Paşinyanın deputatı konstitusiyada qonşulara ərazi iddialarının olduğunu etiraf etdi...

Son günlər Ermənistanın yüksək çinli məmurları növbəylə Azərbaycanla Ermənistan arasında sülh müqaviəsinin imzalanması haqda çağırış edirlər.Bu dəfə növbə Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat, Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarkis Xandanyana çatıb.
Belə ki,Xandanyan martın 27-də bildirib ki,Azərbaycan şansı əldən verməyərək yubanmadan sülh sazişinin imzalanması üçün yer və tarix təklif etməli, Ermənistanla razılığa gəlməli və sülh sazişinini imzalamalıdır. Bu cingiltili,gəlişigözəl fikirlərdən sonra Xandanyan deyir ki,Azərbaycanın "Konstitusiyanın dəyişdirilməsi ilə bağlı ilkin tələbinə gəlincə, Ermənistan dəfələrlə bunun qeyri-legitim olduğunu bildirib. Daha sonra Xandanyan uşaq aldadırmış kimi əlavə edib ki,doğrudur Ermənistan Konstitusiyasında qonşularına qarşı bəzi ərazi iddiaları olsa belə, xoşbəxtlikdən bu belə olmayıb, guya sülh sazişinin imzalanması bütün məsələləri tam həll edəcək. Ona görə də biz Azərbaycanı prosesi sürətləndirməyə və sülh sazişini mümkün qədər tez imzalamağa çağırırıq", - deyən Xandanyan Bakıda mühakimə edilən müharibə canilərinin azad edilməsindən belə dəm vurur.Beləliklə Xandanyanın 5-6 cümləlik bəyanatından çoxsaylı suallar doğur.Əvvəla necə olur ki,Azərbaycana qarşı ərazi iddiasını özündə ehtiva edən konstitusiya legitim olur,ancaq bu işğalçı konstitusiyanın dəyişməsi qeyri-legitim olur? Daha sonra Xandanyan lap gül vuraraq deyib ki,xoşbəxtlikdən belə hal baş verməyib.Ancaq Xandanyan unudur ki,onların bu istəyini sadəcə Azərbaycan ordusu qursaqlarında qoydu,əks təqdirdə konstitusiyadakı bu bədnam müddəanı ermənilər çox həvəslə həyata keçirərdilər. "Kommunikasiyaların açılması məsələsinə gəldikdə, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Zəngəzur dəhlizi ilə bağlı yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinə baxmayaraq, Ermənistan 4 ildir ki, bundan yayınmaq üçün min oyundan çıxır və bu yolda iranlı qardaşlarının təxribatcı fikirlərindən də istifadə edir.Ancaq Xandanyan unudur ki,ermənilərin yerinə yetirməsi gərəkən hələ çox haqlı tələblər var.Lakin bu tələbləri qulaq ardına vuran ermənilər Azərbaycanla yarımçıq sülh sazişi imzalamaq istəyir. Dünya ictimaiyyətini çaşdırmaq üçün isə davamlı olaraq sülh sazişiylə bağlı saxta bəyanatlar verərək özlərini sülhpərvər kimi qələmə verməyə çalışırlar
Surxay Əliyev