Bazar ertəsi günü, 7 aprel 2025
     

Almaniya Bakı-İrəvan sülh sazişi üçün çox iş görə bilər - əgər Ştaynmayer istəsə...

Image

“Burda Ştaynmayerin rolu ondan ibarət ola bilərdi ki...”

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib ki, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyəti var.

Son bir il ərzində bu istiqamətdə atılan addımlar və əldə olunan irəliləyişlər münasibətilə təbriklərini ifadə edən Almaniya Prezidenti deyib: “Razılaşmanın əldə olunması ilə bağlı mühüm an yetişib. Ümid edirəm ki, bu andan istifadə olunaraq sülh müqaviləsi imzalanacaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümidlər bəsləyirəm”.

Prezident Frank-Valter Ştaynmayer Almaniyanın bu prosesdə lazımi dəstəyi verməyə hazır olduğunu əlavə edib.

Doğrudan da sülh üçün yaranmış bu məqamdan, bu andan istifadə olunmalıdır. Bunu biz də bilirik. Amma bundan istifadə olunması, bu şansın, bu məqamın gerçəkləşməsi üçün Avropanın böyük iqtisadi gücü olan Almaniyanın nə kimi rolu ola bilər? Almaniya Ermənistana nə kimi təsirlər göstərə bilər? Əgər sülh üçün yaranmış məqamdan lazımınca istifadə olunmasa burda Almaniyanın məsuliyyət dərəcəsi nə qədər olacaq?

Abutalıb Səmədov: “...Ştaynmayer özünün nüfuzundan istifadə etsin və ATƏT də bu məsələyə mane olacaq dövlətləri razı salmaq üçün müəyyən cəhdlər göstərsin”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində “Almaniya prezidenti Ştaynmayer çox təcrübəli diplomatdır və bölgəni çox yaxşı bilir. Xarici işlər naziri qismində, ATƏT-in nümayəndəsi kimi dəfələrlə Azərbaycanda olub. Eyni zamanda Ukraynadakı prosesləri də həm izləyib, həm də hadisələrin içində olub, hətta o dövrdə “Ştaynmayer formulu” deyilən bir təklif də ortaya çıxmışdı. Yəni həm Cənubi Qafqazda gedən prosesləri, həm Rusiya ilə Ukrayna arasında gedən prosesləri dərindən bilən bir diplomatdır və sülhün necə çətinliklə başa gəldiyinin də şahididir. Artıq sülh sazişinin bütün bəndləri razılaşdırılıb və bu bəndlər Ermənistanın israr etdiyi gərəksiz məsələlərdən imtina etməsi nəticəsidə razılaşdırıla bilib. Yəni Azərbaycan-Ermənistan sülh sazişi bir tərəfdən Ermənistanın israr etdiyi gərəksiz tələblərdən imtina etməsi, digər tərəfdən Azərbaycanın ədalətli tələblərini Ermənistanın qəbul etməsi nəticəsində tamamilə razılaşdırıldı. Əgər sülh danışıqlarının əvvəlində Ermənistan sülh sazişi ilə bağlı Minsk qrupunun prosesə qoşulmasını, Qarabağın statusu ilə bağlı müdəanın salınmasını tələb edirdisə sonradan Paşinyan elan etdi ki, Qarabağla bağlı müdəa olmaya bilər. Bu uzun danışıqlar prosesindən sonra mümkün oldu”-deyə bildirdi.

A.Səmədovun sözlərinə görə, tədricən Minsk qrupunun prosesə cəlb olunmasının da gərəksiz tələb olduğunu Paşinyan anladı və bundan da imtina etdi. A.Səmədov qeyd etdi ki, sonrakı dövrdə Qarabağdan köçüb getmiş ermənilərin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmlər vasitəsilə müzakirəsi və təmin olunması tələbi ortaya çıxdı və bir müddətdən sonra Paşinyan bundan da imtina etdi. “Ən son qəbul olunan iki müdəa da uzun danışıqlar prosesindən sonra başa gəldi. Azərbaycan dəfələrlə məsələ qaldırdı ki, bir-birinə qarşı məhkəmə iddiaları olmasın, məhkəmə çəkişmələrindən imtina olunsun, Ermənistan buna da müqvimət göstərdi, amma son anda razılaşdı. Üçüncü qüvvənin sərhəddə olmaması tələbini uzun müqavimətdən sonra nəhayət Ermənistan qəbul etdi. İndi artıq saziş razılaşdırılıb və sazişin imzalanması üçün iki mühüm məsələ həll olunmalıdır. Biri Ermənistan konstitutsiyasının dəyişdirilməsi məsələsidir, digəri Minsk qrupunun ləğv olunması haqqında ATƏT-ə birgə müraciət olunması ilə bağlı məsələdir.

