Bazar ertəsi günü, 7 aprel 2025
     

Vətən müharibəsindən sonra diaspor quruculuğunda mübahisəli mərhələ açılıb...

Image

44 günlük Vətən müharibəsindən sonra diaspor quruculuğu sahəsində yeni çağırışlar gündəmə gəldi. Əlbəttə, bu müharibədə qazanılan qələbə bütün sahələrə sirayət etdiyi kimi diasporun da həyatına öz təsirini göstərdi.

Vətən müharibəsindən sonrakı dövrdə diaspor quruculuğunun və lobbiçilik institutunun canlandığı diqqətdən yayınmadı. Amma bütövlükdə diasporumuz və lobbi təşkilatlarımız daha güclü iradə ortaya qoymalıdır. 44 günlük Vətən müharibəsindən sonra nəinki bölgədə, bütövlükdə dünyada Azərbaycan yeni siyasi reallıqlar ortaya qoydu, regionun lider dövləti kimi özünü bir daha təsdiqlədi.

Bu gün Azərbaycan dövləti diaspor quruculuğunu, onun güclənməsini, inkişafını əsas məsələlərdən biri kimi diqqətdə saxlayır. Aidiyyəti qurumlar bu sahəyə ciddi töhfələr verirlər. Əslində, yeni dövrdə Azərbaycan diasporu tamam yeni proqramlarla, yeni konsepsiyalarla yola çıxamalıdır ki, öz fəaliyyətini qüsursuz şəkildə, Azərbaycanın dövlət siyasətinə uyğun qura bilsin. Bu çox vacibdir. Düzdür, bütün dövrlərdə Azərbaycan diasporu dövlətimizin, xalqımızın yanında olub, həqiqətlərimizi, yeni formalaşan reallıqları təbliğ edib.

“Bütün bu fəaliyyətlər həm də çatışmazlıq və boşluqların aradan qaldırılmasına xidmət etməlidir”

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin fikrincə, 44 günlük müharibədən sonra formalaşan yeni reallıqlar mütləq şəkildə nəzərə alınmalıdır. “Xaricdəki soydaşlarımız daha mütəşəkkil şəkildə informasiya müharibəsi aparmalı, təbliğat və təşviqatlarını gücləndirməlidir. Bütün bu fəaliyyətlər həm də çatışmazlıq və boşluqların aradan qaldırılmasına xidmət etməlidir. Məsələn, biz müşahidə edirik ki, xaricdə azərbaycanlı və azərbaycanpərəst əcnəbi ekspert azlığı var. Xüsusən, dünya mediasında sözümüzü deyən ekspertlər barmaqla sayılacaq qədərdir. Buna görə də xaricdə soydaşlarımızdan ibarət yeni nəsil jurnalist, politoloq, ekspert komandası yetişməlidir. Bu iş uzunmüddətli strategiya əsasında aparılmalıdır. Yəni bu gün görülən iş gələcək üçün hesablanmalıdır. Bu baxımdan, xaricdə böyüyən gənclərimizin də universitetlərdə müvafiq istiqamətlər üzrə ali təhsil almasına, yaşadıqları cəmiyyətin ictimai-siyasi həyatında fəal olmasına ciddi diqqət yönəldilməlidir. Belə olduqda, onlar ali məktəbi bitirdikdən sonra potensial jurnalist, politoloq olacaqlar. Gənclərimiz, eyni zamanda beyin mərkəzləri ilə işləyə və ya özləri belə bir mərkəz yaradıb həmrəy şəkildə fəaliyyət göstərə bilərlər. Bunun üçün xaricdə yaşadıqları cəmiyyətə inteqrasiya olunan, amma assimilyasiya olmayan gənclər ordusu yaradılmalıdır. Onlar Azərbaycanın xaricdə siması olaraq yaşadıqları ölkələrin media ulduzlarına çevrilməlidirlər”-deyə o bildirib.

“Əvvəlki dövrdə mövcud olan bəzi problemlər hələ də qalmaqdadır”

Vətən müharibəsindən sonra diaspor quruculuğunda inkişaf, durğunluq və geriləmə təzahürləri necə qiymətləndirilə bilər?

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın müzəffər Ordusunun qələbəsindən sonra bütün Azərbaycan xalqında ruh yüksəkliyi yarandığı kimi diasporda da dəyişikliklər var. “Yəni ərazi bütövlüyümüzün bərpası, Azərbaycan xalqının beynəlxalq aləmdə imicinin artması ilə bağlı hamımızda qürur, iftixar hissi artıb. Bu da diaspor təşkilatlarımızın öz işlərini yenidən qurması, daha fəal fəaliyyəti üçün münbit şərait yaratdı.

