Bazar günü, 6 aprel 2025
     

ABŞ-ın İran əməliyyatından qorxuya düşən Ermənistan Zəngəzur dəhlizini açmağa hazırlaşır

Image

ABŞ yaxın həftələrdə İrandakı nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırır. Bu barədə “The Daily Mail” nəşri anonimlik şərti ilə məlumat verən israilli siyasətçilərə və hərbçilərə istinadən yazıb. İsrail hökumətindəki yüksək rütbəli mənbə nəşrə bildirib ki, bunu çoxdan etmək lazım idi: “Bunlar çılğın tələblər deyil. Bu, İsraildə və bütün dünyada sabitlik üçün son dərəcə vacibdir. Artıq buna son qoymağın vaxtıdır”.

“The Daily Mail” qeyd edir ki, ABŞ-ın İrana hücuma hazırlığının təsdiqi “B2 Spirit” strateji bombardmançılarının Hind okeanındakı Dieqo Qarsiya adasındakı Amerika-Britaniya hərbi bazasına köçürülməsi ola bilər. Hazırda orada 7 belə təyyarə, eləcə də yanacaqdolduran təyyarələr var. Bu arada ABŞ ordusu regional təhdidlərə cavab vermək məqsədilə ikinci təyyarədaşıyan gəmisinin Yaxın Şərqə göndəriləcəyini açıqlayıb. Pentaqonun sözçüsü Şon Parnell bildirib ki, “Karl Vinson” təyyarədaşıyan gəmisi regional sabitliyi təşviq etmək, təcavüzün qarşısını almaq və regionda sərbəst ticarət axınını qorumaq üçün hazırda Yaxın Şərqdə olan digər təyyarədaşıyan “Harri Trumen”ə qoşulacaq. İsrailli hərbi mənbə “The Daily Mail”ə bildirib ki, İsrail ordusu son bir il ərzində Suriya, İraq və İranda hava hücumundan müdafiə sistemlərinə zərbələr endirərək, təyyarələr üçün yolları açıb və indi ölkə böyük hava hücumlarına hazırlaşır. Qəzetin mənbəsi vurğulayıb ki, İrana gedən yolda böyük bir hava əməliyyatı olub, hücum üçün əlverişli zəmin yaranıb. ABŞ və İsrail hesab edir ki, “Hizbullah” və HƏMAS artıq təhlükə yaratmır və ABŞ-ın Yəmən husilərinə qarşı hərbi əməliyyatı üsyançıların İsrail ərazisinə raket atmaq imkanlarını əhəmiyyətli dərəcədə azaldıb. Bundan əlavə, Tehran Suriyanın devrilmiş keçmiş prezidenti Bəşər Əsədin simasında regionda mühüm tərəfdaşını itirib. Mənbə “The Daily Mail”ə bildirib: “İsrailin nöqteyi-nəzərindən Trampın Ağ Evə gəlişi ilə İran probleminin həlli üçün optimal vaxt gəlib çatıb. Bundan yaxşı şans olmayacaq. Hər hansı bir xətt çəkmək vaxtıdır. Gözlənilən hücumun vaxtı hələ müəyyən edilməyib. Lakin Donald Tramp iranlılara mayın sonuna qədər vaxt verib ki, nüvə imkanlarını ləğv etməyə başlasınlar. Və İraqdakı müharibə ərəfəsində olduğu kimi, 2023-cü ildə İrandan qovulmuş nüvə müfəttişlərini ölkəyə qaytarsınlar”. “The Daily Mail” etiraf edir ki, İran Trampın ultimatumu qarşısında geri çəkilə bilər: “Donald Trampın həqiqətən qorxduğu yeganə şey nüvə silahıdır”. Britaniyanın “Deyli Ekspress” nəşri bu fonda yazır ki, Tehran nüvə sazişinin imzalanmasına razılaşmasa və nüvə silahı üzərində işi dayandırmasa, İran sentyabr ayına kimi yox olacaq. Nəşrə danışan mənbə bildirib ki, İranın nüvə sazişinə razılaşması üçün ABŞ-ın Yaxın Şərqə bombardmançı təyyarələr və əlavə aviadaşıyıcı qrupu yerləşdirdiyi müddət qədər sayılı günləri qalıb. Qeyd edək ki, artıq İranın hava məkanını bağladığı və ordunu tam döyüş hazırlığına gətirdiyi barədə məlumat yayılıb. “Mehr” agentliyi qeyd edir ki, müvafiq qərarlar ABŞ-ın təhdidləri və həm İsrail, həm də Amerika qüvvələrinin regionda fəallığının artması ilə bağlı qəbul edilib.

