Cümə axşamı günü, 10 aprel 2025
     

Tramp və Putin: bir məzara iki iddiaçı

Image

2025-ci ilin 20 Yanvar tarixində ikinci sürəcinə başlayan ABŞ prezidenti Donald Tramp, bu missiyanın 77 günü ərzində bütün dünyanı gərgin bir duruma salmağa nail olub. İndi dünyada siyasi təhlillərlə məşğul olan hər kəs, Trampı oxumağa çalışır, onun strateji xəttini və planlarını dərk etmək, həm də siyasi-psixoloji portretini yaratmaq üçün çaba göstərirlər.

İlk baxışda belə təsəvvür yaranır ki, adam əlinə balta alıb, ikinci dünya müharibəsindən keçən 80 il müddətində pis-yaxşı formalaşmış beynəlxalq münasibətlər sistemini, siyasi, iqtisadi və hərbi dünya düzənini darmadağın dağıdır. Və bu prosesi o qədər sürətlə həyata keçirir ki, onsuz da gecəni həyəcan içində qıvrılan külli-bəşər, Günəş çıxar-çıxmaz, doluşurlar internetə ki, görələr Trampdan dünya üçün təzə nə sürprizlər var. Bəzən düşünürsən ki, bəlkə Trampın hələ tam açıqlamadığı bir strateji planı var, sonra məlum olacaq. Yoxsa, adam Qlobusadan nəyinsə qisasını alır? Amma bunun üçün ən azı səbəb və ya səbəblər olmalıdır, əgər heç bir səbəb yoxdursa, onda ...

Əlbəttə, məsələ o qədər də sadə deyil. “Hər bir xaosun içində belə, bir sistemlilik vardır” məntiqi ilə yanaşıb, araşdırmağa çalışaq.

“Amerikanın böyüklüyünü özünə qaytaracam”

Trampın bu tezisi ABŞ vəvtəndaşlarının qəlbinə və eqosuna yağ-bal təsiri göstərdi, ancaq çox tezliklə peşman olacaqlarını ağıllarına belə gətirməzdilər.

Tramp hər kəsi Birləşmiş Ştatlarla natəmiz oynamaqda suçlayıb, birinci vəzifə olaraq, özündən öncəki ABŞ adminstrasiyasını yıxıb-sürüdü və bütün uğursuzluqları demokratların kürəyinə şəllədi.

Miqrantlara qarşı müharibə elan edib, onları qandallanmış vəziyyətdə Kolumbiyaya, Meksikaya və s. deportasiya elədi. Danimarkadan Qrenlandiyanı, Panamadan Panama kanalını tələb edib, bu ölkələrə qarşı ərazi iddiaları irəli sürdü. Kanadadan ABŞ-ın 51-ci ştatına çevrilməyi tələb etdi.

İdarəetmənin Təkmilləşdirilməsi qurumunu yaradıb, onu İlon Maska tapşırdı. Ölkədə kütləvi ixtisarlar başladı və on minlərlərlə məmur ixtisar edildi. Təkcə, Pentaqondan 76 000 mütəxəssisin işdən atılmasına qərar verildi. Mediaya qarşı repressiv tədbirlər həyata keçirildi və 7 informasiya qurumunun bağlanmasına baş vuruldu.

İqtisadi möcüzələr vəd edən Trampın tədbirləri ABŞ-da çalışan milyonlarla bürokratları və təqaüdçüləri çıxılmaz duruma saldı.

