Şənbə günü, 5 aprel 2025
     

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi - Meyitləri çıxaranda yaralandım

Image

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası aprelin 1-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Məhkəmənin bugünkü iclasında Ermənistanın dövlət qurumlarının, vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən şəxs Ruben Vardanyan 2020-ci ilin dekabr ayında qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərərçəkmiş şəxslər dindirilib.

İclasa sədrlik edən Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs, Azərbaycan Müdafiə Nazirliyinin işğaldan azad edilmiş Kəlbəcər rayonunun “N” saylı hərbi hissəsinin maddi-texniki təminat bölməsinin rəisi Söhbət Şükürov ifadə verərək xidmət yerinin Ermənistan silahlı qüvvələri ilə təmas xəttindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin keçirdiyi hərbi təxribat zamanı minaatanlardan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Bundan başqa, ifadə verən Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin tibb bölməsinin feldşeri Samir Yusifov Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunda genişmiqyaslı təxribat xarakterli hərəkətlər törədilməsinin qarşısı alınan zaman Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş hərbi qulluqçularının meyitlərini atəş altından çıxarmaq istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxslər Samir Kərimov, Orxan Nəcəfov, Əliyar Məmmədov, Əli Qarazadə, Qurban Qurbanov, Hüseynbala Sayıllı, Rəhman Qasımov, Ülvi Musayev, Ruslan Əliyev, Bəxtiyar Salmanov, Ariz Qəhrəmanov, Azər Abdullayev, Tofiq Abışov, Asif Mikayıllı, Qasım Qəribov, Anar Nəbiyev, Ehtiram Səmədov, Rəşmi Hümbətov, Ceyhun Rzaquliyev, Yunis Abdiyev, Dilqəm Səfərov, Əhməd Əhmədzadə və digərləri təqsirləndirilən şəxs Ruben Vardanyanı media və sosial şəbəkələr vasitəsilə tanıdıqlarını, onunla şəxsi tanışlıqlarının olmadıqlarını bildiriblər.

Onlar hərbi xidmətdə olarkən Kəlbəcər və Ağdam rayonlarında Ermənistanın hərbi təxribatı zamanı müxtəlif təyinatlı silahlardan, o cümlədən snayper tüfəngindən açılmış atəş, minaatanların mərmilərinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarını bildiriblər.

Dindirmədən sonra zərərçəkmiş şəxslər hakimlərin, dövlət ittihamını müdafiə edən prokurorların xidmət yerləri, hərbi təxribatların törədildiyi konkret ərazilər, hadisə nəticəsində yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi və lokalizasiyası barədə suallarını cavablandırıblar.

Ardınca məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası aprelin 8-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci, 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107-ci (əhalini deportasiya etmə və məcburi köçürmə), 109-cu (təqib), 110-cu (insanları zorakılıqla yoxa çıxarma), 112-ci (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113-cü (işgəncə), 114.1-ci (muzdluluq), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1-ci, 116.0.2-ci, 116.0.10-cu, 116.0.11-ci, 116.0.16-cı, 116.0.18-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1-ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.7-ci, 120.2.11-ci, 120.2.12-ci (qəsdən adam öldürmə), 29,120.2.1-ci, 29,120.2.3-cü, 29,120.2.4-cü, 29,120.2.7-ci, 29,120.2.11-ci, 29,120.2.12-ci (qəsdən adam öldürməyə cəhd), 192.3.1-ci (qanunsuz sahibkarlıq), 214.2.1-ci, 214.2.3-cü, 214.2.4-cü (terrorçuluq), 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.1-ci, 218.2-ci (cinayətkar birlik yaratma), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2-ci, 270-1.4-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1-ci, 279.2-ci, 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

ZÜMRÜD



VİDEO

SON XƏBƏRLƏR

05.04.2025 / 08:45
Kənd Təsərrüfatı Nazirliyinin Agentliyində və Mərkəzində nələr baş verir...

05.04.2025 / 00:29
Mixail Aleksandrov xəyali Azərbaycan-Ermənistan “müharibəsi”ni və buna Rusiya və İranın reaksiyasını dəyərləndirdi

04.04.2025 / 23:14
Azərbaycan XİN Ermənistanı minalarla bağlı dəqiq məlumatları paylaşmağa çağırdı

04.04.2025 / 22:21
General Azər İbrahimov yüksək vəzifəyə təyin edildi...

04.04.2025 / 21:45
Trampın ABŞ -ı qaytarmaq istədiyi "qızıl dövr" nə vaxt olub və hansı "dağların arxasında qaldı"?.....

04.04.2025 / 21:19
Tramp əsas rəqibini həbsə basan Makronu vurdu - Marin Le Penə tam dəstək verdi...

04.04.2025 / 21:04
Mirzə Fətəli Axundovu erməni müəllim idarə edib? - Ədəbiyyat tariximizdə mübahisə...

