CHP növbədənkənar seçki tələbi ilə imza toplama kampaniyasına başladı...

Türkiyənin əsas müxalif partiyası CHP sədri Özgür Özəl Maltepedə keçirilən "Əkrəm İmamoğlu üçün Azadlıq Mitinqi"ndə sabahdan etibarən AKP prezidenti Ərdoğana etimadsızlıq səsverməsi və erkən seçki tələbi ilə imza toplama kampaniyasına başlayacaqlarını açıqlayıb.
Onun spzlərinə görə, kampaniyanın məqsədi AKP prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü il seçkilərində aldığı 27,73 milyon səs qədər imza toplamaqdır.
CHP-nin ölkə üzrə kampaniyası çərçivəsində müxtəlif şəhərlərdə mitinqlər keçiriləcək və imzatoplama kampaniyası davam edəcək.