“Müftə təhlükəsizlik zəmanəti bitdi”

Bundan sonra Tramp, “özününküləri çırp ki, özgələr qorxsun” düsturu ilə, öz müttəfiqlərini əzişdirməyə başladı. Psixoloji təzyiq üçün vitse-prezident Jey Di Vensi Münhen Təhlükəslik Konfransına göndərib, onun dili ilə Avropa qitəsinin abrını ətəyinə bükdü. Avropa liderlərini demokratiyanı, söz azadlığını və s. kimi Qərb alətlərini qısıtlamaqda günahlandırıb, Avropanın təhlükəsizliyi məsələlərinin ABŞ-ın vəzifəsi olmadığını və onların arasında gözəl bir okean olduğunu, Rusiya-Ukrayna müharibəsinin ABŞ-ın təhlükəsizliyini təhdid etmədiyini diqqətlərə çatdırıb, NATO üzvü olan Avropa dövlətlərindən ÜDM-in 5%-ni Nato büdcəsinə ödəməyi tələb etdi. Ayrıca Ukraynanın da təhlükəsizliyi məsələsənin ABŞ-ın məsuliyyət zonasında olmadğını və bu problemin Avropanın boynunun borcu olduğunu sərt bir çəkildə bəyan elədi.

“Mən olsaydım, Ukrayna müharibəsi olmazdı” deyən Tramp, bu tezisi beyinlərə pərçimləyə cəhd edib, əvvəl 24 saata, sonra isə 100 günə müharibəni durduracağını vəd elədi. Rusiyanı və Ukraynanı dərhal atəşkəsə nail olmağa çağırıb, danışıqlar başlatdı və bunun üçün tərəflərlə danışıqlar aparmağa ayrı-ayrı nümayəndələr təyin etdi.

Sonra ABŞ-ın göstərdiyi yardımların əvəzində Ukraynanın bütün nadir metallarının emalının və yataqların idarə edilməsi haqqının ABŞ-a verilməsini tələb elədi. Bunun üçün Ukrayna prezidenti Zelenskini Ağ Evə dəvət etdi, lakin görüş zamanı mətbuat qarşısında bir skandal yaşandı. Skandalın təşəbbüskarı vitse-prezident Vens oldu. Bu zaman Tramp Zelenskiyə, “Siz Amerika xalqına təşəkkür etmədiniz, müharibənin səbəbkarı sizsiniz, siz isbat etməlisiniz ki, sülh istəyirsiniz, siz üçünücü dünya müharibəsini başlatmaq istəyirsiniz, şərt qoymaq üçün sizin əlinizdə heç bir kart yoxdur və s.” kimi ifadələrlə onun Ağ Evi nəticəsiz tərk etməsinə səbəb oldu. Bundan sonra bir az da irəli gedən Tramp, Zelenskini “seçilməmiş diktator” adlandırdı. Ukraynaya hərbi yardımlar və kəşfiyyat məlumatları verməkdən imtina etdi, laklin bu yasaqlar uzun sürmədi.

ABŞ nümayəndələrinin vasitəçiliyi ilə, müharibə edən tərəflərlə Səudiyyə Ərəbistanında iki tur danışıqlar aparıldı. Ukrayna prezidenti heç bir şərt irəli sürmədən atəşkəsə hazır olduğunu bildirsə də, Putin masaya bir sürü şərtlər qoydu. Sonradan bu şərtlər bir az da ağırlaşdırıldı və sülhə nail olmağın zəruri şərti kimi, Ukraynanın “Xaricdən İdarəetmə Sistemi”nə bağlanması, bu şərtlər daxilində Ukraynada yeni prezident seçkilərinin keçirilməsi tələbi irəli sürüldü. Paralel olaraq, Rusiya tərəfindən Ukraynaya raket və dron hücumları dəfələrlə gücləndirildi.

Ukraynanın təhlükəsizliyinə heç bir zəmanət verməyən ABŞ prezidenti, bu mürəkkəb situasiyadan üç istiqamətdə yararlanmağa başladı.

Bir tərəfdən Rusiyanı danışıqları qəsdən uzatmaqda günahlandırıb, onun neftinə ağır sanksiyalar qoymaqla hədələdi və bu, öz növbəsində Rusiyanın ABŞ-a təklif etdiyi təbii resurslarla bağlı güzəştli şərtləri Putin üçün bir az da ağırlaşdırdı.

