Cümə günü, 11 aprel 2025
     

Ermənistan XİN-in "900 xəritə yalanı" onu hərbi cinayət məsuliyyətindən qurtara bilməz...

Image

İbrahim Rüstəmli: “Ermənistan XİN-in sözçüsü çox söz deyə, çox saxtakarlıq edə bilər, amma bu qətiyyən reallığı əks etdirmir”

Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terrorunun faciələri bu gün də yaşanır. Azərbaycanın azad ərazilərində ermənilərin kütləvi şəkildə basdırdığı minalardan vətəndaşlarımız ciddi əziyyət çəkir.

Lakin rəsmi Bakı Ermənistandan mina xəritələrini tələb etsə də, dəfələrlə bu barədə o ölkənin rəhbərliyinə çağırışlar etsə də, Ermənistan minalanmış ərazilərin dəqiq xəritəsini verməkdən imtina edir. Bu ondan qaynaqlanır ki, Ermənistana beynəlxalq təzyiq yoxdur.

Ermənistan tərəfin indiyə qədər verdiyi xəritələrin heç biri dəqiq olmayıb və nəticə də göz qabağındadır.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan iddia edib ki, Ermənistan guya 2021-ci il 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində “birtərəfli qaydada heç bir şərt olmadan Azərbaycanı 972 minalanmış sahə xəritəsi ilə təmin edib”.

Badalyan iddia edib ki, Ermənistan guya humanitar məsələlərdə əməkdaşlıq prinsiplərinə “sadiq qalaraq” sorğular vasitəsilə 2024-cü ilin əvvəlində “yeni mina sahəsi xəritələrini tərtib edib” və Azərbaycana ötürüb.

Guya Azərbaycan xəritələrin düzgünlüyünü şübhə altına alır.

“Ermənistan Azərbaycana minlərlə xəritə verə bilər, o xəritələr reallığı əks etdirmirsə onların bizim üçün heç bir əhəmiyyəti yoxdur”

Ermənistan XİN sözçüsünün iddialarına münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında dedi ki, yalan danışmaq, riyakarlıq, saxtakarlıq Ermənistanın dövlət siyasətidir. “Əgər doğrudan da özünün siyasi, iqtisadi kursu, dövlətçilik ənənəsi olan Ermənistan adlı bir dövlət varsa, bu ölkənin xarakterinə uyğun başqa bir söz tapa bilmirəm. Ermənistan bütün dövrlərdə istisnasız olaraq vassal bir dövlət kimi çıxış edir. Ermənistan bölgədə gah Rusiyanın, gah İranın, gah ABŞ-ın, bir sözlə, başqa-başqa dövlətlərin mövqeyindən çıxış edib. Onun özünün konkret mövqeyi, siyasi kursu, ideoloji prinsipləri yoxdur. Bu “dövlət” həmişə onun-bunun dili ilə danışıb. Ona görə də bu gün mina xəritələri ilə bağlı çox ciddi bir problemlə üz-üzə qalmışıq. Mina çox ciddi problemli bir məsələdir. Bütün müharibələr dövründə o müharibələrin iştirakçısı olan dövlətlər yüz illər keçməsinə baxmayaraq əziyyət çəkiblər. Azərbaycan bu gün də bu problemi yaşayır. Daha dəqiq desək, Birinci Qarabağ müharibəsindən başlayaraq indiyə qədər Ermənistanın bu və digər şəkildə yaratdığı problemləri aradan qaldırmaqla məşğuldur. Ermənistanın yaratdığı ən böyük və təhlükəli problemlərindən biri mina problemidir. Mina problemi zaman-zaman insanların həyatına son qoymasına, ağır yaralanmasına, şikəst olmasına, rahatlığının pozulmasına səbəb olub. Ermənistan nə qədər ki belə riyakarlıq edib saxta xəbərlər yayacaq, dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyəcək, bu problem hələ də yaşanacaq. Ermənistan hələ ki, minaların basdırıldığı ərazilərlə bağlı konkret koordinasiya vermir, yaxud onun verdiyi xəritələr reallıqla üst-üstə düşmür. Mən bunu həm də onunla izah etmək istəyirəm ki, Ermənistan başıpozuq bir dövlətdir, ordusu da başıpozuq bir ordudur. Müxtəlif adamların hakimiyyətə gəlmək, ya orduda, ya siyasi tribunalarda sözünü demək, təşəbbüsü ələ almaq istəyi həmişə olub, bundan sonra olacaq.

