ABŞ konqresmeni ukraynalıları seçkilərdə Zelenskiyə səs verməməyə çağırdı – o ərazilər Rusiyaya verməlidir...

ABŞ Konqresinin üzvü Viktoriya Sparts deyib ki, Ukrayna ərazisinin bir hissəsini Rusiyaya verməlidir və insanlar qarşıdan gələn seçkilərdə prezident Zelenskinin əleyhinə səs verməlidir.
Əslən ukraynalı olan Sparts “The Telegraph”a açıqlamasında deyib ki, Ukrayna qalib gəlsəydi, torpağı əlində saxlamaqda haqlı olardı. Amma indi belə bir vəziyyətdə deyil. Konqresmen, əks halda ukraynalıların ölkənin qalan hissəsini də itirəcəkləri barədə xəbərdarlıq edib.
Sparts həmçinin Trampın Putinlə başlatdığı dialoqu dəstəklədiyini və müharibənin uzanmasına görə Baydenin məsuliyyət daşıdığını bəyan edib.
"Zelenski yenidən seçilərsə, bu, ölkə üçün geri dönülməz itki olacaq" deyən Sparts, Ukraynada hökumət dəyişikliyinin davamlı sülh üçün vacib olduğunu iddia edib.
TAHİR