04.04.2025 / 20:46
Hakan Fidan: “Suriyada İsraillə qarşılaşmaq istəmirik”

04.04.2025 / 20:37
MN-də milyonlarla pul mənimsəmiş şirkətin sahibi Londondadır, şirkət isə Bakıda mühakimə olunur...

04.04.2025 / 20:24
Tramp region ölkələri arasında ən ağır rüsumu Qazaxıstana yüklədi - Almatının “suçu” nə...

04.04.2025 / 20:15
David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırdığını etiraf edib - FOTO

04.04.2025 / 20:10
Maliyyə mərkəzləri Avropanın enerji təminatına mane olur - Əliyev çıxış yolunu dedi...

04.04.2025 / 19:57
Zəngəzur dəhlizi barədə Çinin adından 2 kəskin ziddiyyətli fikir yayıldı...

04.04.2025 / 19:46
Reuters: “Tramp administrasiyası Baydenin satmaqdan imtia etdiyi silahları İsrailə satdı”

04.04.2025 / 19:44
Tramp administrasiyası III Dünya Müharibəsinin qarşısını aldı?

04.04.2025 / 19:41
Elvin Rüstəmzadənin filmi aləmi bir-birinə vurdu, Buzovna narahatdır - tanınmış aktyorun etirazı...

04.04.2025 / 19:29
ABŞ-ın zərbələri İranı parçalayacaq, yeni dövlətlər yaranacaq...

04.04.2025 / 19:15
Naxçıvandan Bakıya meyvə tingləri gətirmək qadağan olunub - kim?

04.04.2025 / 19:02
Rusiya mətbuatında Almaniya prezidentinin Bakı səfərinə rəy - "bir az qıcıqlandırdı"...

04.04.2025 / 18:47
Dollarla əmanət yatırımına maraq artır...

04.04.2025 / 18:34
Ermənistanla saziş məsələsində Ştaynmayer də yanlış təsəvvürdə imiş - Əliyev vaxtında işə qarışdı...

04.04.2025 / 18:20
“3+3” formatında Bakı-İrəvan sazişi - İran hansı məqsədi güdür...

04.04.2025 / 18:06
Makronla Əlcəzair prezidenti "barışdılar" - müstəmləkə dövründən qalmış problemlər...

04.04.2025 / 17:52
Min illik İran-Ermənistan qonşuluğu hardan çıxdı, Zəngəzurun İran şahına nə bağlılığı?..

04.04.2025 / 17:39
İsrail Suriyanı vurur, Türkiyə hələ sözdən o tərəfə getmir - niyə?..

04.04.2025 / 17:30
İqtisadi Şuranın növbəti iclası keçirildi...

04.04.2025 / 17:25
120-dən çox musiqi müəlliminin əksəriyyətinə "0" bal yazılıb...

04.04.2025 / 17:12
Azərbaycanda dini tolerantlıq barədə 2 fərqli beynəlxalq hesabat - belə də olurmuş...

04.04.2025 / 16:59
Bakıya toplaşmış 24 ölkəni, 42 şirkəti düşündürən əsas sualın cavabı tapıldı - təklifi dinləyin...

04.04.2025 / 16:48
BNMİ-dən növbəti əməliyyat - 20 kq narkotik tutuldu - FOTO

04.04.2025 / 16:35
Naxçıvanda fermasında 3 dağ keçisi aşkarlanan ovçu saxlandı

04.04.2025 / 16:22
Zelenski ərazi güzəştinə "yaşıl işıq" yandırdı - bir şərtlə razı ola bilərik...

04.04.2025 / 16:10
"Qondarma rejimin “müdafiə naziri”ni Ermənistan prezidenti təyin edirdi" - Təqsirləndirilən şəxs

04.04.2025 / 15:56
Avropa ölkələri ABŞ-ı Ukraynaya qoşun göndərməyə məcbur edəcək plan hazırlayır...

04.04.2025 / 15:44
Astarada Aprel döyüşlərinə həsr olunmuş konfrans keçirilib

04.04.2025 / 15:38
Endokrinoloji Mərkəzin daha iki həkimi istintaqa cəlb edildi - FOTO

04.04.2025 / 15:28
“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda

04.04.2025 / 15:17
Manukyan Ermənistanın işğal edilmiş ərazilərdə yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketinin olmadığını bildirib

04.04.2025 / 15:04
Manukyandan daha bir etiraf: "İşğal olunmuş ərazilərdə xidmət edən hərbçilər təhsil üçün xaricə Ermənistan tərəfindən göndərilirdi"

04.04.2025 / 14:50
Mingəçevirdə mənzillərdən oğurluq edən şəxslər yaxalandı - FOTO

04.04.2025 / 14:37
David Manukyan məhkəmədə vaxtilə işğal olunmuş ərazilərə silahların Ermənistandan gətirildiyini etiraf etdi