İkinci tərəfdən, informasiya buraxıldı ki, ABŞ-da demokrat və respublikaçı konqresmenlərdən ibarət 50 nəfərlik bir qrup, Rusiya neftinin alıcılarına qarşı 500% sanksiya tətbiq edilməsinə yönəlik qanun layihəsi hazırlayıb. Burda Rusiya ilə paralel, həm də rus neftinin əsas alıcıları olan Çin və Hindistan hədəfə alınıb.

Üçüncü tərəfdən isə, Ukraynaya qoyulan şərtlər dəfələrlə ağırlaşdırıldı. 58 səhifəlik bir müqavilə Ukraynanın qarşısına qoyuldu və məlum oldu ki, indi ABŞ, Ukraynanın təkcə nadir metallarına yox, bütün yeraltı-yerüstü sərvətlərinin və onlarla bağlı idarəetmə strukturlarının üzərindəki haqqa tam şəkildə və müddətsiz sahib olmaq istəyir. Bunun üçün idarə heyətinin tərkibində üç amerikalı və iki ukraynalı olmaqla, “İdarəetmə Fondu”nun yaradılması tələb olunur və bu fonda ABŞ nizamnamə kapitalı kimi indiyə qədər Ukraynaya edilmiş hərbi yardımın məbləğinin daxil edilməsini şərt kimi irəli sürür. Bu, Ukraynanın qandallanmasının və ABŞ-ın əbədi koloniyasına çevrilməsinin tək yoludur. Əgər Ukrayna rəhbərliyinin, ABŞ-ın bu total soyğunçuluq şərtləri ilə razılaşmadığı ortaya çıxarsa, Tramp, onlara çox böyük problemlər yaradacağı ilə hədələyir.

“Tramp dünyaya ticarət müharibəsi elan etdi”

Aprel ayının 2-də ABŞ prezidenti Rusiyadan savayı, dünyanın əksər dövlətlərinə qarşı ağır gömrük tarifləri nəzərdə tutan sənəd imzaladı. Həmin günü, “ABŞ-ın Qurtuluşu” günü bəyan edib, ardınca da, ABŞ-da fövqəladə vəziyyət elan etdi. Dünyanı əsasən maraqlandıran, Çinə və Avropa İttifaqına qarşı hansı dərəcədə gömrük rüsumunun tətbiqi idi. Bu rəqəm Çin üçün əlavə 34%, Aİ üçün isə 20% artım həddində oldu. Böyük Britaniyaya əlavə 10%, Yaponiyaya 24%, Hindistana 26% tarif artımı tətbiq olundu.

Tramp bu tədbiri, Amerika üçün “Qızıl Əsr”in başlanğıcı adlandırdı.

İndi hər kəsi düşündürən üç sual var:

Birincisi, bu ticarət müharibəsi nəyə hesablanıb və hansı nəticələrə gətirib, çıxaracaq?

İkincisi, Trampın Avropaya qarşı soyuq və aşağılayıcı davranışının, işğalçı Putinə qarşı isə sərgilədiyi hədsiz xoş münasibətin kökündə nə dayanır?

Üçüncüsü, “Mən dünyaya sülh gətirəcəm” iddiası ilə çıxış edən Tramp, Yəmənə raket hücumu təşkil edir, Suriyanı hər gün bombalayan dostu Netanyahuya, “dur!”, demir, ona silah verir, İranı kütləvi bombalamaqla hədələyir, Çinə qarşı çox aqresiv münasibət sərgiləyir və s. Bəs bunlar nədir? Bu cür hərəkətlərə görə Tramp Nobel mükafatı ala biləcəkmi?

