Bazar ertəsi günü, 19 may 2025
     

Elvin Rüstəmzadənin filmi aləmi bir-birinə vurdu, Buzovna narahatdır - tanınmış aktyorun etirazı...

Image

Mirzə Ağabəyli: “Tələbimiz odur ki, ya o film yığışdırılsın, ya da Buzovna ilə bağlı deyilən və bizim narazılığımıza səbəb olan söz filmdən çıxarılsın”

Rejissor Elvin Rüstəmzadənin çəkdiyi "Ayıq sürücü” qısametrajlı filmi Buzovna sakinlərinin narazılığına və etirazlara səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən Buzovna sakinləri filmdə təhqir edildiklərini bildiriblər.

Tanınış aktyor, əməkdar artist Mirzə Ağabəyli də sosial şəbəkədə yazdığı statusda “Ayıq sürücü” filmində Buzovna ilə bağlı yer alan fikrə kəskin etirazını bildirib.

“Buzovanın adına ləkə yaxmaq bağışlanmazdır”

Mirzə Ağabəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən filmdə Buzovna haqqında işlədilən ifadə qətiyyən qəbul edilə bilməz və o da bir buzovnalı kimi buna ciddi etirazını bildirir.

“Bu filmdə Buzovna camaatı təhqir edilib, camaat ciddi narazlıq edir. Bu filmlə bağlı ölçü götürülməsi üçün kənd sakinləri imza toplayıb və əlaqədar qurumlara müraciət edəcəyik.

Buzovnalıları təhqir edib, özü də üzr istəmək istəmir”.

Filmdə Buzovna sakinlərinin hansı şəkildə təhqir edilməsinə gəlincə, M.Ağabəyli bildirdi ki, orda konkret küçə adı çəkilib və obrazın dili ilə deyilir ki, “keyf çəkmək” üçün Buzonada Ayna Sultanova küçəsində 67 yaşlı bir qadının yanına gedirəm. “Bu, əxlaqdan kənar bir məsələdir ki, o filmdə əks olunub. Ədəb-ərkan, tərbiyə görmüşəm. Buzovnanın adına ləkə yaxmaq bağışlanılmazdır. Camaat deyir ki, ay Mirzə, özün aktyorsan bunların cavabını ver. Cavablarını lazımı şəkildə verirəm, amma bunlar nə qədər səhv etdiklərini dərk etmək istəmirlər. Bu filmi çəkən adam sosial şəbəkə hesabını da bağlayıb ki, onunla əlaqə saxlaya bilməyək. Kənd camaatı çox narazıdır. Bu filmi çəkənlər kəndin namusu, qeyrəti ilə oynayıb. Ziyalılar da buna narazılıq edir. Tanınmış kinoşünas Aydın Kazımzadə bildirib ki, bununla bağlı cinayət işi açılmalıdır. Aydın müəllim tamamilə düz deyir. Biz müxtəlif orqanlara müraciət edəcəyik ki, bu işə bir əncam çəkilsin. Tələbimiz odur ki, ya o film yığışdırılsın, ya da Buzovna ilə bağlı deyilən və bizim narazılığımıza səbəb olan söz filmdən çıxarılsın. Bu sözün o filmdən çıxarılmasını tələb edirik. Camaatın heysiyyəti ilə oynayan adamlardan aktyor, rejossor olmaz. Belə şey çəkərlər? Xalqın arvad-uşağının namusu ilə oynayırsan. Buzovnanın adını çəkib, küçənin adını çəkib, ayıb-ayıb şeylər deyiblər. Bu, kino deyil. Kino belə olmaz. Kəndlərin adını çəkmək yolverilməzdir. Buzovna kəndi özünün qonaqpərvərliyi, tarixi şəxsiyyətləri, böyük sənətkarları, şairləri ilə tanınır. Bizim kənddə neçə-neçə filmlər çəkilib, camaatımız kinoya böyük hörmət bəsləyib. Amma indi götürüb hansısa kinodan xəbərsiz camaatı təhqir edir, bu bağışlanılmazdır. Bu böyük cinayətdir, sənin nə ixtiyarın var ki, buzovnalılar haqqında danışırsan? 50 min sakin yaşayır Buzovnada, sən 50 min nəfərin əsəbləri ilə oynayırsan. Bir adama bir söz deyəndə qarşı tərəfi məhkəməyə verir, cinayət işi qaldırılır, amma bu boyda kəndi təhqir ediblər, bunun məsuliyyətini daşımaq, dərk etmək istəmirlər.

