Cümə günü, 25 aprel 2025
     

Azərbaycanın üzərindən yeni böyük gəlirli dəmir yolu keçəcək...

Image

Ukrayna böhranı və Qırmızı dənizdə husilərin yük gəmilərinə hücumları Pekini Çinin əsas ticarət tərəfdaşı olan Avropa İttifaqına yeni ticarət yolları axtarmağa vadar edir. Bu vəziyyətdə ABŞ prezidenti Donald Tramp Çini Amerika bazarlarından sıxışdırmaq üçün tariflərdən istifadə etməyə davam edərsə, Çin üçün yeni marşrut daha da aktuallaşacaq.

Qeyd edilənlər fonunda xatırladaq ki, Çin, Qırğızıstan və Özbəkistan dekabr ayında Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək Çini Avropaya logistik baxımdan yaxınlaşdıracaq dəmir yolunun tikintisinə başlayacaqlarını açıqlamışdı. Bu xətt Rusiyadan yan keçəcək. Çindən Avropaya marşrutların istiqamətinin dəyişdirilməsi Rusiya iqtisadiyyatına zərər verə bilər, lakin Pekin və Moskva arasındakı əlaqələrə təsir etməyəcək. “The Economist” jurnalı yazır ki, yeni dəmir yolu xətti haqqında söhbət 30 il əvvəl başlayıb. Planın həyata keçirilməsi ilə bağlı qərar yalnız Ukraynada mühribə başlayandan sonra qəbul edilib. Bundan əvvəl Çindən Avropaya gedən əsas dəmir yolu xətti Rusiyadan, bəzən də Qazaxıstandan keçirdi.

Ukraynadakı hərbi münaqişə mənzərəni dəyişib. Yüklərin təhlükəsiz daşınmasından əmin olmayan və sığortanın bahalaşmasından narazı olan Avropa daşıyıcıları bu marşrutdan yayınmağa başladılar. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da malların Rusiya üzərindən çatdırılma müddətinin artmasına səbəb olub. Yük şirkətləri malları Qazaxıstanın Xəzər dənizindəki limanlarına yönləndirməyə başladılar, yəni Orta Dəhliz adlanan Transxəzər marşrutundan istifadə etməyə başladılar. Bura Qırğızıstan və Özbəkistandan keçən xətti də əlavə etsək, Avropaya gedən Orta Dəhliz daha da qısalacaq. 2024-cü ilin iyununda Çin hökuməti bu ölkələrlə 520 km dəmir yolu xəttinin çəkilməsi ilə bağlı müqavilə imzalayıb. “The Economist” jurnalının öz şərhində daha sonra xatırladığı kimi, Pekin Moskva ilə münasibətlərinin “çiyin-çiyinə” prinsipinə əsaslandığını bildirib. Yəni iki güc arasında əlaqələr güclüdür. Amma Avropaya ixraca gəldikdə, Çin ən yaxşı dostundan asılı olmamağa üstünlük verir. Çinlilər Rusiya liderlərindən üz döndərmirlər. Onlar Rusiyanı “Bir kəmər və bir yol” təşəbbüsü əsasında qlobal infrastrukturun qurulmasında əsas tərəfdaşlardan biri kimi görürlər. Bu təşəbbüs 2013-cü ildə Çin lideri Si Cinpin tərəfindən irəli sürülüb. Üstəlik, bunun motivlərindən biri də Rusiya və Orta Asiya ilə dəmir yolu əlaqələrini genişləndirmək istəyidir. Axı ABŞ-la müharibə olarsa, bu ölkələr Çini enerji resursları və xammalla təmin edə bilərlər. İndi Çinin Orta Dəhlizlə bağlı həvəsi onun ixracı artırmaq istəyini yüksəldir. Çin nəzərə alır ki, bu, iqtisadiyyatın hərəkətverici qüvvəsidir. İqtisadi artımın qeyri-sabit olduğu şəraitdə onun qorunub saxlanması xüsusilə vacibdir. Buna baxmayaraq, Çin və Rusiya arasındakı dəmir yolu marşrutları hər iki ölkə üçün son dərəcə vacib olaraq qalır. Bu xətlər vasitəsilə Çin Rusiyaya silah istehsalı üçün lazım olan avadanlıqlar verir. Amma Avropa ilə Rusiyanın münasibətləri gərgindir. Pekin başa düşür ki, bu durumda yeni yollarla Avropa bazarına, xüsusən də zamana həssas mallar üçün daha asan çıxış təmin edə bilər. Ona görə də Qırğızıstan və Özbəkistanla sövdələşmələr bağlayıb.

