Bazar ertəsi günü, 7 aprel 2025
     

“Azərbaycan Almaniya üçün strateji əhəmiyyət kəsb edən ölkədir” - Vüqar Rəhimzadə

Image

Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Avropa İttifaqı (Aİ), eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrin hazırkı inkişaf səviyyəsi göz qabağındadır. Məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan 10 ölkə arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb.

Ölkəmiz əməkdaşlıqda qarşılıqlı etimad mühitinin qorunmasını ən vacib məsələ kimi önə çəkir. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi diqqətdən kənarda qalmır. Bu, qarşılıqlı səfərlərin dinamikasında, yeni hədəflərin müəyyənləşdirilməsində, Azərbaycanın mövqeyinə xüsusi önəm verilməsində özünün aydın ifadəsini tapır. Bir sözlə, ölkəmizin xarici siyasət uğurlarının davamlılığı üçün çox mühüm amillər mövcuddur. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir.

Dövlətimizin başçısı İlham Əliyevin aprelin 2-də ölkəmizdə rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə keçiridyi təkbətək və geniş tərkibdə görüşlərdə, prezidentlərin mətbuata birgə bəyanatlarında, eyni zamanda, jurnalistlərin suallarına cavablarında da bu məqamlar xüsusi olaraq diqqətə çatdırıldı. Reallıq budur ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Diplomatik münasibətlərinin 30 ildən artıq dövrünü arxada qoyan Azərbaycan-Almaniya əlaqələrinin tarixinə qısa nəzər saldıqda görürük ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Xalqlarımız arasında əlaqələrin isə daha dərin kökləri vardır. Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir. Eyni zamanda, bu gün Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq mövcuddur.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu reallığı əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, iqtisadi sahədə əldə edilmiş nəticələr bizi ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə gələcək illərdə ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı, xüsusilə bərpaolunan enerji sahəsində daha fəal addımlar atılacaq. Almaniya şirkətlərinin çox böyük təcrübəsi var. Azərbaycanın da çox böyük proqramı, planları var. Ölkəmiz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindədir. Bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.

Vüqar Rəhimzadə qeyd edib ki, prezidentlərin görüşlərində, mətbuata bəyanatlarında əsas diqqət göstərilən məsələlərdən biri Azərbaycanın ötən il COP29 kimi mötəbər iqlim konfransına ev sahibliyi oldu. İqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən bu tədbir, eyni zamanda, çoxtərəfliliyin təntənəsi oldu. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçdi və bu konfrans böyük, uğurlu nəticələrlə diqqətdə oldu. Mətbuata bəyanatında “İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu, təəssüf hissi doğurur. Çünki Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Prezident İlham Əliyev, eyni zamanda, tarixi Zəfərimizdən sonra Azərbaycanın Ermənitsana təklif etdiyi sülh müqaviləsindən də bəhs etdi. Azərbaycanın 30 il erməni işğalından əziyyət çəkdiyini, xalqımızın etnik təmizləməyə məruz qaldığını, bir milyon azərbaycanlının erməni aqressiyasına görə evsiz-eşiksiz qaldığını, torpaqlarımızın təxminən 20 faizinin işğal altına düşdüyünü bir daha almaniyalı həmkarının diqqətinə çatdıran dövlət başçısı İlham Əliyev təəssüf hissi ilə qeyd etdi ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz tarixi Zəfərimiz sülh danışıqlarına yol açdı. Bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır.

Milli Məclisin deputatı hər bir səfərin münasibətlərdə yeni səhifənin başlanğıcı olduğunu önə çəkərək vurğulayıb ki, bu səfərin çox müsbət nəticələri olacaq. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir. Qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin indiyədək Almaniyaya iki rəsmi, 10-dan artıq işgüzar səfəri olub. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatından sonra jurnalistlərin suallarını cavablandırarkən bu mühüm amili xüsusi vurğuladı ki, biz regionda qeyri-sülh şəraiti ilə heç vaxt barışmamışıq. Bir tərəfin digər tərəfə ərazi iddialarına heç vaxt dəstək verməmişik. Beynəlxalq səviyyədə tanınmış sərhədlər qüvvədə olmalıdır, tanınmalıdır və onlara hörmətlə yanaşılmalıdır. Almaniyanın mövqeyinə gəldikdə öz xəttimizə, mövqeyimizə həmişə sadiq olmuşuq. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinə gəldikdə isə Frank-Valter Ştaynmayer qeyd etdi ki, istəyirik iki dövlət arasında qeyri-sülh dövrü geridə qalsın və sabitlik gətirəcək yeni bir gələcək yaransın. Həm Ermənistan, həm də Azərbaycan üçün Cənubi Qafqaz sülhün bərqərar olduğu regiona çevrilməlidir.

