BMT İmamoğlu ilə bağlı Türkiyə hakimiyyətinə çağırış etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Əkrəm İmamoğlu da daxil olmaqla bir çox adamın saxlanılıb həbs edilməsinə və bu səbəbdən təşkil edilən etirazlarla bağlı açıqlama yayıb.
Bəyanatda həbslərin ümummilli nümayişlərə səbəb olduğu və üç şəhərdə etirazların keçirilməsinə qeyri-qanuni qadağaların tətbiq edildiyi bildirilir. Qeyd edilir ki, etirazlar zamanı azı 9 media işçisi də daxil olmaqla mindən çox insan saxlanılıb.
“Tutulanların hamısı dərhal və qeyd-şərtsiz azad edilməlidir. İttiham olunan şəxslərə ləyaqətlə yanaşılmalı və onların seçdiyi vəkilə müraciət etmək də daxil olmaqla, ədalətli məhkəmə araşdırması üçün tam hüquqlar verilməlidir.
Biz hakimiyyəti ifadə və sərbəst toplaşmaq azadlığı hüquqlarının beynəlxalq hüquqa uyğun olaraq müdafiəsini və etirazçılara qarşı qeyri-qanuni güc tətbiqi ilə bağlı etibarlı iddiaların operativ və hərtərəfli araşdırılmasını təmin etməyə çağırırıq” – deyə BMT-nin bəyanatında bildirilir.
TAHİR