Cümə axşamı günü, 1 may 2025
     

İlham Əliyevin 2020 sentyabr - 2023 oktyabr planı - Ermənistan planı anladımı?..

Image

Arzuxan Əlizadə: "Çox az sayda erməni proseslərin məntiqi yekununu belə təsəvvür edirdi"

Məlum olduğu kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı. Ermənistan noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzaladı. Ondan sonra Azərbaycan 2021-ci ilin ortalarında sülh təklifini verdi. 

Daha sonra sülh sazişinin 5 prinsipini irəli sürdü. 2022-ci ilin dekabrında Qarabağa qanunsuz silah daşınmasının, oranın sərvətlərinin talanmasının qarşısını almaq üçün Laçın yolunda ekoloqlar fasiləsiz aksiyalar keçerməyə başladılar. 23 aprel 2023-cü ildə Azərbaycan Ermənistanla sərhəddə Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurdu və ölkəyə giriş nəzarətə götürüldü. Ən nəhayət, 19 sentyabrda lokal xarakterli antiterror tədbirləri keçirildi. Nəticədə Qarabağda separatizmə son qoyuldu, ölkə ərazisində suverenliyimiz tam bərpa olundu. Bunun təntənəsi olaraq 15 oktyabrda Xankəndidə Azərbaycan Bayrağı qaldırıldı. 

Ümümilikdə, 44 günlük Vətən müharibəsindən sonra gedən bu proseslər faktiki olaraq bütün ərazilərimizdə Azərbaycanın tam suverenliyinin bərpa olunmasına gətirib çıxardı. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu, düşünülmüş planı idi. Yəni müharibə daxil və ondan sonra gedən proseslər Azərbaycanın ərazi bütövlüyünün tam bərpasına gətirib çıxardı. 

Bütövlükdə, doğrudan da bu, sistemli plan idi və bu  plan ermənilərə əvvəldən nə dərəcədə məlum idi? Ermənilər bu planın mahiyyətini öncədən başa düşə bilmişdilərmi? Yoxsa hər şey onlar üçün gözlənilməz oldu? Onlar həqiqətən də bunun bir plan olduğunu nə zaman anladılar? 

"İşğal müddətinin uzanması ermənilərdə böyük arxayınçılıq yaratmışdı"

Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri Arzuxan Əlizadə "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, çox az sayda erməni proseslərin məntiqi yekununu belə təsəvvür edirdi: "Məsələn, 1997-ci ilin payızında Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Qarabağ məsələsi ətrafında yaranmış vəziyyətə öz yanaşmasını açıqladı. O zaman o bunu "Müharibə, yoxsa sülh", "Düşünmək vaxtıdır" məqalələrində ifadə etdi. Ter-Petrosyan açıq dedi ki, indi razılaşmasaq, vaxt gələr yalvarsaq belə, indiki şərtləri qəbul etməyəcəklər. O zaman radikal qanad bunu qəbul etmədi və hətta Ter-Petrosyanı hakimiyyətdən devirdilər. İşğal müddətinin uzanması ermənilərdə böyük arxayınçılıq yaratmışdı. Onlar hesab edirdilər ki, dünya buna imkan verməyəcək. Zamanla Azərbaycan bununla barışmaq məcburiyyətində qalacaq. Ancaq biz səbrlə doğru zamanı gözlədik. Prezident İlham Əliyev ordu quruculuğunu gücləndirdi, müasir silah-sursatın alınmasını təmin etdi. Nəticədə 44 günlük Vətən müharibəsində şanlı qələbə qazandıq. Yenə də bu, ermənilərə ciddi dərs olmadı. Baxmayaraq ki, böyük məğlubiyyətə uğramışdılar. Hesab edirdilər ki, Qarabağa Rusiya sülhməramlıları yerləşdiyi üçün Azərbaycan hansısa addımlar atmağa cəsarət etməyəcək. Ancaq yenə də yanıldılar və 2022-ci ilin martında strateji əhəmiyyətli Fərrux yüksəkliyi nəzarətimizə keçdi. Həmin ilin avqust-sentyabrında bir sıra uğurlu lokal əməliyyatlar keçirildi. Beynəlxallq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıdılar və bu, hüquqi baxımdan bizim xeyrimizə işlədi. 2022-ci ilin oktyabrında keçirilən Praqa görüşündə Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etdi. Siyasi-hərbi təzyiqlərin uğurlu koordinasiyası sayyəsində Qarabağda separatizmə tam son qoyuldu. Erməni cəmiyyəti xəstə toplum olduğu üçün reallıqları qəbul etmək istəmir".

