Cümə axşamı günü, 10 aprel 2025
     

Bakıda mühakimə olunan ermənilərin işində yenidən "ATƏT oyunu"...

Image

Xəqani Cəfərli: "Bütövlükdə Azərbaycana qarşı ciddi təzyiqlərin edilməsi üçün erməni diasporunun arzuladığı əlverişli şərait mövcud deyil"

Erməni müxalifəti və diasporu Azərbaycanda mühakimə edilən erməni əsilli cinayətkarların mühakimədən yayındırılması üçün hər cür əmələ əl atırlar. Birincisi, onlar beynəlxalq ictimaiyyətə təqdim etmək istəyirlər ki, guya Azərbaycan hökuməti qərəzli olaraq, bu adamları erməni etnosuna aid olduqlarına görə mühakimə edir.

İndiyə qədər Azərbaycan hökuməti erməni əsilli minlərlə hərbi və mülki əsiri təmənnasız olaraq Ermənistan tərəfinə təhvil verib. Azərbaycan hökumətinin belə bir məqsədi olsaydı, həmin əsirləri də qarşı tərəfə təhvil verməzdı, onları da müttəhimlər kürsüsünə əyləşdirərdi, mühakimə edərdi. Amma belə bir hal olmayıb.

Digər tərəfdən, Laçın dəhlizindəki yoxlama-buraxılış məntəqəsindən minlərlə erməni keçib. Onlar hamısı bir neçə dəqiqəlik yoxlamadan sonra yoluna davam edib. Bu gün Azərbaycanda ittiham edilən, müttəhimlər kürsüsündə əyləşən ermənilər haqqında isə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən illər əvvəl cinayət işi açılıb, hətta, bəziləri haqqında qiyabi həbs qətimkan tədbiri seçilib. Hələ Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən haqqında cinayət işi açılan minlərlə Ermənistan vətəndaşı var ki, Paşinyan hökumətinin "ayı xidməti" sayəsində azadlıqda gəzir. Həttə, bu cür ağır cinayətlərdə suçlanan şəxslərə qəhrəman kimi heykəllər qoyulub, qəhrəman adları verilib, orden və medallarla təltif olunublar. Bu insanlar Azərbaycan hökuməti tərəfindən ağır cinayətlərdə şübhəli bilinir və onlar ilk fürsətdə həbs olunaraq ədalət məhkəməsinin mühakiməsinə təqdim ediləcəklər.

Belə də isə “Daşnaksütyun” Bürosunun Mərkəzi Aparatı Azərbaycanda saxlanılan erməni əsilli cinayətkarların azad edilməsi tələbi ilə ATƏT-in yüksək rütbəli rəsmilərinə petisiya göndərib.

Erməni diasporunun bu cür təxribat xarakterli müraciətləri hansısa nəticəyə gətirib çıxara bilərmi?

Məsələyə münasibət bildirən politoloq Xəqani Cəfərli dedi ki, erməni diasporunun, xüsusilə də “Daşnaksütyun” Partiyasına bağlı qüvvələr özlərinin varlığını və erməni cəmiyyəti üzərində təsir imkanlarını saxlamasının əsas vasitəsi Azərbaycan və Türkiyə əleyhinə düşmənçilikdir: "Son illər erməni lobbisinin təsir gücü azaldığına görə bunu daha çox fəallıq göstərməyə çalışmaqla kompensasiya etmək, pərdələmək istəyirlər. ATƏT-in rəsmi şəxslərinə müraciət də bu qəbildəndir. Müraciət müəlliflərinin bu təşəbbüsü Azərbaycana qarşı ciddi təzyiq yaradacağı ehtimalı azdır. Əlbətdə, bölgədə marağı olan və yeni dünya düzənində Cənubi Qafqazda öz maraqlarını təmin etmək istəyən dövlətlər belə müraciətlərdən faydalanmağa çalışa bilərlər. Ancaq bütövlükdə Azərbaycana qarşı ciddi təzyiqlərin edilməsi üçün erməni diasporunun arzuladığı əlverişli şərait mövcud deyil. Əksinə, beynəlxalq şərait indi Azərbaycanın maraqlarına daha çox uyğundur. Belə ki, ABŞ Avropadan çəkilməyə başlayıb. Rusiya Ukraynada müharibə bataqlığına düşüb və nə zaman çıxacağı məlum deyil. Hətta, müharibəyə son qoyulsa belə, Rusiya beynəlxalq münasibətlərdə əvvəllər sahibləndiyi gücünü və mövqeyini artıq itirib. Avropa isə ABŞ və Rusiya ilə rəqabətə davam gətirməyə çalışır və Azərbaycana ciddi ehtiyacı var. Digər beynəlxalq təşkilatlar kimi ATƏT də böhran keçirir və gələcəyi müəyyən deyil. Bütün bunlar onu deməyə əsas verir ki, erməni lobbisinin son təşəbbüsü də ciddi nəticələr doğura bilməz".