Sidqi Ruhulla, Məşədi Azər, Nəcibə Məlikova, Nadir Axundov, Kamil Cəlilov kimi şəxsiyyətlər bu kənddə yaşayıblar. Bunlara hörmətləri yoxdur. Əliağa Vahidin müəllimi Məşədi Azər poeziyada ad qoyub, onun yanına Cəfər Cabbarlı, Hüseyn Cavid gəlib. Bu kəndin böyük tarixi var. Kəndə ləkə yaxanlar böyük məsuliyyət daşıyırlar.

O biabırçı filmi çəkənə demək istəyirəm ki, sən kino çəkməyə indi başlamısan, birinci filmindi, o da uğursuz olub, sən buna çox nahaq “uğur” deyirsən, mən 35 il bundan əvvəl “Qəzəlxan” filminə çəkilmişəm, “Yük” filmində Musa Nağıyev obrazını yaratmışam, Qazaxıstanda filmlərə çəkilmişəm. Musa Nağıyevdən bəhs edən “Yük” filmi beynəlxalq kino festivalında xüsusi mükafat qazanıb, 11 ölkəyə dəvət alıb. Amma mən fəxr etmirəm ki, kinoda çəkilmişəm, işimi görmüşəm. Amma sənin birinci filmin elə olmalı idi ki, orda ədəb-ərkan olsun, söyüş-biabırçılıq nəyə lazımdır? Buzovna oğulları gedib Qarabağda şəhid olublar. Bu sənin şəhidlərə hörmətindir? Qadınlar haqda belə söz işlətmək olmaz. O ssenarini yazan bilmir ki, belə məsələlərə toxunmaq olmaz? Kəndin ağsaqqalları, böyükləri var. Ümumiyyətlə, kənd adı çəkilməli deyil”.

M.Ağabəylinin fikrincə, yeni çəkiləcək filmlərə ciddi nəzarət lazımdır, kino təşkilatlarının nəzdində ayrıca bir şura yaradılmalıdır və orada ssenarilər nəzərdən keçirilməlidir ki, belə hallar təkrar olunmasın.

M.Ağabəyli bildirdi ki, əlaqədar qurumlara müraciət göndərildikdən sonra buzovnalıların tələblərinin yerinə yetiriləcəyinə ümid edir: “Buzovna camaatının tələbi aydındır, bizim kəndin adı çəkilən hissə ya filmdən çıxarılmalıdır, ya da o film yığışdırılmalıdır. Bu məsələyə hüquqi müstəvidə qiymət verlməsini zəruri sayırıq. Bu çox vacibdir. Bu filmdə Buzovnanın adını çəkənlərin öz məsuliyyətini dərk etməsi, səhvlərini anlaması üçün mütləq mənada tədbir görülməlidir. Biz bundan çox narahatıq. Bu gün onlar cəzasız qalsalar, sabah başqa bir kəndi daha ağır formada təhqir edəcəklər”.

M.Ağabəyli hesab edir ki, Milli Məcslisin aidiyyəti komitəsində belə məsələlər müzakirə edilməli və filmlərdə kəndlərin adının biabırçı şəkildə çəkilməsini yasaq edən qərar qəbul edilməlidir. “Ümumiyyətlə, bu məsələyə ciddi yanaşılmalıdır, Milli Məclisdə qərar qəbul edilməlidir ki, filmlərdə kəndlərin adlarını belə xoşagəlməz şəkildə çəkilməsi qadağan olunur. Bu olmalıdır” - deyə M.Ağabəyli qeyd etdi.

