Cümə günü, 11 aprel 2025
     

ABŞ və İsrail İranda bu yerləri vuracaq - Tehran qonşu ölkələrdən başladı...

Image

İranın ali dini lideri Əli Xamneyi ABŞ prezidenti Donald Trampın mümkün zərbə ilə bağlı açıqlamaları fonunda ölkə ordusunu yüksək hazırlıq vəziyyətinə gətirib. Bu barədə “Reuters” agentliyi yüksək rütbəli İran rəsmisinə istinadən məlumat yayıb.

Agentliyin mənbəsinin sözlərinə görə, İran İraq, Küveyt, BƏƏ, Qətər, Türkiyə və Bəhreynə mesajlar göndərib ki, ABŞ-ın İrana hücumuna hər cür dəstək, o cümlədən onların hava məkanından və ya ərazisindən ABŞ hərbçiləri tərəfindən istifadə edilməsi düşmənçilik hərəkəti kimi qiymətləndiriləcək. İranın mesajında ​​deyilir ki, bu halda ABŞ-a kömək edən ölkələ ciddi nəticələrlə üzləşəcəklər.

“Reuters” xatırladır ki, Əli Xamneyi Trampın İranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar təklifini rədd edib. Bununla belə, agentliyin mənbəsinin sözlərinə görə, Tehran Omanın vasitəçi kimi çıxış etməli olduğu dolayı danışıqların tərəfdarıdır. Qeyd edək ki, martın əvvəlində Tramp İranın ali rəhbərinə məktub göndərərək nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlməyə üstünlük verəcəyini bildirmişdi. İran cavab məktubunda birbaşa danışıqlardan imtina edib, lakin üçüncü ölkələrin vasitəçiliyi ilə danışıqlara hazır olduğunu bildirib. Öz növbəsində, Tramp “NBC News” telekanalına müsahibəsində ABŞ və İran razılığa gəlməyəcəyi təqdirdə qarşı tərəfi “görünməmiş bombardmanlarla” hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçı növbəti dəfə bu fonda qeyd edib ki, ABŞ ilə birbaşa danışıqların mənası yoxdur: “Daim güc tətbiq etməklə hədələyən və özünün müxtəlif rəsmi şəxsləri ilə ziddiyyətli mövqelər ifadə edən tərəflə birbaşa danışıqların mənası yoxdur. Amma biz İrana qarşı sərt sanksiyaların ləğvi müqabilində etimad yaratmaq məntiqinə əsaslanaraq, nüvə proqramımız və sanksiyaların ləğvi ilə bağlı danışıqları bərpa etməyə hazırıq”. İran prezidenti Məsud Pezeşkian bildirir ki, Tehran hədə-qorxusuz, bərabər şərtlərdə danışıqlar aparmaq istəyir. Aprelin əvvəlində “Daily Mail” Tramp administrasiyasına yaxın mənbələrə istinadən ABŞ və İsrailin yaxın həftələr ərzində İrana zərbə endirə biləcəyini yazıb və bildirib ki, danışıqlar aparılmasa, İran sentyabr ayına qədər yox olacaq. Daha əvvəl “Reuters” yüksək rütbəli məmura istinadən xəbər vermişdi ki, İran Rusiyanın dəstəyini təmin etməyə çalışır, lakin Moskva ilə Vaşinqton arasında dialoqu izləyərkən buna şübhə ilə yanaşır. İran hesab edir ki, ABŞ-la razılığa gəlməsi üçün iki aydan çox vaxt yoxdur. Əks halda İsrailin nüvə infrastrukturuna qarşı qabaqlayıcı zərbələr endirməsi riski var. Bu arada MAQATE xəbərdarlıq edir ki, İran uranın zənginləşdirilməsini 60%-ə qədər sürətləndirir, bu da silah səviyyəsinə yaxındır.

