"Ermənistan eyni vaxtda Aİİ və Aİ-nin üzvü ola bilməz" - Rusiya XİN

Ermənistan eyni vaxtda Aİİ və Aİ-nin üzvü ola bilməz. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O, Ermənistan parlamentinin ölkənin Aİ-yə daxil olmaq niyyəti ilə bağlı qəbul etdiyi qanun layihəsini şərh edərkən qeyd edib: “Biz əminik ki, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı kimi bir-birinə zidd olan iki assosiasiyada eyni vaxtda olmaq mümkün deyil”.
M.Qaluzinin fikrincə, Ermənistan üçün bu iki variantdan hansının daha yaxşı olması ilə bağlı qərarı rəsmi İrəvan verməlidir.
ZÜMRÜD