Əlbəttə ki, əvvəlki dövrdə mövcud olan bəzi problemlər hələ də qalmaqdadır. Lakin biri var Qərb dövlətlərinin dəstəyi ilə Ermənistanın işğalı, hücumu və Azərbaycan xalqını ruhdan salan əvvəlki dövrlərdə işləmək, biri də var qalib xalqın nümayəndəsi kimi iş görmək. Bu amil diaspor təşkilatlarının işini asanlaşdırır. Bu zaman məsuliyyət hissi daha da artmalıdır ki, formalizmdən uzaq olsunlar. Yəni tədbir xatirinə tədbir keçirmək yox, bilavasitə Azərbaycanın qələbələrinin dəstəklənməsi, qələbələrimizin daha çox olması fonunda işləri artırmalıdır. Bilirsiz ki, Azərbaycanın qələbəsindən sonra Qərb ölkələri, xüsusən də Fransa Azərbaycana qarşı təxribatları artırır. Bu sahədə Avropa İttifaqına daxil olan ölkələrdə Azərbaycan diasporunun fəaliyyəti daha da güclənməlidir. Məsələn, son günlər Almaniya prezidentinin Ermənistana səfəri zamanı təxribat xarakterli təsvirin yayılması baş verdi, sonra onlar üzr istədilər. Bunlar hamısı Azərbaycanın indiki dövrdə gücünü göstərir. Tutaq ki, 44 günlük müharibəyə qədər olsaydı, bəlkə də Almaniya heç bu addımı atmazdı. Yəni indi qalib ölkə ilə hesablaşırlar. Qalib xalqın və qalib dövlətin diasoru da buna uyğun fəaliyyət göstərməlidir. Əgər hansısa ölkədə buna uyğun fəaliyyət göstərə bilmirlərsə yerlərini daha gənc, daha perspektivli insanlara verməlidirlər. Bir məqamı da deyim, mən Avropada çox olmuşam. Qardaş Türkiyə diasporu Azərbaycan diasporuna həddindən çox köməklik göstərir. Bizim diasporun günü həm də qardaş Türkiyənin dəstəyi ilə həyata keçirilir. Bu sahədə də mən qardaş türk xalqının diasporuna uğurlar arzulamaqla yanaşı, həm də onların bu dəstəyi daha da gücləndirməsini arzu edərdim. Çünki Türkiyə güclü, oturuşmuş bir dövlətdir və Avropada çoxlu sayda türk var, aralarında vətəndaşlıq alanlar da az deyil. Bu əməkdaşlığı daha da gücləndirmək Azərbaycan diasporunun fəaliyyətini daha da gücləndirə bilər” - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

07.04.2025 / 00:33
ABŞ-da Fələstinlə həmrəylik aksiyası keçirildi

06.04.2025 / 22:31
Trampın niyə Rusiyaya tariflər tətbiq etmədiyi məlum oldu...

06.04.2025 / 22:07
İsrail Türkiyəyə görə, Suriyanın zonalara bölünməsini təklif etdi

06.04.2025 / 21:53
İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

06.04.2025 / 20:26
Mask Trampın tarif qərarına qarşı çıxdı - ləğv edilsin və...

06.04.2025 / 20:12
Trampın müşaviri ilə bağlı növbəti qalmaqal - Uolts bu dəfə cəzalandırıla bilər...

06.04.2025 / 19:57
Konqres Trampa impiçment hazırlayır

06.04.2025 / 19:43
İsrail iki britaniyalı deputatı ölkədən qovdu...

06.04.2025 / 19:16
“Trampın Ukraynaya sülh gətirəcəyinə inanmaq sadəlövhlükdür”

06.04.2025 / 18:50
ABŞ ikinci THAAD batareyasını İsrailə təhvil verdi

06.04.2025 / 18:09
Rusiya Ukraynanın qərbini bombaladı - Polşa NATO qırıcılarını havaya qaldırdı...

06.04.2025 / 17:20
Avropa və ABŞ-da Tramp və Maska qarşı etiraz aksiyaları keçirilir

06.04.2025 / 16:58
Tanımış yazar Kənan Hacının yubileyi qeyd olunub

06.04.2025 / 16:20
Bir gündə 4 vətəndaşımız minaya düşdü - XİN-dən Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış...

06.04.2025 / 14:11
Ağdamda ata və 2 övladı minaya düşdü...

