Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi - səbəbini də ilk dəfə açıqladı...

Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şara Rusiyadan ötən il dekabrın 8-də ailəsi ilə birlikdə ölkədən qaçıb Moskvaya sığınan Bəşər Əsədin onlara təhvil verilməsini tələb edib. O bildirib ki, Əsəd mühakimə üçün Suriyaya ekstradisiya edilməlidir.
Moskvadan isə Suriya hakimiyyətinin Əsədin ekstradisiyası tələbi qəti şəkildə rədd edilib və Əsəd və ailəsinin Putinin himayəsində olduğu bildirilib. Kreml devrilmiş lider Əsədin Rusiyada qalmağa davam edəcəyini və bununla bağlı hər hansı dəyişikliyin planlaşdırılmadığını bildirib. Həmçinin ilk dəfə olaraq Əsədin birbaşa Putinin göstərişi ilə Moskvada olduğu və onun “media və siyasətdən tamamilə kənarda qalması” şərti ilə qəbul edildiyi açıqlanıb.
"Əsədin Moskvada qalmasının şərtlərindən biri də bütün siyasi və media fəaliyyətlərindən uzaq durmasıdır" - deyən Rusiyanın Bağdaddakı səfiri Alperus Kotraşev Əsəd və ailəsinin Moskvanın qoyduğu bütün qaydalara əməl etdiyini bildirib.
Qeyd edək ki, Bəşər Əsədin 2024-cü il dekabrın 8-də Dəməşqdə çevriliş cəhdindən qaçaraq Rusiyanın Latakiyadakı Hmeymim bazası vasitəsilə Moskvaya gedib və hazırda ailəsi ilə birlikdə burada yaşayır.
Bir müddət əvvəl Hafiz Əsəd atası Bəşər Əsədin və qardaşlarının Suriyanı tərk etməyə məcbur edilməsinin arxasında Rusiyanın olduğunu iddia edib. O, “Telegram” kanalında verdiyi açıqlamada ailəsinin Dəməşqdən qaçmadığını, Rusiya hakimiyyətinin təzyiqi ilə Moskvaya aparıldığını iddia edib.
“Biz heç vaxt Suriyanı tərk etməyi planlaşdırmamışdıq” deyən Hafiz açıqlaması qısa müddət sonra Facebook-dan silinib. Əsəd ailəsinin qaçması ilə bağlı şayiələri təkzib edən Hafiz bildirib ki, dekabrın 9-na keçən gecə rusiyalı bir məmur onların evinə gələrək atasından bir neçə günlüyə Latakiyaya köçməsini istəyib. Lakin onlar Latakiyaya çatdıqda Rusiya hərbi bazasında təhlükəsizlikdə olmadıqlarını anlayıblar və ölkənin bir çox bölgələrində nəzarətin itirildiyi barədə xəbər alıblar. "Ordu ilə əlaqə kəsildi, ölkə xaosa qərq oldu və Moskva ilə əlaqə saxladıqdan sonra rus komandirləri bizim ailəmizi Rusiyaya aparmaq qərarına gəldilər", - deyə Hafiz bildirib.
TAHİR