Ermənistan XİN-in sözçüsü çox söz deyə, çox saxtakarlıq edə bilər, amma bu qətiyyən reallığı əks etdirmir. Reallıq ondan ibarətdir ki, Ermənistanın Azərbaycana verdiyi xəritələrlərlə bağlı ciddi problem yaşanır, o xəritələr yanlışdır. Ermənistan Azərbaycana minlərlə xəritə verə bilər, o xəritələr reallığı əks etdirmirsə onların bizim üçün heç bir əhəmiyyəti yoxdur”.

İ.Rüstəmli bildirdi ki, düzgün mina xəritələrinin Azərbaycana verilməməsi ermənilər arasında Azərbaycana və türklərə qarşı mövcud olan nifrətin, qisasçılıq hissinin, terrorun ən bariz nümunəsidir. “Saysız mina basdırasan, amma xəritəni verməyəsən, bu onların riyakarlığının göstəricisidir. Onlar Azərbaycana nə qədər xəritə versələr də mən onun obyektivliyinə inanmayacağam. Bilirsiz, ərəblərin bir ata sözü var, deyirlər ki, bir hadisə baş veribsə, ola bilər, o ikinci dəfə baş verməsin, amma bir hadisə ikinci dəfə baş veribsə demək üçüncü, dördüncü dəfə də baş verəcək. Ermənilər bizi bir neçə dəfə aldadıblar, buna görə də onların səmimiyyətinə inanmıram. Belə çıxır ki, mina problemlərini Azərbaycan öz daxili resursları hesabına həll etməli olacaq. Çox təəssüf ki, Ermənistan bu istiqamətdə də obyektivliyini qorumur, atəşkəs prinsiplərinin daha davamlı özüllər əsasında formalaşmasına nəinki şərait yaratmır, əksinə, ona saysız zərbələr endirir. Çox təəssüf ki, bu, Azərbaycan üçün instisnasız olaraq insan resursları baxımından çox ciddi problem yaradacaq. Yəni insan itkisi olacaq, sağlamlığını itirmiş insanlar olacaq. Bu həm də təbiətə sarsıdıcı zərbələr vurur. Belə deyək, vəhşi təbiətin də həyatında rol oynayır. Meşələrimizdə, dağlarımızda yaşayan canlıların məhvinə səbəb olur. Ona görə də, Ermənistan nə bir dövlət, ermənilər nə bir xalq kimi heç vaxt formalaşmayacaq” - deyə İ.Rüstəmli bildirdi.

İradə SARIEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

11.04.2025 / 12:10
Fala baxmaq adı ilə dələduzluq edən qadınlar saxlanılıb

11.04.2025 / 12:00
Şirvan şəhərində yazıçı ilə görüş keçirilib

11.04.2025 / 11:41
ABŞ-ın Ukraynadakı səfiri Trampın siyasətinə görə istefa verdi

11.04.2025 / 11:37
Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11.04.2025 / 11:30
"Fransa buna hazırdır və Avropa da hazır olmalıdır" - Makron Avropanı Trampa qarşı qızışdırır

11.04.2025 / 11:22
"Futbolumuzun hazırkı durumu ürəkaçan deyil" - AFFA-dan etiraf

11.04.2025 / 11:19
“Üzeyir Hacıbəylinin yaradıcılığında azərbaycançılıq və türkçülük ideyaları” mövzusunda ümuminstitut seminarı keçirilib

11.04.2025 / 11:12
Britaniya məktəblərində mobil telefondan istifadə qadağan olunur

11.04.2025 / 11:06
Salyan Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

11.04.2025 / 11:00
ADSEA su xidmətləri ilə bağlı 44 minə yaxın müraciətə baxıb

11.04.2025 / 10:51
Prezident İlham Əliyev Antalyada Ersin Tatarla görüşüb - YENİLƏNİB

11.04.2025 / 10:45
Tramp: HƏMAS-la danışıqlarda irəliləyiş var

11.04.2025 / 10:35
Britaniya və Norveçdən Ukraynaya 580 milyon dollarlıq JEST

11.04.2025 / 10:24
Bir gündə bank kartlarından 25 min manata yaxın pul oğurlanıb - DİN xəbərdarlıq etdi!

