Zelenski ərazi güzəştinə "yaşıl işıq" yandırdı - bir şərtlə razı ola bilərik...

Ukrayna prezidenti Zelenski bildirib ki, Kiyev itirilmiş ərazilərin Rusiyaya aid olduğunu heç vaxt tanımayacaq, lakin kompromis kimi zaman keçdikcə diplomatik kanallar vasitəsilə onların geri qaytarılmasına razılıq verə bilər.
Zelenskinin sözlərinə görə, ərazi məsələsi Ukrayna üçün qırmızı xətlərdən biridir.
“Əgər bu torpaqların zamanla diplomatik yollarla geri qaytarılmasına imkan verəcək kompromis tapılarsa, düşünürəm ki, bəzi regionlar üçün bu, yeganə yol ola bilər”, - deyə Zelenski Çerniqov vilayətində yerli hökumət rəhbərləri ilə görüşü zamanı bildirib.
TAHİR