Bazar ertəsi günü, 7 aprel 2025
     

Tramp region ölkələri arasında ən ağır rüsumu Qazaxıstana yüklədi - Almatının “suçu” nə...

Image

Eldəniz Əmirov: “Ticarət dövriyyəsində ABŞ-ın zərərinə olan məqamlarla əlaqədar həmin ölkələrə daha çox rüsum tətbiq olunub”

ABŞ prezidenti Donald Tramp xaricdən idxal edilən bütün mallara rüsumların tətbiq ediləcəyini açıqlayıb. O, bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib. Baza tarifi 10 faizdir. Ancaq bir çox ölkələr üçün tariflərin daha yüksək olduğu ortaya çıxıb.

Məsələn, Çindən gələn mallara gömrük rüsumları 34 faiz, Avropa İttifaqı ölkələrindən 20 faiz, İsveçrədən 31 faiz, Qazaxıstandan 27 faiz təşkil edir. ABŞ-nin keçmiş Sovet İttifaqı ölkələri üçün gömrük rüsumları 31%-ə çatacaq, bu, Trampın Moldovaya tətbiq etdiyi tarifdir. Əksər ölkələr üçün 10% dərəcəsi tətbiq edilib. ABŞ prezidenti Donald Trampın keçmiş Sovet İttifaqı ölkələri üçün müxtəlif səviyyəli rüsumlar barədə açıqlamasında Rusiyanın, Belarusun adı çəkilmir. Rüsumların tətbiqi aşağıdakı kimidir: Moldova - 31%, Qazaxıstan - 27%, Ermənistan - 10%, Azərbaycan - 10%, Gürcüstan - 10%, Özbəkistan - 10%, Türkmənistan - 10%, Qırğızıstan - 10%, Tacikistan - 10%.

Ölkələrin ABŞ-a ixracı fərqlidir. Məsələn, ötən il Azərbaycan ABŞ-dan 2 milyard dollara yaxın məhsul idxal edib. İxrac etdiyimiz məhsulun həcmi 130 milyon dollar olub. Qazaxıstan təxminən 2 milyard dollar məhsul ixrac edib. O cümlədən 2 milyard dollara qədər məhsul idxal edib.

Ancaq maraqlıdır, Mərkəzi Asiya, Qafqaz dövlətləri içində ən böyük idxal rüsumunun (27 faiz) Qazaxıstana tətbiq edilməsi nə ilə bağlı ola bilər?

“Qazaxıstanla bağlı tətbiq edilən yüksək rüsumlar bununla əlaqədardır”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Eldəniz Əmirov “Bakı-Xəbər”ə açıqlamasında bunu bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, Trampın bu siyasətinin səbəbi ölkəsinin triliyon dollardan artıq olan ticarət dövriyyəsində olan mənfi saldonun aradan qaldırılmasıdır. Lakin hesab edirəm ki, bu, müvəqqəti xarakter daşıyır. Çünki bunun ən böyük mənfi təsirləri məhz Birləşmiş Ştatların özünə olacaq. ABŞ-ın tarif siyasəti qlobal ticarətə ciddi şəkildə təsir göstərəcək. Ancaq bu təsiri proqnoz etmək qəti şəkildə mümkün deyil. Düzdür, bir çox beynəlxalq və yerli ekspertlər bununla bağlı müxtəlif proqnozlar verirlər. 300-400 milyarddan 1,5-2 trilyon dollara qədər qlobal ticarətdə daralmanın olduğu proqnoz edilir. Ancaq bu böyüklükdə olan interval əslində proqnozdan daha çox fərziyyələrdir. Çünki digər ölkələrin hələ qərarları açıqlanmayıb. Digər ölkələrin hansı qərarı verəcəyini zaman göstərəcək. Bütün hallarda hesab edirəm ki, bu müvəqqətidir. Ona görə ki, bunun fəsadları daha çox ABŞ iqtisadiyyatında özünü göstərəcək. Çünki digər ölkələrin güzgü effekti yaratması nəticə etibarı ilə ABŞ-da ciddi şəkildə iqtisadi istiqamətlər üzrə - həm sahibkarlığa, həm fərdi şəxslərə mənfi təsir göstərəcək. O cümlədən, qiymət artımına və insanların narazılığına səbəb olacaq. Bütün bunların nəticəsində ABŞ geri çəkiləcək. Bu, sadəcə zaman məsələsidir. O ki qaldı ölkədən-ölkəyə tarif dərəcələrinin fərqlənməsinə, bunun müxtəlif səbəbləri var. Bu, əslində təkcə Trampın qərarı deyil. Bu, ABŞ iqtisadiyyatının məlumatlarının ciddi təhlili əsasında verilən qərardır. Burada məhsulun çeşidi, həcmi, hansısa ölkə ilə ticarət dövriyyəsində olan saldonun müsbət və yaxud da mənfi olması, o cümlədən digər faktorlar vardır. O ölkələrdə ki ticarət dövriyyəsində ABŞ-ın zərərinə müəyyən məqamlar var, həmin ölkələrə daha çox rüsum tətbiq olunub. Qazaxıstanla bağlı tətbiq edilən yüksək rüsumlar bununla əlaqədardır. Çünki ABŞ-la Qazaxıstan arasında ticarət dövriyyəsi böyükdür. Bu, Qazaxıstandan məhsulların, xammalların, mineralların və digər məhsulların ixracı ilə bağlı ola bilər. Bu isə artıq ixracın strukturundan asılıdır. Yəni ABŞ-ın təhlili onu göstərir”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