11.04.2025 / 10:17
"Qarabağ" bu gün "Səbail"lə qarşılaşacaq

11.04.2025 / 10:06
"Ömrümüz yollarda hədər gedir” - müğənni tıxaclardan gileylənir...

11.04.2025 / 10:06
Kopenhagen dünyanın ən xoşbəxt şəhəri seçildi...

11.04.2025 / 10:00
Kamala Harris yenə seçkilərə hazırlaşır- bu dəfə qubernator olmaq üçün...

11.04.2025 / 09:39
Misir Qəzzayla bağlı "qırmızı xətt"ini açıqladı

11.04.2025 / 09:27
“İsrail Suriyada türk bazalarının yaradılmasına imkan verməyəcək”

11.04.2025 / 09:24
Zaqatalada "Jiquli" 44 yaşlı piyadanı vurub

11.04.2025 / 09:16
Bu gün IV Antalya Diplomatiya Forumu işə başlayır

11.04.2025 / 09:10
Mövqelərimiz atəşə tutulub, ordumuz cavab tədbirləri görüb - TƏCİLİ

11.04.2025 / 09:06
"Mançester Yunayted" və "Tottenhem"dən heç-heçə - Avropa Liqası

11.04.2025 / 09:01
Nyu-Yorkda helikopter çaya düşüb, 6 nəfər vəfat edib

11.04.2025 / 00:58
Bakıda Türkiyə ilə İsrail arasında Suriya zirvəsi - Azərbaycan iki ölkə arasında gərginliyi azaltmaq üçün hərəkətə keçdi

11.04.2025 / 00:04
İstanbulda 6 saat davam edən Rusiya-ABŞ danışıqları başa çatdı – Vaşinqton və Moskvadan ilk açıqlama...

10.04.2025 / 23:18
Tərtər sakinini aldadıb kartındakı 15 mindən çox pulunu oğurladılar - DİN-dən növbəti XƏBƏRDARLIQ...

10.04.2025 / 22:35
"Bizim Ermənistanın gerçək niyyətləri ilə bağlı ciddi və legitim narahatlığımız var" - Elçin Əmirbəyov

10.04.2025 / 22:04
Türkiyə "Kürəcik radarını" söndürsə, İsrail İran raketlərinə "kor" qalacaq...

10.04.2025 / 21:46
Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf etdi

10.04.2025 / 21:33
Davit Allahverdiyan işğal edilmiş ərazilərdə becərilən taxıl məhsulunun Ermənistana göndərildiyini etiraf etdi

10.04.2025 / 21:27
Tramp yenə fikrini dəyişdi, İranı güc yolu ilə çökdürməyə qərar verdi

10.04.2025 / 21:12
Ermənistan vətəndaşından məhkəmədə etiraf: "Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim" - MƏHKƏMƏ +FOTO

10.04.2025 / 21:12
Rusiya Qafanda konsulluq açmağa tələsir - Paşinyanın atacağı addımdan(?) qorxur...

10.04.2025 / 20:58
Müharibədən sonra "müharibə, ya sülh" - seçimi Ermənistan edəcək...

10.04.2025 / 20:45
10 il əvvəl Azərbaycan İsraillə Türkiyəni necə barışdırdı...

10.04.2025 / 20:32
ABŞ Cənubi Qafqazda Azərbaycanla Ermənistanın fərqini görməlidir - "çox mühüm tərəfdaş"...

10.04.2025 / 20:17
Trampın seçilməsində erməniləri məyus edən məqamlar...

10.04.2025 / 20:03
Ermənistanın iqtidar komandası revanşist qrupdur...

10.04.2025 / 19:50
ABŞ-Azərbaycan münasibətləri əsaslı dəyişir, Bayden-Blinken səhvləri aradan qaldırılır...

10.04.2025 / 19:45
Hüsilər ABŞ üçün real təhdidə çevrilib

10.04.2025 / 19:42
“TÜRK” etnonimi və törələri - YUNUS OĞUZ yazır

10.04.2025 / 19:36
Cənubi Qafqaz vacib strateji bölgəyə elə-belə çevrilməyib - Azərbaycanı görməyənlərə mesaj...

10.04.2025 / 19:23
Tramp Çinə tarifi 125, Çin isə 84 faizə qaldırdı - "Trampın arxasını öpən ölkə olmarıq"...

