Bakıda Fransa müstəmləkəçiliyinin ağır nəticələrinə həsr edilən sərgi açılıb - FOTO

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində sərgi açılıb.
Sərgidə Fransanın müstəmləkəçilik siyasətinin fəsadlarını əks etdirən fotolar, eləcə də Fransa Prezidenti Emmanuel Makronun karikaturaları yer alıb.
Fotolarda Fransanın müxtəlif vaxtlarda müstəmləkə ölkələrində törətdiyi insanlığa sığmayan cinayətlər, kolonializmin qurbanları, siyasi məhbuslara diqqət çəkilib.
Sərgidəki fotolar, sözün əsl mənasında, haqqını, azadlığını tələb edən insanların ən qəddar üsullarla susdurulmasından, müstəmləkə ölkələrində qeyri-insani davranışlardan danışır.
ZÜMRÜD