Birinci ondan başlayaq ki, Tramp, bu ticarət müharibəsini niyə başlatdığını, özü də bilmədən, açıq bəyan elədi və dedi ki, artıq dövlət və hökumət başçıları bizə zəng etməyə başlayıblar və bizimlə sövdələşmək üçün yollar axtarırlar. Deməli, Tramp bu ticarət müharibəsini başlatmaqla, dövlətləri ABŞ-la siyasi, iqtisadi və hərbi bazarlığa oturmağa məcbur etmək istəyir. Ona görə də maksimum tariflər tətbiq edib, sonradan onları yumşaltmaq hesabına, qarşı tərəfi, sadə dillə desək, yükləməyə baş vuracaq. Kimi necə, nə cür, bu artıq texniki məsələlərdir.

Digər tərəfdən, Tramp planlayır ki, dünyanın nəhəng istehsalçı şirkətləri gömrük rüsumları ödəməmək və bununla da, rəqabətə tab gətirmək üçün fabrik və zavodlarını ABŞ-a köçürmək zorunda qalacaqlar. Bu, həm ABŞ-da minlərlə əlavə iş yerlərinin yaradılmasına səbəb olacaq, həm də Amerikanın istehsal potensialını durğunluqdan çıxaracaq, dövlət büdcəsinin kəsirlərinin və 36 trilyon dollara çatan xarici borcların həcminin azalmasına gətirəcək. Tramp xarici borcların bu həddə çatmasının səbəbini, Avropa dövlətlərinin ABŞ-a qarşı apardığı soyğunçuluq siyasətində görür. ABŞ iqtisadiyyatı indi özünün post-sənaye dövrünü yaşadığı üçün, daha çox xidmət sahəsinə fokuslanıb və bu sahədən büdcəyə ildə 300 milyarddan çox vəsait daxil olur. Deməkdir ki, dünyanın iri istehsalçı və texnoloji cəhətdən gəlişmiş şirkətlərinin ABŞ-da yerləşməsinə böyük ehtiyac vardır.

Trampın istəklərini bir cümlə ilə ifadə etsək, deyə bilərik ki, o, dünyada oluşmuş ticarət sistemini dib-dəhnədən dağıdıb, yerində tam yeni bir sistemin qurulmasını istəyir, ancaq bu proses ABŞ-ın hesabına olmamaılıdır, ABŞ-ın uçurduğu sistemi, dünyanın yerdə qalan hissəsi qurmalıdır və bu sistem, ilk növbədə Amerikanın maraqlarına, onun senarisinə və iqtisadi potensialının güclənməsinə gətirməlidir!

Bundan əlavə, Tramp dünən mətbuat önündə özünün obrazı həkk olunmuş “Qızıl Kart”ı nümayiş etdirdi və dedi ki, bu kartın qiyməti beş milyon dollardır. Bu kartı alan, dərhal ABŞ vətəndaşlığına sahib olacaq və ABŞ-da yaşamaq və işləmək haqqı qazanacaqdır.

Ancaq bu tariflər sənədinin imzalanması, Amerikanın özü üçün həmən dəhşətli nəticələr verməyə başladı. Trampın bu siyasəti, ilk növbədə ABŞ-a olan inamı sarsıtdı və ölkənin iri kompaniyalarının səhmlərindən yaxa qurtarmaq istəyənlərin sayı kütləvi hal almağa başladı. Səhmlərin panik şəkildə satışı, onların qiymətlərinin kəskin düşməsinə gətirdi və burda ən şox zərər, Amerikadakı təqaüd fondlarını idarə edən, insanların bu fondlardakı vəsaitlərini müxtəlif sahələrə sərmayə şəklində yatırıb, onları inkişaf etdirən kompaniyalara dəydi. Onların səhmlərinin sürətlə dəyərsizləşməsi isə, ABŞ-da sayları 45 milyona çatan təqaüdçüləri müflis olmaq risqi ilə üz-üzə qoydu.

Dolların sabitliyinə olan inam zəifləyən kimi, o, öz dəyərini itirməyə başladı və bu, ABŞ dollarının 81 illik ağalığına ağır zərbə olmaqla yanaşı, dövlətlərin, şirkətlərin və insanların alternativ valyutalara meylənnəmisinə yol açdı.

