Abbas Abbasov: "Bizim bütün addımlarımız beynəlxalq hüquq çərçivəsində baş tutur"

"Fransa hökumətindən fərqli olaraq bizim bütün addımlarımız beynəlxalq hüquq çərçivəsində baş tutur".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu beyin mərkəzi olaraq dənizaşırı ərazilərdə tədqiqatlar aparır, kolonializmlə bağlı statistik məlumatları toplayır.
O, çıxışı zamanı bir daha müstəmləkəçilikdən əziyyət çəkən xalqlara dəstəyin vacibliyini vurğulayıb və onların səslərinin daha çox eşidiləcəyinə və qalib gələcəklərinə inamını bildirib.