Bazar ertəsi günü, 7 aprel 2025
     

Azərbaycan üçün sülh nədir? - ŞƏRH

Image

Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycan xalqının tarixi Qələbəsinin regionda formalaşmaqda olan yeni reallığın əsas səbəblərindən biri olduğunu dəfələrlə açıq şəkildə səsləndirmişdir. Əlbəttə ki, sözügedən mesaj daha çox xarici auditoriyaya ünvanlanıb. Prezidentin bu sözləri həm də regionumuzda maraqları olan dövlətlərə geosiyasətlərində düzəlişlər etmələrinə dair açıq çağırışdır. Bəli, tarixi Zəfərimiz yeni reallığın tərkib hissəsidir, bu reallığın səbəbkarı xarici ölkələr və ya beynəlxalq təşkilatlar deyil. Tam əksinə, onlar 30 il davam edən vəziyyəti, o cümlədən işğal faktını daha neçə illər “dondurub” saxlamaq niyyətində idilər. Əks halda, BMT-nin məlum qətnamələri bu müddət ərzində kağız üzərində qala bilməzdi. Əlbəttə, onu da unutmaq olmaz ki, regionda öz mövcudluğunu qoruma məsələsi Qərb geosiyasətinin strateji maraqlarına daxildir və bu fikir bizim üçün heç də yenilik deyil.

Bu fikirlər politoloq Asif Adilin “Azərbaycan üçün sülh nədir?” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir. Heç şübhəsiz ki, qeyd olunanlar müstəvisində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri kifayət qədər əlamətdar hadisədir. Səfər zamanı Almaniya Prezidenti öz bəyanatında səsləndirdiyi növbəti fikir isə bir çox qərəzli manipulyasiyalara son qoyur: “Dediyim kimi, biz sülh müqaviləsinin hazırlanmasını çox alqışlayırıq və Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq. Bu, bizim mövqeyimizdir və bu mövqe Azərbaycan tərəfindən də konkretləşdirilə bilər”. Əlbəttə ki, bu cür etiraflar, eyni zamanda, Azərbaycan diplomatiyasının uğuru deməkdir. Ümumiyyətlə, sözügedən səfər və bu cür etiraflar Azərbaycanı Qərb və ya Qərbin sanksiyaları ilə qorxutmaq istəyən Emmanuel Makron kimi ucuz populizm ilə məşğul olan bəzi Avropa siyasətçiləri üçün mükəmməl cavabdır.

Bəli, sülh müqaviləsi manipulyasiya predmeti olmamalıdır, bu, yolverilməzdir. Mövcud kontekstdə hələ 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikirlər mütləq olaraq yada salınmalıdır: “Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi...” (Yeni Azərbaycan Partiyasının VII qurultayı, 05.03.2021). Dövlətimizin başçısının bu sözlərində mövzu ilə bağlı yarana biləcək bütün suallara cavab tapmaq mümkündür. Odur ki, radikal təfəkkürlü və sözün əsl mənasında adekvatlığını itirmiş bəzi siyasətciklərin sülh müqaviləsi ətrafında ucuz demaqogiya aparması, sadəcə, öz dövlətinə qarşı olan açıq nifrətdən qaynaqlana bilər.

Aydındır ki, “sülh müqaviləsi” forma etibarilə hüquqi prosedurdur. Müqavilənin məzmununu isə qarşıda dayanan siyasi hədəflər müəyyən edir. Məhz elə bu səbəbdən də ilk növbədə müqaviləni imzalayacaq tərəflər arasında “sülh” məfhumu ilə bağlı olan təsəvvürlərdəki fərq aradan qaldırılmalıdır. Daha aydın ifadə etsək, müqavilənin imzalanması üçün “Azərbaycan üçün sülh nə deməkdir?” və “Rəsmi İrəvan üçün sülh nə deməkdir?” suallarına veriləcək cavabların uyğunlaşdırılması mütləq şərtdir. Bütün digər hüquqi və normativ təfərrüatlar isə “texniki” məsələlərdir.