Ştaynmayer bu prosesi dərindən bildiyinə görə onunla danışıqlarda bu məsələlər də qaldırılıb. Konstitusiyanın preambula hissəsində müstəqillik haqqında bəyannaməyə istinad var. Müstəqillik haqqında bəyannamədə də Qarabağın Ermənistanla birləşməsi haqqında qərara istinad var. İndi bunların birini dəyişmək tələb olunur, ya bəyannamədən bu müdəa çıxarıla bilər, yaxud konstitusiyadan müstəqillik haqqında bəyannaməyə istinad çıxarıla bilər və bu məsələni aradan qaldırmaq mümkündür. Çünki əks halda belə alınır ki, Ermənistanla Qarabağ birləşib və Qarabağ Ermənistan ərazisidir. Azərbaycan da bunu qəbul etmir. Ermənistan israrla bunu qəbul etmək istəmir. Əvvəl 2026-cı ildə, indi də 2027-ci ildə yeni konstitutsiya qəbul edəcəklərini deyirlər və onu da bildirirlər ki, indi belə bir addım atılsa, bu, Azərbaycanın təzyiqi ilə baş vermiş olacaq, bunu da Ermənistan cəmiyyəti qəbul etməyəcək. Ancaq referendumsuz da bu məsələni həll etmək mümkündür, Ermənistan hakimiyyətinin siyasi iradəsi olsa bu məsələ asanlıqla həll oluna bilər. Minsk qrupu ilə bağlı artıq elan etdilər ki, biz də razıyıq, ancaq sazişin imzalanmasından sonra müraciət edək. Bu da, təbiidir ki, prosesi uzadır. Bu ilin ATƏT-in Nazirlər Şurasının növbəti iclası olmalıdır və məsələ hazırılanmalıdır, gündəliyə salınmalıdır, orda müəyyən dövlətlərin bu məsələyə daha aktiv qoşulmasına ehtiyac var ki, etiraz edən olmasın. Çünki ATƏT-də qərarlar konsensusla qəbul olunur və hər hansı dövlətin etiraz etməsi bu prosesi geri sala bilər. Burda Ştaynmayerin rolu ondan ibarət ola bilərdi ki, o, ilk növbədə Fransanı belə bir addım atmaqdan çəkindirsin. Azərbaycan Prezidentinin də bu məsələni qaldırmasının əsas səbəblərindən biri də budur ki, birinci, Ermənistan bu məsələni ləngitməsin, ikincisi, Ştaynmayer özünün nüfuzundan istifadə etsin və ATƏT də bu məsələyə mane olacaq dövlətləri razı salmaq üçün müəyyən cəhdlər göstərsin. İlk növbədə Fransa, Niderland kimi dövlətlər razı salınmalıdır. Çünki onların ATƏT-in Minsk qrupunun ləğvinə etiraz edəcəyi şübhə doğurmur. Almaniyanın oynaya biləcəyi əsas rol da həm bundan, həm də Ermənistan rəhbərliyini konstitusiyadakı müəyyən müddəaları aradan qaldırmağa inandırmaqdan ibarət ola bilər. Çünki Ştaynmayer başqalarından fərqli olaraq müəyyən fikri söyləyər və onun arxasında da dura bilər. Ona görə ki, prosesi dərindən bilir. Bir başqasına müəyyən arqumentlər gətirib inandırmaq olar ki, burda belə çətinliklər var, burda problemlər, bu addımı atmaq mümkün deyil, bunu Ştaynmayerə demək heç bir nəticə verməyəcək, çünki Ştaynmayer bu prosesləri ən azı Paşinyan qədər və Mirzoyan qədər bilir. Almaniyanın da bu məsələdə əsas yardımı ola bilər. Ümid edək ki, Almaniya prezidenti təkcə Qarabağın xəritəsini verməklə və sonradan üzr istəməklə fərqlənməyəcək, eyni zamanda bu məsələnin birdəfəlik həll olunması üçün də əlindən gələni edəcək və onun göstərdiyi səylər yaxın aylarda sülh sazişini imzalamağa imkan verəcək” - deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

07.04.2025 / 18:55
“Kollektiv öz səhvini düzəldərək filmdən Buzovna adını sildi” - Mirzə Ağabəyli

07.04.2025 / 18:46
Müttəhim general Ermənistanın Qarabağda basdırdığı minanı markasına kimi etiraf etdi…

07.04.2025 / 18:44
Palandöken İqtisadi Forumu Türkiyənin Erzurum şəhərində baş tutacaq

07.04.2025 / 18:44
Respublikaçılar Ukraynaya yardımın kəsilməsini istəyir

07.04.2025 / 18:32
Nazirliyin elmi institutlarının birləşdirilməsi nəyi dəyişə bilər...