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

01.05.2025 / 10:33
ABŞ və Ukrayna arasında “təbii sərvətlər haqqında” saziş imzalandı

01.05.2025 / 10:24
Rusiya “Şahidlər”lə Odessaya hücum etdi: ölənlər və yaralananlar var.

01.05.2025 / 10:20
Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF

01.05.2025 / 10:14
Şahzadə Dianaya görə Silvestr Stallone və Riçard Qir qırğına çıxdılar

01.05.2025 / 10:07
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

01.05.2025 / 10:00
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

01.05.2025 / 09:40
Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

01.05.2025 / 09:38
QHT yeni layihəyə start verir

01.05.2025 / 09:30
Bu gün Sabunçunun bir çox ərazisi qazsız qalacaq

01.05.2025 / 09:25
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

01.05.2025 / 09:23
"Müğənni olmaqdansa şəxsiyyətli kişinin xanım olardım" - Mətanət Əsədova

01.05.2025 / 09:23
Beş ildən bir həkimlərin imtahan edilməsinə etirazlar çoxalır...

01.05.2025 / 09:16
“Barselona” - “İnter” görüşü: hərəyə 3 qol...

01.05.2025 / 09:12
Şimali Kiprdə XIX Beynəlxalq Simpozium keçilib

01.05.2025 / 09:06
Ərdoğan təyyarədə Ukrayna barədə danışdı - sülhlə bağlı ümidimizi itirməmişik...

01.05.2025 / 09:00
Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

01.05.2025 / 08:44
Mədəniyyət Nazirliyi Qubadakı tarixi abidə ilə bağlı müraciətə cavab verib

01.05.2025 / 08:36
Dərman qıtlaşır, həm də bahalaşır - Bakıda nə düşünürlər...

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

30.04.2025 / 21:25
Ermənistan-Rusiya-Belarus vahid neft bazarı - 2027-ci ildə nə baş verəcək...

30.04.2025 / 21:11
Dünya QHT-ləri ikili standartlarla mübarizə üzrə Bakıda razılığa gəldilər...

30.04.2025 / 20:57
Əfqanıstanın təhlükəsizlik məsələləri Azərbaycanda müzakirə olunur...

30.04.2025 / 20:44
İrəvan Bakının daha bir tələbini yerinə yetirir - hazırlıq gedir...

30.04.2025 / 20:31
İran, ABŞ, İsrail də Azərbaycanı seçir - Pezeşkianın səfərindən sonra İrəvanda matəmdir...

30.04.2025 / 20:17
Bir ermənipərəst Avropa deputatı Kaya Kallası Azərbaycana qarşı yönəltdi...

30.04.2025 / 20:02
Moskvadan İrəvana yeni təlimat gəlib - Köçəryanla Sarkisyanı heç cür barışdırmaq olmur...

30.04.2025 / 19:48
"Ulduz" metrosunun qabağında camaat 36 saylı marşrutu həsrətlə gözləyir...

30.04.2025 / 19:46
Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL

30.04.2025 / 19:43
Hindistanın baş naziri 9 may paradında iştirakdan imtina etdi

30.04.2025 / 19:42
ABŞ senatoru növbəti Papa kimi Trampı görmək istəyir

30.04.2025 / 19:30
Ermənistan prezidenti gürcü həmkarına Azərbaycanla bağlı yanlış məlumat verdi...

30.04.2025 / 19:16
Müqəddəs “Qurani-Kərim”in qədim əlyazmaları

30.04.2025 / 19:04
Qlobal Cənub QHT-nin ədalətli dünya uğrunda mübarizəsi Bakıda müzakirə olundu...

30.04.2025 / 18:49
6 raund Putin-Tramp müzakirələri tam iflasa uğradı...

30.04.2025 / 18:35
Müəllimlərə 1 il, həkimlərə cəmi 6 ay... Niyə?

30.04.2025 / 18:21
Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

30.04.2025 / 18:14
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirildi

30.04.2025 / 18:07
Tbilisidə oxuyan tələbələrimizlə bundan sonra müşavir məşğul olacaq...

30.04.2025 / 17:53
Bu xidmətin haqqını bahalaşdırdılar - peşənin "blatı" qalxacaq...

30.04.2025 / 17:44
Azərbaycanda ötən əsrlərdə ilkin xalça və xalça məmulatı necə hazırlanırdı... - FOTO

30.04.2025 / 17:40
Bir satqın türk alimi ermənilərə saxta genosidi dünyada tanıtmaq yollarını öyrədir...

