Bazar ertəsi günü, 7 aprel 2025
     

Rusiya mətbuatında Almaniya prezidentinin Bakı səfərinə rəy - "bir az qıcıqlandırdı"...

Image

Azərbaycan Ermənistanı Almaniya üçün arxa plana keçirdi

Heç şübhəsiz ki, bu gün Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İkitərəfli münasibətlərimizin tarixində Almaniya prezidentinin Azərbaycana ilk dəfə rəsmi səfər etməsi xüsusi əhəmiyyət daşıyır. Bu ölkənin prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri həm də iki dövlət arasında etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir.

Azərbaycan Avropa enerji bazarında mühüm oyunçu olaraq Almaniya ilə ticarət əlaqələrini daha da genişləndirmək niyyətindədir. Azərbaycanın geostrateji mövqeyi Avropa ilə əlaqələrin inkişafına müsbət təsir göstərir və daha geniş regional əməkdaşlıq üçün zəmin yaradır. Həmçinin Almaniya şirkətləri Şərqlə Qərbin qovşuağında yerləşən, mühüm nəqliyyat dəhlizlərinin keçdiyi Azərbaycan iqtisadiyyatına investisiya qoymaqda maraqlıdırlar. Bu mənada Ştaynmayerin səfəri əlaqələrin genişlənməsi üçün yeni imkanlar açır. Ölkəmizin artan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri olaraq Avropanın aparıcı ölkələri ilə yaxın təmaslar qurması strateji maraqlarımıza uyğundur. Ekspertlər hesab edir ki, Frank-Valter Ştaynmayerin bu səfəri zamanı keçirilən görüşlər, aparılan danışıqlar iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq. Bütün bunlar ölkə xaricində də xüsusi diqqət mərkəzindədir. Məsələ ilə bağlı Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır: “Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ermənistan və Azərbaycana səfərini başa vurub. O, səfəri ilə Bakı və İrəvanı sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmaq istəyirdi, amma Qarabağla bağlı bəyanatlarla ehtirasları həm də körüklədi. Azərbaycan prezidenti İlham Əliyev Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşündən sonra bəyan edib ki, Ermənistanla sülh müqaviləsinin mətni tam razılaşdırılıb və Bakı artıq İrəvan qarşısında heç bir əlavə şərt irəli sürmür. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti hələ də yerinə yetirilməmiş əvvəlki tələblərindən əl çəkmək niyyətində deyil. Xüsusilə, ATƏT-in Minsk qrupu buraxılmalı, Ermənistan Konstitusiyasından Qarabağa birləşmədən bəhs edən Müstəqillik Bəyannaməsinə istinad çıxarılmalıdır: “Bu, bizə qarşı açıq ərazi iddiası hesab olunur. Ona görə də bu müddəanın Ermənistan Konstitusiyasından çıxarılması bizim qanuni tələbimizdir. Bu iki şərt yerinə yetirildikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir”. Ştaynmayer öz növbəsində qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh prosesi böyük əhəmiyyət kəsb edir: “Bu, razılığın əldə edilməsində mühüm məqamdır. Ümid edirəm ki, bundan sülh müqaviləsinin imzalanması üçün istifadə olunacaq və regionunuzda həqiqətən də davamlı sülh bərqərar olacaq. Mən buna böyük ümidlər bəsləyirəm”. O, həmçinin Berlinin bu prosesdə İrəvan və Bakıya lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.

