Cümə axşamı günü, 24 aprel 2025
     

Türkiyədə siyasi gərginlik pik həddə - CHP erkən seçki deyir, AKP "qəti olmaz" deyir...

Image

Qardaş Türkiyədə ictimai-siyasi səhnədə baş verənlər dünyanın, o cümlədən Azərbaycanın xüsusi diqqət mərkəzində yer alır. Real vəziyyət ölkədə qeydə alınan gərginliyin hələ yaxın tezlikdə səngiməyəcəyini göstərir. Bu arada iqtidar və müxalifətin biri-birinə qarşı daha sərt ittihamlara keçdiyi də müşahidə edilir.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl prezident, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanı xuntaçılıqda ittiham edib; AKP-lilər “Xunta CHP-yə bərabərdir” sözləri ilə reaksiya verib. Ankarada keçirilən CHP-nin 21-ci Fövqəladə Qurultayında yenidən partiya başqanı seçilən Özgür Özəl Konqres zalının yanındakı parkda “Millət iradəsi üçün ayağa qalxır” başlığı ilə kiçik mitinq təşkil edib. Özəl mitinqindəki çıxışında İstanbul Böyükşəhər Bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun həbsini “19 Mart çevriliş cəhdi” kimi qiymətləndirib. ABŞ prezidenti Donald Trampın İmamoğlunun həbsindən xəbərdar olduğunu iddia edən Özəl prezident Ərdoğana belə müraciət edib: "Tramp İmamoğlunun həbs olunacağını bilirdi. "Amerikadan soruşdular" ifadələri var. Ordan-burdan səs gəlmir. Hamımız bilirik ki, okeanın o tayında bir əlaqə var. Mən Ərdoğana səslənirəm, xalqın səsini alaraq seçilən prezident Ərdoğana deyil, çevrilişə cəhd edən xunta lideri Ərdoğana səslənirəm. Çıxın və bizim gözümüzün içinə dik baxaraq növbəti prezidentə deyin ki, rəqibinizə qarşı həyata keçirməyə cəhd etdiyiniz çevrilişin ABŞ tərəfindən icazəsi olub yoxsa olmayıb.

Ora-bura gəzib-dolaşaraq özünə uyğun gələndə "mandat dəstəkçisi, proteksionist" deyən Ərdoğan əslində Amerika mandatının arxasınca, Trampın himayəsindən sonradır. Xunta başçısı, keçiriləcək ilk seçkidə nə Amerika, nə də Tramp sizi xilas edəcək". Özəlin açıqlamaları ABŞ senatoru Kris Mörfinin İmamoğlunun ABŞ prezidenti Donald Trampın “təsdiqi” ilə həbs edildiyini iddia etməsindən sonra verilib. AKP sözçüsü Ömər Çelik X sosial media platformasında yayımladığı açıqlamada ittihamlara cavab verib: "Siyasi tariximizdə CHP onilliklər boyu həmişə xunta hökumətlərinin siyasi dəstəkçisi olub. Demokratik siyasi lüğətdə “Xunta CHP-yə bərabərdir” yazılıb”. Ərdoğana qarşı bu ifadələri işlənməsini pis niyyətli siyasi cəhalət olaraq xarakterizə edən Çelik daha sonra qeyd edib: “Bu, tipik CHP ənənəsidir, demokratik yollarla seçilən iradəyə xunta deyirlər, qaranlıq xunta idarələrini isə demokratiya hesab edirlər". AKP sədrinin müavini Hayati Yazıcı da məsələyə sərt reaksiya verib: “Prezidentə və seçilmiş hökumətə qarşı bu həyasızlıq, demokratiyanı və xalqın iradəsini heçə sayan problemli zehniyyətin təzahürüdür”. O, Özəli millətdən və prezident Ərdoğandan üzr istəməyə çağırıb. MHP sədri Dövlət Baxçalı da verdiyi yazılı açıqlamada CHP lideri Özelin sözlərinə reaksiya verib: “Xunta CHP deməkdir, bunu hamı bilir. Prezidentimizin legitimliyini şübhə altına almaq cəhdi, nəinki bu, həm də onu xunta üzvü olmaqda ittiham etmək bir növ dövlət çevrilişindən başqa bir şey deyil”. 15 iyul çevriliş cəhdini xatırladan Baxçalı daha sonra qeyd edib: “Türk milləti Türkiyədəki çevrilişlər dövrünü şəxsən öz qanı ilə bağladı. Çevriliş etmək həvəsində olanlar CHP-nin çağırışı ilə meydanlara çıxacaqlarsa, 15 iyuldan daha faciəli sonluğa hazır olmalıdırlar”. Baxçalı CHP-nin Əkrəm İmamoğlunun azadlığa buraxılması və növbədənkənar seçki tələbi ilə başlatdığı imzatoplama kampaniyasına da toxunaraq bildirib: "Heç kim boş yerə imza toplamasın və erkən seçki xəyalına düşməsin. Iradəmiz seçkilərin vaxtında keçirilməsidir və bu iradə mütləqdir".

