Ukrayna narahatdır - Rusiya ordusu bütün istiqamətlərdə hücuma keçəcək…

Ukrayna ordusu və hökumət analitikləri Rusiya qoşunlarının Kiyevə təzyiqi artırmaq və danışıqlardan əvvəl Moskvanın mövqeyini gücləndirmək məqsədilə bütün istiqamətlərdə hücuma keçəcəyini gözləyirlər.
AP xəbər agentliyi xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski də martın 27-də Parisdə keçirilən sammitdə Rusiyanın müxtəlif istiqamətlərdə hücum hazırladığını və bunun “danışıqları uzatmaq” cəhdi ilə əlaqəli olduğunu bildirib. Kiyevdəki iki G7 ölkəsinin diplomatları da bu iddiaları ilə dəstəkləyir.
Rusiya prezidenti Vladimir Putin fevral ayında bəyan etmişdi ki, rus qoşunları bütün cəbhə xətti boyunca irəliləyir və strateji təşəbbüs Rusiya silahlı qüvvələrinin əlindədir.
TAHİR