04.04.2025 / 14:17
"Azərbaycan onlarla ölkənin etibarlı təchizatına çevrilib" - ABŞ Departamentinin baş məsləhətçisi

04.04.2025 / 14:09
Trampın "vergi dəyənəyi" siyasəti Azərbaycanın xeyrinədir- YUNUS OĞUZ

04.04.2025 / 13:57
"Azərbaycanın COP29-da sədrliyi iqlim dəyişmələri ilə bağlı hərəkətə keçmək üçün siqnala çevrildi" - Sloveniyalı nazir

04.04.2025 / 13:45
"Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində mühüm rol oynayır" - Aİ komissarı

04.04.2025 / 13:28
"Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını səbirsizliklə gözləyir" – Erik Ceykobs

04.04.2025 / 13:22
Prezident: "Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək"

04.04.2025 / 13:18
"Xüsusilə Şərqi Zəngəzur və Qarabağ bölgələrində öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq" - Prezident

04.04.2025 / 13:15
Prezidenti: "Əmin olmalıyıq ki, Avropada bizim təbii qaza ehtiyac olacaq"

04.04.2025 / 13:12
"AÇG, “Abşeron” və “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir" - Prezident İlham Əliyev

04.04.2025 / 13:02
Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı ilə bağlı müqavilə imzalandı

04.04.2025 / 12:50
"Biz beynəlxalq ictimaiyyəti Azərbaycanın minalardan təmizləmə səylərini dəstəkləməyə çağırırıq" - XİN

04.04.2025 / 12:46
Alparslan Bayraktar: "Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq"

04.04.2025 / 12:38
"Azərbaycandan Avropaya yaşıl enerjinin çatdırılması üzrə meqa təşəbbüslərin həyata keçirilməsinə başlayırıq" - Pərviz Şahbazov

04.04.2025 / 12:24
Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç elmi istehsalat birliyi ləğv olundu

04.04.2025 / 12:20
Dmitriyev:”Rusiya ilə ABŞ arasında birbaşa uçuşların bərpası müzakirə edildi”

04.04.2025 / 12:05
"Uzunmüddətli qaz müqavilələri imzalana bilər" - nazirdən AÇIQLAMA

04.04.2025 / 12:00
Azərbaycan üçün sülh nədir? - ŞƏRH

04.04.2025 / 11:55
Prezident İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib - YENİLƏNDİ

04.04.2025 / 11:54
Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradılacaq - SƏRƏNCAM

04.04.2025 / 11:52
Qubadlıda insan sümüyünə bənzər qalıqlar aşkarlandı

04.04.2025 / 11:38
Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi ilə bağlı sərəncam imzalandı

04.04.2025 / 11:34
Ağdamda insan skeletinin qalıqları aşkarlandı

04.04.2025 / 11:30
2033-cü ilədək süni intellekt qlobal bazara çevriləcək - BMT-dən XƏBƏRDARLIQ

04.04.2025 / 11:28
Almaniya Azərbaycanla bağlı siyasətində ciddi korrektə edəcək...

04.04.2025 / 11:27
Prezident İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib - YENİLƏNDİ

04.04.2025 / 11:20
Türkiyədə hotel yanıb, 6 nəfər zəhərlənib

04.04.2025 / 11:17
Bu rayonda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı

04.04.2025 / 11:15
Polisdən qaçdı, yıxılıb öldü - türkiyəli modelin faciəvi sonluğu...

04.04.2025 / 11:10
UEFA qadın futbolçumuza görə xəbərdarlıq yolladı!

04.04.2025 / 11:06
İmişli sakini su kanalında boğulub...

04.04.2025 / 11:03
Prezident İlham Əliyev Seneqal Prezidentini təbrik edib

04.04.2025 / 11:00
Ermənistanın sabiq prezidenti istintaq altında

04.04.2025 / 10:36
"Biz Cənub Qafqaz Boru Kəmərini, TANAP-ı və TAP-ı genişləndirməliyik" - Prezident İlham Əliyev

04.04.2025 / 10:33
Ermənistanın basdırdığı minalar ciddi təhlükə mənbəyidir - AÇIQLAMA

04.04.2025 / 10:28
Azərbaycan bunu etməyi planlaşdırır - İlham Əliyev

04.04.2025 / 10:23
"Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir" - Prezidentdən AÇIQLAMA

04.04.2025 / 10:21
Trampın ətrafı Rusiya tam atəşkəsə razılıq verənə qədər onun Putinlə təmasına qarşıdır - NBC

04.04.2025 / 10:15
Dmitriyev ABŞ nümayəndələri ilə Moskva-Vaşinqton dialoqunun bərpasını müzakirə etdi

04.04.2025 / 10:13
"TRT" daha bir aktyoru serialdan qovdu

04.04.2025 / 10:10
Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

Azərbaycanda dini tolerantlıq barədə 2 fərqli beynəlxalq hesabat - belə də olurmuş...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011