Xarici işlər naziri Hakan Fidan da müxalifətin yanaşmasını sərt tənqid edib. O, özələ müraciətindən qeyd edib: “İndi yerinizi bilin! Prezidentimiz illərdir millətimizdən aldığı dəstəklə Türkiyəyə xidmət edib və hər cür qəyyumluğa qarşı mübarizə aparıb. Həftələrlə xarici güclərdən kömək ümid edən, “özümüzü tərk edilmiş hiss edirik” deyərək xarici paytaxtlardan dəstək diləyən Özgür Özəldir. Türkiyəyə yönələn hər cür güc və qəyyumluq mərkəzlərinə qarşı mübarizə apardıq. İllərdir xalqın iradəsinə zidd çevrilişlərin kölgəsində siyasət yürüdən ənənəni təmsil edən Özgür Özəldir. Seçki qutusundan kənarda legitimlik axtaran və küçələrdə siyasət dizayn etməyə çalışan Özgür Özəldir”. Vitse-prezident Cevdet Yılmaz açıqlamasında qeyd edib: "Ana müxalifət lideri 2023-cü ilin may seçkilərində xalqımızın yüzdə əllidən çoxunun səsini alaraq seçilən prezidentimizi və hökumətimizi "xunta" olmaqda ittiham edir! Xalqın seçdiyi birini "xunta" adlandırmaq mahiyyət etibarı ilə cinayətdir. Prezidenti “xunta prezidenti” adlandırmaq demokratik legitimliyin inkarı və xalqımızın iradəsinə qarşı dözümsüzlüyün etirafıdır”. Xatırladaq ki, Əkrəm İmamoğlu İstanbul Universitetindən aldığı diplomun martın 18-də ləğv edilməsindən bir gün sonra saxlanılıb, daha sonra martın 23-də korrupsiya istintaqı çərçivəsində həbs edilib. Bütün bu proses son həftələrdə İstanbul Böyükşəhər Bələdiyyə Başçılığına qarşı açılan araşdırmalardan sonra və CHP-nin prezidentliyə namizədliyi üçün ilkin seçkilər öncəsi baş verib. Lakin İmamoğlu həbsi ilə eyni gündə 15 milyona yaxın səslə CHP-nin prezidentliyə namizədi elan olunub. Daha sonra Daxili İşlər Nazirliyinin qərarı ilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb. İmamoğlunun saxlanılması və ardınca həbsi ilə başlayan kütləvi etirazlar Türkiyədə son on ildən çox müddətdə müşahidə edilən ən böyük nümayişlərə çevrilib. Polis etirazlara bibər qazı, gözyaşardıcı qaz və təzyiqli su ilə cavab verir. Rəcəb Tayyib Ərdoğan etirazları zorakılıq aktı kimi qiymətləndirib. Silivridəki Mərmərə Həbsxanasında saxlanılan Əkrəm İmamoğlu isə sosial media hesabında Rəcəb Tayyib Ərdoğanı seçki keçirməyə çağırıb. İmamoğlu paylaşımında bu ifadələrdən istifadə edib: "Etibar cəhdləri və daha bir çox əsassız araşdırmalar... Bütün bu işlərin əsl prokuroru olan şəxsə səslənirəm; sizi kişi yarışına çağırıram. Qorxmayın, gəlin yarışaq. Qoy bu əziz millət seçki qutusunda qərarını versin".

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

24.04.2025 / 13:54
Azyaşlının sükan arxasına keçməsi qəza ilə nəticələndi - BDYP valideynlərə çağırış etdi

24.04.2025 / 13:29
Polis Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirdi

24.04.2025 / 13:22
"Bu günədək Avropa İttifaqı Ermənistanda müxtəlif adlar altında üç missiya yaradıb" - Ramid Namazov

24.04.2025 / 13:10
Поговорим о символах Армении - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.04.2025 / 12:58
Paytaxtın ayrı-ayrı rayonlarında oğurluq edən 2 şəxs saxlandı

24.04.2025 / 12:46
Çin mediası Azərbaycan Prezidentinin dövlət səfərinə geniş yer ayırıb

24.04.2025 / 12:44
Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

24.04.2025 / 12:43
Türkiyə və Azərbaycan bayraqlarının yandırılması Aram Sarkisyanın xoşuna gəlmədi

24.04.2025 / 12:35
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb - FOTO

24.04.2025 / 12:10
Çin Cənubi Qafqazda mühüm oyunçuya çevrilir

24.04.2025 / 12:00
Dünyanın tanınmış səyyahları Qarabağda

24.04.2025 / 11:21
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib - FOTO

24.04.2025 / 11:21
Bu təşkilatın Zirvə Görüşü Xankəndidə keçiriləcək

24.04.2025 / 11:18
“Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı” genişləndirilib

24.04.2025 / 11:10
"Bu, təxribatdır" - Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya verdi

24.04.2025 / 11:03
Bank kartlarından oğurluq davam edir - bir gündə 20332 manat oğurlanıb...