Çin ABŞ-ın 34%-lik tarif artımına, 34% artımla cavab verdi və bu, ABŞ-da Çin mallarının kəskin bahalaşmasına gətirəcək. Avropa İttifaqı isə Trampa daha ağır və hiyləgər cavab hazırlayıb. Məlum olub ki, Aİ Amerika hökumətinə qarşı yox, ABŞ-ın iri kompaniyalarına, xüsusilə Trampı dəstəkləyən nəhəng şirkətlərə qarşı kəskin tarif artımı tətbiq edəcəkdir. Bu, Trampın dəstəkçilərinin səhmlərinin dəyərdən düşməsinə səbəb olacaq və Trampı onlarla qarşı-qarşıya qoyacaqdır.

İkincisi, Trampın işğalçı Putinə qarşı sərgilədiyi hədsiz xoş münasibətin fəlsəfəsinə baxaq.

Putin Ukraynaya təcavüz edəndə, qarşısına üç məqsəd qoymuşdu:

  • öz hakimiyyətini müharibə yolu ilə həm daxili, həm də xarici güclər qarşısında qarantiyaya almaq,
  • dünyanı və xüsusilə Avropanı nüvə təhdidi altında saxlamaqla, onları neytrallaşdırmaq və post-sovet məkanını işğal etməyə izn verməyən bütün əngəlləri ortadan qaldırıb, rus imperiyasını yenidən bərpa etmək,
  • Rusiyanı hegemon güclər sırasına daxil edib, Qərbi dünyanın yenidən təsir zonalarına bölüşdürməyə məcbur etmək.

Lakin ABŞ-ın 55 dövlətdən ibarət bir koalisiya yaradıb, Ukraynaya hərbi və maliyyə yardımı etməsi, rus basqınını Ukraynada durdurdu. Ukrayna, rus silahının, ordusunun, hərbi zehninin reytinqini yerlə bir elədi. Müharibənin 1137-ci günüdür, lakin bu müddət ərzində Putin, qarşısına qoyduğu heç bir məqsədə nail ola bilmədi. Rusiya bir milyona qədər insan itirdi, 28 595 sanksiyanın altına düşdü, ölkə iqtisadiyyatı ağır vəziyyətə gəldi, hərbi potensialının 70%-ni itirdi. Şimali Koreyaya və İrana möhtac qaldı, həm də təkcə silah baxımından deyil, insan resursları baxımından da çıxılmaza girdi və Kim Çen Inın əsgərlərinə möhtac oldu.

ABŞ-da hakimiyyətə gələn yeni prezident Donal Tramp, sifətini saxlamaq şərtilə Putinə müharibədən çıxmağa yardım edəcəyinə söz verdi. Putin indi tam anlaqlı şəkildə dərk edir ki, əgər ABŞ Ukraynaya real yardım etməyə başlasa, Rusiya müharibəni nəiniki, biabırçılıqla uduzacaq, hətta öz torpaqlarını belə qoruya bilməyəcək və nəhayətdə, hakimiyyətini itirmək zorunda qalacaq. Ona görə də, Trampın ən ağır şərtlərini belə qəbul etməyə hazır olduğunu nümayiş etdirdi. Rusiyanın təbliğat maşını istiqaməti 180 dərəcə dəyişib, Trampın ünvanına məddahlıq etməyə başladı. Ancaq görünən odur ki, düşdüyü müşkül vəziyyəti Putin hələlik Kremlin təbliğat briqadasına tam şəkildə aça bilmir.

Dünyanı çoxqütblü kimi görmək istəyən və o qütblərdən birinin də Rusiyanın olduğunu idddia edən Putin, başlatdığı təcavüzkar müharibə nəticəsində, dünyanın iki Gücünün köləsinə çevrildi.