Bundan əlavə, Ştaynmayer bildirib ki, Qarabağ Azərbaycandır. “Bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir. Biz həmişə demişik ki, bu sizin ərazinizdir və bu gün də bu mövqeyi təsdiq edirik”, - Əliyevin qonağı bildirib. Bu arada, bir gün əvvəl Ştaynmayer İrəvana səfər edib və həmin vaxt Berlin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin səmimiliyinə şübhə etməyə əsas verdi. Əvvəlcə Almaniyanın dövlət televiziyası ermənilərin Qarabağda torpaq və kimlik uğrunda mübarizəsi ilə bağlı reportaj yayımlayıb. İkincisi, Ştaynmayerin özü sosial şəbəkədəki səhifəsində Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün səfər edəcəyini açıqlayıb. Eyni zamanda, Almaniya prezidenti mesajını “Dağlıq Qarabağ Respublikasının” bayrağı ilə təsvir edib.Təbii ki, Azərbaycan bu münasibətdən hiddətləndi və Almaniya səfirini danladı. Bunun ardınca Almaniya prezident administrasiyasının rəhbəri Derte Dinqer Bakıdan üzr istəyib. Nə olsun ki, Ermənistanda olarkən Ştaynmayer onun Avropaya inteqrasiyasını dəstəkləyib. Onun sözlərinə görə, İrəvanın həyata keçirməli olduğu çoxlu islahatlar var, lakin Ermənistan hakimiyyəti tutmalı olduqları yolda “çox realist”dir. Buna cavab olaraq Ermənistan prezidenti Vaaqn Xaçaturyan həmkarını əmin edib ki, respublikada Aİ-yə qoşulmağa qarşı çıxacaq bir nəfər belə yoxdur. Politoloq İlqar Vəlizadə hesab edir ki, Ştaynmayerin səfəri ilk növbədə Almaniyanın iqtisadi maraqları ilə bağlı olub. Xüsusilə, Cənubi Qafqaz enerji resursları mənbəyidir və tam gücü ilə işləmək üçün təhlükəsizlik təminatı tələb edən mühüm logistika mərkəzidir. “Qarabağ ətrafında qalmaqal Bakıdakı danışıqlara ciddi zərbə vura bilərdi, lakin Berlin üzr istədi və Azərbaycan hakimiyyəti xoşagəlməz hala baxmayaraq, eskalasiya yolu ilə getməmək qərarına gəldi. Daha mühüm mövzu Asiya və Avropa ölkələri arasında körpünün möhkəmləndirilməsi idi. Vasitəçiliyə isə ehtiyac yoxdur, hətta Berlin Bakının mövqeyinə mənfi reaksiya versə belə, ikitərəfli münasibətləri korlamaq onun maraqlarına uyğun deyil”. Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan isə əksinə, Almaniya prezidentinin gəlişindən narazı qalıb. “Ştaynmayerin səfəri bir daha göstərdi ki, Almaniya və Aİ İrəvanla Bakı arasındakı münasibətlərdə açıq-aşkar azərbaycanpərəst mövqe tuturlar”, o, deyib”.

Ramil QULIYEV



VİDEO

SON XƏBƏRLƏR

07.04.2025 / 17:10
Almanlar rusları "antifaşizm - 80" tədbirlərindən qovdular - kim haqlıdır?..

07.04.2025 / 16:57
Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi - səbəbini də ilk dəfə açıqladı...

07.04.2025 / 16:45
Azərbaycan Prezidentinin Pakistan səfəri ermənilərə od qoydu

07.04.2025 / 16:36
“Düşünсə dəhlizi”

07.04.2025 / 16:22
ABŞ üniversitetlərində repressiya dalğası

07.04.2025 / 15:42
Valideynlərin uşaq sayına görə daha tez pensiyaya çıxması təklif edilir

07.04.2025 / 15:25
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTO

07.04.2025 / 15:21
İsrail jurnalistlərin olduğu çadırı vurdu

07.04.2025 / 15:16
Babayan: "Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim"

07.04.2025 / 14:44
"Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik" - David Babayan

07.04.2025 / 14:15
Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs edildi

07.04.2025 / 13:51
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü

07.04.2025 / 13:38
Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən bıçaqlandı...

07.04.2025 / 13:26
Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edildi

07.04.2025 / 13:20
İran Azərbaycana yeni səfir təyin edəcək

07.04.2025 / 13:10
Трамп и Путин совершили грубейшую ошибку - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.04.2025 / 12:51
Həyəcan verici perspektivlər: hökumətimizin bunlardan xəbəri varmı?!

