Çərşənbə günü, 2 aprel 2025
     

"Yenidən qurulan Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək" - Vüqar Rəhimzadə

Image

Tarixi Zəfərimizin yaratdığı reallıqlardan biri təbii ki, azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdışıdır. Son dörd ildən artıq dövrdə soydaşlarımızın qayıdış ünvanlarının say tərkibinə diqqət yetirdikdə bərpa-quruculuq işlərinin miqyası daha aydın görünür.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak edərək yeni mənzillərə köçən sakinlərlə görüşdülər və onlara evlərin açarlarını təqdim etdilər. Təkcə Sarıcalı kəndində görülən işlərə, sakinlərə rahat yaşayışları üçün yaradılan şəraitə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra bərpa işlərinə başlanan andan belə bir çağırışı etdi ki, Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevriləcək, bura qayıdan soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri addımlar atılacaq.

Bu gün böyük əminliklə qeyd edirik ki, Qarabağda və Şərqi Zəngəzurda görülən işlər Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatıdır. 30 illik işğal dövründə tamamilə dağıdılan, yerlə-yeksan edilən torpaqlarımız müasir tələblərə uyğun olaraq yenidən qurulur, bu ərazilərdə müasir yeniliklər tətbiq edilir. Bu torpaqlarda müasir idarəçilik sisteminin yaradılması təqdir edilir. Azad olunan bütün şəhər və kəndlərimiz, qəsəbələrimiz Azərbaycanın dünyaya təqdim etdiyi yeni təcrübə- “ağıllı şəhər” və “ağıllı kənd” layihələri üzrə yenidən qurulur. Qeyd edək ki, “ağıllı kənd” layihəsinin ilk tətbiq olunduğu ərazi Zəngilan rayonunun Ağalı kəndi oldu. İlk “ağıllı şəhər” isə Ağdam şəhəri olacaq. Dövlət başçısı İlham Əliyev sakinlərlə görüşündəki çıxışında Ağdam şəhərində görülən işlərin fonunda ümumilkdə bütün azad edilmiş ərazilərimiz barədə aydın təsəvvür yaratdı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, 30 illik işğal dövründə tamamilə dağıdılan Ağdam şəhəri, rayonun bütün kəndləri bir daha düşmənin xislətinin, düşmənçiliyinin göstəricisidir. “Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər” söyləyən dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Bu, misli görünməmiş vəhşilikdir. Erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Ağdam yenidən qurulur. Bərpa-quruculuq işlərində xüsusi diqqət göstərilən məsələlərdən biri infrastruktur layihələrinin icrasıdır. Bunu Ağdam şəhərinin, rayonun kəndlərinin timsalında da aydın görmək mümkündür. Ağdam-Bərdə yolu yenidən quruldu. Ağdam-Xankəndi yolu inşa edilir. Dəmir yolu çəkilir. Bu il istifadəyə veriləcək. Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Birinci bərpa olunan bina Ağdam məscidi oldu. Muğam Mərkəzi inşa edilir. “İmarət” Kompleksi bərpa edildi. Natəvanın qəbri bərpa olundu. Xaçınçay su anbarı yenidən quruldu. Məktəb binası, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq Ağdamda bir neçə müəssisə fəaliyyət göstərir ki, bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadəyə veriləcək.

Vüqar Rəhimzadə onu da bildirib ki, bərpa-quruculuq işlərində hər bir bölgənin turizm imkanları da nəzərdə tutulur. Bu baxımdan Ağdamda iki mehmanxana artıq fəaliyyətə başlayıb. Dövlət başçısı İlham Əliyev sakinlərlə görüşündə bu xatırlatmanı da etdi ki, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda belə bir çağırışı etmişdir ki, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq. Əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir.