10.04.2025 / 19:09
Bədənin və ruhun tərbiyəsi Azərbaycanda dövlət siyasətinin əsasına çevrilib

10.04.2025 / 18:56
İran - Azərbaycan münasibətləri hələ də səfirlikdə terror məsələsindən asılı qalır...

10.04.2025 / 18:41
Ermənistan həm sazişdən danışır, həm də sərhədlərdə xarici missiyanı gücləndirir - paradoks...

10.04.2025 / 18:27
Suriyanın yeni hakimiyyəti Ermənistanla yanlış siyasət aparır – “Azərbaycan unutmayıb”...

10.04.2025 / 18:14
Azərbaycanla ABŞ arasında “siyasi düşmənçilik” salan digər qurumların “dərsi veriləcək”...

10.04.2025 / 18:00
Azərbaycan özü Günəş panellərinin istehsalına hazırlaşır - Prezident anons etdi...

10.04.2025 / 17:54
İsrail bu il də hərbi parad keçirməyəcək

10.04.2025 / 17:53
İndoneziya: “ Türkiyə ilə yan-yana olmaq istəyirik”

10.04.2025 / 17:47
Şimali Kipri “unudan” bəzi türk dövlətlərinə Əliyev nümunə jesti göstərdi...

10.04.2025 / 17:36
Donald Tramp Prezident İlham Əliyevi təbrik etdi

10.04.2025 / 17:33
İran-Ermənistan sərhədində “terrorçu qruplar” - fars-erməni rejimi nəsə hazırlayır...

10.04.2025 / 17:20
Cənubi Qafqazda "yad və doğma ölkələr" ola bilməz - Avropa Komissiyası yolu dəyişməlidir...

10.04.2025 / 17:07
İsrail Bakıda Təl-Əviv-Ankara görüşünün təşkilinə görə Prezident Əliyevə təşəkkür etdi

10.04.2025 / 16:52
Mayot adasında Fransa zülmü... Həm istismar edir, həm də vətəndaşlığı çətinləşdirir...

10.04.2025 / 16:33
Qırğızıstanda çevriliş cəhdi - BƏƏ mərkəzli qrupun qanlı planları ifşa edildi...

10.04.2025 / 16:14
Maskın da “kitabını bağlayırlar”

10.04.2025 / 16:09
Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf etdi

10.04.2025 / 16:05
“Bayraktar Azərbaycan” şirkəti ilə BMU memorandum imzaladı

10.04.2025 / 15:50
Türkiyə və İsrail nümayəndələri Bakıda bir araya gəldi...

10.04.2025 / 15:44
"Ermənistanı Araz çayında çirklənmə ilə bağlı monitorinq keçirmək üçün şərait yaratmağa çağırırıq" - Amin Məmmədov

10.04.2025 / 15:30
Nazarbayev Prezident İlham Əliyevi təbrik etdi

10.04.2025 / 15:22
Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

10.04.2025 / 14:55
Rusiyanın gizli Kursk əməliyyatının təfərrüatları ortaya çıxdı - 800 əsgər 15 km-lik borunun içərisi ilə iki gün sürünüb...

10.04.2025 / 14:27
Paşinyanın partiyası uduzdu, revanşistlər geri qayıdır...

10.04.2025 / 14:23
Balakəndə avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

10.04.2025 / 14:20
Argentina prokuroru Xamneyinin həbsini tələb etdi

10.04.2025 / 14:07
Prezident İlham Əliyev Türkiyəyə səfər edib - FOTO

10.04.2025 / 13:57
55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - video - FOTO

10.04.2025 / 13:56
Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

10.04.2025 / 13:39
“Türk Ordusu 72 saata Təl-Əvivi tutmaq iqtidarındadır”

10.04.2025 / 13:38
Minə yaxın hərbçi girovlara görə Netanyahunu ittiham etdi

10.04.2025 / 13:16
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək...

10.04.2025 / 13:04
Армения играет с огнём, Иревану нужна война - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.04.2025 / 12:33
Vüqar Rəhimzadə: Azərbaycan yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir

10.04.2025 / 12:30
"Mən nə etdiyimi bilirəm" deyən Tramp tarif kursunu qəfil dəyişdi

10.04.2025 / 12:00
Səudiyyə Ərəbistanı zəvvarlara xəbərdarlıq edib!

Bədənin və ruhun tərbiyəsi Azərbaycanda dövlət siyasətinin əsasına çevrilib

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011