07.04.2025 / 12:47
Qarabağ bölgəsi Bakının sosial yükünü necə azalda bilər?

07.04.2025 / 12:41
Şəmkirdə quldurluqda şübhəli bilinən şəxslər saxlandı - FOTO

07.04.2025 / 12:25
Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

07.04.2025 / 12:06
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır

07.04.2025 / 12:00
"Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında tunel tikiləcək - metropoliten rəsmisi

07.04.2025 / 11:43
DSX hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

07.04.2025 / 11:33
Sahibə Qafarova daha 3 il sədrlik edəcək - Qoşulmama Hərəkatından QƏRAR

07.04.2025 / 11:25
Bakıda 53 evin qaz sayğaclarını oğurlayanlar yaxalanıb

07.04.2025 / 11:15
Dmitriev:- “Amerika şirkətləri Rusiyaya qayıtmaq üçün minnətci düşürlər”

07.04.2025 / 11:08
Gələn aydan Bakıdan Kişinyova hər gün uçuşlar başlayır

07.04.2025 / 11:03
İran Bakıda ravvini öldürmək istədi - CANLI

07.04.2025 / 11:00
Bu gün Binəqədinin əksər yerlərində işıq olmayacaq - XƏBƏRDARLIQ

07.04.2025 / 10:31
"Yalnız bu halda saziş bağlaya bilərik"- Tramp Çinə şərtini açıqladı

07.04.2025 / 10:16
Əhməd əş-Şəraa Ankara yolçusudur

07.04.2025 / 10:07
5 güləşçimiz bu gün Avropa çempionatında mübarizəyə başlayır

07.04.2025 / 10:00
Bu gün Bakının 2 rayonu qazsız qalacaq

07.04.2025 / 09:39
TƏCİLİ - Cəbrayılda minaya düşən hərbçimiz həlak oldu

07.04.2025 / 09:32
Şəmkirdə 3 quldur yaxalanıb

07.04.2025 / 09:29
50-dən çox ölkə Trampa minnətçi düşüb - gömrük rüsumlarına görə...

07.04.2025 / 09:15
"Neftçi" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

07.04.2025 / 09:10
Berliner Zeitung: “Dmitriev Rusiya-ABŞ danışıqlarında əsas fiqur oldu”

07.04.2025 / 09:03
Xaçmazda ər arvadını öldürüb

07.04.2025 / 00:33
ABŞ-da Fələstinlə həmrəylik aksiyası keçirildi

06.04.2025 / 22:31
Trampın niyə Rusiyaya tariflər tətbiq etmədiyi məlum oldu...

06.04.2025 / 22:07
İsrail Türkiyəyə görə, Suriyanın zonalara bölünməsini təklif etdi

06.04.2025 / 21:53
İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

06.04.2025 / 20:26
Mask Trampın tarif qərarına qarşı çıxdı - ləğv edilsin və...

06.04.2025 / 20:12
Trampın müşaviri ilə bağlı növbəti qalmaqal - Uolts bu dəfə cəzalandırıla bilər...

06.04.2025 / 19:57
Konqres Trampa impiçment hazırlayır

06.04.2025 / 19:43
İsrail iki britaniyalı deputatı ölkədən qovdu...

06.04.2025 / 19:16
“Trampın Ukraynaya sülh gətirəcəyinə inanmaq sadəlövhlükdür”

06.04.2025 / 18:50
ABŞ ikinci THAAD batareyasını İsrailə təhvil verdi

06.04.2025 / 18:09
Rusiya Ukraynanın qərbini bombaladı - Polşa NATO qırıcılarını havaya qaldırdı...

