Avropa ölkələri ABŞ-ı Ukraynaya qoşun göndərməyə məcbur edəcək plan hazırlayır...

Münaqişədən sonra Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi üçün ssenarilərdən biri də NATO-nun komandanlıq və kəşfiyyat imkanlarından istifadə etməkdir. Bu barədə “Financial Times” adı açıqlanmayan beş rəsmiyə istinadən məlumat yayıb.
Burada əsas məqsəd isə ABŞ-ı da sülh missiyasına qoşulmağa məcbur buraxmaqdır.
"Əgər onlarla ölkədən qüvvələr göndərəcəyiksə, NATO həqiqətən istifadə edə biləcəyimiz yeganə komanda və nəzarət variantıdır" deyə rəsmilərdən biri bildirib. Qəzetin yazdığına görə, bu təklif Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi danışıqlarda nəzərdən keçirilən bir neçə ssenaridən biridir. Qeyd edilir ki, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi üzrə yekun plan dəyişə də bilər. Oda vurğulanır ki, NATO-nun resurslarından istifadə bütün üzvlərin yekdil razılığını tələb edir.
“Financial Times” qeyd edib ki, Avropa sülhməramlılarının göndərilməsi tərəfdarları NATO-nun prosesdə iştirakını ABŞ-ın dolayı iştirakını təmin etmək üçün bir vasitə kimi görürlər. ABŞ prezidenti Donald Tramp bundan əvvəl Avropa İttifaqının rəhbərlik etdiyi sülh missiyasına qoşulmaqdan imtina etmişdi.
TAHİR