Vüqar Rəhimzadə bildirib ki, Almaniya, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Millət vəkili Azərbaycan-Almaniya münasibətlərinə qısa baxış əsasında bu qənaəti bildirib ki, iki ölkənin əməkdaşlığının uğurlu gələcəyi üçün bütün imkanlar mövcuddur. Hər iki tərəf əlaqələrin inkişafında maraqlıdır. Almaniya Prezidenti bu reallığı da xüsusi vurğuladı ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib. Buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində Azərbaycanın böyük rolu var. Azərbaycandan keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq.

Aparılan müzakirələrdə, prezidentlərin mətbuata bəyanatlarında belə bir əminlik ifadə olundu ki, Azərbaycan ilə Almaniya arasında istər ikitərəfli, istərsə də Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq əlaqələri bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək. Almaniya Prezidenti hazırda çox sürətli və dramatik dəyişikliklərin baş verdiyi dünyada yaşadığımızı önə çəkərək belə bir çağırışı səsləndirdi ki, beynəlxalq hüququn qorunması, dünyanın tənzimlənən əsaslarla inkişaf etməsində marağımız da bizi birləşdirir və biz gələcək nəsillərə də düzənsiz dünyanı qoyub getmək istəmirik.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

07.04.2025 / 22:21
Avropa İttifaqı ABŞ-a qarşı cavab rüsumları tətbiq edəcək

07.04.2025 / 22:18
Ermənistanda doğum səviyyəsinin azalması fevral ayında da davam etdi

07.04.2025 / 21:30
İpə-sapa yatmayan Kreml yenə şərt irəli sürdü

07.04.2025 / 21:21
Tramp Çini 50% -lik əlavə rüsumla hədələdi

07.04.2025 / 21:21
Fidan nə demək istədi - Türkiyə Avropanı ABŞ-dan ayrılmağa təşviq edir?..

07.04.2025 / 21:19
Çin ABŞ-dan qaz idxalını dayandırdı

07.04.2025 / 21:14
David Babayandan etiraf: "Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi" - MƏHKƏMƏ + FOTO

07.04.2025 / 21:07
ABŞ-Rusiya barışığı Ermənistan iqtisadiyyatını çökdürür...

07.04.2025 / 20:49
Qazaxıstan və Türkmənistan Türk Kiprinə qarşı təhlükəli addım atdı...

07.04.2025 / 20:34
Ermənistan hakimiyyətinin bu qərarı da Rusiyaya təsir etmədi...

07.04.2025 / 20:19
İlham Əliyevin Pakistan səfərinə qarşı Ermənistanda hazırlıqlar başladı...

07.04.2025 / 20:04
Qaçaq Süleymanın Səttarxan hərəkatında böyük yeri var...

07.04.2025 / 19:51
ABŞ və İsrail İranda bu yerləri vuracaq - Tehran qonşu ölkələrdən başladı...

07.04.2025 / 19:43
David Babayan: "İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı"

07.04.2025 / 19:36
Müxtəlif növ istehlak kreditləri tam fərqli faizlərlə verilir - Mərkəzi Bank bunu normal sayır?...

07.04.2025 / 19:30
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırıldı

07.04.2025 / 19:25
İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişləndirildi

07.04.2025 / 19:23
Türk Dövlətləri Təşkilatında dağıdıcı təzahürlər başlayıb - Qazaxıstan, Türkmənistan və Macarıstanın jestləri...

07.04.2025 / 19:09
Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

07.04.2025 / 18:55
“Kollektiv öz səhvini düzəldərək filmdən Buzovna adını sildi” - Mirzə Ağabəyli

07.04.2025 / 18:46
Müttəhim general Ermənistanın Qarabağda basdırdığı minanı markasına kimi etiraf etdi…

07.04.2025 / 18:44
Palandöken İqtisadi Forumu Türkiyənin Erzurum şəhərində baş tutacaq

07.04.2025 / 18:44
Respublikaçılar Ukraynaya yardımın kəsilməsini istəyir

07.04.2025 / 18:32
Nazirliyin elmi institutlarının birləşdirilməsi nəyi dəyişə bilər...

07.04.2025 / 18:20
Qardaş xalqlar ədəbiyyatı - özbək ədəbiyyatı...

07.04.2025 / 18:18
Ermənistan XİN-in "900 xəritə yalanı" onu hərbi cinayət məsuliyyətindən qurtara bilməz...

07.04.2025 / 18:06
Avroittifaqın Gürcüstanda çevriliş planı ifşa edildi - QHT-lərə bunun üçün pullar verilir...

07.04.2025 / 17:57
BOKT-larda "qızıl ehtiyatları" hansı yollarla əldə edilir?..

07.04.2025 / 17:50
Müraciətlərin çox olduğu məktəblərə qəbul zamanı kimlərə üstünlük tanınacağı açıqlandı

07.04.2025 / 17:44
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olundu

07.04.2025 / 17:37
Neftimizi 70 dollardan aşağı düşürə biləcək 2 ciddi təhlükə var...

07.04.2025 / 17:34
Qarabağ mövzusu sülh sazişindən bu yolla çıxarıldı - erməni XİN-in yanlışı...