İndi Rusiya nə iqtisadi, nə hərbi, nə də maliyyə nöqteyi nəzərdən nə ABŞ-a, nə də Çinə tərəfdaş deyil və indi Putinin taleyi Trampın və Çin rəbərinin iki dodağının arasındadır. Öz neftini oğurluq yollarla satan, 450 milyon əhalisi olan Avropa bazarını tamamilə itirən Putin, nəticədə ABŞ-ın satellitinə çevrilməkdədir.

Senarinin ən maraqlı hissəsi isə indidən sonra başlayır. İndi Rusiya ABŞ-ın əlində təcavüzkar, quldur və reket dövlətə çevriləcək. ABŞ-a qısılmaq məcburiyyətində qalan Rusiyadan, Tramp basmac kimi istifadə edib, dünyanı, xüsusilə, Avropanı gərginlikdə saxlayacaq. Və bu senari, Rusiyanın aqresiyasından qorxan və çəkinən Avropa dövlətlərini, Amerikanın bütün tələblərini yerinə yetirməyə, ondan daima silah almağa, ticarətdə Amerika mallarına üstünlük verməyə vadar edəcəkdir. ABŞ ildə 400 milyard dollardan çox həcmdə silah satır. Avropa indi kütləvi silahlanmağa məhkumdur. Rusiya isə qeosiyasi Xoxan rolunda ABŞ-a xidmət edəcək. Məhz bu səbəbdən Tramp, “Volodya yaxşı oğlandır və o, sülh istəyir”, deyir. Sonra da əlavə edir ki, əgər o görsə ki, Putin onu aldadır və vaxt uzadır, dərhal onun neftinə sanksiya tətbiq edəcək. Bunu eşidən kimi Kremlin ritorikası radiakl surətdə yumşalır və Peskovun dili ilə deyilir ki, “biz sülhün yollarını axtarırıq və üzərində durmadan işləyirik...”.

Ancaq Trampın da, Putinin də senarisi onların özlərini fəlakətə sürüyür...

(Ardı var)
Mehman İSMAYILOV



VİDEO

SON XƏBƏRLƏR

10.04.2025 / 15:22
Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

10.04.2025 / 14:55
Rusiyanın gizli Kursk əməliyyatının təfərrüatları ortaya çıxdı - 800 əsgər 15 km-lik borunun içərisi ilə iki gün sürünüb...

10.04.2025 / 14:27
Paşinyanın partiyası uduzdu, revanşistlər geri qayıdır...

10.04.2025 / 14:23
Balakəndə avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

10.04.2025 / 14:20
Argentina prokuroru Xamneyinin həbsini tələb etdi

10.04.2025 / 13:56
Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

10.04.2025 / 13:39
“Türk Ordusu 72 saata Təl-Əvivi tutmaq iqtidarındadır”

10.04.2025 / 13:38
Minə yaxın hərbçi girovlara görə Netanyahunu ittiham etdi

10.04.2025 / 13:16
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək...

10.04.2025 / 13:04
Армения играет с огнём, Иревану нужна война - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.04.2025 / 12:33
Vüqar Rəhimzadə: Azərbaycan yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir

10.04.2025 / 12:30
"Mən nə etdiyimi bilirəm" deyən Tramp tarif kursunu qəfil dəyişdi

10.04.2025 / 12:00
Səudiyyə Ərəbistanı zəvvarlara xəbərdarlıq edib!

10.04.2025 / 11:49
Gürcüstan mediası İlham Əliyevin çıxışını diqqət mərkəzində saxlayıb

10.04.2025 / 11:43
Professor Mədəd Çobanovun xatirəsinə həsr edilmiş daha bir kitab işıq üzü görüb

10.04.2025 / 11:41
Zelenski: “155 Çin vətəndaşı Ukraynaya qarşı döyüşür”

10.04.2025 / 11:14
İlham Əliyevin "sevimli, qeyri- sevimli ölkələr" ifadəsi Avropa komissiyasının sədrinə cavab idi...