06.04.2025 / 13:27
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin UFO-larla bağlı dəhşətli bir sənədi ortaya çıxdı - yadplanetlilər 35 il əvvəl 23 sovet əsgərini daşa çeviriblər...

06.04.2025 / 12:32
Ukraynada ABŞ-la planlaşdırılan sazişin detalları sızdırıldı - Zelenski SBU-nu hərəkətə keçirdi

06.04.2025 / 11:20
ANAMA əməkdaşı Cəbrayılda minaya düşdü

06.04.2025 / 01:44
Orban İsrailin, Netanyahu Macarıstanın bayrağının altında dayandı...

06.04.2025 / 01:23
Tramp və Putin: bir məzara iki iddiaçı

06.04.2025 / 00:15
Pezeşkian: “ABŞ təkcə İranı deyil, bütün dünyanı aşağılayır”

06.04.2025 / 00:07
BMT Şurası Vaşinqton və İsrailin cəhdlərinə baxmayaraq Albaneseni yerində saxladı

05.04.2025 / 23:56
Sabah İmamoğlunun taleyinə qərar veriləcək...

05.04.2025 / 22:52
PSJ çempionluğunu elan etdi!

05.04.2025 / 20:16
İran Yəməndəki ordusunu geri çəkir, regiondakı digər silahlı qruplara da dəstəyi dayandırır - ABŞ-la müharibə hazırlığı…

05.04.2025 / 17:36
Zakir Həsənov xidməti müşavirə keçirdi - vəzifəli şəxslərə tapşırıqlar verildi

05.04.2025 / 17:17
Rəsmi Bakı Avropadan haqlı təminat istəyir - inandırın ki, uzun zaman qaz alacaqsınız...

05.04.2025 / 17:01
İsrail də Suriyada Türkiyə ilə qarşıdurma istəmir

05.04.2025 / 16:53
Público: “Rusiya ABŞ-la AB-yə qarşı tərəfdaşlıq formalaşdırır”

05.04.2025 / 16:50
Pezeşkiyan dəbdəbəli səyahətə çıxan köməkçisini bağışlamadı

05.04.2025 / 16:48
“Aprelin 7-də Ağ evdə Nitanyahunun Trampla görüşəcəyi gözlənilir”

05.04.2025 / 16:47
Misir İsraili gərginliyi artırmaqda ittiham etdi

05.04.2025 / 16:27
Bakıda mühakimə olunan ermənilərin işində yenidən "ATƏT oyunu"...

05.04.2025 / 16:20
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

05.04.2025 / 15:54
Bakıdan Avropaya ağır mesaj - maliyyə siyasətiniz yanlışdır...

05.04.2025 / 15:18
Akademik Musiqili Teatra yeni direktor təyin olunub

05.04.2025 / 15:12
Növbəti köç karvanı Suqovuşana çatdı, mənzillərin açarları təqdim olundu

05.04.2025 / 14:44
Erməni lobbisinin Azərbaycana qarşı "339 milyon dollarlıq təxribatı" baş tutmadı...

05.04.2025 / 13:23
Bakıda məşhur hotelin sahibinə elektron qolbaq taxıldı - 3 il...

05.04.2025 / 13:02
Daha 53 ailə Suqovuşan kəndinə köçürüldü...

05.04.2025 / 12:50
Vüqar Rəhimzadə: Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır

05.04.2025 / 10:30
Nizami Kino Mərkəzində “Tağıyev: Çar” bədii filminin təqdimat mərasimi olub - FOTO

05.04.2025 / 10:12
Ronaldo 931-ci qolunu vurdu

05.04.2025 / 10:02
Nyu-Yorkda Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə həsr olunmuş brifinq keçirilib

05.04.2025 / 10:00
ABŞ-da yumurta kəskin bahalaşdı, insanlar Pasxa üçün kartof rəngləməli oldular

05.04.2025 / 09:56
ABŞ-ın Yəmənə hücumlara görə nə qədər pul xərclədiyi məlum oldu

05.04.2025 / 09:33
Saxta ev yağları ilə milləti illərlə zəhərləmiş işbazlar cəzasız buraxıla bilməz...

05.04.2025 / 09:13
“Dünya Müsəlman Alimlər Birliyi” İsrailə cihad elan elədi

05.04.2025 / 08:45
Kənd Təsərrüfatı Nazirliyinin Agentliyində və Mərkəzində nələr baş verir...

05.04.2025 / 00:29
Azərbaycan- Ermınistan müharibəsi yenidən başlasa ,Rusiya və İranln reaksiyası belə olacaq....