07.04.2025 / 22:21
Avropa İttifaqı ABŞ-a qarşı cavab rüsumları tətbiq edəcək

07.04.2025 / 22:18
Ermənistanda doğum səviyyəsinin azalması fevral ayında da davam etdi

07.04.2025 / 21:30
İpə-sapa yatmayan Kreml yenə şərt irəli sürdü

07.04.2025 / 21:21
Tramp Çini 50% -lik əlavə rüsumla hədələdi

07.04.2025 / 21:21
Fidan nə demək istədi - Türkiyə Avropanı ABŞ-dan ayrılmağa təşviq edir?..

07.04.2025 / 21:19
Çin ABŞ-dan qaz idxalını dayandırdı

07.04.2025 / 21:14
David Babayandan etiraf: "Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi" - MƏHKƏMƏ + FOTO

07.04.2025 / 21:07
ABŞ-Rusiya barışığı Ermənistan iqtisadiyyatını çökdürür...

07.04.2025 / 20:49
Qazaxıstan və Türkmənistan Türk Kiprinə qarşı təhlükəli addım atdı...

07.04.2025 / 20:34
Ermənistan hakimiyyətinin bu qərarı da Rusiyaya təsir etmədi...

07.04.2025 / 20:19
İlham Əliyevin Pakistan səfərinə qarşı Ermənistanda hazırlıqlar başladı...

07.04.2025 / 20:04
Qaçaq Süleymanın Səttarxan hərəkatında böyük yeri var...

07.04.2025 / 19:51
ABŞ və İsrail İranda bu yerləri vuracaq - Tehran qonşu ölkələrdən başladı...

07.04.2025 / 19:43
David Babayan: "İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı"

07.04.2025 / 19:36
Müxtəlif növ istehlak kreditləri tam fərqli faizlərlə verilir - Mərkəzi Bank bunu normal sayır?...

07.04.2025 / 19:30
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırıldı

07.04.2025 / 19:25
İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişləndirildi

07.04.2025 / 19:23
Türk Dövlətləri Təşkilatında dağıdıcı təzahürlər başlayıb - Qazaxıstan, Türkmənistan və Macarıstanın jestləri...

07.04.2025 / 19:09
Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

07.04.2025 / 18:55
“Kollektiv öz səhvini düzəldərək filmdən Buzovna adını sildi” - Mirzə Ağabəyli

07.04.2025 / 18:46
Müttəhim general Ermənistanın Qarabağda basdırdığı minanı markasına kimi etiraf etdi…

07.04.2025 / 18:44
Palandöken İqtisadi Forumu Türkiyənin Erzurum şəhərində baş tutacaq

07.04.2025 / 18:44
Respublikaçılar Ukraynaya yardımın kəsilməsini istəyir

07.04.2025 / 18:32
Nazirliyin elmi institutlarının birləşdirilməsi nəyi dəyişə bilər...

07.04.2025 / 18:20
Qardaş xalqlar ədəbiyyatı - özbək ədəbiyyatı...

07.04.2025 / 18:18
Ermənistan XİN-in "900 xəritə yalanı" onu hərbi cinayət məsuliyyətindən qurtara bilməz...

07.04.2025 / 18:06
Avroittifaqın Gürcüstanda çevriliş planı ifşa edildi - QHT-lərə bunun üçün pullar verilir...

07.04.2025 / 17:57
BOKT-larda "qızıl ehtiyatları" hansı yollarla əldə edilir?..

07.04.2025 / 17:50
Müraciətlərin çox olduğu məktəblərə qəbul zamanı kimlərə üstünlük tanınacağı açıqlandı

07.04.2025 / 17:44
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olundu

07.04.2025 / 17:37
Neftimizi 70 dollardan aşağı düşürə biləcək 2 ciddi təhlükə var...

07.04.2025 / 17:34
Qarabağ mövzusu sülh sazişindən bu yolla çıxarıldı - erməni XİN-in yanlışı...

07.04.2025 / 17:23
“Şərurlu İsfəndiyar” təhqir etdiyi alimlərdən üzr istəməyə necə məcbur edilə bilər? - Rəylər...