Tehran nüvə proqramının sırf dinc xarakter daşıdığını vurğulayır, eyni zamanda raket və müdafiə texnologiyalarının danışıqlarda müzakirə olunmayacağını bildirir. Qərb hökumətləri bildirirlər ki, heç bir mülki proqramda uranın bu qədər yüksək səviyyədə zənginləşdirilməsinə ehtiyac yoxdur və heç bir başqa ölkə bunu nüvə bombası hazırlamaqdan başqa heç bir məqsədlə etməyib. İranın aerokosmik qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib ki, ABŞ-ın regiondakı hərbi bazaları hər hansı hərbi əməliyyat olacağı təqdirdə hədəfə çevrilə bilər. İran həmçinin Hind okeanında Britaniya ərazisi olan Çaqos arxipelaqının Dieqo Qarsiya adasında yerləşən və hazırda Mavrikiyaya təhvil verilməkdə olan hərbi bazanı bombalamaqla hədələyib. İran əvvəllər belə imkanlara malik olduğunu iddia etməyib. ABŞ və İsrailin də İranda ilk növbədə hara zərbə endirəcəkləri bəllidir. Söhbət İranın nüvə proqramının məlum yerlərindən gedir və bunlar aşağıdakılardır: 1. Furdo dağ silsiləsinin tam mərkəzində tikilmiş emal zavodu; 2. Xundab - nüvə genişlənməsi ilə bağlı narahatlıq doğuran köhnəlmiş tədqiqat reaktoru; 3. Natanz - iki zənginləşdirmə zavodundan ibarət kompleksdir, onlardan biri çox böyük və yeraltıdır; 4. İsfahan - müxtəlif fəaliyyətlərlə məşğuldur: sentrifuqa komponentlərinin istehsalından tutmuş uranın zənginləşdirilməsi üçün hazırlanmasına qədər burada fəaliyyət həyata keçirilir; 5. Buşəhr - İranın Rusiya yanacağı ilə işləyən yeganə atom elektrik stansiyasıdır və burada uran istifadə edildikdən sonra Rusiyaya qaytarılır. Mövcud durumda Tehran İsrail ya ABŞ-ın hücumuna hazır olduğunu göstərmək üçün istifadə edə biləcəyi raketlərin saxlandığı daha bir gizli yeraltı bunker kompleksini nümayiş etdirib. Belə bazalar ballistik və qanadlı raketlərin, eləcə də digər strateji silahların - pilotsuz uçan aparatların və hava hücumundan müdafiə sistemlərinin saxlanması, buraxılışına hazırlanması və buraxılması üçün istifadə olunur. İran öz imkanlarını nümayiş etdirməklə İsrail və ABŞ-ı daha da gərginləşməkdən çəkindirməyə çalışır. İrandan İsrailə İraq, Suriya və İordaniya üzərindən ən qısa yol min kilometrə yaxındır. İsrail raketlərin 99%-nin 2024-cü ilin aprelində ələ keçirildiyini bildirib. Oktyabrda baş verən ikinci hücum isə ciddi ziyana səbəb olmayıb. Bununla belə, İran raketlərinin uçuş məsafəsi və gücü ilə bağlı şübhələr var. Odur ki, onların ABŞ-ın Dieqo Qarsiya adasındakı hərbi bazasına çatmağa qadir olduqları ilə bağlı son açıqlamaları mühüm hadisə hesab etmək olar. Bu fonda artıq Yaxın Şərqdə əhəmiyyətli Amerika qüvvələri yerləşdirilib və yaxın vaxtlarda bölgəyə iki təyyarədaşıyıcısı yerləşdiriləcək.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

11.04.2025 / 15:38
Tanınmış idman ustası növbəti qızıl medalla Vətənə döndü

11.04.2025 / 15:27
"Forumda ATƏT-in Minsk Qrupunun ləğv edilməsinin əhəmiyyəti vurğulandı" - Halil Korkmaz

11.04.2025 / 15:11
"Köçəryan azərbaycanlılara qarşı fəaliyyətdə əsas adamlardan biri idi" - Xankəndidən olan zərərçəkmiş

11.04.2025 / 14:51
Gədəbəydə gəlin qaynatası və baldızı tərəfindən döyüldü

11.04.2025 / 14:33
Blogger Rəfael Piriyev də Baş Prokurorluğa çağırıldı

11.04.2025 / 14:18
Daha 20 ailə Ağdərənin Həsənriz kəndinə köçdü

11.04.2025 / 14:11
Milyonlarla ixrac pulu prokurorluğun müdaxiləsi ilə ölkəyə qaytarıldı

11.04.2025 / 14:04
2025-ci ilin 3 ayı ərzində müharibə iştirakçılarına 63 mindən çox tibbi xidmət göstərilib

11.04.2025 / 13:55
Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

11.04.2025 / 13:41
Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu üzə çıxdı

11.04.2025 / 13:36
Qubadlıda insan sümüyünə bənzər qalıqlar aşkarlandı

11.04.2025 / 13:24
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edildi

11.04.2025 / 13:11
Академик Г. Погосян: "У армян не было государственности" - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.04.2025 / 12:37
Antalyada Prezident İlham Əliyevin Ərdoğanla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