Təbii ki, dəniz yolu nəzəri cəhətdən qurudan qat-qat üstündür. “China Global South Project”in eksperti Yunus Şəriflinin dediyi kimi, qatarlar heç vaxt gəmiləri əvəz etməyəcək. Bir gəmi qatardan yüzlərlə dəfə çox konteyner daşıya bilər. Husilərin hücumlarına baxmayaraq, dəniz yolu ilə daşınma qurudan daha sərfəli olaraq qalır. Bəzi şirkətlər hətta Ümid burnu ətrafında gəmilərini Avropaya göndərməyə başlayıblar. Qırğızıstan və Özbəkistandan keçən dəmir yolunun tikintisi bir neçə il çəkəcək. Bişkekdən verilən məlumata görə, Çin Qırğızıstana 2,35 milyard dollar kredit verib. Orta Dəhlizin keçdiyi ölkələr və Çin onu təkmilləşdirməyə çalışır. Rusiya bu işlərdə iştirak etmir. Orta Dəhliz Rusiyadan keçən marşrutdan qısa olsa da, bu yol boyu malların çatdırılması üçün bir neçə sərhədi keçmək, yükləri Xəzər dənizində və ya Qara dənizdə alternativ marşrutla gəmilərə daşımaq lazımdır. Bununla belə, Çin artıq Orta Dəhlizə Rusiyadan keçən marşruta sadə əlavə kimi baxmır. Dövlət Təhlükəsizliyi Nazirliyinin bir qolu hesab edilən Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutunun araşdırmasına görə, marşrut yüklərin daşınması üçün əsas kanala çevrilir və strateji əhəmiyyət kəsb edir. Almaniyanın “Rhenus” logistika şirkətinin İstanbuldakı direktoru Korkan Tuğrul isə deyir ki, bu dəhlizlə daşıma hələ də Rusiyadan keçəndən 35% bahadır. Lakin bu marşrutla Çindən getdikcə daha çox yük çatdırılır. Rusiya Ali İqtisadiyyat Məktəbinin baş elmi işçisi Vasili Kaşin məsələ ilə bağlı qeyd edib: "Bu, Rusiyadan dəmir yolu ilə yan keçmək planı deyil. Qırğızıstan və Özbəkistandan keçən xətt 2023-cü ildən tikilir, ilk növbədə Özbəkistan məhsullarının Çinə tədarükünü təmin etmək üçün. Bundan gələcəkdə Çin mallarının Avropaya çatdırılması üçün istifadə oluna bilər”.

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

26.04.2025 / 00:21
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək

25.04.2025 / 23:37
İsfəndiyar Axundov alimlərə qarşı danışanda deputatlar, deputatlar barədə danışanda isə alimlər dillənir... Niyə?..

25.04.2025 / 23:34
Əkrəm İmamoğlu həbsxanadan “bayraq çağırışı”etdi

25.04.2025 / 21:27
Ermənistan 8 dekabr 2023-cü il sazişi ilə rəsmən Avropadan idarə olunur...

25.04.2025 / 21:11
Gah deyir "genosid"i Stalin uydurub, gah da özü saxta genosid sərgisinə gedir - Paşinyan nə istəyir...

25.04.2025 / 21:05
Zərərçəkmiş şəxs: "Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər" - MƏHKƏMƏ +FOTO

25.04.2025 / 20:56
18-ci əsrdə erməni pul sikkələri? - Bu qədər yalan?

25.04.2025 / 20:44
Tramp:-“Rusiya bütün Ukraynanı ələ keçirməməklə “böyük güzəştə gedib”

25.04.2025 / 20:42
Avropa İttifaqı Azərbaycana münasibətdə səhvlərini düzəldir...