Bildirək ki, səslənən iddialara münasibət bildirən rejissor Elvin Rüstəmzadə mətbuata açıqlamasında filmdəki personajların buzovnalı olmadığını deyib:

“Maşındakı aktyorların ləhçələrindən də bilinir ki, ümumiyyətlə bu obrazlar bakılı deyillər. Filmdə ”Xala Buzovnada qalır” deyilir. Vəssalam. Başa düşmədim, qala bilməz Buzovnada? Bəyəm Buzovnada ancaq buzovnalılar yaşayır? Xeyr, əlbəttə. Hər kəs bilir ki, orda olan villaların bəzilərini Buzovnadan olmayan şəxslər ya satın alıblar, ya da kirayə qalırlar. O villalarda yaxşı adamlar da yaşayır, pis adamlar da. Bir sözlə, Buzovna deyiləndə ağıla ancaq buzovnalılar gəlməməlidir. Axı hər yerin pisi də var, yaxşısı da. Bunu unutmaq olmaz. Təkrar edirəm, filmdə heç kim buzovnalı deyil, ümumiyyətlə bakılı deyil. Filmdə kimin haralı olmağına dair heç bir söz deyilmir. İndi keçək digər məsələyə. Fakt budur ki, filmdə heç kim təhqir edilmir...”

Redaksiya olaraq biz də aktyor Mirzə Ağabəylinin o fikrinə şərikik ki, filmdə konkret yer adı, ünvan bu şəkildə təqdim olunmamalıdır. Rejissorun dediyindən belə çıxır ki, personaj, tutaq ki, Şəki ləhcəsində danışırsa, buna göz yummaq olar? O zaman şəkililər etiraz etməyəcək?

Təbii ki, bu bizim subyektiv fikrimizdir, əsas sözü isə, yəqin ki, əlaqədar qurumlar deyəcək.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

19.05.2025 / 20:49
Erməni siyasilər Minskdə "çiçəklənən faşizmdən" danışdılar - İrəvanda faşist heykəlini isə...

19.05.2025 / 20:35
Bakı-İrəvan sülhü yenidən təhdid altına düşdü - İrəvandan 2027-ci il mesajları gəlir...

19.05.2025 / 20:21
Fövqəladə halların işçisi Masazırda 7 mərtəbəli qanunsuz tikinti aparır - Fazil Qafarlı nazir Kəmaləddin Heydərova müraciət etdi...

19.05.2025 / 20:18
İran üzərindən Naxçıvana avto və dəmiryolu məsələsi gündəmdə...

19.05.2025 / 20:06
Ermənistan Qafqazda Avropa Birliyinin sağ əli ola bilmədi - Əliyev planı pozdu...

19.05.2025 / 19:51
Ermənilər İsraildən də ərazi iddialarına başladılar - Qüdsdə erməni icmasının 1700 il yaşı var?

19.05.2025 / 19:37
Tramp Rusiya ilə bağlı Konqresdən vaxt istəyib - 2 aylıq iş nəticə vermədi...

19.05.2025 / 19:24
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham etdi - Mənə əməkdaşlıq təklif etdilər...

19.05.2025 / 19:10
Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

19.05.2025 / 18:57
Roma Papasının Türkiyədə həll edəcəyi(?) vacib işlər var...

19.05.2025 / 18:43
İran-Azərbaycan hərbi təlimlərinin əsas bir hədəfi var, o da alınsa...

19.05.2025 / 18:29
Ermənistan Müdafiə Nazirliyində faşizmin tərənnümçüləri açıq təbliğata keçiblər - Rusiyadan gecikmiş etiraz...