10.04.2025 / 11:03
Trampdan Çinə 125%-lik tarif! Bu yol əsl müharibəyə aparır - CANLI

10.04.2025 / 11:00
Bank kartlarından 39504 manat talanıb! - DİN məlumat yaydı

10.04.2025 / 10:22
Bu axşam Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək

10.04.2025 / 10:15
Tramp İrana qarşı yenə “qan-qan” deyir

10.04.2025 / 10:13
Azərbaycan və Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirəcək

10.04.2025 / 10:12
Prezident Rafael Qvaladzeni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

10.04.2025 / 10:06
Türkiyədə daş kömür mədəni çöküb

10.04.2025 / 10:03
Ceyhun Bayramov Türkiyə yolçusudur

10.04.2025 / 10:00
Sabirabadda ev yanıb, 5 nəfər xəsarət alıb

10.04.2025 / 09:39
Makron iyun ayında Fələstin dövlətini tanıyacaq

10.04.2025 / 09:27
Türkiyəli reperi bu tərifinə görə saxlanıldı

10.04.2025 / 09:24
Bakıda dəhşətli tıxacların dolayı səbəblərindən biri bankların ucuz "avtomobil krediti" siyasətidir...

10.04.2025 / 09:20
Qəbələ - Xankəndi ultramarafonuna start verilib

10.04.2025 / 09:13
"Hücuma İsrail liderlik edəcək" - Trampdan İrana müharibə ANONSU!

10.04.2025 / 09:11
Leyla Əliyeva qızı Əminənin ad günündən fotolar paylaşıb

10.04.2025 / 09:07
Ağdamın Sarıcalı kəndinə daha 39 ailə yola salınıb

10.04.2025 / 09:00
Mövqelərimiz yenə atəşə tutulub - bu dəfə Tovuzqala istiqamətindən

10.04.2025 / 08:47
"Barselona"dan almanlara futbol DƏRSİ!

10.04.2025 / 08:40
Bundan sonra orta məktəb direktorlarının başı pul qazanmağa qarışa bilər...

09.04.2025 / 23:17
Ersin Tatar Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkür etdi

09.04.2025 / 22:20
Hollandiya İsrail səfirini məhşər ayağına çəkdi

09.04.2025 / 22:19
Alen Simonyan Ağdamda doğulmaqda qəbahət görmür

09.04.2025 / 22:17
Ermənistanla İran xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

09.04.2025 / 22:16
İsrail Qəzzada yaşayış binasını vurdu: 38 ölü

09.04.2025 / 22:14
Tramp komandası çat verdi: ”Mask Ticarət Müşavirini “dəli” adlandırdı”

09.04.2025 / 22:05
Növbəti Rusiya-ABŞ görüşü İstanbulda keçiriləcək - Ukrayna gündəmdə deyil...

09.04.2025 / 21:17
ABŞ Əfqanıstana yenidən hərblə qayıtdı - inanılmaz dönüş...

09.04.2025 / 21:10
Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutuldu

09.04.2025 / 21:02
“Efiopiya da Ermənistandır” - bu qədər absurd olar?

09.04.2025 / 20:47
AŞPA komissarı bil(m)ir ki, Bakıda mühakimə olunanlar əsir yox, erməni müttəhimlərdir?...

09.04.2025 / 20:33
Mərkəzi Asiya uğrunda “Rusiya-Avropa müharibəsi” qızışır...

09.04.2025 / 20:18
Xankəndidən Ermənistana deyildi - Azərbaycanla barışın, sərhədlər açılsın...

09.04.2025 / 20:15
Ermənistanla saziş başqa, dost olmaq tam başqa - İlham Əliyev real baxışlar ortaya qoydu...

09.04.2025 / 20:05
Əliyev Ermənistana "potensial təhlükə" mesajı verdi...

09.04.2025 / 19:51
Özümüz kərə yağı alırıq, Rusiyaya kərə yağı ixracını 4 dəfə artırırıq - bu necə olur?..