07.04.2025 / 17:10
Almanlar rusları "antifaşizm - 80" tədbirlərindən qovdular - kim haqlıdır?..

07.04.2025 / 17:03
“Ozan Dünyası” jurnalının yeni sayı işıq üzü görüb

07.04.2025 / 16:57
Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi - səbəbini də ilk dəfə açıqladı...

07.04.2025 / 16:45
Azərbaycan Prezidentinin Pakistan səfəri ermənilərə od qoydu - VİDEO

07.04.2025 / 16:36
“Düşünсə dəhlizi”

07.04.2025 / 16:22
ABŞ üniversitetlərində repressiya dalğası

07.04.2025 / 15:42
Valideynlərin uşaq sayına görə daha tez pensiyaya çıxması təklif edilir

07.04.2025 / 15:25
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTO

07.04.2025 / 15:21
İsrail jurnalistlərin olduğu çadırı vurdu

07.04.2025 / 15:20
Vətən sevgisinə tapınan ömür...

07.04.2025 / 15:16
Babayan: "Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim"

07.04.2025 / 14:44
"Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik" - David Babayan

07.04.2025 / 14:15
Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs edildi

07.04.2025 / 13:51
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü

07.04.2025 / 13:38
Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən bıçaqlandı...

07.04.2025 / 13:26
Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edildi

07.04.2025 / 13:20
İran Azərbaycana yeni səfir təyin edəcək

07.04.2025 / 13:10
Трамп и Путин совершили грубейшую ошибку - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.04.2025 / 12:51
Həyəcan verici perspektivlər: hökumətimizin bunlardan xəbəri varmı?!

07.04.2025 / 12:47
Qarabağ bölgəsi Bakının sosial yükünü necə azalda bilər?

07.04.2025 / 12:41
Şəmkirdə quldurluqda şübhəli bilinən şəxslər saxlandı - FOTO

07.04.2025 / 12:25
Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

07.04.2025 / 12:06
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır

07.04.2025 / 12:00
"Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında tunel tikiləcək - metropoliten rəsmisi

07.04.2025 / 11:43
DSX hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

07.04.2025 / 11:33
Sahibə Qafarova daha 3 il sədrlik edəcək - Qoşulmama Hərəkatından QƏRAR

07.04.2025 / 11:25
Bakıda 53 evin qaz sayğaclarını oğurlayanlar yaxalanıb

07.04.2025 / 11:15
Dmitriev:- “Amerika şirkətləri Rusiyaya qayıtmaq üçün minnətci düşürlər”

07.04.2025 / 11:08
Gələn aydan Bakıdan Kişinyova hər gün uçuşlar başlayır

07.04.2025 / 11:03
İran Bakıda ravvini öldürmək istədi - CANLI

07.04.2025 / 11:00
Bu gün Binəqədinin əksər yerlərində işıq olmayacaq - XƏBƏRDARLIQ

07.04.2025 / 10:31
"Yalnız bu halda saziş bağlaya bilərik"- Tramp Çinə şərtini açıqladı

07.04.2025 / 10:16
Əhməd əş-Şəraa Ankara yolçusudur

07.04.2025 / 10:07
5 güləşçimiz bu gün Avropa çempionatında mübarizəyə başlayır

07.04.2025 / 10:00
Bu gün Bakının 2 rayonu qazsız qalacaq

07.04.2025 / 09:39
TƏCİLİ - Cəbrayılda minaya düşən hərbçimiz həlak oldu

07.04.2025 / 09:32
Şəmkirdə 3 quldur yaxalanıb

07.04.2025 / 09:29
50-dən çox ölkə Trampa minnətçi düşüb - gömrük rüsumlarına görə...

07.04.2025 / 09:15
"Neftçi" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

07.04.2025 / 09:10
Berliner Zeitung: “Dmitriev Rusiya-ABŞ danışıqlarında əsas fiqur oldu”

07.04.2025 / 09:03
Xaçmazda ər arvadını öldürüb

07.04.2025 / 00:33
ABŞ-da Fələstinlə həmrəylik aksiyası keçirildi

06.04.2025 / 22:31
Trampın niyə Rusiyaya tariflər tətbiq etmədiyi məlum oldu...

06.04.2025 / 22:07
İsrail Türkiyəyə görə, Suriyanın zonalara bölünməsini təklif etdi

06.04.2025 / 21:53
İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

06.04.2025 / 20:26
Mask Trampın tarif qərarına qarşı çıxdı - ləğv edilsin və...

06.04.2025 / 20:12
Trampın müşaviri ilə bağlı növbəti qalmaqal - Uolts bu dəfə cəzalandırıla bilər...

06.04.2025 / 19:57
Konqres Trampa impiçment hazırlayır

Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011