Ukrayna rəsmisi ABŞ-ın yeni saziş təklifini müharibə təzminatına bənzətdi - sanki onlarla müharibə aparmışıq…

Adı açıqlanmayan yüksək rütbəli ukraynalı məmur “The Washington Post”a bildirib ki, ABŞ və Ukrayna arasında iqtisadi razılaşmanın yeni variantı müharibənin təzminatı tələblərinə bənzəyir.
Məmur bildirib ki, Kiyevə göndərilən 55 səhifəlik sənəd “Ukrayna sanki ABŞ-la müharibə aparıb, məğlub olub, işğal olunub və indi ömrü boyu təzminat ödəmək məcburiyyətində qalıb” təəssüratını yaradır.
Danışıqların gedişi ilə tanış olan keçmiş ukraynalı rəsmi isə bildirib ki, yeni təklif “Ukrayna üçün dəhşətlidir” və saziş indiki formada imzalanmayacaq. O əlavə edib ki, bu təklif ABŞ-ın danışıqlarda başlanğıc mövqeyi ola bilər: “Onlar ya çox lovğadırlar, ya da sonradan kiçik güzəştlərə getmək üçün çox aqressiv mövqe tutmağa çalışırlar”.
“Financial Times”a danışan mənbələr də ABŞ-ın yeni layihəsini "ədalətsiz" adlandırıb və bunu “Ukraynanın talanması" adlandırıblar.
TAHİR