06.04.2025 / 17:20
Avropa və ABŞ-da Tramp və Maska qarşı etiraz aksiyaları keçirilir

06.04.2025 / 16:58
Tanımış yazar Kənan Hacının yubileyi qeyd olunub

06.04.2025 / 16:20
Bir gündə 4 vətəndaşımız minaya düşdü - XİN-dən Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış...

06.04.2025 / 14:11
Ağdamda ata və 2 övladı minaya düşdü...

06.04.2025 / 13:27
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin UFO-larla bağlı dəhşətli bir sənədi ortaya çıxdı - yadplanetlilər 35 il əvvəl 23 sovet əsgərini daşa çeviriblər...

06.04.2025 / 12:32
Ukraynada ABŞ-la planlaşdırılan sazişin detalları sızdırıldı - Zelenski SBU-nu hərəkətə keçirdi

06.04.2025 / 11:20
ANAMA əməkdaşı Cəbrayılda minaya düşdü

06.04.2025 / 01:44
Orban İsrailin, Netanyahu Macarıstanın bayrağının altında dayandı...

06.04.2025 / 01:23
Tramp və Putin: bir məzara iki iddiaçı

06.04.2025 / 00:15
Pezeşkian: “ABŞ təkcə İranı deyil, bütün dünyanı aşağılayır”

06.04.2025 / 00:07
BMT Şurası Vaşinqton və İsrailin cəhdlərinə baxmayaraq Albaneseni yerində saxladı

05.04.2025 / 23:56
Sabah İmamoğlunun taleyinə qərar veriləcək...

05.04.2025 / 22:52
PSJ çempionluğunu elan etdi!

05.04.2025 / 20:16
İran Yəməndəki ordusunu geri çəkir, regiondakı digər silahlı qruplara da dəstəyi dayandırır - ABŞ-la müharibə hazırlığı…

05.04.2025 / 17:36
Zakir Həsənov xidməti müşavirə keçirdi - vəzifəli şəxslərə tapşırıqlar verildi

05.04.2025 / 17:17
Rəsmi Bakı Avropadan haqlı təminat istəyir - inandırın ki, uzun zaman qaz alacaqsınız...

05.04.2025 / 17:01
İsrail də Suriyada Türkiyə ilə qarşıdurma istəmir

05.04.2025 / 16:53
Público: “Rusiya ABŞ-la AB-yə qarşı tərəfdaşlıq formalaşdırır”

05.04.2025 / 16:50
Pezeşkiyan dəbdəbəli səyahətə çıxan köməkçisini bağışlamadı

05.04.2025 / 16:48
“Aprelin 7-də Ağ evdə Nitanyahunun Trampla görüşəcəyi gözlənilir”

05.04.2025 / 16:47
Misir İsraili gərginliyi artırmaqda ittiham etdi

05.04.2025 / 16:27
Bakıda mühakimə olunan ermənilərin işində yenidən "ATƏT oyunu"...

05.04.2025 / 16:20
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

05.04.2025 / 15:54
Bakıdan Avropaya ağır mesaj - maliyyə siyasətiniz yanlışdır...

05.04.2025 / 15:18
Akademik Musiqili Teatra yeni direktor təyin olunub

05.04.2025 / 15:12
Növbəti köç karvanı Suqovuşana çatdı, mənzillərin açarları təqdim olundu

05.04.2025 / 14:44
Erməni lobbisinin Azərbaycana qarşı "339 milyon dollarlıq təxribatı" baş tutmadı...

05.04.2025 / 13:23
Bakıda məşhur hotelin sahibinə elektron qolbaq taxıldı - 3 il...

05.04.2025 / 13:02
Daha 53 ailə Suqovuşan kəndinə köçürüldü...

05.04.2025 / 12:50
Vüqar Rəhimzadə: Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır

05.04.2025 / 10:30
Nizami Kino Mərkəzində “Tağıyev: Çar” bədii filminin təqdimat mərasimi olub - FOTO

Azərbaycanda dini tolerantlıq barədə 2 fərqli beynəlxalq hesabat - belə də olurmuş...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011