Çərşənbə axşamı günü, 8 aprel 2025
     

Ştaynmayer 2 qlobal problemin İlham Əliyevlə müzakirəsinə ehtiyac duydu...

Image

Akif Nağı: "Azərbaycanın dünyada gedən proseslərə təsir imkanları var və Almaniya da bu imkanlardan yararlanmaq fikrindədir"

Prezident İlham Əliyevlə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatla çıxış edərkən qonaq deyib ki, bu gün digər beynəlxalq məsələlər də müzakirə edildi, o cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi. Bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi.

Almaniyanın belə bir məsələnin müzakirəsində marağı başadüşüləndir. Çünki Almaniya Avropa məkanında yerləşir, onun ABŞ ilə gərginliyinin Almaniyaya birbaşa təsiri var. Eləcə də Avropanın Rusiya ilə gərginliyinin Almaniyaya təsiri kifayət qədərdir. Bu kontekstdə Almaniya Avropanın aparıcı dövləti olaraq Azərbaycandan hansı təmənnalar gözləyə bilər? Bu mövzunun açılmasının səbəbi nədir? Bu konteksdə Almaniya prezidenti İlham Əliyevdən nəyi eşitmək istəyirdi?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Akif Nağı bildirdi ki, bu görüş zamanı çoxsahəli müzakirələr aparılıb, bütün məsələlərdə prezident dövlətimizin mövqeini aydın şəkildə ortaya qoyub: "Vaxt var idi, biz müəyyən məsələlərin üstünfən keçirdik, düşünürdük kı, bu kimlərinsə xoşuna gəlməz. Amma indi bütün məsələlərlə bağlı dövlətimizin mövqeyini aydın səkildə ortaya qoya bilirik. Bu o deməkdir ki, Azərbaycanın mövqeyi ilə hesablaşırlar, bu çox vacib məqamdır. Azərbaycan ikinci Qarabağ müharibəsində əldə etdiyi qələbəsi ilə dünyaya mesaj verdi ki, o özünü müdafiə etməyi bacarır. Özünü müdafiə etməyi bacaran dövlətə isə digər dövlətlər hörmətlə yanaşmağa məcburdur. Bu, Azərbaycanın dünyadakı nüfuzundan xəbər verir. Azərbaycan regionun lider dövləti olmaqla yanaşı, dünyada gedən geosiyasi proseslərə təsir etmək imkanına malikdir. Azərbaycanın Amerika, Rusiya və Avropa ölkələri ilə münasibətləri bərabərhüquqlu müstəvidə qurulub. Eyni zamanda, Azərbaycan ABŞ və Rusiya siyasətinə müəyyən mənada təsir edə bilir. Biz müşahidə edirik ki, Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşəndə Azərbaycan Moskvanın xahişi ilə məsələyə müdaxilə etdi və münasibətləri normal məcraya qaytara bildi. Yaxud İsraillə Türkiyə arasında münasibətlər gərginləşəndə yenə Azərbaycanın vasitəçiliyinə ehtiyac yarandı. Bütün bunlar Azərbaycanın nüfuzundan xəbər verir. Ona görə də belə məsələlərin Azərbaycan prezidenti ilə müzakirə edilməsi təsadüfi hal deyil.

Bilirsiniz ki, Almanıyada hamimiyyət dəyişikliyi baş verib. Fridrix Merz yeni kansler kimi hökumətə başçılıq edəcək. Almanıyada prezidentin elə ciddi səlahiyyəti yoxdur, amma müəyyən məsələlərdə, xüsusilə beynəlxalq münasibətlərdə Almaniya prezidenti əvvəlki dövrlərdə də ciddi rol oynayib. Məsələn, Merzin regiona səfəri Almaniyaya heç nə verməzdi. Çünki o, nə Almaniyanın siyasəti ilə hələ yaxından tanış deyil, nə də regiondakı situasiyanı tamlıqla bilmir. Ona görə də illərdir siyasətin içində olan prezidentin regiona səfərini təşkil ediblər.

Region ölkələrindən Ermənistanın heç bir məsələyə təsir imkanları olmadığından ona bəzi vədlər, bəlkə də aldadıcı vədlər verməklə onu öz təsirləri altında saxlamağa çalışdılar.

