Bazar ertəsi günü, 31 mart 2025
     

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib və görülən tikinti işləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

Image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.

Dövlətimizin başçısı və Birinci xanım əvvəlcə Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak ediblər.

Qeyd olunub ki, məsciddə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə aparılıb. Bərpa işlərinə 2023-cü ildən başlanılmışdı.

Ötən müddət ərzində məscidin həyətinin deformasiyaya uğrayan əksər döşəmə daşları sökülərək möhkəmləndirilib və fərş döşəmə bərpa edilib. Dəmir giriş qapısı və hasar üzərindəki məhəccərlər Qarabağ memarlığına xas bəzəklərlə hazırlanıb.

Yerli daşdan tikilmiş məscidin fasadının dağılmış hissələri tam bərpa olunub, təhlükəli vəziyyətə düşmüş atma və guşə daşları çıxarılaraq yenidən restavrasiya edilib. Mərtəbələrarası taxta örtük konstruksiyası quraşdırıldıqdan sonra yaranan eyvan şüşəbəndlə tamamlanıb.

Məscid giriş hissə, ibadət zalı və köməkçi otaqlardan ibarətdir. Şuşanın digər məscidlərindən fərqli olaraq, burada giriş sağ tərəfdən daş pillələrlə təmin edilib. Açıq tamburdan otağa və ibadət zalına keçid var.

Məscidin inşasında istifadə olunan daşlar bərpa edilib, mehrab yenidən qurularaq üzərinə “Qurani-Kərim”dən ayələr və naxışlar işlənib.

Çöl Qala məscidinin yaxınlığında yerləşən və XIX əsrə aid olan Çöl Qala bulağı da bərpa edilib. Dördbucaqlı formada olan bulaq yaxınlıqdakı məscidlərin üslubunda inşa edilib. Bərpa prosesində bulağın orijinal memarlıq üslubu qorunub, strukturu möhkəmləndirilib və əvvəlki görünüşü özünə qaytarılıb.

Qeyd edək ki, Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib.

Məscid və bulaq Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılmış və talan edilmişdi.

X X X

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində aparılan tikinti işləri və iaşə obyektlərində yaradılan şəraitlə də tanış olublar.

Məlumat verilib ki, bu küçədə ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. Onların arasında mehmanxana, ofislər, iaşə obyektləri, Şuşa Qoruq İdarəsinin binası da var. Tikinti işləri yüksək keyfiyyətlə və şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.

X X X

Sonra dövlətimizin başçısı və Birinci xanım Şuşa Müalicə-Sağlamlıq Mərkəzində aparılan tikinti işləri ilə tanış olublar.

Xatırladaq ki, təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan bu tibb ocağı 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir.

Stasionar xidmət sahəsində terapiya, pediatriya, cərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.

Mərkəzin Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən avadanlıqla təchiz olunacaq.

Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunub.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin müasir səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə Sağlamlıq-Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihələrindən biridir.

X X X

Daha sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Yeni Şuşa Məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

Qeyd edək ki, bu məscidin təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulub. Məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi göz oxşayacaq. Onun memarlıq həlli rəmzi xarakter daşıyır. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə məscidin forması 8 rəqəmini əks etdirəcək və bu, noyabrın 8-də Şuşanın işğalçılardan azad olunmasını, Zəfər Gününu simvolizə edəcək.

Məscidin iki minarəsi isə 11 rəqəmini əks etdirəcək. Bu, Şuşanın və Qarabağın işğaldan on birinci ayda azad edilməsinin rəmzidir. Minarələrin hündürlüyü 72 metr olacaq. Şuşanın yuxarı hissəsində inşa edilən məscid həm də şəhərin ən uca yerində olacaq.

Məscidin layihələndirilməsini azərbaycanlı və italiyalı memarlar birgə həyata keçiriblər. Bu ibadət ocağının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək.

Hazırda ərazidə dəmir beton, metal konstruksiya və elektrik işləri davam etdirilir.



VİDEO

SON XƏBƏRLƏR

31.03.2025 / 10:22
Türkiyəli müğənni səhnədə yıxılaraq öldü

31.03.2025 / 10:15
Klopp "Real"ın sükanı arxasına keçir?

31.03.2025 / 10:04
Tramp ilk xarici səfərini bu ölkəyə edəcək?

31.03.2025 / 10:01
"Günahsız qurbanların xatirəsini dərin hörmət və ehtiramla yad edirik" - XİN bəyanat yaydı

31.03.2025 / 01:20
Bu gün 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür

30.03.2025 / 20:11
Tramp İranı bombalamaqla hədələdi

30.03.2025 / 18:05
Netanyahu atəşkəs üçün fələstinlilərin Qəzzanı tərk etməsini istədi

30.03.2025 / 17:23
İrandan Trampın təhdidlərinə sərt cavab – Dieqo Qarsiyadakı ABŞ-Britaniya bazası vurulacaq...