Bildiyiniz kimi, aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, habelə jurnalistlərin suallarını cavablandırıblar. Sözügedən mətbuat konfransı zamanı dövlətimizin başçısı Azərbaycan və Ermənistan üçün “sülhün” məzmununda olan fərqi olduqca aydın şəkildə aşkar etdi. Həmin cümlələrə diqqət yetirək: “Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir” və “İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir”.

Belə ki, ATƏT-in Minsk qrupu məhz o beynəlxalq “vasitəçilik” institutudur ki, 30 il ərzində münaqişənin həlli ilə yox, onun dondurulması ilə məşğul olub. Həmin “sülh” qrupunun “göyərçini” olan Fransa isə bu gün Ermənistanı sürətlə silahlandırır və öz davranışı ilə regionda yeni münaqişəni təhrik edir. Digər prinsipial məsələ odur ki, Azərbaycanın tarixi torpaqlarına öz konstitusiyasında açıq iddiaları olan bir dövlət ilə dayanıqlı sülhün mövcudluğu apriori olaraq mümkünsüzdür. Bu cür müddəaların konstitusiyada mövcudluğu dərin basdırılmış mina kimi dəyərləndirilməlidir.

Açıq ərazi iddiaları ilə bağlı olan müddəaların konstitusiyada mövcudluğu regionda istənilən an yeni hərbi münaqişənin başlanılması ehtimalı deməkdir. Bu bəsit həqiqətləri hər kəs bilməli və məsələ ilə bağlı ucuz manipulyasiyalara son qoyulmalıdır. Azərbaycan həm qalib ölkə olaraq, həm tarixi ədalət baxımından artıq Ermənistana heç bir güzəştə gedə bilməz və sülh müqaviləsinin mətni heç bir halda siyasi auksion predmeti ola bilməz.

Odur ki, rəsmi İrəvan üçün “sülh” ilk növbədə “böyük Ermənistan xülyası”nın reanimasiyası və davamı deməkdirsə, Azərbaycan üçün isə “sülh” bütün regionun dayanıqlı inkişafının zəmanətidir. Beləliklə, Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin diqqətinə iki “sülh” paradiqmasını təqdim edir: “Azərbaycanın bütün regionun dayanıqlı inkişaf paradiqması” və “Ermənistanın regionu yeni münaqişə ocağına çevirən və onu digər ölkələrdən asılı edən “sülh” paradiqması”. Odur ki, top indi nəinki Ermənistanın tərəfindədir, top indi, eyni zamanda, beynəlxalq ictimaiyyətin tərəfindədir. Sülh, inkişaf, sabitlik və əməkdaşlığın tərəfində dayanan beynəlxalq ictimaiyyət mütləq olaraq Azərbaycanın sülh paradiqmasını seçməlidir.




VİDEO

SON XƏBƏRLƏR

07.04.2025 / 14:15
Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs edildi

07.04.2025 / 13:51
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü

07.04.2025 / 13:38
Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən bıçaqlandı...

07.04.2025 / 13:26
Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edildi

07.04.2025 / 13:20
İran Azərbaycana yeni səfir təyin edəcək

07.04.2025 / 13:10
Трамп и Путин совершили грубейшую ошибку - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.04.2025 / 12:51
Həyəcan verici perspektivlər: hökumətimizin bunlardan xəbəri varmı?!

07.04.2025 / 12:47
Qarabağ bölgəsi Bakının sosial yükünü necə azalda bilər?

07.04.2025 / 12:41
Şəmkirdə quldurluqda şübhəli bilinən şəxslər saxlandı - FOTO

07.04.2025 / 12:25
Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

07.04.2025 / 12:06
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır

07.04.2025 / 12:00
"Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında tunel tikiləcək - metropoliten rəsmisi

07.04.2025 / 11:43
DSX hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

07.04.2025 / 11:33
Sahibə Qafarova daha 3 il sədrlik edəcək - Qoşulmama Hərəkatından QƏRAR

07.04.2025 / 11:25
Bakıda 53 evin qaz sayğaclarını oğurlayanlar yaxalanıb

07.04.2025 / 11:15
Dmitriev:- “Amerika şirkətləri Rusiyaya qayıtmaq üçün minnətci düşürlər”