Gürcüstanla da Almaniyanın münasibət qurması asan olmayacaq. Çünki onların Avropa İttifaqı ilə münasibətləri gərgindir. Yəqin çalışacaqlar ki, Gürcüstan Avropaya inteqrasiyadan tam şəkildə imtina etməsin, münasibətlərdə yeni mərhələyə başlasınlar.

Azərbaycanla bağlı isə onu müşahidə edirik ki, Almaniya rəsmi Bakının nüfuzundan istifadə edərək onun mövqeyini müəyyən məsələlərdə nəzərə almaq niyyətindədir.

Azərbaycan Türkiyə ilə tandemdə hərəkət edərək böyük bir regional geosiyasi güc formalaşdırıb. Eyni zamanda, Azərbaycan Türkiyə ilə birlikdə türk dünyasının mərkəzində dayanan bir dövlətdir. Hazırda Turan dünyası böyük bir gücə çevrilməkdədir. Azərbaycan prezidenti təsadüfən demədi ki, bizim ailəmiz Turan ailəsidir. Azərbaycan Turan ailəsinin üzvü olaraq dünyanın ən qlobal məsələlərinə, o cümlədən Rusiya-Amerika, Rusiya-Avropa, Amerika-Avropa münasibətlərinə təsir imkanlarına malikdir.

Digər tərəfdən, burada enerji təhlükəsizliyi məsələsi də var. Bu məsələdə Azərbaycanın rolu daha güclüdür və yəqin ki, danışıqlar zamanı bu məsələ də müzakirə edilib. Rusiya ilə Avropa arasında olan gərginliyin aradan qaldırılmasında Azərbaycan həm vasitəçı kimi rol oynayır, həm də Avropanın enerji təhlükəsiziyinin şaxələndirilməsində ölkəmiz əsas iştirakçılardandır.

Bununla yanaşı, Avropa ilə Amerika arasındakı gərginliyin azaldılmasında da Azərbaycanın müəyyən rolu ola bilər.

Azərbaycan Avropanın aparıcı dövləti olan Fransanın təhdidləri qarşısında geri çəkilmədi. Faktiki olaraq Fransanın günahı üzündən Azərbaycan-Fransa münasibətləri korlanıb. Eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər arzuolunan səviyyədə deyil. Azərbaycana qarşı həm Avropa İttifaqı, həm AŞPA, həm Avropa Parlamenti zaman-zaman qərəzli bəyanatlar və digər sənədlər qəbul edirlər. AŞPA-da Azərbaycan nümayəndə heyəti səsvermə hüququndan məhrum edilib. Bu, birinci növbədə Fransanın pozucu fəaliyyəti ilə bağlıdır. Təəssüf ki, Avropa qurumlarında da Fransanın bu mövqeyi qəbul edilir.

Yəni bu münasibətlərin nizana salınması ilə Avropa özünə müəyyən müttəfiqlər axtarır. Çünki çox bərbad siyasət apardıqlarına görə hər yandan təcrid olunublar. İndi Avropa bu blokadalardan çıxmağa çalışır. Onlardan biri də Azərbaycanla münasibətdir. Ola bilsin ki, yaxın zamanlarda bu istiqamətdə Almaniyanın mövqeyində dəyişiklik müşahidə edilsin.

Nəticə olaraq qeyd edək ki, Azərbaycanın dünyada gedən proseslərə təsir imkanları var və Almaniya da bu imkanlardan yararlanmaq fikrindədir".

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

08.04.2025 / 11:18
Trampın tarif siyasəti Maskı da vurdu

08.04.2025 / 11:08
62 yaşında qayadan yıxılıb öldü...

