv edildi...

14.04.2025 / 20:52
Amerikasız Bakı-İrəvan birbaşa təmaslarının yeni mərhələsi açıldı...

14.04.2025 / 20:39
AB-nin Orta Dəhliz bəyanatı Azərbaycanın kəskin etirazını doğurdu...

14.04.2025 / 20:25
Rusiya Ermənistanı Aİİ-dən çıxarmaq anonsunu verdi...

14.04.2025 / 20:12
Ərdoğan azərbaycanlı alim Aygün Attarı böyük vəzifədən niyə çıxardı...

14.04.2025 / 19:59
Dünya 2 trilyon dollar itirir, Azərbaycan qazanır - səbəb ABŞ-Çin ticarət müharibəsidir...

14.04.2025 / 19:45
Cəmiyyətdə neqativ reaksiyalara baxmayaraq, deputatlar hamılıqla Xanlar Vəliyevi dəstəklədi…

14.04.2025 / 19:32
Fransa əlcəzairli mühacir müxalifətçini oğurlatdı, aləm bir-birinə dəydi...

14.04.2025 / 19:18
"Qlobal qapı" və ya "bir kəmər bir yol" demək fərq etməz - əsas oyunçu Azərbaycanla Çindir...

14.04.2025 / 19:07
Putin 9 may paradına kimləri dəvət etdi, Zelenski kimləri dəvət etdi...

14.04.2025 / 19:05
“Zərifə xanım Əliyeva adını tarixdə əbədiləşdirən unudulmaz şəxsiyyətdir” - Vüqar Rəhimzadə

14.04.2025 / 19:02
Moldovada siyasi vəziyyət yenidən gərginləşə bilər

14.04.2025 / 18:55
Antalya Diplomatiya Forumu: Azərbaycanın parçalanmış dünyada diplomatiyanı bərpa etmək cəhdləri

14.04.2025 / 18:42
İntiqam Babayev Aparat rəhbəri vəzifəsindən azad olundu

14.04.2025 / 18:37
“İri planda Qulu Məhərrəmli” kitabının təqdimatı keçirilib - FOTO

14.04.2025 / 18:34
AŞPA-nın qərəzi üzündən Azərbaycan Avropa Məhkəməsini boykot etdi...

14.04.2025 / 18:22
Bakıda motosiklet qaçıran şəxs yaxalandı

14.04.2025 / 18:15
Fikir azadlığına Qərbin qərəzli münasibəti davam edir - Prezident sərt danışdı...

14.04.2025 / 18:01
Qərbi Azərbaycan İcmasının olduğu küçəyə məşhur irəvanlı ziyalının adı verildi...

14.04.2025 / 17:47
Azərbaycan bu ölkədə ilk səfirlik açan dövlət ola bilər... Prezident çağırış etdi...

14.04.2025 / 17:42
Azərbaycanla Rumıniya arasında investisiya, neft-qaz, "yaşıl enerji" sahələrində əməkdaşlıq müzakirə edildi

14.04.2025 / 17:34
Taksi sürücüləri sürücülük təlimlərində "at oynadır"…

14.04.2025 / 17:21
Qəzzanı “düzləyən” İsrail Ordusu HƏMAS-ı məğlub edə bilmir

14.04.2025 / 17:21
Departamentin Azərbaycana qarşı 10 illərlik düşmənçiliyi necə dayandırıldı...

14.04.2025 / 17:08
Tramp Zelenskinin ona çağırışını efirə verən kanalın bağlanmasını istədi...

14.04.2025 / 16:56
“İsrailin etirazlarına baxmayaraq, ərəblər öz nüvə proqramına sahib olacaqlar”

14.04.2025 / 16:44
Vaşinqton-Tehran danışıqlarının növbəti raundu Romada keçiriləcək...

14.04.2025 / 16:04
Ermənistan növbəti dəfə dezinformasiya xarakterli məlumat yaydı...

14.04.2025 / 15:52
"Vaxtilə Yerevandan Azərbaycanın torpaqlarına silahları Ermənistanın ordusunun baş komandanı Vazgen Sarkisyan göndərib" - Erməniəsilli şahid

14.04.2025 / 15:35
"Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi" - Artur Abramyan

14.04.2025 / 15:34
Qəhrəmanlıq dastanı yazan Pəncəli - FOTO

14.04.2025 / 15:25
Əlcəzair İsrail və Mərakeşlə müharibəyə hazırlaşır

14.04.2025 / 15:11
Lerikdə 3 saylı orta məktəbdə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirildi

14.04.2025 / 14:55
Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşdü

14.04.2025 / 14:47
Azərbaycan XİN fransalı nazirin ikiüzlülüyünü ifşa etdi...