Baş verənlər şübhəsiz ki, İrana qonşu ölkələrə də təsir edəcək. Amma hazırda ən çox narahat olan ölkə kimi Ermənistan çıxış edir. Məsələ ilə bağlı politoloq Artur Xaçikyan qeyd edir ki, ABŞ-ın İrana hücumu Ermənistan üçün ciddi təhlükə yaradacaq: “Daxil olan məlumatlara görə, ABŞ buna ciddi hazırlaşır və bölgəmizə qoşun yeridir. ABŞ-ın İranla müharibəsi elə vəziyyət yaradacaq ki, rəqiblərimiz Zəngəzur məsələsinin güc yolu ilə həllinə əl ata bilər. Ümumiyyətlə, İranın mövqeyi Ermənistan və məncə, digər ölkələr üçün də son dərəcə arzuolunmazdır, çünki bu, Qərbin və İsrailin regionumuzda hegemonluğu demək olacaq”. İranşünas Nver Davtyan isə bildirir ki, Azərbaycanın Zəngəzur dəhlizini zorla açmaq kimi mümkün addımlarına İranın necə reaksiya verəcəyi məsələsi onun Qərblə, ilk növbədə ABŞ-la o dövrdəki münasibətlərinin vəziyyətindən asılıdır: “ABŞ və İsrail tərəfindən İrana qarşı aktiv hərbi əməliyyatlar İran üçün bir davranış modeli təklif edir, indiki hibrid qarşıdurmanı müşayiət edən nisbi sabitlik isə tamamilə fərqli bir model təklif edir. Hər halda, Tehran Ermənistandan keçən ekstraterritorial dəhlizin özünün uzunmüddətli maraqlarına ciddi təhlükələr yaratdığını yaxşı bilir. Eyni zamanda, bu dəhlizin açılmasının qarşısını almaq cəhdləri özlüyündə İranın təhlükəsizliyi üçün əlavə risklər yarada bilər. İranın fəal şəkildə müdaxilə etmək imkanları həm də hüquqi bazanın və İrəvanla Tehran arasında müvafiq razılaşmanın olmaması ilə məhdudlaşır. Tərəflər arasında Ermənistana hərbi yardım göstərilməsi üçün əsas ola biləcək hərbi əməkdaşlıqla bağlı ciddi razılaşmalar yoxdur, birgə təlimlər keçirilməyib”. Davtyan deyir ki, hüquqi və müqavilə bazasının olmaması aşkar problem və maneədir. Rusiyalı ekspert Vitali Arkov isə qeyd edir ki, əslində, Ermənistan özü İrana qarşı platsdarm ola bilər: “İrəvan hakimiyyəti ölkədə demokratik inqilab başlayacağı halda ABŞ və AB-nin simasında dünya birliyinin mütərəqqi qüvvələrinin köməyinə gələcəyi təqdirdə, ölkə ərazisini İrana qarşı mümkün müdaxilə üçün tramplin kimi istifadə etməyə razılıq verib. ABŞ-ın Almaniyadan Ermənistandakı poliqona hərbi texnika köçürmək istəməsi də bundan irəli gəlir. Almaniyadan Ermənistana təhvil verilən hərbi texnika Amerika-Ermənistan birgə sülhməramlı missiyalarının həyata keçirilməsi üçün vacibiyyət kimi ictimaiyyətə təqdim olunacaq, çünki məhz bu “əfsanə” altında iki ordunun birgə hərbi təlimləri keçirilib və bundan sonra Amerika qoşunları Ermənistanda qalmaqda davam edir”.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

07.04.2025 / 00:33
ABŞ-da Fələstinlə həmrəylik aksiyası keçirildi

06.04.2025 / 22:31
Trampın niyə Rusiyaya tariflər tətbiq etmədiyi məlum oldu...

06.04.2025 / 22:07
İsrail Türkiyəyə görə, Suriyanın zonalara bölünməsini təklif etdi

06.04.2025 / 21:53
İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

06.04.2025 / 20:26
Mask Trampın tarif qərarına qarşı çıxdı - ləğv edilsin və...

06.04.2025 / 20:12
Trampın müşaviri ilə bağlı növbəti qalmaqal - Uolts bu dəfə cəzalandırıla bilər...

06.04.2025 / 19:57
Konqres Trampa impiçment hazırlayır

06.04.2025 / 19:43
İsrail iki britaniyalı deputatı ölkədən qovdu...

06.04.2025 / 19:16
“Trampın Ukraynaya sülh gətirəcəyinə inanmaq sadəlövhlükdür”

06.04.2025 / 18:50
ABŞ ikinci THAAD batareyasını İsrailə təhvil verdi

06.04.2025 / 18:09
Rusiya Ukraynanın qərbini bombaladı - Polşa NATO qırıcılarını havaya qaldırdı...