25.04.2025 / 20:32
Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib

25.04.2025 / 20:27
Fransa və Ermənistan Cənubi Qafqazda 2 müharibə variantının ortasındadır...

25.04.2025 / 20:14
AYNA taksi sürücülərinə öyrətmir ki, uzaq məsafələrə də sürmək lazımdır?...

25.04.2025 / 20:00
Məxfi Çin-Avropa danışıqları gedir, Azərbaycan xüsusi rol oynaya bilər...

25.04.2025 / 19:54
Ədalət Partiyasında "veto" qalmaqalı...

25.04.2025 / 19:47
Oljas Süleymenov Azərbaycana mesaj göndərdi - “gec tez Turan olacaq”...

25.04.2025 / 19:41
“Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur” - Ceyhun Bayramov

25.04.2025 / 19:34
Tramp ermənilərin "genosid gözləntisinə" od qoydu...

25.04.2025 / 19:22
Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illiyi qeyd edilib - FOTO

25.04.2025 / 19:19
Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

25.04.2025 / 19:06
"Vətən marşı" şeirinin ...məni suçlayanlar yanılırlar" - Asif Rüstəmli

25.04.2025 / 19:03
DİN-in Kollegiya iclasından mühüm fakt - Azalma var.. - FOTO

25.04.2025 / 18:57
Banklarda müştəri böhranı var - Taleh Kazımov iqtisadçılarla müzakirə apardı…

25.04.2025 / 18:45
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

25.04.2025 / 18:43
Əliyev-Netanyahu görüşündə bütün Şərqin taleyi həll oluna bilər - işdə ABŞ və Türkiyə də var...

25.04.2025 / 18:29
Azərbaycan Ermənistanın Avropa ilə "Ümumi təhlükəsizlik" sazişini ifşa etdi...

25.04.2025 / 18:23
Daxili işlər nazirinin vətəndaşlarla görüşünün tarixi dəyişdi

25.04.2025 / 18:15
Avroparlamentin yunan deputatı Kallasın Bakı səfərinə qarşı çıxdı - Yunanıstanın "qazı azaldılmalıdır"...

25.04.2025 / 18:02
Bakı-Tbilisi-Qars dəmiryolu ilə neft məhsulları daşınacaq...

25.04.2025 / 17:53
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi

25.04.2025 / 17:48
Tramp Zelenskini təkləmək istəyir - kəskin reaksiya: “Krım verilməyəcək”...

25.04.2025 / 17:35
Erməni məsələsi yenidən Rusiya-Türkiyə münasibətlərini poza bilər - Zaxarovadan “350 min erməni” təxribatı...

25.04.2025 / 17:30
Narışkin Bakıda Suriyanın xüsusi xidmət orqanlarının nümayəndəsi ilə görüşdü

25.04.2025 / 17:28
Azərbaycanda milli mətbuatın 150 illiyi geniş şəkildə qeyd olunacaq

25.04.2025 / 17:25
Anar Quliyev Bakıda keçiriləcək WUF13-ün milli koordinatoru təyin edildi

25.04.2025 / 17:22
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

25.04.2025 / 17:18
Banklarda Elman Rüstəmovdan qalmış süni problemlərin kökü kəsilmir - "marja nədir"?

25.04.2025 / 17:15
“Nəqliyyat haqqında” qanuna dəyişiklik edildi

25.04.2025 / 17:12
Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyən edildi

25.04.2025 / 17:10
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir

25.04.2025 / 16:56
İmamoğlunun həbsdə olan vəkilinin vəkili də həbs edildi

25.04.2025 / 16:41
Trampdan Ukraynaya açıq mesaj - Krım Rusiyada qalacaq...