07.04.2025 / 17:23
“Şərurlu İsfəndiyar” təhqir etdiyi alimlərdən üzr istəməyə necə məcbur edilə bilər? - Rəylər...

07.04.2025 / 17:10
Almanlar rusları "antifaşizm - 80" tədbirlərindən qovdular - kim haqlıdır?..

07.04.2025 / 17:03
“Ozan Dünyası” jurnalının yeni sayı işıq üzü görüb

07.04.2025 / 16:57
Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi - səbəbini də ilk dəfə açıqladı...

07.04.2025 / 16:45
Azərbaycan Prezidentinin Pakistan səfəri ermənilərə od qoydu - VİDEO

07.04.2025 / 16:36
“Düşünсə dəhlizi”

07.04.2025 / 16:22
ABŞ üniversitetlərində repressiya dalğası

07.04.2025 / 15:42
Valideynlərin uşaq sayına görə daha tez pensiyaya çıxması təklif edilir

07.04.2025 / 15:25
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTO

07.04.2025 / 15:21
İsrail jurnalistlərin olduğu çadırı vurdu

07.04.2025 / 15:20
Vətən sevgisinə tapınan ömür...

07.04.2025 / 15:16
Babayan: "Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim"

07.04.2025 / 14:44
"Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik" - David Babayan

07.04.2025 / 14:15
Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs edildi

07.04.2025 / 13:51
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü

07.04.2025 / 13:38
Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən bıçaqlandı...

07.04.2025 / 13:26
Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edildi

07.04.2025 / 13:20
İran Azərbaycana yeni səfir təyin edəcək

07.04.2025 / 13:10
Трамп и Путин совершили грубейшую ошибку - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.04.2025 / 12:51
Həyəcan verici perspektivlər: hökumətimizin bunlardan xəbəri varmı?!

07.04.2025 / 12:47
Qarabağ bölgəsi Bakının sosial yükünü necə azalda bilər?

07.04.2025 / 12:41
Şəmkirdə quldurluqda şübhəli bilinən şəxslər saxlandı - FOTO

07.04.2025 / 12:25
Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

07.04.2025 / 12:06
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır

07.04.2025 / 12:00
"Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında tunel tikiləcək - metropoliten rəsmisi

07.04.2025 / 11:43
DSX hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

07.04.2025 / 11:33
Sahibə Qafarova daha 3 il sədrlik edəcək - Qoşulmama Hərəkatından QƏRAR

07.04.2025 / 11:25
Bakıda 53 evin qaz sayğaclarını oğurlayanlar yaxalanıb

07.04.2025 / 11:15
Dmitriev:- “Amerika şirkətləri Rusiyaya qayıtmaq üçün minnətci düşürlər”

07.04.2025 / 11:08
Gələn aydan Bakıdan Kişinyova hər gün uçuşlar başlayır

07.04.2025 / 11:03
İran Bakıda ravvini öldürmək istədi - CANLI

07.04.2025 / 11:00
Bu gün Binəqədinin əksər yerlərində işıq olmayacaq - XƏBƏRDARLIQ

07.04.2025 / 10:31
"Yalnız bu halda saziş bağlaya bilərik"- Tramp Çinə şərtini açıqladı

07.04.2025 / 10:16
Əhməd əş-Şəraa Ankara yolçusudur

07.04.2025 / 10:07
5 güləşçimiz bu gün Avropa çempionatında mübarizəyə başlayır

07.04.2025 / 10:00
Bu gün Bakının 2 rayonu qazsız qalacaq

07.04.2025 / 09:39
TƏCİLİ - Cəbrayılda minaya düşən hərbçimiz həlak oldu

07.04.2025 / 09:32
Şəmkirdə 3 quldur yaxalanıb

07.04.2025 / 09:29
50-dən çox ölkə Trampa minnətçi düşüb - gömrük rüsumlarına görə...

07.04.2025 / 09:15
"Neftçi" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

07.04.2025 / 09:10
Berliner Zeitung: “Dmitriev Rusiya-ABŞ danışıqlarında əsas fiqur oldu”

07.04.2025 / 09:03
Xaçmazda ər arvadını öldürüb

07.04.2025 / 00:33
ABŞ-da Fələstinlə həmrəylik aksiyası keçirildi

06.04.2025 / 22:31
Trampın niyə Rusiyaya tariflər tətbiq etmədiyi məlum oldu...

06.04.2025 / 22:07
İsrail Türkiyəyə görə, Suriyanın zonalara bölünməsini təklif etdi

06.04.2025 / 21:53
İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

06.04.2025 / 20:26
Mask Trampın tarif qərarına qarşı çıxdı - ləğv edilsin və...

06.04.2025 / 20:12
Trampın müşaviri ilə bağlı növbəti qalmaqal - Uolts bu dəfə cəzalandırıla bilər...

06.04.2025 / 19:57
Konqres Trampa impiçment hazırlayır

Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011