08.04.2025 / 11:01
Tramp ABŞ ordusuna 1 trilyon dollar ayırdı

08.04.2025 / 10:36
"Real" "Arsenal"a, "İnter" "Bavariya"ya qarşı

08.04.2025 / 10:26
Taariflərə görə Maskla Tramp arasında münasibətlər soyudu

08.04.2025 / 10:20
Trampın diqqət çəkən “Ərdoğan” açıqlaması

08.04.2025 / 10:18
TƏBİB-in Çağrı mərkəzinə cari ilin ilk rübündə 32 mindən çox müraciət daxil olub

08.04.2025 / 10:12
"Rusiyanın Ukraynanı bombalamasından xoşum gəlmir"

08.04.2025 / 10:06
Tramp Iranla “çox böyük görüş” elan etdi

08.04.2025 / 10:00
Ceyhun Bayramov Abdullah bin Zaid Əl Nəhayyan ilə görüşüb

08.04.2025 / 10:00
“Aİ ABŞ-a zərər vermək üçün yaradılıb” - ABŞ prezidentindən AÇIQLAMA

08.04.2025 / 09:33
Yas yerində evin eyvanı uçub - 5 nəfər xəsarət alıb

08.04.2025 / 09:31
Abşeronun bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

08.04.2025 / 09:27
Dmitriyevin atası Ukraynada yaşayır

08.04.2025 / 09:23
Ölənin kredit borcunu övladlarından alırıq, toplanmış pensiya kapitalını övladlarına vermirik... Təklif...

08.04.2025 / 09:21
Ağ Evdə ÇAT - Mask Trampa qarşı

08.04.2025 / 09:11
Borclu olanların ölkədən çıxışı barədə yeni qayda hazırlanır

08.04.2025 / 09:06
Bu ölkədə baş prokuror prezidentin həbsini tələb edir...

08.04.2025 / 09:00
ABŞ Ali Məhkəməsi Trampa dəstək çıxdı

08.04.2025 / 08:49
Bu gecə Kəlbəcərdə zəlzələ olub

08.04.2025 / 08:38
Pullu parklanma yaxşı - ancaq AYNA "parklanma xaosu" yaradır...

07.04.2025 / 22:21
Avropa İttifaqı ABŞ-a qarşı cavab rüsumları tətbiq edəcək

07.04.2025 / 22:18
Ermənistanda doğum səviyyəsinin azalması fevral ayında da davam etdi

07.04.2025 / 21:30
İpə-sapa yatmayan Kreml yenə şərt irəli sürdü

07.04.2025 / 21:21
Tramp Çini 50% -lik əlavə rüsumla hədələdi

07.04.2025 / 21:21
Fidan nə demək istədi - Türkiyə Avropanı ABŞ-dan ayrılmağa təşviq edir?..

07.04.2025 / 21:19
Çin ABŞ-dan qaz idxalını dayandırdı

07.04.2025 / 21:14
David Babayandan etiraf: "Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi" - MƏHKƏMƏ + FOTO

07.04.2025 / 21:07
ABŞ-Rusiya barışığı Ermənistan iqtisadiyyatını çökdürür...

07.04.2025 / 20:49
Qazaxıstan və Türkmənistan Türk Kiprinə qarşı təhlükəli addım atdı...

07.04.2025 / 20:34
Ermənistan hakimiyyətinin bu qərarı da Rusiyaya təsir etmədi...

07.04.2025 / 20:19
İlham Əliyevin Pakistan səfərinə qarşı Ermənistanda hazırlıqlar başladı...

07.04.2025 / 20:04
Qaçaq Süleymanın Səttarxan hərəkatında böyük yeri var...

07.04.2025 / 19:51
ABŞ və İsrail İranda bu yerləri vuracaq - Tehran qonşu ölkələrdən başladı...

07.04.2025 / 19:43
David Babayan: "İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı"

07.04.2025 / 19:36
Müxtəlif növ istehlak kreditləri tam fərqli faizlərlə verilir - Mərkəzi Bank bunu normal sayır?...

07.04.2025 / 19:30
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırıldı

07.04.2025 / 19:25
İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişləndirildi

07.04.2025 / 19:23
Türk Dövlətləri Təşkilatında dağıdıcı təzahürlər başlayıb - Qazaxıstan, Türkmənistan və Macarıstanın jestləri...