25.04.2025 / 16:33
"Ermənistandan Qarabağa adam və silah daşınırdı" - Zərərçəkmiş şəxs

25.04.2025 / 16:17
"Ermənistan və Fransa hökuməti Azərbaycan bayrağını yandıranları məsuliyyətə cəlb etməlidir" - XİN

25.04.2025 / 16:08
Trampdan İrana sərt mesaj - masadakı iki variantdan biri heç də yaxşı variant deyil…

25.04.2025 / 16:06
Vətəni canından artıq sevən Vüsal

25.04.2025 / 15:34
Aİ və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər

25.04.2025 / 15:19
ABŞ-ın xarici siyasətinə “daşınmaz əmlak istehsalçısı” rəhbərlik edir

25.04.2025 / 15:14
Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadıldı

25.04.2025 / 15:05
"ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı artıq çoxdan çatıb" - Prezident

25.04.2025 / 15:03
Nazir: "Azərbaycanın mina problemi bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir"

25.04.2025 / 14:46
Ali nümayəndə: "Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır"

25.04.2025 / 14:35
"Ermənistan və Fransa hakimiyyətinin Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya verəcəyini gözləyirik" - XİN

25.04.2025 / 14:23
"Ermənistanın sürətlə silahlanması region üçün təhlükə mənbəyi olaraq qalır" - Ceyhun Bayramov

25.04.2025 / 14:12
"Aİ Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq səylərini dəstəkləyir" - Kaya Kallas

25.04.2025 / 14:03
"Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına dair iddiaların aradan qaldırılması vacibdir" - XİN

25.04.2025 / 13:55
"Azərbaycan beynəlxalq loqistik qovşağın liderinə çevrilir" - Yunus Oğuz

25.04.2025 / 13:35
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər - FOTO/YENİLƏNDİ

25.04.2025 / 13:28
Bakıda oğurluq edən şəxslər saxlandı

25.04.2025 / 13:17
Paşinyanın arvadı hamını boğaza yığıb

25.04.2025 / 13:10
М.Захарова, прекратите обманывать армян! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯv

25.04.2025 / 13:02
Azərbaycan-Çin əməkdaşlığı: Qarşılıqlı hörmət, bərabərlik və dərin etimada söykənən münasibətlərin nümunəsi

25.04.2025 / 12:10
"Mançester Yunayted" 73 milyon avroya yeni futbolçu alacaq

25.04.2025 / 12:00
Aviasiya Enerji Forumu gələn ay Bakıda keçiriləcək

25.04.2025 / 11:48
Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib - FOTO/YENİLƏNDİ

25.04.2025 / 11:20
Əli Əsədov diplomatlarla bağlı qərar imzalayıb

25.04.2025 / 11:15
Krım tatar lideri Trampa tərs faktla cavab verdi....

25.04.2025 / 11:05
"Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir"

25.04.2025 / 11:02
Prezident İlham Əliyev Kaya Kallası qəbul etdi - YENİLƏNDİ

25.04.2025 / 11:00
İnam Kərimov Çin Ali Xalq Məhkəməsinin sədri ilə görüşüb

25.04.2025 / 10:26
DİN kibertalamalarla bağlı vətəndaşlara çağırış edib

25.04.2025 / 10:22
İş yerlərini dəyişmək istəyən müəllimlər üçün seçim mərhələsi başlayıb

25.04.2025 / 10:16
"Turan Tovuz" bu gün "Şamaxı" ilə qarşılaşacaq

25.04.2025 / 10:15
Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başlayıb

25.04.2025 / 10:12
Balakəndə yanğın olub

25.04.2025 / 10:06
"Müasir və çevik prokurorluq sisteminin formalaşdırılması..." - Baş prokurordan AÇIQLAMA

25.04.2025 / 10:00
Trampın xüsusi nümayəndəsi Moskvaya gəlib

25.04.2025 / 09:33
Hindistan və Pakistan əsgərləri arasında atışma olub?

25.04.2025 / 09:25
Tramp gələn ay Səudiyyə Ərəbistanına gedir - 100 milyard dollarlıq müqavilə ilə!

25.04.2025 / 09:24
Azərbaycan dəmiryolçularının şirkətlə gərgin məhkəmə davası başlayıb...

25.04.2025 / 09:16
"Kuruluş Osman"ın aktyoru yeni serialda

25.04.2025 / 09:12
“Erməni soyqırımı” haqda Türkiyəli və Amerikalı tarixcinin fərqli mövqeyi

Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011