04.04.2025 / 23:14
Azərbaycan XİN Ermənistanı minalarla bağlı dəqiq məlumatları paylaşmağa çağırdı

04.04.2025 / 22:21
General Azər İbrahimov yüksək vəzifəyə təyin edildi...

04.04.2025 / 21:45
Trampın ABŞ -ı qaytarmaq istədiyi "qızıl dövr" nə vaxt olub və hansı "dağların arxasında qaldı"?.....

04.04.2025 / 21:19
Tramp əsas rəqibini həbsə basan Makronu vurdu - Marin Le Penə tam dəstək verdi...

04.04.2025 / 21:04
Mirzə Fətəli Axundovu erməni müəllim idarə edib? - Ədəbiyyat tariximizdə mübahisə...

04.04.2025 / 20:46
Hakan Fidan: “Suriyada İsraillə qarşılaşmaq istəmirik”

04.04.2025 / 20:37
MN-də milyonlarla pul mənimsəmiş şirkətin sahibi Londondadır, şirkət isə Bakıda mühakimə olunur...

04.04.2025 / 20:24
Tramp region ölkələri arasında ən ağır rüsumu Qazaxıstana yüklədi - Almatının “suçu” nə...

04.04.2025 / 20:15
David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırdığını etiraf edib - FOTO

04.04.2025 / 20:10
Maliyyə mərkəzləri Avropanın enerji təminatına mane olur - Əliyev çıxış yolunu dedi...

04.04.2025 / 19:57
Zəngəzur dəhlizi barədə Çinin adından 2 kəskin ziddiyyətli fikir yayıldı...

04.04.2025 / 19:46
Reuters: “Tramp administrasiyası Baydenin satmaqdan imtia etdiyi silahları İsrailə satdı”

04.04.2025 / 19:44
Tramp administrasiyası III Dünya Müharibəsinin qarşısını aldı?

04.04.2025 / 19:41
Elvin Rüstəmzadənin filmi aləmi bir-birinə vurdu, Buzovna narahatdır - tanınmış aktyorun etirazı...

04.04.2025 / 19:29
ABŞ-ın zərbələri İranı parçalayacaq, yeni dövlətlər yaranacaq...

04.04.2025 / 19:15
Naxçıvandan Bakıya meyvə tingləri gətirmək qadağan olunub - kim?

04.04.2025 / 19:02
Rusiya mətbuatında Almaniya prezidentinin Bakı səfərinə rəy - "bir az qıcıqlandırdı"...

04.04.2025 / 18:47
Dollarla əmanət yatırımına maraq artır...

04.04.2025 / 18:34
Ermənistanla saziş məsələsində Ştaynmayer də yanlış təsəvvürdə imiş - Əliyev vaxtında işə qarışdı...

04.04.2025 / 18:20
“3+3” formatında Bakı-İrəvan sazişi - İran hansı məqsədi güdür...

04.04.2025 / 18:06
Makronla Əlcəzair prezidenti "barışdılar" - müstəmləkə dövründən qalmış problemlər...

04.04.2025 / 17:52
Min illik İran-Ermənistan qonşuluğu hardan çıxdı, Zəngəzurun İran şahına nə bağlılığı?..

04.04.2025 / 17:39
İsrail Suriyanı vurur, Türkiyə hələ sözdən o tərəfə getmir - niyə?..

04.04.2025 / 17:30
İqtisadi Şuranın növbəti iclası keçirildi...

04.04.2025 / 17:25
120-dən çox musiqi müəlliminin əksəriyyətinə "0" bal yazılıb...

04.04.2025 / 17:12
Azərbaycanda dini tolerantlıq barədə 2 fərqli beynəlxalq hesabat - belə də olurmuş...

04.04.2025 / 16:59
Bakıya toplaşmış 24 ölkəni, 42 şirkəti düşündürən əsas sualın cavabı tapıldı - təklifi dinləyin...

04.04.2025 / 16:48
BNMİ-dən növbəti əməliyyat - 20 kq narkotik tutuldu - FOTO

04.04.2025 / 16:35
Naxçıvanda fermasında 3 dağ keçisi aşkarlanan ovçu saxlandı

04.04.2025 / 16:22
Zelenski ərazi güzəştinə "yaşıl işıq" yandırdı - bir şərtlə razı ola bilərik...

04.04.2025 / 16:10
"Qondarma rejimin “müdafiə naziri”ni Ermənistan prezidenti təyin edirdi" - Təqsirləndirilən şəxs

Azərbaycanda dini tolerantlıq barədə 2 fərqli beynəlxalq hesabat - belə də olurmuş...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011