07.04.2025 / 11:08
Gələn aydan Bakıdan Kişinyova hər gün uçuşlar başlayır

07.04.2025 / 11:03
İran Bakıda ravvini öldürmək istədi - CANLI

07.04.2025 / 11:00
Bu gün Binəqədinin əksər yerlərində işıq olmayacaq - XƏBƏRDARLIQ

07.04.2025 / 10:31
"Yalnız bu halda saziş bağlaya bilərik"- Tramp Çinə şərtini açıqladı

07.04.2025 / 10:16
Əhməd əş-Şəraa Ankara yolçusudur

07.04.2025 / 10:07
5 güləşçimiz bu gün Avropa çempionatında mübarizəyə başlayır

07.04.2025 / 10:00
Bu gün Bakının 2 rayonu qazsız qalacaq

07.04.2025 / 09:39
TƏCİLİ - Cəbrayılda minaya düşən hərbçimiz həlak oldu

07.04.2025 / 09:32
Şəmkirdə 3 quldur yaxalanıb

07.04.2025 / 09:29
50-dən çox ölkə Trampa minnətçi düşüb - gömrük rüsumlarına görə...

07.04.2025 / 09:15
"Neftçi" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

07.04.2025 / 09:10
Berliner Zeitung: “Dmitriev Rusiya-ABŞ danışıqlarında əsas fiqur oldu”

07.04.2025 / 09:03
Xaçmazda ər arvadını öldürüb

07.04.2025 / 00:33
ABŞ-da Fələstinlə həmrəylik aksiyası keçirildi

06.04.2025 / 22:31
Trampın niyə Rusiyaya tariflər tətbiq etmədiyi məlum oldu...

06.04.2025 / 22:07
İsrail Türkiyəyə görə, Suriyanın zonalara bölünməsini təklif etdi

06.04.2025 / 21:53
İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

06.04.2025 / 20:26
Mask Trampın tarif qərarına qarşı çıxdı - ləğv edilsin və...

06.04.2025 / 20:12
Trampın müşaviri ilə bağlı növbəti qalmaqal - Uolts bu dəfə cəzalandırıla bilər...

06.04.2025 / 19:57
Konqres Trampa impiçment hazırlayır

06.04.2025 / 19:43
İsrail iki britaniyalı deputatı ölkədən qovdu...

06.04.2025 / 19:16
“Trampın Ukraynaya sülh gətirəcəyinə inanmaq sadəlövhlükdür”

06.04.2025 / 18:50
ABŞ ikinci THAAD batareyasını İsrailə təhvil verdi

06.04.2025 / 18:09
Rusiya Ukraynanın qərbini bombaladı - Polşa NATO qırıcılarını havaya qaldırdı...

06.04.2025 / 17:20
Avropa və ABŞ-da Tramp və Maska qarşı etiraz aksiyaları keçirilir

06.04.2025 / 16:58
Tanımış yazar Kənan Hacının yubileyi qeyd olunub

06.04.2025 / 16:20
Bir gündə 4 vətəndaşımız minaya düşdü - XİN-dən Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış...

06.04.2025 / 14:11
Ağdamda ata və 2 övladı minaya düşdü...

06.04.2025 / 13:27
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin UFO-larla bağlı dəhşətli bir sənədi ortaya çıxdı - yadplanetlilər 35 il əvvəl 23 sovet əsgərini daşa çeviriblər...

06.04.2025 / 12:32
Ukraynada ABŞ-la planlaşdırılan sazişin detalları sızdırıldı - Zelenski SBU-nu hərəkətə keçirdi

06.04.2025 / 11:20
ANAMA əməkdaşı Cəbrayılda minaya düşdü

06.04.2025 / 01:44
Orban İsrailin, Netanyahu Macarıstanın bayrağının altında dayandı...

06.04.2025 / 01:23
Tramp və Putin: bir məzara iki iddiaçı

06.04.2025 / 00:15
Pezeşkian: “ABŞ təkcə İranı deyil, bütün dünyanı aşağılayır”

06.04.2025 / 00:07
BMT Şurası Vaşinqton və İsrailin cəhdlərinə baxmayaraq Albaneseni yerində saxladı

05.04.2025 / 23:56
Sabah İmamoğlunun taleyinə qərar veriləcək...

