Məmmədbağır Əliyev “Şərəf” ordeni ilə təltif edildi

Məmmədbağır Əliyev “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə Məmmədbağır Cavad oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilir.