Putindən Avropaya Tramp xəbərdarlığı - Qrenlandiya ilə bağlı ciddi planları var…

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Qrenlandiyaya iddialarına münasibət bildirib. Məsələnin Qrenlandiya ilə ABŞ arasında olduğunu və Rusiyanı maraqlandırmadığını deyən Putin ABŞ-ın planlarını da açıqlayıb. Putin ABŞ-ın Qrenlandiyaya ilə bağlı atdığı addımların tarixi kökləri olduğunu bildirib.
"Bu planlar uzun müddətdir davam edən tarixi köklərə malikdir. Aydındır ki, ABŞ Arktika bölgəsindəki geostrateji, hərbi, siyasi və iqtisadi maraqlarını sistemli şəkildə qorumaqda davam edəcək" - deyə Putin bildirib.
Onun sözlərinə görə, buna ABŞ-ın yeni administrasiyasının şişirdilmiş adi çıxışı kimi yanaşmaq çox yanlışdır. ABŞ-ın Qrenlandiya ilə bağlı ciddi planları var.
Şimal dəniz yolu ilə daşımaların həcminin son 10 ildə təqribən 9 dəfə artdığına diqqət çəkən Putin, 2030-cu ilə qədər bu marşrutla hər il 70-100 milyon ton yük daşımalarının həyata keçirilməsinin planlaşdırıldığını bildirib.
Putin Arktika bölgəsindəki dost ölkələrlə ortaq layihələr həyata keçirmək istədiklərini və Qərb ölkələrinə də qapılarının açıq olduğunu bildirib. Qərb ölkələrinin Rusiyaya qarşı qarşıdurmacı münasibəti səbəbindən Arktikada əməkdaşlıq imkanlarının zədələndiyini bildirən Putin, Rusiyanın Arktika bölgəsində heç kimi təhdid etmədiyini deyib. “Eyni zamanda Rusiya orada öz suverenliyini qorumağa hazırdır” - Putin deyib.
TAHİR