24.04.2025 / 11:02
ABŞ-ın Ukrayna planı açıldı. Dəhşət indi başlayır - CANLI

24.04.2025 / 10:31
İrəvanda keçirilən məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqları yandırıldı

24.04.2025 / 10:26
Bu uşaqlar peyvənd olunacaq - nazir əmr imzaladı

24.04.2025 / 10:22
Məşhur aktrisanın atası həbs edildi - keçmiş arvadını döydüyü üçün...

24.04.2025 / 10:12
Qəzzada bir gündə 45 sakin ölüb - “Al Jazeera” telekanalı

24.04.2025 / 10:06
Rusiyadan Kiyevə dron hücumu - ölən və yaralananlar var

24.04.2025 / 10:00
Mədət Quliyev Federasiya prezidentliyindən istefa verib

24.04.2025 / 09:30
"Bu növbəti dezinformasiyadır" - Müdafiə Nazirliyi məlumat yaydı

24.04.2025 / 09:22
Mirzoyan Ermənistanda qadınlara qarşı ayrı-seçkilik olduğunu etiraf edir, Aİ isə susur

24.04.2025 / 09:19
Azərbaycana avtomobil axını inanılmaz sürətlə artır - ölkə tıxaclardan "dağılacaq"...

24.04.2025 / 09:18
Bu gün Xırdalanın bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ

24.04.2025 / 09:16
Qobustan sakini araqdan ölüb...

24.04.2025 / 09:12
Fransa Afrika qitəsindən qovulur, Türkiyə təsirini artırır

24.04.2025 / 09:06
"Milan" İtaliya Kubokunun finalında

24.04.2025 / 09:00
Prezident İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb

24.04.2025 / 08:53
Almaniya polisi elan etdi - 575 nəfər “təhlükəli şəxs” kimi qeydə alınıb

24.04.2025 / 08:37
Dövlət xəstəxanalarında əsassız ödənişlər, əmlakın özəl sektora şübhəli icarəsi və sair - deputatdan ifşa, ekspertdən dəstək...

23.04.2025 / 23:34
Tramp Krım məsələsində israr edən Zelenskiyə sərt xəbərdarlıq etdi - ölkəni itirə bilərsən...

23.04.2025 / 23:07
Kiyev ABŞ-ın təklifini rədd etdi və yeni şərt irəli sürdü - Londonda sülh danışıqları pozuldu...

23.04.2025 / 22:55
Ermənilərin qapıdan qovduğu Zatulin yenə ermənilərə yalmandı

23.04.2025 / 22:45
Bakıda mühakimə olunan Babayan Xocalı genosidi barədə həyasız yalan yaydı...

23.04.2025 / 22:38
Rusiyalı diplomat qondarma “erməni soyqırımı”na həsr olunmuş sərgidə göz yaşı axıtdı

23.04.2025 / 22:11
Ədliyyə Nazirliyində qalmaqal və həbs - cəmi bir il əvvəl yüksək vəzifəyə qoyulmuşdu...

23.04.2025 / 21:24
Himnimizin müəllifi ilə bağlı söz-söhbətlər baş alıb gedir - Əhməd Cavadçıların səsi çıxacaqmı?...

23.04.2025 / 21:22
Rusiya Ukraynaya qarşı Qazaxıstandan döyüşcü cəlb etməyə çalışır

23.04.2025 / 21:10
Rusiya rəsmiləri Ermənistanın Avropa siyasətinə qarşı boş sözlərdən başqa hələlik heç nə edə bilmir - Qruşko da bu qəbildən...

23.04.2025 / 20:56
Bakı ilə Pekin arasında ən qısa dəmiryolu "Ələtdən keçir"...

23.04.2025 / 20:41
Məşhur biznesmenə zərbələr dalbadal gəlir - bir kəlmə sözün qurbanlığı, ya qanunsuz biznesin bədəli...

23.04.2025 / 20:26
Putin Ukraynada əsasən mülki hədəflərin vurulduğunu bilmədən etiraf etdi...

23.04.2025 / 20:16
Əli Əsədovla Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub

23.04.2025 / 20:12
Azərbaycanla Çin Orta Dəhlizi Ermənistansız da yüksək səviyyədə işlədir...

23.04.2025 / 19:58
"Konstitusiya referendumunun hər 2 nəticəsi Ermənistana fəlakət gətirəcək" - İrəvanda yeni ideya...