05.04.2025 / 22:52
PSJ çempionluğunu elan etdi!

05.04.2025 / 20:16
İran Yəməndəki ordusunu geri çəkir, regiondakı digər silahlı qruplara da dəstəyi dayandırır - ABŞ-la müharibə hazırlığı…

05.04.2025 / 17:36
Zakir Həsənov xidməti müşavirə keçirdi - vəzifəli şəxslərə tapşırıqlar verildi

05.04.2025 / 17:17
Rəsmi Bakı Avropadan haqlı təminat istəyir - inandırın ki, uzun zaman qaz alacaqsınız...

05.04.2025 / 17:01
İsrail də Suriyada Türkiyə ilə qarşıdurma istəmir

05.04.2025 / 16:53
Público: “Rusiya ABŞ-la AB-yə qarşı tərəfdaşlıq formalaşdırır”

05.04.2025 / 16:50
Pezeşkiyan dəbdəbəli səyahətə çıxan köməkçisini bağışlamadı

05.04.2025 / 16:48
“Aprelin 7-də Ağ evdə Nitanyahunun Trampla görüşəcəyi gözlənilir”

05.04.2025 / 16:47
Misir İsraili gərginliyi artırmaqda ittiham etdi

05.04.2025 / 16:27
Bakıda mühakimə olunan ermənilərin işində yenidən "ATƏT oyunu"...

05.04.2025 / 16:20
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

05.04.2025 / 15:54
Bakıdan Avropaya ağır mesaj - maliyyə siyasətiniz yanlışdır...

05.04.2025 / 15:18
Akademik Musiqili Teatra yeni direktor təyin olunub

05.04.2025 / 15:12
Növbəti köç karvanı Suqovuşana çatdı, mənzillərin açarları təqdim olundu

05.04.2025 / 14:44
Erməni lobbisinin Azərbaycana qarşı "339 milyon dollarlıq təxribatı" baş tutmadı...

05.04.2025 / 13:23
Bakıda məşhur hotelin sahibinə elektron qolbaq taxıldı - 3 il...

05.04.2025 / 13:02
Daha 53 ailə Suqovuşan kəndinə köçürüldü...

05.04.2025 / 12:50
Vüqar Rəhimzadə: Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır

05.04.2025 / 10:30
Nizami Kino Mərkəzində “Tağıyev: Çar” bədii filminin təqdimat mərasimi olub - FOTO

05.04.2025 / 10:12
Ronaldo 931-ci qolunu vurdu

05.04.2025 / 10:02
Nyu-Yorkda Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə həsr olunmuş brifinq keçirilib

05.04.2025 / 10:00
ABŞ-da yumurta kəskin bahalaşdı, insanlar Pasxa üçün kartof rəngləməli oldular

05.04.2025 / 09:56
ABŞ-ın Yəmənə hücumlara görə nə qədər pul xərclədiyi məlum oldu

05.04.2025 / 09:33
Saxta ev yağları ilə milləti illərlə zəhərləmiş işbazlar cəzasız buraxıla bilməz...

05.04.2025 / 09:13
“Dünya Müsəlman Alimlər Birliyi” İsrailə cihad elan elədi

05.04.2025 / 08:45
Kənd Təsərrüfatı Nazirliyinin Agentliyində və Mərkəzində nələr baş verir...

05.04.2025 / 00:29
Azərbaycan- Ermınistan müharibəsi yenidən başlasa ,Rusiya və İranln reaksiyası belə olacaq....

04.04.2025 / 23:14
Azərbaycan XİN Ermənistanı minalarla bağlı dəqiq məlumatları paylaşmağa çağırdı

04.04.2025 / 22:21
General Azər İbrahimov yüksək vəzifəyə təyin edildi...

Azərbaycanda dini tolerantlıq barədə 2 fərqli beynəlxalq hesabat - belə də olurmuş...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011