30.03.2025 / 16:51
"Yenidən qurulan Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək" - Vüqar Rəhimzadə

30.03.2025 / 16:31
Suriyanın müvəqqəti prezidenti Şara yeni kabinetini açıqladı

30.03.2025 / 15:49
Ermənistan silahlı qüvvələri növbəti dəfə sərhəddə təxribatlara əl atdı

30.03.2025 / 15:43
Ukrayna narahatdır - Rusiya ordusu bütün istiqamətlərdə hücuma keçəcək…

30.03.2025 / 15:27
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub

30.03.2025 / 15:24
Abbas Əraqçı: "ABŞ İsrailin bölgədəki qanunsuz hərəkətlərinə ortaqlıq edir"

30.03.2025 / 15:24
BCM-nın qərarını heçə sayan Netanyahu Macarıstana səfər edəcək

30.03.2025 / 15:13
Bolton: “Tramp Putinlə dost olduğunu, Putin isə Trampın asan ov olduğunu düşünür”

30.03.2025 / 15:11
Tramp ABŞ-ın Qrenlandiyanı alacağına əmin olduğunu bildirdi

30.03.2025 / 15:11
Zelenskinin "tezliklə öləcək" dediyi Putinin limuzinində partlayış baş verdi

30.03.2025 / 15:09
Danimarka XİN rəhbəri ABŞ-ı Qrenlandiya ilə bağlı tonunu dəyişməyə çağırdı

30.03.2025 / 15:07
“Vens “Signal” söhbətinə görə Trampa Maykll Ualtsı işdən çıxarmasını təklif edib”

30.03.2025 / 10:39
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

30.03.2025 / 10:36
Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi təbrik edib

30.03.2025 / 10:18
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

30.03.2025 / 08:00
Bu gün Azərbaycanda Ramazan bayramıdır

29.03.2025 / 23:53
Rusiyadan Sudja qaz stansiyasını darmadağın edən hücumla bağlı şok iddia - 2 böyük Qərb ölkəsinin əli var…

29.03.2025 / 23:35
Almanlar Qəzzada soyqırıma qarşı etiraz aksiyası keçirdi

29.03.2025 / 23:04
Myanmadakı zəlzələnin gücü ilə bağlı şok açıqlama - 334 atom bombası…

29.03.2025 / 22:09
WSJ: “Pentaqon rəhbəri xarici həmkarları ilə görüşlərə qohum-qardaşını da aparır”

29.03.2025 / 20:05
Prezident İlham Əliyev Ramazan bayramı münasibəti ilə paylaşım edib - FOTO

29.03.2025 / 18:37
Ukrayna rəsmisi ABŞ-ın yeni saziş təklifini müharibə təzminatına bənzətdi - sanki onlarla müharibə aparmışıq…

29.03.2025 / 17:57
CHP növbədənkənar seçki tələbi ilə imza toplama kampaniyasına başladı...

29.03.2025 / 17:55
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik etdi

29.03.2025 / 17:53
Prezident İlham Əliyevlə və Ərdoğan arasında telefon danışığı olub

29.03.2025 / 17:52
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdi

29.03.2025 / 17:48
Trampın komandası “Rusiyanı qələbəyə ABŞ-ı isə məğlubiyyətə aparır”

29.03.2025 / 17:41
Putinin Ukraynada “Zelenskisiz idarə etmə” təklifini BMT qeyri-ciddi saydı

29.03.2025 / 17:30
Ömər Çelik: İfadə azadlığı sionist senzurasının qurbanı oldu

29.03.2025 / 17:28
Ermənistan İran-ABŞ danışıqlarının platformasına çevrilmək istəyir

29.03.2025 / 17:27
Tramp administrasiyası gülləni öz ayağına sıxdı

29.03.2025 / 17:19
Türkiyənin Vitse-prezidenti Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik etdi

29.03.2025 / 17:15
Bakıda “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO/YENİLƏNİB

29.03.2025 / 17:07
Pakistanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi

29.03.2025 / 16:55
Ərdoğan Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik etdi

29.03.2025 / 16:55
"Fransa Martinikanın milli kimliyini məhv etməyə yönəlmiş assimilyasiya siyasəti aparır" - Luici Bule

29.03.2025 / 16:47
"Müstəmləkə sistemi xalqları fundamental hüquqlardan məhrum edir" - Boneyrin hüquq müdafiəçisi

29.03.2025 / 16:43
Abbas Abbasov: "Bizim bütün addımlarımız beynəlxalq hüquq çərçivəsində baş tutur"

29.03.2025 / 16:38
Viktor Maamaatuaiahutaru: "Biz istəyirik ki, mübarizəmiz gələcək nəsillərə ötürülsün"

29.03.2025 / 16:34
"Müstəmləkə rejimlərinə qarşı mübarizəni dəstəkləməyə davam edəcəyik" - Abbas Abbasov

29.03.2025 / 16:30
Jan Jakob Bisep: "Qvadeluplular illərdir, ana dillərində təhsil ala bilmirlər"

29.03.2025 / 16:27
Bakıdan beynəlxalq təşkilatlara çağırış edildi - müstəmləkədən əziyyət çəkənlərə dəstək olun...