11.04.2025 / 12:10
Fala baxmaq adı ilə dələduzluq edən qadınlar saxlanılıb

11.04.2025 / 12:00
Şirvan şəhərində yazıçı ilə görüş keçirilib

11.04.2025 / 11:52
İmaməddin Əlimanov Baş Prokurorluğa çağırıldı

11.04.2025 / 11:41
ABŞ-ın Ukraynadakı səfiri Trampın siyasətinə görə istefa verdi

11.04.2025 / 11:37
Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11.04.2025 / 11:30
"Fransa buna hazırdır və Avropa da hazır olmalıdır" - Makron Avropanı Trampa qarşı qızışdırır

11.04.2025 / 11:22
"Futbolumuzun hazırkı durumu ürəkaçan deyil" - AFFA-dan etiraf

11.04.2025 / 11:19
“Üzeyir Hacıbəylinin yaradıcılığında azərbaycançılıq və türkçülük ideyaları” mövzusunda ümuminstitut seminarı keçirilib

11.04.2025 / 11:12
Britaniya məktəblərində mobil telefondan istifadə qadağan olunur

11.04.2025 / 11:06
Salyan Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

11.04.2025 / 11:00
ADSEA su xidmətləri ilə bağlı 44 minə yaxın müraciətə baxıb

11.04.2025 / 10:51
Prezident İlham Əliyev Antalyada Ersin Tatarla görüşüb - YENİLƏNİB

11.04.2025 / 10:45
Tramp: HƏMAS-la danışıqlarda irəliləyiş var

11.04.2025 / 10:35
Britaniya və Norveçdən Ukraynaya 580 milyon dollarlıq JEST

11.04.2025 / 10:24
Bir gündə bank kartlarından 25 min manata yaxın pul oğurlanıb - DİN xəbərdarlıq etdi!

11.04.2025 / 10:17
"Qarabağ" bu gün "Səbail"lə qarşılaşacaq

11.04.2025 / 10:06
"Ömrümüz yollarda hədər gedir” - müğənni tıxaclardan gileylənir...

11.04.2025 / 10:06
Kopenhagen dünyanın ən xoşbəxt şəhəri seçildi...

11.04.2025 / 10:00
Kamala Harris yenə seçkilərə hazırlaşır- bu dəfə qubernator olmaq üçün...

11.04.2025 / 09:39
Misir Qəzzayla bağlı "qırmızı xətt"ini açıqladı

11.04.2025 / 09:27
“İsrail Suriyada türk bazalarının yaradılmasına imkan verməyəcək”

11.04.2025 / 09:24
Zaqatalada "Jiquli" 44 yaşlı piyadanı vurub

11.04.2025 / 09:16
Bu gün IV Antalya Diplomatiya Forumu işə başlayır

11.04.2025 / 09:10
Mövqelərimiz atəşə tutulub, ordumuz cavab tədbirləri görüb - TƏCİLİ

11.04.2025 / 09:06
"Mançester Yunayted" və "Tottenhem"dən heç-heçə - Avropa Liqası

11.04.2025 / 09:01
Nyu-Yorkda helikopter çaya düşüb, 6 nəfər vəfat edib

11.04.2025 / 08:48
Xətaidəki 257 saylı məktəbin həyətindəki şəxsi ev kimindir...

11.04.2025 / 00:58
Bakıda Türkiyə ilə İsrail arasında Suriya zirvəsi - Azərbaycan iki ölkə arasında gərginliyi azaltmaq üçün hərəkətə keçdi

11.04.2025 / 00:04
İstanbulda 6 saat davam edən Rusiya-ABŞ danışıqları başa çatdı – Vaşinqton və Moskvadan ilk açıqlama...

10.04.2025 / 23:18
Tərtər sakinini aldadıb kartındakı 15 mindən çox pulunu oğurladılar - DİN-dən növbəti XƏBƏRDARLIQ...

10.04.2025 / 22:35
"Bizim Ermənistanın gerçək niyyətləri ilə bağlı ciddi və legitim narahatlığımız var" - Elçin Əmirbəyov

10.04.2025 / 22:04
Türkiyə "Kürəcik radarını" söndürsə, İsrail İran raketlərinə "kor" qalacaq...

10.04.2025 / 21:46
Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf etdi

10.04.2025 / 21:33
Davit Allahverdiyan işğal edilmiş ərazilərdə becərilən taxıl məhsulunun Ermənistana göndərildiyini etiraf etdi

10.04.2025 / 21:27
Tramp yenə fikrini dəyişdi, İranı güc yolu ilə çökdürməyə qərar verdi

10.04.2025 / 21:12
Ermənistan vətəndaşından məhkəmədə etiraf: "Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim" - MƏHKƏMƏ +FOTO

10.04.2025 / 21:12
Rusiya Qafanda konsulluq açmağa tələsir - Paşinyanın atacağı addımdan(?) qorxur...

