İrandan Trampın müzakirə təhdidinə sərt cavab - Yaxın Şərq od tutub yanacaq, bazalar vurulacaq…

Prezidenti Donald Trampın İranın ali dini lideri Əli Xamneyiyə məktub göndərərək danışıqları qəbul etməsə, çox pis hadisələrin baş verəcəyi təhdidinə Tehran sərt cavab verib.
ABŞ-ın hücumu zamanı Yaxın Şərqdə nələrin baş verə biləcəyi mesajını verən İran, bölgədəki bütün ABŞ bazalarının hədəf alınacağını bildirib.
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ-a xəbərdarlıq edərək, bildirib ki, İrana hücum etməyə cəhd etsələr, bu, barut çəlləyinə atılan qığılcım kimi olacaq və bütün bölgəni yandıracaq.
Trampın Xamneyiyə yazdığı məktuba toxunan Qalibaf deyib ki, məktubda sanksiyaların ləğvi ilə bağlı konkret təklif yoxdur: “ABŞ prezidentinin davranışı sırf zorakılıqdır. Amma o, İran xalqı nə aldadıla bilər nə də, zorla bir şeyi qəbul edə bilmər".
ABŞ-ı xəbərdar edən Qalibaf, heç bir təhlükədən qorxmadıqlarını bildirib: "Amerikalılar da öz zəifliklərini çox yaxşı bilirlər. Əgər İrana hücum etmək istəsələr, bu, barut çəlləyinə atılan qığılcım kimi olacaq və bütün bölgə od tutub yanar. O zaman onların nə hərbi bazaları, nə də müttəfiqləri təhlükəsizlikdə olmayacaq".
TAHİR