07.04.2025 / 18:18
Ermənistan XİN-in "900 xəritə yalanı" onu hərbi cinayət məsuliyyətindən qurtara bilməz...

07.04.2025 / 18:06
Avroittifaqın Gürcüstanda çevriliş planı ifşa edildi - QHT-lərə bunun üçün pullar verilir...

07.04.2025 / 17:57
BOKT-larda "qızıl ehtiyatları" hansı yollarla əldə edilir?..

07.04.2025 / 17:50
Müraciətlərin çox olduğu məktəblərə qəbul zamanı kimlərə üstünlük tanınacağı açıqlandı

07.04.2025 / 17:44
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olundu

07.04.2025 / 17:37
Neftimizi 70 dollardan aşağı düşürə biləcək 2 ciddi təhlükə var...

07.04.2025 / 17:34
Qarabağ mövzusu sülh sazişindən bu yolla çıxarıldı - erməni XİN-in yanlışı...

07.04.2025 / 17:23
“Şərurlu İsfəndiyar” təhqir etdiyi alimlərdən üzr istəməyə necə məcbur edilə bilər? - Rəylər...

07.04.2025 / 17:10
Almanlar rusları "antifaşizm - 80" tədbirlərindən qovdular - kim haqlıdır?..

07.04.2025 / 16:57
Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi - səbəbini də ilk dəfə açıqladı...

07.04.2025 / 16:45
Azərbaycan Prezidentinin Pakistan səfəri ermənilərə od qoydu - VİDEO

07.04.2025 / 16:36
“Düşünсə dəhlizi”

07.04.2025 / 16:22
ABŞ üniversitetlərində repressiya dalğası

07.04.2025 / 15:42
Valideynlərin uşaq sayına görə daha tez pensiyaya çıxması təklif edilir

07.04.2025 / 15:25
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTO

07.04.2025 / 15:21
İsrail jurnalistlərin olduğu çadırı vurdu

07.04.2025 / 15:16
Babayan: "Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim"

07.04.2025 / 14:44
"Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik" - David Babayan

07.04.2025 / 14:15
Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs edildi

07.04.2025 / 13:51
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü

07.04.2025 / 13:38
Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən bıçaqlandı...

07.04.2025 / 13:26
Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edildi

07.04.2025 / 13:20
İran Azərbaycana yeni səfir təyin edəcək

07.04.2025 / 13:10
Трамп и Путин совершили грубейшую ошибку - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.04.2025 / 12:51
Həyəcan verici perspektivlər: hökumətimizin bunlardan xəbəri varmı?!

07.04.2025 / 12:47
Qarabağ bölgəsi Bakının sosial yükünü necə azalda bilər?

07.04.2025 / 12:41
Şəmkirdə quldurluqda şübhəli bilinən şəxslər saxlandı - FOTO

07.04.2025 / 12:25
Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

07.04.2025 / 12:06
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır

07.04.2025 / 12:00
"Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında tunel tikiləcək - metropoliten rəsmisi

07.04.2025 / 11:43
DSX hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

07.04.2025 / 11:33
Sahibə Qafarova daha 3 il sədrlik edəcək - Qoşulmama Hərəkatından QƏRAR

07.04.2025 / 11:25
Bakıda 53 evin qaz sayğaclarını oğurlayanlar yaxalanıb

07.04.2025 / 11:15
Dmitriev:- “Amerika şirkətləri Rusiyaya qayıtmaq üçün minnətci düşürlər”

07.04.2025 / 11:08
Gələn aydan Bakıdan Kişinyova hər gün uçuşlar başlayır

07.04.2025 / 11:03
İran Bakıda ravvini öldürmək istədi - CANLI

07.04.2025 / 11:00
Bu gün Binəqədinin əksər yerlərində işıq olmayacaq - XƏBƏRDARLIQ

07.04.2025 / 10:31
"Yalnız bu halda saziş bağlaya bilərik"- Tramp Çinə şərtini açıqladı

07.04.2025 / 10:16
Əhməd əş-Şəraa Ankara yolçusudur

07.04.2025 / 10:07
5 güləşçimiz bu gün Avropa çempionatında mübarizəyə başlayır

07.04.2025 / 10:00
Bu gün Bakının 2 rayonu qazsız qalacaq

07.04.2025 / 09:39
TƏCİLİ - Cəbrayılda minaya düşən hərbçimiz həlak oldu

07.04.2025 / 09:32
Şəmkirdə 3 quldur yaxalanıb

07.04.2025 / 09:29
50-dən çox ölkə Trampa minnətçi düşüb - gömrük rüsumlarına görə...