10.04.2025 / 20:58
Müharibədən sonra "müharibə, ya sülh" - seçimi Ermənistan edəcək...

10.04.2025 / 20:45
10 il əvvəl Azərbaycan İsraillə Türkiyəni necə barışdırdı...

10.04.2025 / 20:32
ABŞ Cənubi Qafqazda Azərbaycanla Ermənistanın fərqini görməlidir - "çox mühüm tərəfdaş"...

10.04.2025 / 20:17
Trampın seçilməsində erməniləri məyus edən məqamlar...

10.04.2025 / 20:03
Ermənistanın iqtidar komandası revanşist qrupdur...

10.04.2025 / 19:50
ABŞ-Azərbaycan münasibətləri əsaslı dəyişir, Bayden-Blinken səhvləri aradan qaldırılır...

10.04.2025 / 19:45
Hüsilər ABŞ üçün real təhdidə çevrilib

10.04.2025 / 19:42
“TÜRK” etnonimi və törələri - YUNUS OĞUZ yazır

10.04.2025 / 19:36
Cənubi Qafqaz vacib strateji bölgəyə elə-belə çevrilməyib - Azərbaycanı görməyənlərə mesaj...

10.04.2025 / 19:23
Tramp Çinə tarifi 125, Çin isə 84 faizə qaldırdı - "Trampın arxasını öpən ölkə olmarıq"...

10.04.2025 / 19:09
Bədənin və ruhun tərbiyəsi Azərbaycanda dövlət siyasətinin əsasına çevrilib

10.04.2025 / 18:56
İran - Azərbaycan münasibətləri hələ də səfirlikdə terror məsələsindən asılı qalır...

10.04.2025 / 18:41
Ermənistan həm sazişdən danışır, həm də sərhədlərdə xarici missiyanı gücləndirir - paradoks...

10.04.2025 / 18:27
Suriyanın yeni hakimiyyəti Ermənistanla yanlış siyasət aparır – “Azərbaycan unutmayıb”...

10.04.2025 / 18:14
Azərbaycanla ABŞ arasında “siyasi düşmənçilik” salan digər qurumların “dərsi veriləcək”...

10.04.2025 / 18:00
Azərbaycan özü Günəş panellərinin istehsalına hazırlaşır - Prezident anons etdi...

10.04.2025 / 17:54
İsrail bu il də hərbi parad keçirməyəcək

10.04.2025 / 17:53
İndoneziya: “ Türkiyə ilə yan-yana olmaq istəyirik”

10.04.2025 / 17:47
Şimali Kipri “unudan” bəzi türk dövlətlərinə Əliyev nümunə jesti göstərdi...

10.04.2025 / 17:36
Donald Tramp Prezident İlham Əliyevi təbrik etdi

10.04.2025 / 17:33
İran-Ermənistan sərhədində “terrorçu qruplar” - fars-erməni rejimi nəsə hazırlayır...

10.04.2025 / 17:20
Cənubi Qafqazda "yad və doğma ölkələr" ola bilməz - Avropa Komissiyası yolu dəyişməlidir...

10.04.2025 / 17:07
İsrail Bakıda Təl-Əviv-Ankara görüşünün təşkilinə görə Prezident Əliyevə təşəkkür etdi

10.04.2025 / 16:52
Mayot adasında Fransa zülmü... Həm istismar edir, həm də vətəndaşlığı çətinləşdirir...

10.04.2025 / 16:33
Qırğızıstanda çevriliş cəhdi - BƏƏ mərkəzli qrupun qanlı planları ifşa edildi...

10.04.2025 / 16:14
Maskın da “kitabını bağlayırlar”

10.04.2025 / 16:09
Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf etdi

10.04.2025 / 16:05
“Bayraktar Azərbaycan” şirkəti ilə BMU memorandum imzaladı

10.04.2025 / 15:50
Türkiyə və İsrail nümayəndələri Bakıda bir araya gəldi...

10.04.2025 / 15:44
"Ermənistanı Araz çayında çirklənmə ilə bağlı monitorinq keçirmək üçün şərait yaratmağa çağırırıq" - Amin Məmmədov

Bədənin və ruhun tərbiyəsi Azərbaycanda dövlət siyasətinin əsasına çevrilib

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011