06.04.2025 / 17:20
Avropa və ABŞ-da Tramp və Maska qarşı etiraz aksiyaları keçirilir

06.04.2025 / 16:58
Tanımış yazar Kənan Hacının yubileyi qeyd olunub

06.04.2025 / 16:20
Bir gündə 4 vətəndaşımız minaya düşdü - XİN-dən Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış...

06.04.2025 / 14:11
Ağdamda ata və 2 övladı minaya düşdü...

06.04.2025 / 13:27
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin UFO-larla bağlı dəhşətli bir sənədi ortaya çıxdı - yadplanetlilər 35 il əvvəl 23 sovet əsgərini daşa çeviriblər...

06.04.2025 / 12:32
Ukraynada ABŞ-la planlaşdırılan sazişin detalları sızdırıldı - Zelenski SBU-nu hərəkətə keçirdi

06.04.2025 / 11:20
ANAMA əməkdaşı Cəbrayılda minaya düşdü

06.04.2025 / 01:44
Orban İsrailin, Netanyahu Macarıstanın bayrağının altında dayandı...

06.04.2025 / 01:23
Tramp və Putin: bir məzara iki iddiaçı

06.04.2025 / 00:15
Pezeşkian: “ABŞ təkcə İranı deyil, bütün dünyanı aşağılayır”

06.04.2025 / 00:07
BMT Şurası Vaşinqton və İsrailin cəhdlərinə baxmayaraq Albaneseni yerində saxladı

05.04.2025 / 23:56
Sabah İmamoğlunun taleyinə qərar veriləcək...

05.04.2025 / 22:52
PSJ çempionluğunu elan etdi!

05.04.2025 / 20:16
İran Yəməndəki ordusunu geri çəkir, regiondakı digər silahlı qruplara da dəstəyi dayandırır - ABŞ-la müharibə hazırlığı…

05.04.2025 / 17:36
Zakir Həsənov xidməti müşavirə keçirdi - vəzifəli şəxslərə tapşırıqlar verildi

05.04.2025 / 17:17
Rəsmi Bakı Avropadan haqlı təminat istəyir - inandırın ki, uzun zaman qaz alacaqsınız...

05.04.2025 / 17:01
İsrail də Suriyada Türkiyə ilə qarşıdurma istəmir

05.04.2025 / 16:53
Público: “Rusiya ABŞ-la AB-yə qarşı tərəfdaşlıq formalaşdırır”

05.04.2025 / 16:50
Pezeşkiyan dəbdəbəli səyahətə çıxan köməkçisini bağışlamadı

05.04.2025 / 16:48
“Aprelin 7-də Ağ evdə Nitanyahunun Trampla görüşəcəyi gözlənilir”

05.04.2025 / 16:47
Misir İsraili gərginliyi artırmaqda ittiham etdi

05.04.2025 / 16:27
Bakıda mühakimə olunan ermənilərin işində yenidən "ATƏT oyunu"...

05.04.2025 / 16:20
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

05.04.2025 / 15:54
Bakıdan Avropaya ağır mesaj - maliyyə siyasətiniz yanlışdır...

05.04.2025 / 15:18
Akademik Musiqili Teatra yeni direktor təyin olunub

05.04.2025 / 15:12
Növbəti köç karvanı Suqovuşana çatdı, mənzillərin açarları təqdim olundu

05.04.2025 / 14:44
Erməni lobbisinin Azərbaycana qarşı "339 milyon dollarlıq təxribatı" baş tutmadı...

05.04.2025 / 13:23
Bakıda məşhur hotelin sahibinə elektron qolbaq taxıldı - 3 il...

05.04.2025 / 13:02
Daha 53 ailə Suqovuşan kəndinə köçürüldü...

05.04.2025 / 12:50
Vüqar Rəhimzadə: Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır

05.04.2025 / 10:30
Nizami Kino Mərkəzində “Tağıyev: Çar” bədii filminin təqdimat mərasimi olub - FOTO

05.04.2025 / 10:12
Ronaldo 931-ci qolunu vurdu

05.04.2025 / 10:02
Nyu-Yorkda Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə həsr olunmuş brifinq keçirilib

05.04.2025 / 10:00
ABŞ-da yumurta kəskin bahalaşdı, insanlar Pasxa üçün kartof rəngləməli oldular

05.04.2025 / 09:56
ABŞ-ın Yəmənə hücumlara görə nə qədər pul xərclədiyi məlum oldu

05.04.2025 / 09:33
Saxta ev yağları ilə milləti illərlə zəhərləmiş işbazlar cəzasız buraxıla bilməz...

05.04.2025 / 09:13
“Dünya Müsəlman Alimlər Birliyi” İsrailə cihad elan elədi

05.04.2025 / 08:45
Kənd Təsərrüfatı Nazirliyinin Agentliyində və Mərkəzində nələr baş verir...