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

11.04.2025 / 00:58
Bakıda Türkiyə ilə İsrail arasında Suriya zirvəsi - Azərbaycan iki ölkə arasında gərginliyi azaltmaq üçün hərəkətə keçdi

11.04.2025 / 00:04
İstanbulda 6 saat davam edən Rusiya-ABŞ danışıqları başa çatdı – Vaşinqton və Moskvadan ilk açıqlama...

10.04.2025 / 23:18
Tərtər sakinini aldadıb kartındakı 15 mindən çox pulunu oğurladılar - DİN-dən növbəti XƏBƏRDARLIQ...

10.04.2025 / 22:35
"Bizim Ermənistanın gerçək niyyətləri ilə bağlı ciddi və legitim narahatlığımız var" - Elçin Əmirbəyov

10.04.2025 / 22:04
Türkiyə "Kürəcik radarını" söndürsə, İsrail İran raketlərinə "kor" qalacaq...

10.04.2025 / 21:46
Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf etdi

10.04.2025 / 21:33
Davit Allahverdiyan işğal edilmiş ərazilərdə becərilən taxıl məhsulunun Ermənistana göndərildiyini etiraf etdi

10.04.2025 / 21:27
Tramp yenə fikrini dəyişdi, İranı güc yolu ilə çökdürməyə qərar verdi

10.04.2025 / 21:12
Ermənistan vətəndaşından məhkəmədə etiraf: "Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim" - MƏHKƏMƏ +FOTO

10.04.2025 / 21:12
Rusiya Qafanda konsulluq açmağa tələsir - Paşinyanın atacağı addımdan(?) qorxur...

10.04.2025 / 20:58
Müharibədən sonra "müharibə, ya sülh" - seçimi Ermənistan edəcək...

10.04.2025 / 20:45
10 il əvvəl Azərbaycan İsraillə Türkiyəni necə barışdırdı...

10.04.2025 / 20:32
ABŞ Cənubi Qafqazda Azərbaycanla Ermənistanın fərqini görməlidir - "çox mühüm tərəfdaş"...

10.04.2025 / 20:17
Trampın seçilməsində erməniləri məyus edən məqamlar...

10.04.2025 / 20:03
Ermənistanın iqtidar komandası revanşist qrupdur...

10.04.2025 / 19:50
ABŞ-Azərbaycan münasibətləri əsaslı dəyişir, Bayden-Blinken səhvləri aradan qaldırılır...

10.04.2025 / 19:45
Hüsilər ABŞ üçün real təhdidə çevrilib

10.04.2025 / 19:42
“TÜRK” etnonimi və törələri - YUNUS OĞUZ yazır

10.04.2025 / 19:36
Cənubi Qafqaz vacib strateji bölgəyə elə-belə çevrilməyib - Azərbaycanı görməyənlərə mesaj...

10.04.2025 / 19:23
Tramp Çinə tarifi 125, Çin isə 84 faizə qaldırdı - "Trampın arxasını öpən ölkə olmarıq"...

10.04.2025 / 19:09
Bədənin və ruhun tərbiyəsi Azərbaycanda dövlət siyasətinin əsasına çevrilib

10.04.2025 / 18:56
İran - Azərbaycan münasibətləri hələ də səfirlikdə terror məsələsindən asılı qalır...

10.04.2025 / 18:41
Ermənistan həm sazişdən danışır, həm də sərhədlərdə xarici missiyanı gücləndirir - paradoks...

10.04.2025 / 18:27
Suriyanın yeni hakimiyyəti Ermənistanla yanlış siyasət aparır – “Azərbaycan unutmayıb”...

10.04.2025 / 18:14
Azərbaycanla ABŞ arasında “siyasi düşmənçilik” salan digər qurumların “dərsi veriləcək”...

10.04.2025 / 18:00
Azərbaycan özü Günəş panellərinin istehsalına hazırlaşır - Prezident anons etdi...

10.04.2025 / 17:54
İsrail bu il də hərbi parad keçirməyəcək

10.04.2025 / 17:53
İndoneziya: “ Türkiyə ilə yan-yana olmaq istəyirik”

10.04.2025 / 17:47
Şimali Kipri “unudan” bəzi türk dövlətlərinə Əliyev nümunə jesti göstərdi...

10.04.2025 / 17:36
Donald Tramp Prezident İlham Əliyevi təbrik etdi

10.04.2025 / 17:33
İran-Ermənistan sərhədində “terrorçu qruplar” - fars-erməni rejimi nəsə hazırlayır...

10.04.2025 / 17:20
Cənubi Qafqazda "yad və doğma ölkələr" ola bilməz - Avropa Komissiyası yolu dəyişməlidir...

10.04.2025 / 17:07
İsrail Bakıda Təl-Əviv-Ankara görüşünün təşkilinə görə Prezident Əliyevə təşəkkür etdi

10.04.2025 / 16:52
Mayot adasında Fransa zülmü... Həm istismar edir, həm də vətəndaşlığı çətinləşdirir...

10.04.2025 / 16:33
Qırğızıstanda çevriliş cəhdi - BƏƏ mərkəzli qrupun qanlı planları ifşa edildi...