09.04.2025 / 19:37
Azərbaycan ABŞ-İran müharibəsinin qarşısını ala bilər - ideya var, hələlik izahı yoxdur...

09.04.2025 / 19:21
Tramp bunu da etsə, Avropa-ABŞ düşmənçiliyi geridönməz prosesə çevriləcək...

09.04.2025 / 19:07
İsrailin Suriya barədə iddiaları Türkiyə üçün təhlükəli şəkil alır...

09.04.2025 / 18:53
30 illik qlobal mühitdə ailə dəyərlərini əsasən qoruya bilmişik - nəyin hesabına?..

09.04.2025 / 18:41
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə məktub göndərib

09.04.2025 / 18:39
“Dövlətlərin ərazi bütövlüyü” prinsipinə ABŞ Konqresində belə absurd baxanlar çoxdur?..

09.04.2025 / 18:38
BƏƏ-nin vitse-prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

09.04.2025 / 18:35
BƏƏ Prezidenti Prezident İlham Əliyevi təbrik edib

09.04.2025 / 18:25
İri məmur övladları milyonluq bizneslərini niyə Azərbaycanın özündə qurmurlar?..

09.04.2025 / 18:11
Məktəb avtobusları ilk olaraq hansı məktəblərə işləyəcək? - Nazirdən əvvəl ekspertlər açıqlayır...

09.04.2025 / 18:10
Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər - FOTO

09.04.2025 / 18:10
Almaniyada hakim koalisiya yaradıldı

09.04.2025 / 17:57
Belçikadan absurd “Dağlıq Qarabağ qətnaməsi”...

09.04.2025 / 17:44
Pekin vətəndaşlarını Ukrayna müharibəsindən kənar durmağa çağırdı

09.04.2025 / 17:43
Mirzoyanla Rubinyan Antalya forumuna dəvət edildilər

09.04.2025 / 17:41
Zaxarova yenə Qafandakı konsulluqdan danışdı

09.04.2025 / 17:40
Qırğızlar da rus dilindən üz döndərdi

09.04.2025 / 17:37
Tramp Ərdoğana “son 2 min ildə heç kim...” sözlərilə nə demək istədi?..

09.04.2025 / 17:24
"Azərbaycan" sözünün üstündə Qarabağ erməniləri ilə İrəvan hakimiyyətinin davası gedir...

09.04.2025 / 17:11
Elm təşkilatlarında elmdən başqa "hər şey istehsal olunur" - nazirdən əsaslı irad...

09.04.2025 / 16:57
Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO

09.04.2025 / 16:44
"Dünya liderləri gərək Prezident İlham Əliyevin dediklərinə qulaq assınlar" - Svante Kornell

09.04.2025 / 16:39
ABŞ-Çin ticarət müharibəsi qızışır... Pekin rüsumları 84 faizə qaldırdı, Tramp Amerika şirkətlərinə çağırış etdi - “Çini tərk edin”

09.04.2025 / 16:22
Mingəçevir Dövlət Universitetinə yeni rektor təyin edildi - SƏRƏNCAM

09.04.2025 / 16:19
Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilib

09.04.2025 / 16:15
ABŞ Polşada Yasenka bazasındakı əsgər və texnikasını geri çəkir...

09.04.2025 / 15:51
Yasamalda 20 minlik oğurluğun üstü açıldı - iki nəfər saxlandı

09.04.2025 / 15:43
Lerikin Züvuç kənd orta məktəbində şəhid Bünyadəli Pələngova həsr edilmiş tədbir keçirildi... - FOTO

09.04.2025 / 15:11
Prezident İlham Əliyevin “Instagram” səhifəsində ADA Universitetində keçirilən beynəlxalq forumdan görüntülər paylaşılıb - VİDEO

30 illik qlobal mühitdə ailə dəyərlərini əsasən qoruya bilmişik - nəyin hesabına?..

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011