Milli Məclisin deputatı Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən birinin məhz Sarıcalı kəndi olduğunu önə çəkərək qeyd edib ki, kəndin təməli 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Sarıcalı kəndi 1873 nəfər əhali üçün planlaşdırılıb. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın, körpələr evi-uşaq bağçasının, tam orta məktəbinin binasının açılışında iştirak etdilər. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da öz əksini tapıb. Yeni məktəb binalarının inşası işğaldan azad olunmuş ərazilərimizə köçən şagirdlərin savadlı və bilikli yetişməsi məsələsinə Azərbaycan dövlətinin nə qədər həssaslıqla yanaşdığını aydın nümayiş etdirir.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim edilməsi mərasimindəki çıxışında bir daha diqqəti bu reallıqlara yönəltdi. Bildirdi ki, Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinlərinə evlərin açarlarını təqdim etdim. Bu gün isə burada - Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək, əlbəttə ki, böyük xoşbəxtlikdir. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Sıfırdan qurulan Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək. İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Tarixi Zəfərimizdən üç il sonra suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da qaytarılmasın. Amma Azərbaycan dövlətinin gücünü, iradəsini, cəsarətini və Ordumuzun qəhrəmanlığını nəzərə almamışdılar. Rəşadətli Ordumuzun qəhrəmanlığı, fədakarlığı nəticəsində bu gün torpaqlarımız tarixi sahibinə qovuşub. Yenidən qurulur, soydaşlarımız dogma yuvalarına qayıdaraq xoşbəxt, sevincli günlərini yaşayırlar. Sarıcalı kəndinin birinci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. İkinci mərhələ başa çatdıqdan sonra təqribən evlərin sayı 400-ə çatacaq. Yaşayış üçün bütün şərait yaradılıb. Prezident İlham Əliyev bu çağırışı da etdi ki, bu bölgədə kənd təsərrüfatı da sahibkarlar tərəfindən inkişaf etdirilməlidir.

Millət vəkili sözügedən səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərində bir sıra sosial obyektlərin açılışında iştirak etdiklərinə də diqqəti yönəldib. Belə ki, Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə də tanış oldular. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurla başa çatmasına doğru atılan addımdır. Hədəf Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatacağı 2026-cı ilədək 140 min soydaşımızın dogma yurd-yuvasına qayıdışını təmin etməkdir. Bu günümüzün reallıqları bu hədəfə də yüksək səviyyədə nail olacağımıza əsas yaradır. Dirçələn, cənnət məkana çevrilən Qarabağımız və Şərqi Zəngəzurumuz tezliklə turizm, investisiya imkanları ilə dünyanın diqqətində olacaq. Bu torpaqlarda yaradılan müasir infrastruktur hədəflərin reallığa çevrilməsini şərtləndirir. Qısa müddətdə istifadəyə verilən, beynəlxalq statusa malik olan Füzuli və Zəngilan hava limanlarının sırasına bu il Laçın Beynəlxalq Hava Limanı da daxil olacaq.



VİDEO

SON XƏBƏRLƏR

02.04.2025 / 21:42
Qorxuram Bakı - Yerevan sülh məsələsində Ştaynmayer də Merkel kimi uğursuz olsun...Münaqişəni 30 il uzadan elə sizin "balanslı siyasətiniz" olmadı, cənab Ştaynmayer?...

02.04.2025 / 21:12
Paşinyan hakimiyyəti itirmək təhlükəsi ilə üzləşdi, Ermənistanda siyasi vəziyyət dəyişir

02.04.2025 / 21:02
Aİ missiyası etimada görə ermənilərə minnətdarlıq etdi

02.04.2025 / 21:01
Melkonyan: “ABŞ-ın İrana genişmiqyaslı hücumu yaxın gələcəkdə mümkün deyil”

02.04.2025 / 20:56
Vətən müharibəsi bu əməliyyatdan başladı...

02.04.2025 / 20:42
Erməni katolikosu Almaniyanın prezidentini təxribata çəkdi - prezidentin reaksiyası məlum deyil...

02.04.2025 / 20:27
Bakıda məktəb direktoru hansı əməlinə görə bu cəzanı aldı...

02.04.2025 / 20:12
İran 10 Amerika bazasını hədəfə aldı, ABŞ isə "bomba hazırlıqlarına" başladı...

02.04.2025 / 19:58
Merkelin Azərbaycanla normal münasibətini Şolts korlamışdı - Merts Şoltsun səhvlərini düzəldəcək?...

02.04.2025 / 19:44
Qəzzada öldürülən jurnalistlərin sayı 160 ildə baş verən bütün müharibələrdən daha çoxdur

02.04.2025 / 19:38
Avropa Parlamentinin binasını saxta “erməni genosidinin” “yas çadırına” döndərirlər...

02.04.2025 / 19:29
Aktyor və aktrisalar Mehriban Ələkbərzadəyə qarşı - Türkiyədən də etiraz gəldi...