19.05.2025 / 18:22
Zakir Həsənov İsrailin müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşdü

19.05.2025 / 18:19
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19.05.2025 / 18:16
Ata veteran, qardaş müharibə iştirakçısı, özü də şəhid - Şəmkirin Könüllü kəndi, Zamanlı Əhməd...

19.05.2025 / 18:02
İsrailin maliyyə naziri: "Dünya bizi dayandıra bilməz"

19.05.2025 / 18:02
Kürd yaraqlılarıyla Suriya Silahlı Qüvvələri arasında şiddətli döyüşlər başladı

19.05.2025 / 17:52
Dünya analitikləri Putinin İstanbuldakı səhvinə xüsusi diqqət yetirirlər...

19.05.2025 / 17:39
Avropadakı antiazərbaycançılar Bakıya qarşı yeni demarşlar edə bilər - sammitdən narahat olanlar...

19.05.2025 / 17:25
Paşinyan 2 şüarla seçki təbliğatına başladı - gənclərə xüsusi tapşırıq verildi...

19.05.2025 / 17:12
Avropa siyasi sammiti Azərbaycana yeni münasibət ştrixlərini ortaya çıxardı...

19.05.2025 / 16:57
Rusiya Finlandiya sərhədinə qoşun yığır – NATO ölkəsi narahatdır...

19.05.2025 / 16:37
Dünyanın neft "nəhəngləri" xam neftin uzunmüddətli ucuzlaşmasına hazırlaşır...

19.05.2025 / 16:33
Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası olub

19.05.2025 / 16:18
Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kq narkotik və psixotrop maddə aşkarlandı

19.05.2025 / 16:04
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib

19.05.2025 / 15:29
Almaniya səfiri diplomatların Gürcüstanda məhkəmələrə təsir göstərdiyini etiraf etdi...

19.05.2025 / 15:15
Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

19.05.2025 / 14:41
“Rusiyanın “Yars” Qitələrarası Raketinin buraxılışı uğursuz oldu”

19.05.2025 / 14:40
Xocalı qatili Köçəryan Sülh müqaviləsini kağız parçasına bənzətdi

19.05.2025 / 14:36
Putin Avropanın gücsüzlüyünü hər gün ortaya qoyur...

19.05.2025 / 14:34
Durov Fransa kəşfiyyatının Rumıniyada prezident seçkilərinə müdaxilə cəhdini ifşa etdi…

19.05.2025 / 14:20
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

19.05.2025 / 14:09
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

19.05.2025 / 13:52
Terrorçu dəstə üzvləri xaricdə yaxalanaraq ölkəyə gətirildi - VİDEO

19.05.2025 / 13:45
ISW: “Kreml müharibəni bitirməyi düşünmür”

19.05.2025 / 13:22
Azərbaycan-İran birgə hərbi təliminin açılış mərasimi keçirildi - FOTO

19.05.2025 / 13:10
Ещё раз о Р. Кочаряне! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

19.05.2025 / 12:32
“Zəngəzur dəhlizi 3-4 il ərzində...” - Türkiyənin nəqliyyat naziri

19.05.2025 / 12:05
4 Avropa lideri Trampla danışdılar - nəticə?

19.05.2025 / 12:00
Cavanşir Feyziyev: "Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib"

19.05.2025 / 11:40
Ötən il də 3:0, bu il də 3:0 - "Neftçi"dən rekord

19.05.2025 / 11:35
Azərbaycanda miras və vərəsəliklə bağlı yeni qanun təklif edilir

19.05.2025 / 11:22
Sahibə Qafarova Madridə gedib

19.05.2025 / 11:16
2 gündə 36 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - Polis

19.05.2025 / 11:10
Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı

19.05.2025 / 11:05
Avstraliya Ukraynaya istifadə olunmuş 49 tank göndərdi

19.05.2025 / 11:03
Rusiya-Ukrayna müharibəsi yalnız bir halda bitəcək - CANLI

19.05.2025 / 10:30
Yenə "prius", yenə qəza...

