ABŞ Polşada Yasenka bazasındakı əsgər və texnikasını geri çəkir...

ABŞ Polşadakı Yasenka bazasından əsgər və texnikasını başqa yerə köçürür. Bu barədə məlumatı ABŞ-ın Avropa və Afrikadakı Ordu Komandanlığı yayıb.
Qeyd edilir ki, ABŞ hərbi mövcudluğunun yenidən qurulması çərçivəsində Polşadakı Yasenka bazasından əsgər və texnikasını başqa yerə köçürmək qərarı verilib. Sözügedən baza Ukraynaya hərbi yardımın koordinasiyası üçün istifadə edilir.
"ABŞ-ın hərbi mövcudluğunun azalmasına baxmayaraq, Yasenka vasitəsilə Ukraynaya hərbi yardımın koordinasiyası ilə bağlı işlər Polşa və NATO-nun rəhbərliyi altında davam edəcək. Obyektin ətrafında təhlükəsizlik infrastrukturunu isə Polşa və onun müttəfiqləri qoruyacaqlar", - deyə açıqlamada bildirilir.
TAHİR