“Corsica Libera” partiyasının nümayəndəsi Bakıda Fransanı yıxıb sürüdü - bu bəşəriyyətə qarşı cinayətdir

Fransa dənizaşırı ərazilərdə neomüstəmləkə siyasətini davam etdirir, yerli əhalinin ehtiyaclarını nəzərə almır və onların milli-dini kimliyini məhv edir.
Bu fikirləri “Corsica Libera” partiyasının nümayəndəsi François Benedetti Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçiriləcək “Kolonializm: Milli-Dini Kimliyin Silinməsi” adlı beynəlxalq konfransından öncə təşkil olunmuş mətbuat konfransında səsləndirib.
O bildirib ki, rəsmi Parisin Mayot adasında hərbi baza yerləşdirmək qərarı belə siyasətin parlaq nümunəsidir.
“Fransa hökuməti Mayotda hərbi baza yerləşdirib. Yerli sakinlərin təbii fəlakətlərin nəticələrindən əziyyət çəkdiyi və yardıma ehtiyac duyduğu bir vaxtda hərbi bazanın tikilməsi nə dərəcədə əsaslıdır? Milli kimliklərin ləğv edilməsi və kolonializm tökülən qanların və tətbiq olunan gücün sayəsindədir. Neomüstəmləkəçilik bəşəriyyətə qarşı cinayətdir. O, yerli xalqların unikal mədəni irsini məhv edir, onların təbii sərvətləri isə amansızcasına mənimsənilir”, - deyə o qeyd edib.
ZÜMRÜD