Rusiyadan Sudja qaz stansiyasını darmadağın edən hücumla bağlı şok iddia - 2 böyük Qərb ölkəsinin əli var…

Ukrayna Silahlı Qüvvələri martın 2-də Kursk bölgəsinə Sudja qaz ölçmə məntəqəsinə hücum edib. HIMARS reaktiv yaylım atəşi sistemləri vasitəsilə həyata keçirilən hücum nəticəsində enerji obyekti tam dağıdılıb.
Rusiya Müdafiə Nazirliyi hücumdan sonra dağıdılan obyektin görüntülərini yayaraq hücumda Qərbin birbaşa iştirakı ilə bağlı iddiaları gücləndirməyə çalışıb.
Bu gün isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyevin Sudjaya hücumu ila bağlı yeni bir iddia ilə çıxış edib. Zaxarova, Ukraynanın stansiyaya hücumu Fransanın peyk sistemlərinin köməyi ilə həyata keçirdiyi və koordinatların Britaniya mütəxəssisləri tərəfindən daxil edilib raketin işə salınmasına dair əsaslı şübhələrin olduğunu bildirib.
“Hücumların idarə edilməsi və hədəfin aşkarlanması üçün fransız peyk sistemlərindən istifadə edildiyinə, koordinatların daxil edilməsinin isə britaniyalı mütəxəssislər tərəfindən həyata keçirildiyinə inanmaq üçün əsaslarımız var”- Zaxarova bildirib.
Onun sözlərinə görə, komanda Londondan verilib: “Cəmi bir həftə əvvəl, martın 21-də Kiyevin silahlılarına Kursk vilayətindən geri çəkilərkən obyekti partlatmağı əmr etdikdən sonra bu obyekt terror hücumuna məruz qalmışdı. İndi isə raket hücumundan sonra Sudja qaz ölçmə stansiyası demək olar ki, tamamilə dağıdılıb”.
TAHİR