Overçuk: "Ermənistan Aİİ və Aİ arasında seçim etməli olacaq"

“Ermənistan “iki kresloda” otura bilməyəcək” - TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bildirib. Hansı ki,ötən gün Ermənistan parlamentinin deputatları ikinci və yekun oxunuşda respublikanın Aİ-yə daxil olması prosesinin başlanmasına dair qanun layihəsini qəbul ediblər.Erməniləri fakt qarşısında qoyan Aleksey Overçuk deyib:- "Qəbul edilmiş qanunun mətnini oxudum. O, "hər şeyin xeyrinə, hər pisə qarşı" və ya tamamilə ümumi sözlərdən ibarətdir. Bu, Ermənistanın daxili işidir. Və biz başa düşürük ki, həm Aİİ-nin, həm də Aİ-nin oxşar gündəliyi var. Ona görə də Ermənistan qərar verməli və öz seçimini etməlidir. Çünki eyni vaxtda iki stulda oturmaq olmaz”-deyə Rusiya Baş nazirinin sədr müavini fikrini birmənalı şəkildə ortaya qoyub və əlavə edib ki, "Biz görürük ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında fəal işləməkdə davam edir və bu gün o, Avrasiya inteqrasiyasına öz müsbət töhfəsini verir".
Surxay Əliyev