10.04.2025 / 16:14
Maskın da “kitabını bağlayırlar”

10.04.2025 / 16:09
Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf etdi

10.04.2025 / 16:05
“Bayraktar Azərbaycan” şirkəti ilə BMU memorandum imzaladı

10.04.2025 / 15:50
Türkiyə və İsrail nümayəndələri Bakıda bir araya gəldi...

10.04.2025 / 15:44
"Ermənistanı Araz çayında çirklənmə ilə bağlı monitorinq keçirmək üçün şərait yaratmağa çağırırıq" - Amin Məmmədov

10.04.2025 / 15:30
Nazarbayev Prezident İlham Əliyevi təbrik etdi

10.04.2025 / 15:22
Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

10.04.2025 / 14:55
Rusiyanın gizli Kursk əməliyyatının təfərrüatları ortaya çıxdı - 800 əsgər 15 km-lik borunun içərisi ilə iki gün sürünüb...

10.04.2025 / 14:27
Paşinyanın partiyası uduzdu, revanşistlər geri qayıdır...

10.04.2025 / 14:23
Balakəndə avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

10.04.2025 / 14:20
Argentina prokuroru Xamneyinin həbsini tələb etdi

10.04.2025 / 14:07
Prezident İlham Əliyev Türkiyəyə səfər edib - FOTO

10.04.2025 / 13:57
55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - video - FOTO

10.04.2025 / 13:56
Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

10.04.2025 / 13:39
“Türk Ordusu 72 saata Təl-Əvivi tutmaq iqtidarındadır”

10.04.2025 / 13:38
Minə yaxın hərbçi girovlara görə Netanyahunu ittiham etdi

10.04.2025 / 13:16
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək...

10.04.2025 / 13:04
Армения играет с огнём, Иревану нужна война - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.04.2025 / 12:33
Vüqar Rəhimzadə: Azərbaycan yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir

10.04.2025 / 12:30
"Mən nə etdiyimi bilirəm" deyən Tramp tarif kursunu qəfil dəyişdi

10.04.2025 / 12:00
Səudiyyə Ərəbistanı zəvvarlara xəbərdarlıq edib!

10.04.2025 / 11:49
Gürcüstan mediası İlham Əliyevin çıxışını diqqət mərkəzində saxlayıb

10.04.2025 / 11:43
Professor Mədəd Çobanovun xatirəsinə həsr edilmiş daha bir kitab işıq üzü görüb

10.04.2025 / 11:41
Zelenski: “155 Çin vətəndaşı Ukraynaya qarşı döyüşür”

10.04.2025 / 11:14
İlham Əliyevin "sevimli, qeyri- sevimli ölkələr" ifadəsi Avropa komissiyasının sədrinə cavab idi...

10.04.2025 / 11:03
Trampdan Çinə 125%-lik tarif! Bu yol əsl müharibəyə aparır - CANLI

10.04.2025 / 11:00
Bank kartlarından 39504 manat talanıb! - DİN məlumat yaydı

10.04.2025 / 10:22
Bu axşam Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək

10.04.2025 / 10:15
Tramp İrana qarşı yenə “qan-qan” deyir

10.04.2025 / 10:13
Azərbaycan və Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirəcək

10.04.2025 / 10:12
Prezident Rafael Qvaladzeni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

10.04.2025 / 10:06
Türkiyədə daş kömür mədəni çöküb

10.04.2025 / 10:03
Ceyhun Bayramov Türkiyə yolçusudur

10.04.2025 / 10:00
Sabirabadda ev yanıb, 5 nəfər xəsarət alıb

10.04.2025 / 09:39
Makron iyun ayında Fələstin dövlətini tanıyacaq

10.04.2025 / 09:27
Türkiyəli reperi bu tərifinə görə saxlanıldı

10.04.2025 / 09:24
Bakıda dəhşətli tıxacların dolayı səbəblərindən biri bankların ucuz "avtomobil krediti" siyasətidir...

10.04.2025 / 09:20
Qəbələ - Xankəndi ultramarafonuna start verilib

10.04.2025 / 09:13
"Hücuma İsrail liderlik edəcək" - Trampdan İrana müharibə ANONSU!

10.04.2025 / 09:11
Leyla Əliyeva qızı Əminənin ad günündən fotolar paylaşıb

10.04.2025 / 09:07
Ağdamın Sarıcalı kəndinə daha 39 ailə yola salınıb

10.04.2025 / 09:00
Mövqelərimiz yenə atəşə tutulub - bu dəfə Tovuzqala istiqamətindən

10.04.2025 / 08:47
"Barselona"dan almanlara futbol DƏRSİ!

10.04.2025 / 08:40
Bundan sonra orta məktəb direktorlarının başı pul qazanmağa qarışa bilər...

09.04.2025 / 23:17
Ersin Tatar Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkür etdi

09.04.2025 / 22:20
Hollandiya İsrail səfirini məhşər ayağına çəkdi

Bədənin və ruhun tərbiyəsi Azərbaycanda dövlət siyasətinin əsasına çevrilib

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011