07.04.2025 / 09:15
"Neftçi" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

07.04.2025 / 09:10
Berliner Zeitung: “Dmitriev Rusiya-ABŞ danışıqlarında əsas fiqur oldu”

07.04.2025 / 09:03
Xaçmazda ər arvadını öldürüb

07.04.2025 / 00:33
ABŞ-da Fələstinlə həmrəylik aksiyası keçirildi

06.04.2025 / 22:31
Trampın niyə Rusiyaya tariflər tətbiq etmədiyi məlum oldu...

06.04.2025 / 22:07
İsrail Türkiyəyə görə, Suriyanın zonalara bölünməsini təklif etdi

06.04.2025 / 21:53
İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

06.04.2025 / 20:26
Mask Trampın tarif qərarına qarşı çıxdı - ləğv edilsin və...

06.04.2025 / 20:12
Trampın müşaviri ilə bağlı növbəti qalmaqal - Uolts bu dəfə cəzalandırıla bilər...

06.04.2025 / 19:57
Konqres Trampa impiçment hazırlayır

06.04.2025 / 19:43
İsrail iki britaniyalı deputatı ölkədən qovdu...

06.04.2025 / 19:16
“Trampın Ukraynaya sülh gətirəcəyinə inanmaq sadəlövhlükdür”

06.04.2025 / 18:50
ABŞ ikinci THAAD batareyasını İsrailə təhvil verdi

06.04.2025 / 18:09
Rusiya Ukraynanın qərbini bombaladı - Polşa NATO qırıcılarını havaya qaldırdı...

06.04.2025 / 17:20
Avropa və ABŞ-da Tramp və Maska qarşı etiraz aksiyaları keçirilir

06.04.2025 / 16:58
Tanımış yazar Kənan Hacının yubileyi qeyd olunub

06.04.2025 / 16:20
Bir gündə 4 vətəndaşımız minaya düşdü - XİN-dən Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış...

06.04.2025 / 14:11
Ağdamda ata və 2 övladı minaya düşdü...

06.04.2025 / 13:27
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin UFO-larla bağlı dəhşətli bir sənədi ortaya çıxdı - yadplanetlilər 35 il əvvəl 23 sovet əsgərini daşa çeviriblər...

06.04.2025 / 12:32
Ukraynada ABŞ-la planlaşdırılan sazişin detalları sızdırıldı - Zelenski SBU-nu hərəkətə keçirdi

06.04.2025 / 11:20
ANAMA əməkdaşı Cəbrayılda minaya düşdü

06.04.2025 / 01:44
Orban İsrailin, Netanyahu Macarıstanın bayrağının altında dayandı...

06.04.2025 / 01:23
Tramp və Putin: bir məzara iki iddiaçı

06.04.2025 / 00:15
Pezeşkian: “ABŞ təkcə İranı deyil, bütün dünyanı aşağılayır”

06.04.2025 / 00:07
BMT Şurası Vaşinqton və İsrailin cəhdlərinə baxmayaraq Albaneseni yerində saxladı

05.04.2025 / 23:56
Sabah İmamoğlunun taleyinə qərar veriləcək...

05.04.2025 / 22:52
PSJ çempionluğunu elan etdi!

05.04.2025 / 20:16
İran Yəməndəki ordusunu geri çəkir, regiondakı digər silahlı qruplara da dəstəyi dayandırır - ABŞ-la müharibə hazırlığı…

05.04.2025 / 17:36
Zakir Həsənov xidməti müşavirə keçirdi - vəzifəli şəxslərə tapşırıqlar verildi

05.04.2025 / 17:17
Rəsmi Bakı Avropadan haqlı təminat istəyir - inandırın ki, uzun zaman qaz alacaqsınız...

05.04.2025 / 17:01
İsrail də Suriyada Türkiyə ilə qarşıdurma istəmir

05.04.2025 / 16:53
Público: “Rusiya ABŞ-la AB-yə qarşı tərəfdaşlıq formalaşdırır”

Azərbaycanda dini tolerantlıq barədə 2 fərqli beynəlxalq hesabat - belə də olurmuş...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011