19.05.2025 / 10:25
İsrail bombaladı, Qəzzada 151 nəfər öldü

19.05.2025 / 10:17
İki gündə bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19.05.2025 / 10:11
İran vətəndaşlarını saxlayan Britaniyaya etiraz etdi

19.05.2025 / 10:04
Qazaxıstanda itkin düşən təyyarə 8 saat sonra tapılıb

19.05.2025 / 09:35
"Agentimə dedim ki..." - Mahir Emreli "Bild"ə danışdı

19.05.2025 / 09:26
İsraildə 18 yaşlı İran cəsusu yaxalandı

19.05.2025 / 09:20
ABŞ Senatı Trampın qənaət tədbirlərini dəstəklədi

19.05.2025 / 09:16
"Toyota" mopedlə toqquşub, 1 nəfər ölüb

19.05.2025 / 09:12
Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə görüşüb

19.05.2025 / 09:06
"Qalatasaray" 25-ci dəfə Türkiyə çempionu oldu!

19.05.2025 / 09:00
Buxarest meri prezident seçkilərində öndədir

18.05.2025 / 22:23
"Bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər" - Hikmət Hacıyev

18.05.2025 / 22:08
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib - FOTO

18.05.2025 / 21:50
PKK liderlərinin xəyalları puç oldu

18.05.2025 / 20:05
Şərəfli ömrün ləyaqətli yolçusu - FOTO

18.05.2025 / 19:46
Hacıyev bir daha Ermənistana Konstitusiyasının dəyişdirilməsi zərurətini xatırlatdı

18.05.2025 / 19:33
Rusiya bu gecə Ukrayna ərazisinə qitələrarası raket buraxacaq

18.05.2025 / 17:15
Hikmət Hacıyev Tehranda Dialoq Forumunda iştirak edir...

18.05.2025 / 17:06
ABŞ-dan Rusiyaya sanksiya xəbərdarlığı - Ukrayna danışıqlarında irəliləyiş olmasa…

18.05.2025 / 16:43
SEPAH və Azərbaycan ordusu Qarabağda birgə təlimlər keçirir

18.05.2025 / 16:27
Əminə Əliyeva dünya çempionu oldu - VİDEO

18.05.2025 / 14:38
Papa Leo ilk xarici səfərini Türkiyəyəyə edəcək

18.05.2025 / 14:23
“Euronews” Paşinyan və Əliyevin Tirana görüşünə diqqət çəkdi

18.05.2025 / 14:07
Rusiya və Ukrayna atəşkəslə bağlı sənədlər hazırlayır

18.05.2025 / 13:50
İlk araşdırma - İmamoğluna səs verəcək AKP və MHP-çilərin rəyi...

18.05.2025 / 13:42
Faiq Ələkbərli Qazaxıstanda Türk xalqlarına aid müqəddəs məkanların dini-fəlsəfi aspektlərindən məruzə edib

18.05.2025 / 12:49
Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir - FOTO/VİDEO

18.05.2025 / 10:25
Aeroportda başqasının mallarının şəxsi əşya adı altında gömrükdən keçirilməsi yolverilməzdir - Komitədən xəbərdarlıq...

18.05.2025 / 09:45
Putinin İstanbula niyə getmədiyi məlum oldu - Kremlin Krım şərtinə qarşı Kiyevin Rüstəm Umarov gedişi…

17.05.2025 / 22:53
Kremldən Putinlə Tramp arasında telefon danışığına hazırlıq getdiyi bildirildi

17.05.2025 / 21:41
Kreml Putin-Zelenski görüşünə “yaşıl işıq” yandırdı - ancaq bir şərti var...

17.05.2025 / 20:53
Ərdoğan Azərbaycanın diaspor rəhbərinə vəzifə verdi...

Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678