30.04.2025 / 17:37
İrəvanın ortasında ermənini belə döydülər - VİDEO

30.04.2025 / 17:31
İki nüvə dövləti arasında müharibə başlayır… Hindistan yaxın 24 saat ərzində Pakistana hücum edəcək...

30.04.2025 / 17:26
Paşa Yaqubun yeni kitabçası çap olunub

30.04.2025 / 17:22
Naxçıvanın su təchizatına Prezident şəxsən müdaxilə etdi... Lakin...

30.04.2025 / 17:17
Yunus Oğuzun “TÜRK” etnonimi və törələri” adlı yeni kitabı başa çatıb

30.04.2025 / 17:06
Samarada Stalinin əfsanəvi gizli bunkeri tapıldı...

30.04.2025 / 16:53
Qazaxıstan 9 may paradından və “Müqəddəs Georgi” lentindən niyə imtina etdi?

30.04.2025 / 16:46
Suriyada Hafiz Əsədin məzarı açıldı, sümükləri oğurlandı...

30.04.2025 / 16:27
85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30.04.2025 / 16:10
Ceyhun Bayramov Küveytin xarici işlər naziri ilə görüşdü

30.04.2025 / 16:03
Avtomobildə narkotik vasitə daşıyan şəxslər tutuldu

30.04.2025 / 15:46
Pakistandan Hindistana nüvə təhdidi - Onlar üçün 130 nüvə başlığı ayırmışıq...

30.04.2025 / 15:34
Narkomaniyanın yaratdığı fəsadlar

30.04.2025 / 15:26
BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30.04.2025 / 15:19
Bakıda özünü avtomobil yoluna ataraq sürücüləri qorxudub pul qoparan şəxslər peyda olub - DİN xəbərdarlıq etdi

30.04.2025 / 14:49
Gələn ilin sonunadək azad olunmuş ərazilərdə 44 kənd salınacaq...

30.04.2025 / 14:16
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını etdi - FOTO

30.04.2025 / 14:12
Rusiya işgəncələrlə öldürdüyü jurnalistin cəsədini Ukraynaya qaytardı

30.04.2025 / 14:10
Kursk bölgəsində 600 Şimali Koreya əsgəri həlak olub

30.04.2025 / 14:02
DİN-dən uşaqların qaçırılması xəbərlərinə reaksiya - iddialar əsassızdır...

30.04.2025 / 13:46
Nömrəsi olmayan avtomobillə xuliqanlıq edən qazi saxlandı

30.04.2025 / 13:34
Nömrəsiz avtomobil idarə edən sürücünün narkotik aludəçisi olduğu ortaya çıxdı

30.04.2025 / 13:21
İran və ABŞ arasında danışıqların növbəti raundu Romada keçiriləcək

30.04.2025 / 13:10
Жёсткий ответ армянскому "генералу" тушёнкаеду - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

30.04.2025 / 12:12
Paşinyanı sıxışdırırlar - həm Qərbdən, həm də Moskvadan...

30.04.2025 / 12:07
Ölkəmizdə distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30.04.2025 / 12:00
"Azərbaycan yaxın dostu olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir"

30.04.2025 / 11:48
Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

30.04.2025 / 11:43
Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub

30.04.2025 / 11:38
Qeyri-adi müsahibə

30.04.2025 / 11:32
Abdulla Qədirinin "Ötən günlər" əsərinin premyerası keçirilib

30.04.2025 / 11:29
Kukla festivalının Bakı mərhələsi yekunlaşdı

30.04.2025 / 11:10
Prezident İlham Əliyev İsrail Prezidentini təbrik etdi

30.04.2025 / 11:06
ABŞ Rusiya üçün faciəli qərar verə bilər - CANLI

30.04.2025 / 11:06
Əkrəm İmamoğlunun korrupsiya işi üzrə daha 18 nəfər həbs edildi

30.04.2025 / 11:00
Bank kartlarından oğurluq davam edir - bir gündə 36 min manat oğurlanıb...

30.04.2025 / 10:30
Tramp Rusiyaya qarşı yenə qeyri müəyyən ifadələr işlətdi

30.04.2025 / 10:25
Zənginlərə BƏD XƏBƏR: Maltada "qızıl pasport" almaq qadağan edildi!

30.04.2025 / 10:19
Türkiyə yenidən silkələndi...

30.04.2025 / 10:10
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb - polis

Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678