02.04.2025 / 19:15
Ermənistan səfiri Britaniya cəmiyyətini Azərbaycan haqda yalanlarla doldurdu...

02.04.2025 / 19:01
Azərbaycan İKT-nin inkişafı üzrə ən dinamik ölkələr sırasındadır...

02.04.2025 / 18:45
ABŞ-ın İrana ehtimal edilən hücumu İrandan çox erməniləri təşvişə saldı

02.04.2025 / 18:43
İran Azərbaycanla uzun müddətli, ya taktiki yaxınlaşmaq istəyir?...

02.04.2025 / 18:29
USAİD-in Azərbaycanda əməkdaşlıq etdiyi şəxslərin səsi çıxmır... Halbuki...

02.04.2025 / 18:15
Aprel döyüşləri Vətən müharibəsinin ilk mərhələsi oldu...

02.04.2025 / 18:01
Papa xristianlığa saxta "erməni genosidinin" yalançı qurbanı ilə daha bir ləkə vurdu...

02.04.2025 / 17:52
Ordumuzun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutuldu

02.04.2025 / 17:46
Ermənistan KTMT-yə növbəti zərbəni vurdu - Rusiya məmurları ancaq danışırlar...

02.04.2025 / 17:32
Yerli seçkidə biabırçı pozuntular baş verdi - seçki mövzusunda hay-küyçü Avropa susdu...

02.04.2025 / 17:18
Maliyyə Nazirliyinin əməkdaşları kollektiv mükafatlandırılacaq - "kollektiv mükafatlandırma" nədir?..

02.04.2025 / 17:05
Bu uşaqlar hansı məbləğdə birdəfəlik müavinət alacaq...

02.04.2025 / 16:52
Fransanın müstəmləkə qurbanları Bakıdan dünyaya səsləndilər - kömək etməsəniz...

02.04.2025 / 16:37
Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanması üçün iki əsas şərtini açıqladı

02.04.2025 / 16:17
Almaniya prezidenti Ştaynmayerin “Qarabağ Azərbaycandır” deməsi ermənilərə “od qoydu”

02.04.2025 / 15:46
187 dərmanın qiymətinin yuxarı həddi təsdiq edildi, 8-nin aşağı salındı

02.04.2025 / 15:43
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdirini qəbul edib - FOTO

02.04.2025 / 15:30
Nəsimidə quldurluq edən şəxs saxlandı

02.04.2025 / 15:22
Modi Prezident İlham Əliyevi təbrik etdi

02.04.2025 / 15:18
Səfərbərlik ...Xidmətinin 40 əməkdaşının işi Baş Prokurorluğa göndərildi

02.04.2025 / 14:57
Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

02.04.2025 / 14:33
ABŞ-da USAİD-in ləğvi prosesi başladı - bütün əməkdaşlar işdən çıxarılır, ofislər bağlanır…

02.04.2025 / 14:13
Putinin xüsusi nümayəndəsinin ABŞ-a səfəri gözlənir

02.04.2025 / 14:12
Prezident İlham Əliyevin adından Almaniya Prezidentinin şərəfinə rəsmi nahar verilib

02.04.2025 / 13:45
Həbs edilmiş şəxsi azad etmək adı ilə vətəndaşın 16 min manatını ələ keçirmişdi - bu da sonu...

02.04.2025 / 13:27
"Zəngəzur dəhlizinin açılması Orta dəhlizin inkişafına təkan verəcək" - Baş nazir

02.04.2025 / 13:22
Ermənistanda ordu generallarına cinayət işi açıldı

02.04.2025 / 13:11
Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı araşdırma başladı...

02.04.2025 / 13:10
Кремль испугался всерьёз. Дальше будет ещё хуже - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.04.2025 / 12:55
Prezident İlham Əliyev Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqladı

02.04.2025 / 12:41
Binəli Yıldırım Prezident İlham Əliyevə məktub göndərib

02.04.2025 / 12:37
Prezident İlham Əliyev almaniyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırdı

02.04.2025 / 12:20
Ağdam sakini Çəmənli kəndində minaya düşdü...

02.04.2025 / 12:15
"Bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşıb" - Prezident İlham Əliyev

02.04.2025 / 12:15
“Artsax” sakinləri Vitali Balasanyandan izahat tələb etdilər

02.04.2025 / 12:12
"Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyəti var" - Ştaynmayer

02.04.2025 / 12:06
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində Azərbaycanın çox böyük planları var"

02.04.2025 / 12:04
ABŞ senatorundan rekord reaksiya: 25 saat danışdı!