23.04.2025 / 19:45
Çinin özündən sonra 2-ci ölkə Azərbaycandır - “Kəmər və yol”un klassik tərifini İlham Əliyev verdi...

23.04.2025 / 19:31
Paşinyan “genosidlə” bağlı diplomatik korpusa xüsusi tapşırıq verib...

23.04.2025 / 19:17
Vətənpərvərlik təbliğində azərbaycançılıq ideyası müstəsna önəmə malikdir

23.04.2025 / 19:10
100 il əvvəl Dağıstanda Azərbaycan dili ilə bağlı qərar verilib...

23.04.2025 / 18:58
“Azərbaycan-Çin əlaqələrinin sürətli inkişafı ABŞ-ı narahat edə bilər” deyənlərin qorxusu...

23.04.2025 / 18:44
Hələlik 4 milyard dollara yaxın - Azərbaycanın bu ölkə ilə hələ reallaşmamış potensialları var...

23.04.2025 / 18:30
Macarıstan Avropa İttifaqından çıxarıla bilər... Səbəblərə inanmayacaqsınız...

23.04.2025 / 18:22
Əfv Komissiyasının iclası keçirildi, 100-dən çox müraciətə baxıldı

23.04.2025 / 18:20
Tariximizi dünyaya tanıdan alim

23.04.2025 / 18:17
Axı bu kinodu - VİDEO

23.04.2025 / 18:14
BVF Azərbaycanla bağlı bu bədbin proqnozu haradan çıxarıb...

23.04.2025 / 18:10
Azərbaycan-Çin münasibətləri: Sülhə, sabitliyə və inkişafa töhfə verən nümunəvi əməkdaşlıq modeli

23.04.2025 / 18:03
Bakıda Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr olunan “Abay” kitabının təqdimatı olub

23.04.2025 / 17:59
ABŞ-da erməni lobbisinin "parlaq simaları" bir-bir “dənlənir” - Amerika bu lobbidən yorulub...

23.04.2025 / 17:46
Tarix-mədəniyyət abidələrini özəl sektor bərpa etsə nələr olar? - Sahibə Qafarovanın Səyyad Arana kəskin etirazının mahiyyəti...

23.04.2025 / 17:33
Yəmən atdığı raketi milyonlarla israillini yuxudan elədi

23.04.2025 / 17:31
Fələstinlilər səssizcə Qəzzanı tərk edirlər – Belə getsə Trampın “Yaxın Şərq Rivierası gerçəkləşəcək

23.04.2025 / 17:28
Ermənistanda Avroittifaq missiyasından Azərbaycana ilk birbaşa “atəşkəsi pozma ittihamı”...

23.04.2025 / 17:15
Çayçılıqda tənəzzül təbii prosesdir, ya çay idxalı - monopolistlərin süni əngəlləri...

23.04.2025 / 17:02
Əhməd Cavadın nəvəsi himnimiz barədə iddialara cavab verdi...

23.04.2025 / 16:33
Qırğızıstan “Rusiya Evi”nin əməkdaşını və digər üç nəfəri həbs etdi

23.04.2025 / 16:32
Putinlə bağlı daha bir iddia - hər kəsdən gizlədiyi iki oğlu ortaya çıxdı...

23.04.2025 / 16:19
Vətənin Kənan oğlu...

23.04.2025 / 16:04
ABŞ - da azərbaycanlılar ermənilərə qarşı 500 milyon dollarıq iddia qaldırdı....

23.04.2025 / 15:25
Kombi sistemləri ləğv edilsin, MTK-ların əlindən idarəçilik alınsın – deputatdan təklif...

23.04.2025 / 15:15
İstanbulda ard-arda bir neçə şiddətli zəlzələ oldu

23.04.2025 / 15:09
ABŞ Rusiya və Ukraynanın sülh təkliflərilə razılaşmağa çağırdı - əks halda...

23.04.2025 / 15:02
Mehriban Əliyevanın “Instagram” səhifəsində Çinə səfərdən görüntülər paylaşılıb - FOTO

23.04.2025 / 14:46
Mərkəzi Bank neftin builki qiyməti ilə bağlı proqnozunu açıqladı

23.04.2025 / 14:31
Sumqayıt və Sabirabadda dəmir yollarından oğurluq edən şəxslər saxlandı

23.04.2025 / 14:15
Mərkəzləşdirilmiş istilik təchizatı sistemləri məcburi hala gətirilir, çoxmənzilli binalar vahid mənbədən istilik enerjisi ilə təchiz ediləcək

23.04.2025 / 14:01
Maşın bazarı "tarixə qovuşur" - alıcılar daha ucuz variant tapıblar...

23.04.2025 / 13:39
Lənkərançayda brokonyerlik edənlər saxlandı

Vətənpərvərlik təbliğində azərbaycançılıq ideyası müstəsna önəmə malikdir

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011