29.03.2025 / 16:23
"Korsika xalqı Parisin müstəmləkə siyasəti səbəbindən yox olma təhlükəsi ilə üzləşir" - “Nazione”nin nümayəndəsi

29.03.2025 / 16:18
Bakıda Fransa müstəmləkəçiliyinin ağır nəticələrinə həsr edilən sərgi açılıb - FOTO

29.03.2025 / 15:31
“Melissa Group” tikinti şirkətinin əməkdaşı və ekskavotorun sürücüsü həbs edildi

29.03.2025 / 15:23
Məhkəmə “Melissa Group”un rəhbəri Qalib Məmmədovun həbsinə qərar verdi...

29.03.2025 / 15:07
"Kanak xalqı Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəsini davam etdirəcək" - Jan Batis

29.03.2025 / 14:50
Azərbaycan XİN Myanma və Tailandda baş verən dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verdi

29.03.2025 / 14:11
"Fransa təkcə təbii sərvətlərimizi deyil, milli dəyərlərimizi də məhv edib" - Dominik Monte

29.03.2025 / 13:56
Polis Nəsimidə maşın qaçıran şəxsi saxladı

29.03.2025 / 13:44
Bakıda Kanakidə qanunsuz həbs edilənlərə həsr olunmuş fləş-mob keçirildi - FOTO

29.03.2025 / 13:26
ABŞ-dan Suriyada olan vətəndaşlarına təcili xəbərdarlıq: Dərhal ölkəni tərk edin

29.03.2025 / 13:23
Qəzzanı boşaltmaq üçün hər yola əl atırlar...

29.03.2025 / 13:10
"Fransa Korsikaya qarşı müstəmləkə cinayətlərini etiraf etməlidir" - Fransua Benedetti

29.03.2025 / 13:07
BTQ ilə Qvadelupanın ...Xalq Birliyi arasında memorandum imzalandı

29.03.2025 / 12:50
"Fransanın müstəmləkəçilik siyasəti xalqların milli-mənəvi dəyərlərini məhv edir" - Mariya İzabella Saliqa

29.03.2025 / 12:42
"Müstəmləkə altında olan 15 ərazi ilə sıx əməkdaşlıq qurmuşuq" - Abbas Abbasov

29.03.2025 / 12:33
Konfrans iştirakçısı: "Fransanın kolonial siyasəti nəticəsində kanakların sayı 40 faiz azalıb"

29.03.2025 / 12:15
“Black Bird Group”:- Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində Rusiya müdafiəsini yarıb

29.03.2025 / 12:09
İstanbulda saxlanılan 74 etirazçı üçün 3 ilə qədər həbs tələb edildi

29.03.2025 / 12:04
SEPAH ad çəkməsə də növbəti dəfə ABŞ-ı təhdid etdi

29.03.2025 / 12:04
“Neftçi” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Sabah”a qarşı

29.03.2025 / 12:03
Kişinyov məhkəməsi Qaqauziya Muxtar Vilayətini 20 sutka başsız qoydu

29.03.2025 / 11:35
Prezident İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim etdi - FOTO

29.03.2025 / 11:22
Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edildi - SƏRƏNCAM

29.03.2025 / 11:20
Prezident İlham Əliyev Şəfiqə Məmmədovanı 80 illik yubileyi münasibətilə təbrik etdi

29.03.2025 / 11:16
"Həkimlər atamı öldürüblər" - Maradonanın oğlundan ŞOK İDDİA

29.03.2025 / 11:10
İsveçli jurnalist İstanbulda həbs olundu

29.03.2025 / 11:01
Britaniyalılar ŞOKDA - məxfi sənədlər zibil qabından tapıldı!

29.03.2025 / 10:40
Bu ölkədə zəlzələ qurbanlarının sayı 1000 nəfəri ötür...

29.03.2025 / 10:36
Türkiyəli müğənni bu şəxsin 4 illik həbsini tələb edir!

29.03.2025 / 10:30
İlon Mask bu şirkətini 33 milyard dollara satdı

28.03.2025 / 23:45
İrandan Trampın müzakirə təhdidinə sərt cavab - Yaxın Şərq od tutub yanacaq, bazalar vurulacaq…

Prezidentin bölgə səfərləri ölkəni gücləndirir...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456