14.04.2025 / 14:24
Zelenski ABŞ-ın Rusiya uydurmalarını dinlədiyini bəyan etdi

14.04.2025 / 14:12
Əməliyyat zamanı canlı yayım açmaq istəyən həkimlərə xəbərdarlıq edildi

14.04.2025 / 14:01
Sabunçuda 6 min manatlıq kondisionerlər oğurlandı

14.04.2025 / 13:39
ABŞ Ukraynaya “Patriot” kompleksi satmaqdan imtina etdi...

14.04.2025 / 13:26
Həbs olunduğu iddia edilən Azərbaycan diasporunun rəhbəri sensasiyalı açıqlamalar verdi

14.04.2025 / 13:17
Sosial şəbəkələr gəncləri cinayət və intihara sürükləyir

14.04.2025 / 13:16
Avtomobili etibarnaməsiz idarə edən sürücü saxlandı

14.04.2025 / 13:10
Р. Варданян признался: "В Бакинской тьюрме он счастлив" - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.04.2025 / 12:39
Fransanın 12 diplomatına Əlcəzairi tərk etmələri üçün 48 saat vaxt verdi

14.04.2025 / 12:37
İsrail ilə Türkiyə danışıqlar aparanda İranla Ermənistan təlimlər keçirdi...

14.04.2025 / 12:20
Masallıda 14 yaşlı qız itkin düşüb

14.04.2025 / 12:15
Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib

14.04.2025 / 12:08
Bu şəxslərin də təhsil haqqını dövlət qarşılayacaq

14.04.2025 / 12:05
"Həmin ərazilərə qayıdan insanların işlə təmin edilməsi ən vacib məsələlərdən biridir" - Prezident

14.04.2025 / 12:00
Bu ölkədə balıq ovu qadağan edildi

14.04.2025 / 11:30
Qarşıdakı illərdə Qarabağ Universitetində 10 fakültə fəaliyyətə başlayacaq

14.04.2025 / 11:26
Türkmən komandir Suriyada yüksək vəzifəyə təyin edildi

14.04.2025 / 11:21
Prezident Cəlilabadda yolun təmirinə 1,5 milyon manat vəsait ayırdı

14.04.2025 / 11:20
Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN

14.04.2025 / 11:20
"Bu təşəbbüs suverenliyin bərpası ilə paralel həyata keçirilən vacib addımdır”

14.04.2025 / 11:15
Şin Bet rəhbəri vəzifəsini tərk edəcək

14.04.2025 / 11:10
Azad ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək

14.04.2025 / 11:10
Əkrəm İmamoğlu üçün toplanan imzaların sayı bəlli oldu!

14.04.2025 / 11:06
Prezident İlham Əliyev Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentini təbrik edib

14.04.2025 / 11:05
Rusiya dəhşət törətdi. Putin Zelenskiyə nədən nifrət edir? - CANLI

14.04.2025 / 11:04
ABŞ İsrailə raket hücumu edən Yəməni bombaladı

14.04.2025 / 11:03
İki gündə bank kartlarından 41 min manat oğurlanıb - ŞOK!

14.04.2025 / 11:00
Netanyahu Makronu cəhənnəmə göndərən oğlunu dəstəklədi

14.04.2025 / 10:55
Əkrəm İmamoğlunun məhkəməsi təxirə salındı

14.04.2025 / 10:31
Dünya çempionu Sudanda öldürülüb

14.04.2025 / 10:17
Mehdiabad sakini Fatmayıda qətlə yetirilib

14.04.2025 / 10:07
Yunan-Roma güləş millimiz Avropa çempionu olub

14.04.2025 / 10:00
Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

14.04.2025 / 09:41
Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans işə başlayıb

14.04.2025 / 09:25
İrandan PUA ilə keçirilən narkotiki götürmək istəyənlər saxlanılıb - DSX məlumat yaydı

14.04.2025 / 09:22
Mingəçevirdə “Opel” yanıb

14.04.2025 / 09:15
Xoşqədəm Hidayətqızının anası vəfat edib

14.04.2025 / 09:08
Keçmiş prezident xəstəxanalıq oldu

14.04.2025 / 09:00
Zəlzələ yüzlərlə evi dağıtdı, bir uşaq öldü

14.04.2025 / 08:51
Zelenskidən Trampa səfər dəvəti - "gəlin hər şeyi gözlərinizlə görün"

13.04.2025 / 22:20
Yunanıstan Baş Qərargah rəisindən Türkiyəyə həyasız mesaj: “Biz hər an hazırıq”

Fikir azadlığına Qərbin qərəzli münasibəti davam edir - Prezident sərt danışdı...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011