Tramp Azərbaycana 10 faiz gömrük rüsumu tətbiq etdi...

Donald Tramp ABŞ-ın onilliklər ərzində tətbiq etdiyi ən geniş tarif paketini açıqlayıb. Tarif paketi 180-dən çox ölkəni əhatə edir. Ağ Evdə açıqlama verən Tramp, elan etdiyi tarifləri "endirilmiş qarşılıqlı" tariflər adlandırıb.
Tramp həmçinin ABŞ-la ticarət kəsiri ən yüksək olan ölkələrə tətbiq ediləcək rüsumun daha çox olacağını bildirib.
Tramp adı tarif paketində yer alan keçmiş Sovet İttifaqı ölkələri üçün fərqli gömrük rüsumları dərəcələri müəyyən edib. Belə ki, Moldovaya 61 faiz, Qazaxıstana isə 54 faiz kimi yüksək dərəcələr tətbiq edilib, Ukrayna, Ermənistan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan üçün 10 faiz gömrük rüsumu müəyyən edilib.
Administrasiyadan bildirilib ki, siyahıda yer almayan ölkələrdən ABŞ-a daxil olan bütün məhsullara 10 faizlik gömrük rüsumu tətbiq ediləcək.
Açıqlanan siyahıda Rusiyanın adı çəkilmir.
TAHİR