05.04.2025 / 00:29
Azərbaycan- Ermınistan müharibəsi yenidən başlasa ,Rusiya və İranln reaksiyası belə olacaq....

04.04.2025 / 23:14
Azərbaycan XİN Ermənistanı minalarla bağlı dəqiq məlumatları paylaşmağa çağırdı

04.04.2025 / 22:21
General Azər İbrahimov yüksək vəzifəyə təyin edildi...

04.04.2025 / 21:45
Trampın ABŞ -ı qaytarmaq istədiyi "qızıl dövr" nə vaxt olub və hansı "dağların arxasında qaldı"?.....

04.04.2025 / 21:19
Tramp əsas rəqibini həbsə basan Makronu vurdu - Marin Le Penə tam dəstək verdi...

04.04.2025 / 21:04
Mirzə Fətəli Axundovu erməni müəllim idarə edib? - Ədəbiyyat tariximizdə mübahisə...

04.04.2025 / 20:46
Hakan Fidan: “Suriyada İsraillə qarşılaşmaq istəmirik”

04.04.2025 / 20:37
MN-də milyonlarla pul mənimsəmiş şirkətin sahibi Londondadır, şirkət isə Bakıda mühakimə olunur...

04.04.2025 / 20:24
Tramp region ölkələri arasında ən ağır rüsumu Qazaxıstana yüklədi - Almatının “suçu” nə...

04.04.2025 / 20:15
David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırdığını etiraf edib - FOTO

04.04.2025 / 20:10
Maliyyə mərkəzləri Avropanın enerji təminatına mane olur - Əliyev çıxış yolunu dedi...

04.04.2025 / 19:57
Zəngəzur dəhlizi barədə Çinin adından 2 kəskin ziddiyyətli fikir yayıldı...

04.04.2025 / 19:46
Reuters: “Tramp administrasiyası Baydenin satmaqdan imtia etdiyi silahları İsrailə satdı”

04.04.2025 / 19:44
Tramp administrasiyası III Dünya Müharibəsinin qarşısını aldı?

04.04.2025 / 19:41
Elvin Rüstəmzadənin filmi aləmi bir-birinə vurdu, Buzovna narahatdır - tanınmış aktyorun etirazı...

04.04.2025 / 19:29
ABŞ-ın zərbələri İranı parçalayacaq, yeni dövlətlər yaranacaq...

04.04.2025 / 19:15
Naxçıvandan Bakıya meyvə tingləri gətirmək qadağan olunub - kim?

04.04.2025 / 19:02
Rusiya mətbuatında Almaniya prezidentinin Bakı səfərinə rəy - "bir az qıcıqlandırdı"...

04.04.2025 / 18:47
Dollarla əmanət yatırımına maraq artır...

04.04.2025 / 18:34
Ermənistanla saziş məsələsində Ştaynmayer də yanlış təsəvvürdə imiş - Əliyev vaxtında işə qarışdı...

04.04.2025 / 18:20
“3+3” formatında Bakı-İrəvan sazişi - İran hansı məqsədi güdür...

04.04.2025 / 18:06
Makronla Əlcəzair prezidenti "barışdılar" - müstəmləkə dövründən qalmış problemlər...

04.04.2025 / 17:52
Min illik İran-Ermənistan qonşuluğu hardan çıxdı, Zəngəzurun İran şahına nə bağlılığı?..

04.04.2025 / 17:39
İsrail Suriyanı vurur, Türkiyə hələ sözdən o tərəfə getmir - niyə?..

04.04.2025 / 17:30
İqtisadi Şuranın növbəti iclası keçirildi...

04.04.2025 / 17:25
120-dən çox musiqi müəlliminin əksəriyyətinə "0" bal yazılıb...

04.04.2025 / 17:12
Azərbaycanda dini tolerantlıq barədə 2 fərqli beynəlxalq hesabat - belə də olurmuş...

04.04.2025 / 16:59
Bakıya toplaşmış 24 ölkəni, 42 şirkəti düşündürən əsas sualın cavabı tapıldı - təklifi dinləyin...

04.04.2025 / 16:48
BNMİ-dən növbəti əməliyyat - 20 kq narkotik tutuldu - FOTO

04.04.2025 / 16:35
Naxçıvanda fermasında 3 dağ keçisi aşkarlanan ovçu saxlandı

04.04.2025 / 16:22
Zelenski ərazi güzəştinə "yaşıl işıq" yandırdı - bir şərtlə razı ola bilərik...

04.04.2025 / 16:10
"Qondarma rejimin “müdafiə naziri”ni Ermənistan prezidenti təyin edirdi" - Təqsirləndirilən şəxs

Azərbaycanda dini tolerantlıq barədə 2 fərqli beynəlxalq hesabat - belə də olurmuş...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011