02.04.2025 / 12:00
"Telejurnalistikadan xəbəri olmayanlar efirləri zəbt edib"

02.04.2025 / 11:52
Əliyevdən Ştaynmayerə sülh, yaşıl enerji, xam neft, Orta dəhliz mesajları - "bu, mənim təşəbbüsümlə oldu"... - FOTO/YENİLƏNDİ

02.04.2025 / 11:30
Prezident İlham Əliyev: "Əminəm ki, Almaniya Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərimizə yeni təkan verəcək"

02.04.2025 / 11:30
Forbes: “Tramp sərvətini ikiqat artıraraq 5,1 milyard dollara çatdırdı”

02.04.2025 / 11:25
Mehriban Əliyevanın Almaniyanın Birinci xanımı ilə görüşü olub - FOTO

02.04.2025 / 11:18
Donald Tramp keçmiş gəlini Vanessa Trampla Tayqer Vudsun münasibətinə xeyir-dua verdi

02.04.2025 / 11:17
Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNDİ

02.04.2025 / 11:15
Hollivud ulduzu 65 yaşında öldü

02.04.2025 / 11:12
Vilen Qabrielyanla bağlı yaranmış qalmaqaldan sonra deputat istefa verməli oldu

02.04.2025 / 11:08
İsrail yenə Qəzzanı bombaladı - 20-dən çox insan ölüb

02.04.2025 / 11:06
Paşinyandan yeni iddia - "sərhədlərdə 3-cü qüvvə" anlayışının Avropa Birliyinin missiyasına aidiyyatı yoxdur...

02.04.2025 / 11:03
ABŞ İranı vuracaqmı? - CANLI

02.04.2025 / 11:00
Dövlət qurumlarına kiberhücumların sayı 15 % artıb - HƏYƏCAN TƏBİLİ

02.04.2025 / 10:46
Lənkəranın icra başçısına qarşı sui-qəsd hazırlayan şəxsin məhkəmə prosesi keçirilib

02.04.2025 / 10:36
Mətbuat Şurası teleaparıcı Nigar Fərhada ciddi iradlar tutdu...

02.04.2025 / 10:15
Prezident İlham Əliyevin Ştaynmayerlə təkbətək görüşü olub

02.04.2025 / 10:13
Almaniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

02.04.2025 / 10:07
Almaniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

02.04.2025 / 10:03
Əhməd əş-Şara Əsədin tarixi səhvini təkrarladı - türkmənlərə qarşı bağışlanılmaz sayğısızlıq etdi

02.04.2025 / 10:00
Səməd Seyidovun “populist” sözü Xandanyanın canına yağ kimi yayıldı

02.04.2025 / 09:33
Bu gün İmişlinin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ

02.04.2025 / 09:25
Bu axşam "Qalatasaray" -"Fənərbaxça" derbisi olacaq

02.04.2025 / 09:21
Mediasiyaya müraciət niyə məcburi olmalıdır? Bəlkə kimsə əlavə xərc istəmir?..

02.04.2025 / 09:17
Neftimizin qiyməti 79 dollara yaxınlaşır - dünya bazarında son durum

02.04.2025 / 08:37
Bakıda böyük konsertə hazırlaşan xarici müğənni ermənidir? - 600-ə bilet tapılmır...

02.04.2025 / 08:11
Bu gün aprel döyüşlərindən 9 il ötür

01.04.2025 / 23:04
İsraildə siyasi böhran dərinləşir - Netanyahu "Şin Bet"ə rəhbər təyinatı qərarını ləğv etdi

01.04.2025 / 22:15
Azərbaycan BMT-də xüsusi qətnamə irəli sürdü

01.04.2025 / 21:39
Tramp: - “Misir prezidenti ilə “çox yaxşı” telefon danışığımız oldu”

01.04.2025 / 21:38
Almaniya Prezidenti Bakıya gəldi - FOTO

01.04.2025 / 21:32
Ermənistan Rusiyadan birdəfəlik qopdu, Moskva yeni hərəkətə keçdi...

Azərbaycan İKT-nin inkişafı üzrə ən dinamik ölkələr sırasındadır...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011