07.04.2025 / 19:09
Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

07.04.2025 / 18:55
“Kollektiv öz səhvini düzəldərək filmdən Buzovna adını sildi” - Mirzə Ağabəyli

07.04.2025 / 18:46
Müttəhim general Ermənistanın Qarabağda basdırdığı minanı markasına kimi etiraf etdi…

07.04.2025 / 18:44
Palandöken İqtisadi Forumu Türkiyənin Erzurum şəhərində baş tutacaq

07.04.2025 / 18:44
Respublikaçılar Ukraynaya yardımın kəsilməsini istəyir

07.04.2025 / 18:32
Nazirliyin elmi institutlarının birləşdirilməsi nəyi dəyişə bilər...

07.04.2025 / 18:20
Qardaş xalqlar ədəbiyyatı - özbək ədəbiyyatı...

07.04.2025 / 18:18
Ermənistan XİN-in "900 xəritə yalanı" onu hərbi cinayət məsuliyyətindən qurtara bilməz...

07.04.2025 / 18:06
Avroittifaqın Gürcüstanda çevriliş planı ifşa edildi - QHT-lərə bunun üçün pullar verilir...

07.04.2025 / 17:57
BOKT-larda "qızıl ehtiyatları" hansı yollarla əldə edilir?..

07.04.2025 / 17:50
Müraciətlərin çox olduğu məktəblərə qəbul zamanı kimlərə üstünlük tanınacağı açıqlandı

07.04.2025 / 17:44
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olundu

07.04.2025 / 17:37
Neftimizi 70 dollardan aşağı düşürə biləcək 2 ciddi təhlükə var...

07.04.2025 / 17:34
Qarabağ mövzusu sülh sazişindən bu yolla çıxarıldı - erməni XİN-in yanlışı...

07.04.2025 / 17:23
“Şərurlu İsfəndiyar” təhqir etdiyi alimlərdən üzr istəməyə necə məcbur edilə bilər? - Rəylər...

07.04.2025 / 17:10
Almanlar rusları "antifaşizm - 80" tədbirlərindən qovdular - kim haqlıdır?..

07.04.2025 / 17:03
“Ozan Dünyası” jurnalının yeni sayı işıq üzü görüb

07.04.2025 / 16:57
Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi - səbəbini də ilk dəfə açıqladı...

07.04.2025 / 16:45
Azərbaycan Prezidentinin Pakistan səfəri ermənilərə od qoydu - VİDEO

07.04.2025 / 16:36
“Düşünсə dəhlizi”

07.04.2025 / 16:22
ABŞ üniversitetlərində repressiya dalğası

07.04.2025 / 15:42
Valideynlərin uşaq sayına görə daha tez pensiyaya çıxması təklif edilir

07.04.2025 / 15:25
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTO

07.04.2025 / 15:21
İsrail jurnalistlərin olduğu çadırı vurdu

07.04.2025 / 15:20
Vətən sevgisinə tapınan ömür...

07.04.2025 / 15:16
Babayan: "Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim"

07.04.2025 / 14:44
"Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik" - David Babayan

07.04.2025 / 14:15
Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs edildi

07.04.2025 / 13:51
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü

07.04.2025 / 13:38
Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən bıçaqlandı...

07.04.2025 / 13:26
Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edildi

07.04.2025 / 13:20
İran Azərbaycana yeni səfir təyin edəcək

07.04.2025 / 13:10
Трамп и Путин совершили грубейшую ошибку - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.04.2025 / 12:51
Həyəcan verici perspektivlər: hökumətimizin bunlardan xəbəri varmı?!

07.04.2025 / 12:47
Qarabağ bölgəsi Bakının sosial yükünü necə azalda bilər?

07.04.2025 / 12:41
Şəmkirdə quldurluqda şübhəli bilinən şəxslər saxlandı - FOTO

07.04.2025 / 12:25
Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

07.04.2025 / 12:06
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır

07.04.2025 / 12:00
"Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında tunel tikiləcək - metropoliten rəsmisi

07.04.2025 / 11:43
DSX hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

07.04.2025 / 11:33
Sahibə Qafarova daha 3 il sədrlik edəcək - Qoşulmama Hərəkatından QƏRAR

07.04.2025 / 11:25
Bakıda 53 evin qaz sayğaclarını oğurlayanlar yaxalanıb

Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011